01 avq 15:36gundem

Zaur Axundov Maksimovla qalmaqalın detallarını açdı

Zaur Axundov Maksimovla qalmaqalın detallarını açdı
“O artıq “Keşlə”nin tarixində qalıb, amma Vaqiflə Fuad çempionata hazırlaşırlar”
Qəzetimizin ötən sayında şənbə günü 45 yaşını qeyd edən Futzal Federasiyasının prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovla özəl müsahibə təqdim etmişdik. Həmçinin qeyd etmişdik ki, Zaur bəylə söhbətimizin davamı olacaq. Daha doğrusu, müsahibənin ilk hissəsini sırf şəxsi həyatına, davamını isə “Keşlə” və futzaldakı proseslərə ayırmışdıq. Beləliklə, Yuri Maksimovla bağlı baş verənlər, Vaqif Cavadovla Fuad Bayramovun məsələsi, Mladen Milinkoviçlə anlaşmanın təfərrüatı, “Araz”dakı radikal islahatlar, Rizvan Fərzəliyevin gedişi və başqa bir çox sualların cavabını müsahibənin ikinci hissəsində tapa biləcəksiz.
- Maksimov aqressiv, həmçinin, açıq fikirli idi. Onunla aranızda başverənləri “xarakterlərin ziddiyyəti” adlandıra bilərik?
- Onda göründüyü qədər də ciddiyyət yox idi. Düzdü, oyunda qızışırdı, Sumqayıtda özündən çıxıb rəqib futbolçuya təpik atmışdı. Onda çatışmazlıqlar çox idi. Futbolçularla təmas saxlamır, məşqə gələndə, məşqdən gedəndə rastlaşanda salamlaşmırdı. Təbii ki, rəhbər kimi hər oyundan sonra mənim ondan hesabat istəməyə haqqım var idi. Zaur Svanadzeylə də belə olmuşdu, Ramiz Məmmədovla da, təzə gələn Mladen Milinkoviçlə də belədi. İşin qaydası budu. Komandanın həftəlik məşqləri və intizam məsələləri ilə bağlı peşəkar raport verilməlidi. Heç kim və heç nə başlı-başına ola bilməz. Bu praktika təkcə Zaur Axundovun iş metodu deyil, hər yerdə belədi. Peşəkar iş münasibətində dostluq, üzgörənlik bir tərəfdə qalmalıdı. Axı burdan neçə insan maaş alır, ailəsini dolandırır.
- Pərdisi niyə buraxdız?
- Bu gün onun bir müsahibəsi çıxdı qarşıma. Deyir “finalda qol vurub kubok qazandırmışdım komandaya, gərək mənimlə belə rəftar olunmazdı”. O kuboku nə Pərdis təkbaşına udub, nə də Maksimov. Onu bütün camiə qazanıb. Mən də sual verirəm: “Keşlə”də məlum proseslər baş verəndə, xoşagəlməz olaya görə ardıcıl 8-9 oyun uduzanda, o niyə komandanı təkbaşına arxasınca daşıya bilmirdi? Rəhbərlik komandanı “virus”dan təmizlədi, toparlanmağa yardımçı oldu və belədə nəticə özünü göstərdi. Heç kim təkbaşına uğur qazana bilməz. Pərdis Vaqif Cavadovun ötürməsini heçə sayır? Əslində finalda oyun üstünlüyü “Qəbələ”nin tərəfində idi, bizi təzyiq altında saxladılar və qol vəziyyətləri də oldu. Əsas yük müdafiəmizin və qapıçının üzərindəydi. Denis Silva son saniyələrdə topu boş qapıdan çıxarmasaydı, kim bilir, necə olacaqdı. Ona qalsa, Denis də o epizodu əlində bayraq edib desin ki, kuboku mənim həmin müdaxiləmlə qazandıq. Belə deyil axı. Bu, peşəkar yanaşma deyil. Kubok rəhbərliyin və komandanın yumruq kimi birləşməsi sayəsində əldə olunub. O özü də bilir ki, “Keşlə”dən niyə gedib. Mövsümün sonunda gedəcək futbolçuların siyahısında Pərdisin adı birinci yerdə idi. Maksimov tələb kimi qoymuşdu ki, onu göndərib yeni hücumçu alaq. Biz də baş məşqçinin təlimatına uyğun davrandıq. Fərcad-Azad yaxşı futbolçudu, millimizdə oynayıb. Xarakterini düzəltsə, oynadığı komandaya daha çox fayda verər. “Zirə”yə keçib və ona uğurlar arzulayıram.
- Yuri Maksimov gedərkən verdiyi müsahibələrdə bildirmişdi ki, rəhbərliyin Vaqif Cavadov və Fuad Bayramovla bağlı tələbinə etiraz əlaməti kimi istefa verib. Həqiqətən belədi: Vaqiflə Fuadı komandada görmək istəmirsiz?
- Mən o futbolçuları istəməsəydim... Bilirsiz, Maksimovla aramızda çox söz-söhbət olub, onun əqidəsi imkan verir o məsələlərin üstünü açmağa, mənim yox. Aramızda olanları yaymaqla bu məqamdan şantaj vasitəsi kimi istifadə etməyə çalışdı. Əslində belə söhbət olmuşdu. Ancaq mən onların ilk oyunda zəif çıxışını, formada olmamalarını əsas görüb demişdim ki, cavab görüşündə meydana çıxmasınlar və ya start heyətində yer almasınlar. Olur da, hər futbolçunun oyunu alına da bilər, alınmaya da. Maksimov mənim tələbimi özünə sərf edən tərəfə yozdu, kollektivlə görüşdə yalan ifadə səsləndirdi. Fuadla Vaqifi “Keşlə”dən uzaqlaşdırmaq niyyətim olsaydı, heç kimə ehtiyacım olmazdı. İkisini də uzaqlaşdırar, təzminatlarını verib yola salardım. Mən ikinci oyunla bağlı fikirlərimi bildirərkən Vaqiflə Fuadı heyətdə görmək istəmədiyimi demişdim. Ancaq Maksimov araqızışdıranlıq etdi. Bu söhbətdən sonra o mənim gözümdən tamam düşdü. O adam mənimlə görüşməmiş, sağollaşmamış çıxıb getdi. Yarımsaat sonra xəbər tutdum ki, təyyarəyə bilet alaraq çıxıb gedib. Onu deyə bilərəm ki, Maksimov artıq “Keşlə”nin tarixində qalıb, amma Vaqif Cavadovla Fuad Bayramov bu gün də komandadadı, çempionata hazırlaşırlar.
- Milinkoviçlə anlaşma necə baş tutdu?
- Bir neçə əcnəbi namizədimiz var idi. Vaxtımız az idi və buna görə dərhal namizədlərin siyahısını tutduq. Konkret Milinkoviçə gələndə kanallarımızı işə salıb haqqında məlumat topladıq, onu tanıyan insanlarla məsləhətləşdik. Son iş yerlərini araşdırdıq, xarakterini öyrəndik. Haqqında müsbət fikir bildirənlər çox oldu. Müqavilə bağlamazdan əvvəl onunla saatyarım söhbətim oldu. Ona istəyimi, tələblərimi çatdırdım, mənim üçün ən ümdə məsələnin intizam olduğunu dedim. O da mənimlə razılaşdı. Komanda ilə ilk məşqində iştirak etdim, 2 saat oturub izlədim. İlkin təəssüratım yaxşıdı, vaxt hər şeyi göstərəcək.
- Milinkoviçin transfer istəyi olarsa, yerinə yetiriləcək? Axı bir müddət əvvəl demişdiz ki, bizim üçün transfer mövzusu qapanıb.
- Qeyd etdiyim kimi, transfer bitib. Bircə Sezar Meza Kollinin məsələsi açıq qalır. O, Rumıniyadan aldığı təklifə tərəddüdlə yanaşır. Getsə, yerinə yeni oyunçu alacağıq, qalsa, bu heyətlə davam edəcəyik. Bazar günü axşam saatlarına qədər son sözünü deməlidi. Mən hər futbolçunun nazıyla, istəyiylə hərəkət etmirəm. Artıq onun mövqeyinə 5-6 namizədlə təmasa keçmişik. Bir-iki günə qərarını verməlidi! Onu da deyim ki, Elnur Cəfərovu sıralarımıza qatmışıq. Maksimov onu bəyənməmişdi, Milinkoviç isə iki məşqdə izlədikdən sonra müqavilə bağlanılmasını istədi. Əvəzedicilərin məşqini də izləyir. Vaxtı həm çoxdu, həm də az.
- Futzaldakı son radikal dəyişikliklər nə ilə bağlıdı?
- Əksəriyyət bu fikrimlə razılaşar ki, son 10 ildə həm “Araz”, həm də milli səviyyəsində müəyyən uğurlarımız olub. Nə mümkünsə, nə bacarmışıqsa, onu etmişik. DÇ-nin final mərhələsində çıxış etmişik, AÇ-də yarımfinal oynamışıq, “Araz”la “Dördlər finalı”na yüksəlmişik. Reytinqimiz də kifayət qədər yüksəkdi – dünya onuncusuyuq. Düşündüm ki, artıq əlavə stimul lazımdı. “Araz” gözləri “mozol” edib, bir mövsüm istisna olmaqla, ardıcıl neçə illərdi çempion olur. Qoy digər komandalara da stimul olsun, “Araz”ı keçib ÇL-də iştirak etsinlər. Gənclərə meydan vermək lazımdı. Təbii ki, gənc nəsil birdən-birə yetişməyəcək. U-19-u yaratmışıq və bu yığmanı Ağatahir Əzimova tapşırmışam. Bu siyasət yaxın iki-üç ili əhatə edəcək. Qoy bu müddətdə çempionatımız daha rəqabətli keçsin. Həmçinin U-19-un üzvləri yaxın iki-üç ildə əsas yığma səviyyəsinə yüksəlsinlər. Çünki 2020-də bizi dünya çempionatı gözləyir. Seçmə mərhələ isə daha tez olacaq. Yaponiyadakı mundial üçün yığmada yerli futzalçıların daha çox olmasına çalışırıq. Bütün bu işlərə isə Alesio özü nəzarət edəcək.
- Sonda Rizvan Fərzəliyevin “Araz”dan gedişinə münasibətinizi öyrənmək istəyirik. Veteran futzalçı layiq olmadığı münasibətlə qarşılaşdığını düşünür.
- Mən 14 ildi futzaldayam və bu illər ərzində Rizvanla yanaşı addımlamışıq. Qısa müddətdə “Araz”dan ayrılıb sonra geri dönməsini nəsərə almasaq, daim bu klubda olub, kapitan sarğısını, lider funksiyasını daşıyıb. O, futzalda can qoyub. Hələ istəmərəm ki, o, karyerasını başa vursun. Bir neçə il də oynayacaq potensialı var. Ümidvaram ki, Rizvan təcrübəsini bölüşməkdə davam edəcək. Onu futzalımızdan yola salmağı fikirləşmirik. Rizvan haqq edir ki, butslarını mıxdan asmağa qərar verəndən sonra təntənəli şəkildə yola salınsın.
MIRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar