17 iy 20:10gundem

“Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi”

“Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi”
Tərlan Quliyev: “Danışsam, hər şey açılıb-töküləcək ortalığa”
Orxan Sadıqlı: “Səhvlər zəncirvari səbəblərdən qaynaqlanır”

Hiss olunur ki, “Keşlə”nin “Baltsan”a məğlubiyyəti qəza nəticəsində baş verməyib, düşərgədə ab-hava istənilən səviyyədə deyil. Adrian Skarlatakenin ciddi zədə olmaya-olmaya oyuna çıxmaq istəməməsi, baş məşqçi Yuri Maksimovun əsəbləşərək onun adını, ümumiyyətlə, matçın protokoluna salmaması əhval-ruhiyyənin qaydasında olmamasına dəlalət edən bir elementdi. Pərdis Fərcad-Azadı məhz intizama əməl etmədiyi üçün komandadan uzaqlaşdıran ukraynalı mütəxəssis, görünür, yenə nəyisə nəzərə almır və belədə komandanın dərdinə əlac tapa bilmir. Hər halda, “Baltsan” faciəsi”nin səbəbini üzə çıxarmaq üçün danışdığımız futbolçularla söhbətdə ab-havanın yerində olmadığını hiss etdik. Başlayaq Tərlan Quliyevdən. Müdafiəçi mərhələ adlayacaqlarına ümidli olduğunu desə də, səfər yenilgisindən danışarkən təmkinini itirir, üstüörtülü şəkildə kimisə günahlandırırdı: “Ciddi hazırlaşacağıq. “Baltsan” elə komandadı ki, onlara Bakıda 3-4 qol vurmaq mümkündü. Qeyri-adi heç nəyi yoxdu o komandanın. Günahı özümüzdə axtarmalıyıq. Səfərdəki uğursuzluğun səbəbi çoxdu. Danışdıqca əsəbləşirəm. Çox şey var ki, onu sizə deyə bilmərəm. Üzürlü sayın, özümə və komandaya ziyan vurmaq istəmirəm. Amma çox səbəb var. “Baltsan” nə rəqibdi ki, ondan 4 top buraxırıq. Keçiləsi rəqibdi. Ötən il qarşılaşdığımız “Mladost”dan da zəif komandadı. Xüsusilə müdafiə xətti çox zəifdi. Bizim qapıya 4 zərbə vurdular, 4-ü də qol oldu. Biz hələ bərbad oynaya-oynaya 4-5 real qol vəziyyəti yaratdıq. Klennon birinci hissədə iki təkbətəkdən heç birini qola çevirə bilmədi, bir epizodda başla fərqlənməyə yaxın oldu. Slavikin, Vaqifin də şansları oldu. O necə qollar idi biz buraxdıq? Bir azdan məşqə gedəcəyik. Məşqdən əvvəl bazada oyunun təhlili olacaq. Baxacağıq videotəkrara. Vallah, bu komandaya 4-5 qol vurmaq olar. Bizdə orta sahə yox səviyyəsində idi. Bu da gözlənilən idi. Çünki Sezar komandaya gec qoşulmuşdu. Komandada ilk növbədə intizam olmalıdı. O olmayanda belə nəticələr qaçılmazdı... Danışsam, hər şey açılıb-töküləcək ortalığa. Çünki yadıma saldıqca əsəbləşirəm”.
Qapıçı Orxan Sadıqlı oyunu ehtiyat oyunçular skamyasından izlədiyi üçün səhvləri daha aydın görə bilib və bu üzdən onun şərhi də maraqlıdı: “Açığı, belə nəticəylə üzləşəcəyimizi özümüz də gözləmirdik. Rəqibi hələ Türkiyədə olanda iki dəfə təhlil etmişdik, keçirdiyi oyunlara baxmışdıq. Maltada da ayrıca təhlil olundu. Sıradan rəqibdi, qeyri-adi heç nəyi yoxdu. Onların rahat görünmələrinə biz şərait yaratdıq. Həm də görünür, onlar bizi daha yaxşı öyrənmişdilər. Amma istənilən halda, günahı başqa yerdə axtarmamalıyıq. Elə səhvlər etdik ki... Məncə, səhvlər zəncirvari səbəblərdən qaynaqlanır. Düşərgəyə gec qoşulanlar oldu. İyunun 20-də yığışmışıq, ancaq elələri var ki, 12 gün sonra gəlib çıxdı. Konkret Sezar Meza Kolli və Ebrima Sohna 20 günlük hazırlığın yarısını boşa verdilər. Bundan başqa, Adrian Skarlatake Maltada komandaya kömək edə bilmədi. Düzdü, idda edə bilmərəm ki, Skarlatake oynasaydı, müdafiədə həmin səhvlər olmayacaq, qollar buraxmayacaqdıq. Yoxlama oyunları da uğursuz alınmışdı, hansı ki, Skarlatake həmin matçlarda iştirak edirdi. Səbəblər bir-birindən asılıdı. Bizim günümüz deyildi. Hava şəraiti də uyğun deyildi. Uşaqlar Bakı vaxtı ilə saat 18-də, 40 dərəcə istidə oynadılar. Halbuki bildiyimə görə, əvvəlcədən oyunun saat 7-8-də keçirilməsi nəzərdə tutulub, sonradan irəli çəkiblər. Üstəlik, süni örtükdə mübarizə aparırdıq. Amma sırf oyun planında da zəif çıxış etdik. Komandanın onurğası yarımmüdafiədi, bizim taktika da elədi ki, ortada oyun qururuq. Ancaq bu dəfə heç nə alınmadı. Rəqib gözlədi və boşluqdan yararlanıb bizi cəzalandırdı. Açığı, hamımız şokdaydıq. Artıq itiriləsi heç nə qalmayıb. Cavab görüşündə var gücümüzlə mübarizə aparacağıq. Doğma meydan amilindən yararlanmalıyıq. Məqsəd mərhələ adlamağa kifayət edəcək qələbə hesabını təmin etməkdi. Bahodir Nasimov da bizimlə olacaq. Bu gün komandayla ilk məşqinə çıxacaq. Görək necə formadadı? Onun hazır olub-olmamasından çox şey asılıdı. Skarlatake də cavab matçına hazır olmalıdı. Mərhələ keçmək üçün qoyulan mükafat öz yerində, ancaq öz adımız, ölkənin reytinqi üçün də vuruşmalıyıq, vuruşacağıq. İnanıram ki, böyükhesablı məğlubiyyətin əvəzini çıxa bilərik”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu Bu gün, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bu gün, 12:07 Ruslan Abışov köhnə zədəsini təzələyib Bu gün, 12:03 “Keşlə” Antalyadan qələbəsiz dönür Bu gün, 12:02 Yunanov rumınlarla oyunu fərqləndirdi Bu gün, 11:57 Füzuli Məmmədov PRO kateqoriyası üçün oxuyacaq Bu gün, 11:55 Xatakar Babək Alxasovun yeni macərası 26-01-2020, 06:34 Sərbəst güləş yığmamız toplanışa başladı 26-01-2020, 06:29 “Yunanıstanda çempionat dayanır, hakimin maşınını partladırlar, Vassaras isə hakimlərimizə ağıl öyrədir” 26-01-2020, 06:27 Ölkə futbolunun iddialıları İcraiyyə Komitəsindən yan qaçır 26-01-2020, 06:24 Elşad Əhmədov Kvaşukun cavabını verdi 26-01-2020, 06:21 Ovusu Kvabena “Qarabağ”da 26-01-2020, 06:18 Region Liqası: ümumi mənzərə və komandaların pley-off şansı 26-01-2020, 06:16 “Ağsu Siti” dağılmaq təhlükəsiylə üz-üzədi 26-01-2020, 06:13 1/16-in püşkü atıldı, finala qədər yola işıq düşdü 26-01-2020, 06:08 Rizvan Fərzəliyev özbəklərlə oyunları vacib sayır 26-01-2020, 06:06 Yığmadan Xorvatiyada nə gözləyək? 26-01-2020, 05:41 Təcrübəli həkimlər AFFA-nı qınadılar 26-01-2020, 05:32 Baş katib həm hörmətsizlik edir, həm də yol göstərir 24-01-2020, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var 24-01-2020, 12:35 Almeyda Şeferin komandasında oynayacaq 24-01-2020, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi 24-01-2020, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı 24-01-2020, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu 24-01-2020, 12:29 “Neftçi”də ispan məşqçi 24-01-2020, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” 24-01-2020, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi 24-01-2020, 12:20 “Zirə” Krnetanı qaytardı 24-01-2020, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü 24-01-2020, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı 24-01-2020, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir 24-01-2020, 12:07 Rüfət Dadaşovu qınayırlar... 24-01-2020, 12:05 2020-ci ildə ilk heç-heçə 24-01-2020, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... 24-01-2020, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” Bütün xəbərlər
Ən çox oxunanlar