SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq » Football-plus.az
18 iy 18:21gundem

SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq

SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq
AFFA əvəzediciləri diviziona qoşmaqda israrlıdı
Son günlər ölkənin idman mətbuatında ən çox müzakirə olunan məsələlərdən biri də yeni mövsümdən etibarən elita təmsilçilərinin əvəzedici heyətlərinin birinci divizionda çıxış etməsidi. Söylənilənlərə inansaq, AFFA rəhbərliyi aşağı dəstədə oyun alğı-satqısının qarşısını almaq üçün əməli tədbirlər görmək, birinci divizionun imicini təmizləmək üçün bu addımı atmaq niyyətindədi. O da bildirilir ki, ötən mövsüm aşağı dəstədə çıxış edən 10 komandadan yalnız 4-ü 2018/19 “futbol ili”ndə yenidən aşağı dəstədə çıxış edəcək. Qalan 6 komanda isə assosiasiyanın “radarına düşdüyünə” görə çempionata buraxılmayacaq.
Ancaq dünən etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, birinci divizionla əvəzedicilərin çempionatını birləşdirən şərtlər var. Bütün bunların kökündə maliyyə məsələsi durur. Adının çəkilməsini istəməyən, ancaq AFFA və PFL-ə yaxın olan mənbəmiz bunları söylədi: “Artıq neçə ildi ki, aşağı dəstə ilə bağlı neqativ fikirlər formalaşıb. AFFA və PFL rəhbərliyi xoşagəlməz hallarla nə qədər mübarizə aparsa da, oyun alğı-satqısının qarşısını almaqda çətinlik çəkir. Bəzi klub rəsmiləri xəbərdarlıqlara baxmayaraq, şəxsi büdcələrini artıqmaq üçün iyrənc yollara əl atırlar. Aşağı dəstədə yaşanan xoşagəlməz olaylar UEFA rəhbərliyini də narahat edir və bu üzdən vaxtaşırı bununla bağlı ölkənin futbol təsərrüfatına cavabdehlik daşıyan qurumlara xəbərdarlıq məktubları ünvanlanır. Bütün bunların qarşısını almaq üçün də AFFA və PFL bu addımı atmağa məcburdu. Əks halda, Azərbaycan futbolu sanksiyalarla üzləşə bilər”.
Mənbəmiz yeniliyi şərtləndirən başqa səbəbi də açıqladı: “İcraiyyə Komitəsinin son iclasında birinci divizionla bağlı yeni konsepsiyanın hazırlanması ilə bağlı qərar qəbul edilmişdi. Həmin qərar bu gün də qüvvədədi. Qərara əsasən baş katiblik və PFL bu işlə məşğul olmalıdı. Ancaq bu günə kimi bu yöndə heç bir yenilik yoxdu. Səbəb isə ölkə futbolunu maliyyələşdirən SOCAR-da yaşanan qeyri-müəyyənlikdi. Heç kimə sirr deyil ki, adı çəkilən dövlət qurumu elita ilə yanaşı, birinci divizionda çıxış edən əksər klubları maliyyələşdirir. Bu gün SOCAR-ın özünün maliyyə durumunun ürəkaçan vəziyyətdə olmaması - baxmayaraq ki, dünya bazarında Azərbaycan neftinin qiyməti artıb - futbolla bağlı məsələyə yenidən baxılması zərurətini yaradıb. Odu ki, Rövnəq Abdullayevin rəhbərlik etdiyi şirkət artıq say xatirinə, kütləvilik görüntüsü yaratmaq naminə aşağı dəstə təmsilçilərinə vəsait ayırmaq fikrində deyil. Elə bu səbəbdən də neçə illərdi SOCAR-ın hesabına ayaqüstə qalan komandaların bir qismi hələ ötən mövsüm üçün nəzərdə tutulan maaşlarını ala bilməyib. Heç bundan sonra veriləcəyinə də ümid yoxdu. Növbəti mövsümdən isə onların, ümumiyyətlə, fəaliyyətinin dayandırılması nəzərdə tutulub”.
Mənbəmiz bizimlə söhbətdə sözügedən məsələdə yığma komandaların da maraqlarının nəzərə alındığını bildirdi: “Əvəzedici komandaların birinci divizionda çıxış etməsini şərtləndirən əsas səbəblərdən biri də müxtəlif yaş qrupları üzrə yığmalardı. Statistikaya əsasən U-21-in son toplanışına dəvət olunan oyunçuların 75 faizi “ikincilər”in heyətində çıxış edən futbolçulardı. Bu məqam da nəzərə alınıb. Gənclərin peşəkarlaşması, daimi oyun təcrübəsi qazanması üçün yığma məşqçiləri də aşağı dəstə ilə birinci divizionun birləşməsinə razılıq veriblər. Özü də bu məcburi olacaq. Mayda ilk dəfə bu söhbət ortaya çıxarkən, bəzi klub rəhbərləri əvəzedici komandalarının aşağı dəstədə çıxış etməsinə razı olmadığını bildirsə də, AFFA və PFL rəhbərliyi artıq bunun məcburi qaydada olmasını tələb edəcək. Böyük ehtimalla İcraiyyə Komitəsi qarşıdakı toplantısında bununla bağlı qərar qəbul edəcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar