01 avq 16:14gundem

Taleyüklü oyundan bir gün əvvəl

Taleyüklü oyundan bir gün əvvəl
Albanlar həm iddialıdı, həm də ehtiyatlı
Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə “Qarabağ”ın qonağı olacaq “Kukesi”nin səfər proqramı müəyyənləşib. Albaniya mətbuatının yazdığına görə, rəqib dünən gecə ölkəmizə gəlməliydi. Komandanı gətirən təyyarə Bakı vaxtı ilə 23.00-da Tirana – İstanbul - Bakı marşrutu üzrə hərəkət edəcək. Albanların paytaxtdakı bahalı otellərdən birində məskunlaşacağı vurğulanıb. “Kukesi” avqustun 3-də səhər saatlarında eyni marşrutla ölkəsinə qayıdacaq.
Albaniya mətbuatı həmçinin Armando Kunqunun Bakıya 20 futbolçu gətirəcəyini xəbər verib. Oyunçuların adları açıqlanmasa da, məhz bu qədərinə viza alındığı bildirilir.
Keyl “Kukesi”ni hədələyir
“Kukesi”nin düşərgəsindən başqa maraqlı xəbərlər də gəlməkdədi. Həmkarlarımız qeyd edirlər ki, klub prezidenti Safet Qiçi “Qarabağ”la oyun ərəfəsində futbolçuların əhval-ruhiyyəsini yüksəltmək üçün müəyyən məbləğdə həvəsləndirici para verib. Prezident mərhələ adlayacaqları təqdirdə daha böyük məbləğdə mükafat olacağını bildirib.
Hazırda Albaniya təmsilçisinin heyətində yer alanlar prezidentin verdiyi pula görə sevinsə də, yarımmüdafiəçi Elton Keyl “Kukesi”nin düşərgəsinə dönməkdən imtina edib. Rəhbərlik braziliyalı oyunçunun geri qayıtmasını istəyir, amma 30 yaşlı futbolçu müqavilə müddətinin bitdiyini iddia edərək, azad agent statusu daşıdığını bildirib. Maraqlıdı ki, Keyl hətta “Kukesi”dən FİFA-ya şikayət etmək fikrindədi. O, klub rəhbərliyini müqavilədə saxtakarlığa yol verməkdə suçlayıb. “Sambaçı” karyerasını Albaniyanın digər klubu “Flamurtari”də davam etdirməyə hazırlaşır. Lakin Qiçi bununla razılaşmır. O müqavilə bağlayacaqları təqdirdə həm futbolçunu, həm də “Flamurtari”ni məhkəməyə verəcəyini söyləyib.
Kunqudan iddialı açıqlama
Sabah “Tofiq Bəhramov”da cavab görüşünə çıxacaq “Kukesi”nin baş məşqçisi Armando Kunqu səfər ərəfəsində yerli mediaya iddailı açıqlama verməkdən çəkinməyib: “İlk oyundan sonra hesab 0:0-dı və bu bizə mərhələ adlamaq üçün ümid verir. Əsas odu ki, komanda ilk qarşılaşmada Şkodrada istəkli oynayıb, xarakter göstərdi. Niyə də bundan artığına nail olmağa cəhd etməyək? Futbolçularımız ilk matçda rəqibə fərqlənməyə imkan vermədilər. Hərçənd ilk qarşılaşmadakı hesab bizə yekun nəticə baxımından ümid versə də, eyni zamanda ehtiyatlı olmağı tələb edir. Meydanda həyəcanlanmamalı, əsəbləşməməliyik. Bu, xüsusilə hücumların sonluğundadı. Sözsüz ki, rəqibin hazırladığı hər bir şeyə,"Qarabağ"ın təzyiqinə də hazırıq.Yeni transferi Reginaldonun artıq düşərgəmizdə olması "Kukesi"nin xeyrinədi. Ümumilikdə hesab edirəm ki, bütün komanda Bakıdakı görüşə hazırdı".
Əvvəl Qurban Qurbanov, sonra isə Kunqu...
Bu arada Ansi Aqolli “instaqram” səhifəsində ona vətənində isti münasibət göstərən “Kukesi” azarkeşlərinə təşəkkür edib: “Evdə keçirdiyim günlər çox maraqlı idi. Stadiondakı və kənardakı futbol azarkeşlərinə mənə ünvanladıqları isti alqışlara görə təşəkkür edirəm. “Kukesi” göstərdiyi hörmətə görə sağ olsun. Albaniya Futbol Federasiyasının prezidenti Armando Dukaperə xüsusi təşəkkür düşür. İndiki dünya çempionların – fransızlara uduzduğumuz AÇ-2016-dakı çıxışımızı xatırladıq”.
Artıq bugünkü mətbuat konfranslarının vaxtı da açıqlanıb. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov saat 18.15-də "Azərsun Arena"nın mətbuat zalında media mənsublarının önünə çıxacaq. “Köhlən atlar”ın oyunöncəsi son məşqi isə saat 18.30-da elə həmin arenada başlayacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Kukesi"nin baş məşqçisi Armando Kunqu saat 20.45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablayacaq. Albanların son məşqi isə bundan 15 dəqiqə sonra başlayacaq.
Avqustun ilk günü, saat 21.00-da başlayacaq oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Peter Kraloviçə həmvətənləri Miroslav Benko və Erik Vayss yardım edəcək. Dördüncü hakim isə Patrik Hrtska olacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar