24 iy 23:01gundem

“Kukesi”nin adı Raufa maraqlı gəlməyib

“Kukesi”nin adı Raufa maraqlı gəlməyib
“Qarabağ” çətinlik çəkəcək, amma keçiləsi rəqibdi”
“Qarabağ”ın bəxtinə “Kukesi” düşəndə, ilk ağla gələn ad Rauf Əliyev oldu. Ötən yay bəh-bəhlə Albaniyaya yolda saldığımız sabiq yığma üzvünün karyerası pis başlamamışdı. Qollar vurur, ötürmələr verirdi. Lakin sonradan özünün də dediyi kimi, klub rəhbərliyinin müqavilə şərtlərində oyun oynaması Raufun vətənə qayıtması ilə nəticələndi.
O indi “Qəbələ”nin şərəfini qoruyur. Həmin “Qəbələ” ki, Avroliqanın 1-ci mərhələsində Lüksemburq “Proqres”inə “ilişib”, mübarizəni erkən dayandırdı. Həmin Rauf ki, cavab görüşünün sin saniyələrində əlinə düşən fürsəti qaçırmasaydı, kim bilir, “Qəbələ”dəki ab-hava indi necəydi.
Raufla dünənki söhbətdə bu iki məqamla – “Kukesi” və “Qəbələ”ylə bağlı suallara aydınlıq gətirməyə çalışdıq.
- “Qarabağ”la “Kukesi”nin qarşılaşacağını biləndə, yəqin ki, sevindin. Təmsilçimizin Albaniya komandasını sıradan çıxarmasını arzulayanlardan biri sən olmalısan. Hər halda, ortada üzləşdiyin haqsızlıq faktı var.
- Əlbəttə, “Kukesi”nin növbəti mərhələyə adlamamasını arzulayıram. Amma bunun şəxsi prinsiplərə aidiyyatı yoxdu. Sırf “Qarabağ”ın və Azərbaycan futbolunun adı naminə bizimkilərin uğur qazanmasını istəyirəm.
- Şəxsi münasibətlərin haqda qətiyyən düşünmədin?
- Qətiyyən! Düzünü desəm, o qədər də maraqlı gəlmədi. Adi rəqib kimi qarşıladım. “Olimpiya” necə idisə, “Kukesi” də o cür.
- Yeri gəlmişkən, yay fasiləsindəki yoldaşlıq görüşündə “Qəbələ”nin heyətində “Kukesi”yə qarşı oynamışdın. Qarşı tərəfin sənə münasibəti necə idi?
- Məndən sonra orda çox dəyişikliklər olub. Baş məşqçi yeni gəlib, heyətin yarısı tanımadığım futbolçulardı. Rəhbərlikdə idman direktoru kimi Nderim Nedzipi çalışır. Onunla “Qarabağ”da birgə oynamışıq, mən “Kukesi”də çıxış edəndə o klubda çalışmırdı. Buna baxmayaraq, çox yaxşı münasibətimiz vardı. Ona görə də yoldaşlıq matçında özümə qarşı hansısa soyuqluq və ya qərəz hiss etmədim. Meydana çıxanda futbolçuların hamısı ilə görüşdüm, şəxsən tanıdıqlarım hal-əhval tutdular. Düşmən deyilik ki.
- “Kukesi” necə komandadı? Məsələn, ictimaiyyət düşünür ki, Azərbaycan çempionu albanları rahat keçməlidi.
- Açığı, “Qarabağ”ın toplanışdan sonrakı oyunlarını izləməmişəm. Onlar oynayanda, biz də “Proqres”lə görüşlərə hazırlaşırdıq deyə, baxa bilmədim. Heyətdə dəyişikliklər edilib, yeni futbolçular var. Ona görə də konkret fikir söyləmək çətindi. Ümumi mənzərəyə əsasən deyim ki, “Kukesi” yüksək səviyyəyə malik komanda deyil. “Qarabağ” çətinlik çəkəcək, amma keçiləsi rəqibdi. Daha doğrusu, mərhələ adlayacağımıza inanıram.
- Hansı xüsusiyyətlərini qeyd edə bilərsən?
- Oyun keyfiyyəti baxımından nəyisə qeyd edə bilmərəm. Bu baxımdan “Qarabağ” onlardan qat-qat öndədi. Güclü rəqiblərlə oyunlarda “vaxt öldürməyi” xoşlayırlar. Meydanda daha çox mübarizə aparırlar, döyüşürlər. Sərt, bəzən də kobud hərəkətlərlə rəqibin oyun intizamını pozmağa çalışırlar. Mən orda olan vaxtdan yalnız müdafiəçilər qalıb. İki dəfə baş məşqçi dəyişib, futbolçuların da çoxu təzə gələnlərdi. Ona görə də bu dəqiqə konkret necə oynadıqlarını bilmirəm.
- Müdafiəçilərin dəyişmədiyini dedin. Onları necə xarakterizə edə bilərsən?
- Biri təcrübəli futbolçudu. 6-7 ildi “Kukesi”də oynayır. Yaxşı müdafiəçidi, meydanı görmək bacarığı var, amma ləngdi. Digəri isə yüksək bacarığa sahib deyil. Əsasən əzmkarlıq hesabına oynayır. Bilmək olmaz, bəlkə yeni baş məşqçi heyətdə dəyişikliklər edəcək. Ona görə də dediklərimdə səhv tutulacağından ehtiyatlanıram. Ümumi götürsək, “Qarabağ”ın heyətində onların müdafiə xəttini yaracaq oyunçular çoxdu.
- Azarkeşləri necədi? “Qarabağ”a təhlükə yarada biləcək gücdədilər?
- Bildiyimə görə, oyun Şkodrada olacaq. Düzdü, Kukesdən o qədər də uzaq deyil. Amma çox sayda azarkeşin ora gedəcəyinə inanmıram. Əvvəla, imkanları yaxşı deyil. Yolpulu xərcləmək, yeməyə pul vermək, üstəlik, bilet almaq – hamısı xərcdi. Avroliqa oyunudu, bəlkə də müəyyən qədər həvəslənib gedərlər. Amma “Qarabağ” üçün təhlükəli olacaqlarını düşünmürəm. Çünki çılğın azarkeşlər əsasən Tiranadadı. “Partizani” ilə “Tirana”nın azarkeşləri rəqiblər üçün başağrısı olmağı bacarır.
- Oyunla bağlı proqnozun nədi?
- Cütün favoriti qismində “Qarabağ”ı görürəm və inanıram ki, mərhələni adlayan tərəf bizimkilər olacaq.
- Vaxtilə “Kukesi”də çiyin-çiyinə top qovduğun futbolçulardan kimsə sənə zəng etməyib? “Qarabağ” haqda məlumat almaq, yaxud Bakıya səfər ərəfəsində nəyisə aydınlaşdırmaq, öyrənmək...
- Sizi inandırım, onlar “Qarabağ”ı lazım olan qədər tanıyırlar. Elə dövrdü ki, kimdənsə nəsə soruşmağa ehtiyac yoxdu. Nedzipinin Azərbaycan futbolu ilə bağlı kifayət qədər məlumatı var. Həm “Qarabağ”da oynayıb, həm də sonradan izləyib. Üstəlik, Ansi Aqolliyə görə də “Qarabağ”ın oyunlarına baxırlar. Lap mənə zəng etsəydilər də, heç kimə heç nə deməzdim. Bunu özümə, öz adıma yaraşdırmaram.
- “Qəbələ” Avroliqa mübarizəsini gözlənilmədən ilk cəhddəcə dayandırdı. Özünüzə gələ bilmisiz? Komandanın ümumi durumu necədi?
- Hara gəlirik? Elə zərbə aldıq ki, çempionatın startına qədər özümüzə gələcəyimizi inanmıram. Hamı şokdadı, nə baş verdiyini anlaya bilmirik. Çempionat oyunları başlayandan sonra bəlkə başımız qarışar, unudarıq.
- “Qəbələ” nəyin “qurbanı” oldu? Fikrimcə, Lüksemburq təmsilçisini keçəcəyinizə əmin idiz.
- Belə deməzdim. Əminlik yox idi. Əksinə, bilirdik ki, təhlükəli komandadı. Ötən il “Reyncers” səddini keçmişdilər. Üstəlik, bəzi oyunlarını izləmişdik. Nəyə qadir olduqlarını bilirdik.
- Bəs niyə belə oldu?
- Fərdi səhvlərimiz, yol verdiyimiz boşluqlar həlledici rol oynadı. Qəbələdəki oyunda uduzmaqla işimizi çox çətinə saldıq. Düzdü, səfərdə qalib gələcəyimizə əmin idik. Amma lazım olan qolları vura bilmədik. Həm də rəqib əsas diqqəti müdafiəyə ayırmışdı deyə, istədiyimizi etməkdə çətinlik çəkirdik. Uduzmuşuqsa, günah biz futbolçulardadı.
- Səfərdə lazım olan qolları vura bilmədiyinizi dedin. Halbuki ən real fürsəti sən qaçırdın. O vəziyyəti qola çevirsəydin, Allah bilir, indi komandadakı ab-hava necəydi.
- Hər bir futbolçunun başına gələ biləcək işdi. Səhvlərimiz deyəndə özümü də o siyahıya aid edirəm. Hücumçuyamsa, qol vurmalıyam. Elə bir epizod idi ki, doğru qərar qəbul etməliydim. Hardasa tələsdim. Ayağımın içi ilə zərbə vurmalı olduğum halda, topa qüvvətli zərbə endirdim, ayağıma “oturmadı”. Bəlkə də başqa vaxt 5 elə vəziyyət yaransa, hamısını qola çevirərəm. O gün alınmadı.
- Mərhələni adlaya bilməyəndən sonra Tale Heydərov sizinlə görüşdü?
- Xeyr.
- “Proqres”lə oyunda Sloveniyadan yeni qayıdan yığmanın baş məşqçisi Qurban Qurbanov məhz səni iş başında görmək üçün Qəbələyə səfər etmişdi. Bu fakt məsuliyyətini bir qədər də artırır? Və ya Millətlər Liqasında millinin “vuran ayağı” olacağına inanırsan?
- Qurban müəllimə təşəkkür edirəm. Həqiqətən də mənim üçün böyük şərəf və məsuliyyətdi. Bilirəm ki, baş məşqçinin diqqətindəyəm. Bundan sonra hər şey özümdən asılıdı. Əvvəlki formamı bərpa etməli, qollar vurmalıyam. Bacarandan sonra problem olmayacaq. Qurbanov özünü yaxşı tərəfdən göstərən hər kəsə şans verən məşqçidi. Məsuliyyətimi dərk edirəm və yenidən yığma formasını geymək üçün əlimdən gələn hər şeyi edəcəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar