11 iy 10:34gundem

Klub prezidenti, yoxsa Ostap Bender?

Klub prezidenti, yoxsa Ostap Bender?
Riad Rəfiyevin “Sumqayıt” sərgüzəştləri
Avropada və ya futbol təsərrüfatı normal qaydalar əsasında idarə olunan dünyanın istənilən ölkəsində bir klubun prezidentinin başqa kluba legioner təklif etməsini təsəvvür edə bilərsiz? Bilirəm ki, çoxlarınız çox düşünmədən “əlbəttə, belə şey ola bilməz” deyib, “onu qısa vaxtda tutduğu postdan uzaqlaşdırarlar” söyləyəcəksiz. Ancaq “cəngəllik qanunları”nın at oynadığı futbolumuzda, klub funksionerlərinin işə “fürsət düşüb, maksimum istifadə edim” prinsipi ilə yanaşması fonunda bu mümkündü.
Ötən mövsümün gedişində Kamran Quliyevlə Ceyhun Sultanovun “Neftçi”yə gözlənilməz “transfer”indən sonra “Sumqayıt”ın prezidenti postu həmin günə qədər AFFA-nın baş seleksiyaçısı və meneceri vəzifələrini icra edən Riad Rəfiyevə tapşırıldı. Klub prezidenti olana qədər daha çox menecer kimi fəaliyyət göstərən Riad bəyin “kimyaçılar”a rəhbər təyinatından sonra düşünmək olardı ki, artıq o agent işini buraxıb “gənclik şəhəri”nin təmsilçisinin uğurları üçün çalışacaq. Bütün fikrini kluba yönəldib, son mövsüm uğurlu oyunu ilə qəlbləri oxşayan komandanı daha yüksək zirvələrə yüksəltmək üçün gecəsini gündüzünə qatacaq. Ancaq bugünlərdə etibarlı mənbədən bizə ötürülən məlumata görə, Rəfiyev nəinki köhnə peşəsindən əl çəkib, əksinə, fəaliyyət dairəsini bir qədər də genişləndirib. Əvəllər bir-iki klub və 5-6 futbolçu ilə əməkdaşlıq edən AFFA-nın sabiq meneceri əlinə düşən fürsətdən maksimum yararlanmağa, biznes imperiyasını və bununla yanaşı şəxsi büdcəsini artırmağa çalışır.
Mənbəmizin sözlərinə görə, “Sumqayıt”ın prezidenti kimi ayda 10 min manat maaş alan Rəfiyev bugünlərdə qapıçı axtarışında olan elita klublarından birinə müştərisi olan əcnəbi qolkiperlərdən birinin xidmətini təklif edib. Təklifi götür-qoy edən həmin klubun rəsmiləri isə premyer-liqada komandalarının “Sumqayıt”la üz-üzə gələcəyini, əsas qapıçının Riad bəyin futbolçusu ola biləcəyini nəzərə alaraq, transferdən imtina ediblər.
Bizə məlumat ötürən şəxsin sözlərinə inansaq, “Sumqayıt”ın prezidenti olması Rəfiyevə əlavə pul qazanmaq üçün geniş imkanlar yaradıb. Mexanizm isə çox sadədi. “Kimyaçılar”ın bu yay müqavilə bağladığı bütün futbolçuların agentlərinə kağız üzərində komisyon ödənişlər yazılır. Halbuki heç birinin agenti yoxdu və Rəfiyev özü birbaşa onlarla danışıq aparır. Həmin vəsait isə “3R Sports Management” şirkətinin hesabına köçürülür. Bu həmin şirkətdi ki, haqqında bir neçə ay öncə mətbuatda silsilə yazılar dərc olunmuşdu. Həmkarlarımızın araşdırmaları nəticəsində bəlli olmuşdu ki, “3R Sports Management”in sənəd üzərində rəhbəri başqa şəxs göstərilsə də, faktiki sahibi Riad bəydi. Və Araz Abdullayev, Pavel Paşayev, Namiq Ələsgərov, Yusif Nəbiyev, Elvin Bədəlov, Dmitri Nağıyev, Elnur Cəfərov, Adil Nağıyev, Rəhman Hacıyev kimi futbolçular rəsmən Rəfiyevin rəhbərlik etdiyi transfer şirkətinin müştəriləridi.
Siyahıya diqqət yetirdikdə söylənilənlərin həqiqəti əks etdirdiyini ehtimal etmək olar. Məhz bu yay Yusif Nəbiyev yenidən icarə əsasında “Sumqayıt”ın şərəfini qoruyacaq. Dmitri Nağıyevlə isə ikiillik müqavilə bağlanılıb. Dmitrinin məhz Rəfiyevin futbolçusu olduğunu ötən sayımıza müsahibə verən Samir Abasovun da söylədiklərindən duymaq olar: “Ötən mövsümün sonuna bir neçə tur qalmış klub rəhbərliyi (Riad Rəfiyevi nəzərdə tutur) mənə “istəsən, Dmitrini komandaya gətirə bilərik” demişdi. Ancaq həmin vaxt “onu tanımıram, oyununu görməmişəm. Baxışa gələr, etimadı doğrultsa, müqavilə bağlayarıq” söyləmişdim”.
Hazırda Abasov klubda olmasa da, Nağıyev “Sumqayıt”dadı. Özü də nə baxışa gəldi, nə də özünü Nazim Süleymanova göstərməyə çalışdı. Riad bəyin müştərisi ilə birbaşa müqavilə bağlandı.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək istədik. Ancaq söylənilənlərə Rəfiyev yox, “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədov reaksiya verdi. Rəşad bəy klub prezidentinin fikirlərini öyrəndikdən sonra bunları bildirdi: “Deyilənlərin heç biri doğru deyil. Riad Rəfiyev heç bir kluba legioner qapıçı təklif etməyib. Qaldı ki,”3R Sports Management”ə, bu şirkətin Rəfiyevə heç bir bağlılığı yoxdu”. Məmmədovun sonda səsləndirdiyi sözlər isə bizi təəccübləndirdi: “Onu da qeyd edim ki, ”3R Sports Management” şirkəti Azərbaycana futbolçu gətirməklə yox, azərbaycanlı futbolçuları ölkə xaricinə çıxarmaqla məşğul olur”.
Çox maraqlıdı, adı çəkilən şirkəti Riad bəylə heç nə bağlamırsa, “Sumqayıt”ın prezidenti hardan bilir ki, ”3R Sports Management” hansı yöndə fəaliyyət göstərir?
Hər halda, klub prezidentinin adının belə saxtakar əməllərdə hallanması heç də xoş sonluqdan xəbər vermir. İstəməzdik ki, Rəfiyevin də funksioner karyerası Mikayıl Nərimanoğlu kimi yarımçıq qalsın. Hər halda, Rəfiyev daha gənc və enerjilidi. Yaxşı olardı ki, o bilik və bacarığını daha düzgün istiqamətdə “xərcləsin”, daha büdcədən pul çıxarmaq üçün cürbəcür variantlar fikirləşməyə yox.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:51 Yığmanın baş məşqçisi Avropa çempionatını şərh etdi Bu gün, 12:51 “Sinerji Qrup” velosiped idmanından da əlini çəkdi Bu gün, 12:49 Kintana Albaniyada oynaya bilməyəcək Bu gün, 12:39 “Məncə, Ramosla bağlı sual klub rəhbərliyinə ünvanlanmalıdı” Bu gün, 12:38 "Kukesi" mərhələləri keçmək təcrübəsi olan bir komandadı” Bu gün, 12:37 "İnter Arena"nın adı dəyişdi Bu gün, 12:35 Üç klubun iflası sosial “feysbuk”a çaxnaşma saldı Bu gün, 12:34 Kamran Quliyev arxayınlığın məğlubiyyətə səbəb olduğunu söylədi Bu gün, 12:27 Fiaskonun səbəbləri Bu gün, 12:23 “Qarabağ” kimi rəqiblə qarşılaşacağımıza hələ də inanmırıq” Bu gün, 12:19 Əcnəbi jurnalistlər komandalarımızı ələ salır Bu gün, 12:14 TRANSFER DOSYESİ Bu gün, 12:12 Türkiyə millisində çalışmış, 26 il vətəndən uzaq qalmış azərbaycanlı... Bu gün, 12:09 Araz karyerasını Avropada davam etdirəcək Bu gün, 12:08 Almeyda “Astana”da debüt etdi Bu gün, 12:06 Anar Salmanov rus hakimə 8,1 verdi Bu gün, 12:03 Zirə” Boluda ərəblərlə “sülh bağladı” Bu gün, 12:02 Hakimlərimiz qonaqları sevindirdi 21-07-2018, 13:42 Yalnız “Futbol+”də! 21-07-2018, 13:39 Voleybolçular Sloveniyaya yollandı 21-07-2018, 13:35 “İmarət”in şüarı “Maribor” azarkeşlərinin ürəyinə yağ kimi yayılıb 21-07-2018, 13:30 Heç kimə lazım olmayan qələbə... 21-07-2018, 13:24 Məcbur “azarkeşlər”, jurnalist biganəliyi, üzgün Vaqif... 21-07-2018, 13:21 Möcüzə baş vermədi 21-07-2018, 13:13 Qısa xəbərlər 21-07-2018, 12:34 “Sabah” AFFA-dan maliyyələşdiyini boynuna aldı 21-07-2018, 12:29 “Qarabağ”ın potensial 11 rəqibi 21-07-2018, 12:27 Başabəla albanlar: “Qarabağ” sindromu qırmalıdı 21-07-2018, 12:20 “Sumqayıt” “sülh”lə başladı 21-07-2018, 12:13 “Zirə”nin hazırlıq planı dəyişdi 21-07-2018, 12:11 "Səbail" "Sivasspor"la bacarmadı 21-07-2018, 12:08 “Reyncers”in futbolçusu “Traktorsazi”də 21-07-2018, 12:02 Fineo vətənə döndü 21-07-2018, 11:59 “Neftçi”ni Budapeştdə basdırdılar 21-07-2018, 11:46 “Uypeşt”in baş məşqçisi “Neftçi”yə təşəkkür etdi 20-07-2018, 13:58 Ramil Şeydayev qol vursa da... 20-07-2018, 13:51 AFFA idman jurnalistlərini çağırır 20-07-2018, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı 20-07-2018, 13:47 Futvolley turnirində böyük fırıldaq 20-07-2018, 13:44 Qolsuz, amma maraqlı gecə 20-07-2018, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! 20-07-2018, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi 20-07-2018, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı 20-07-2018, 13:03 “Zirə” də getdi 20-07-2018, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı 20-07-2018, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var 20-07-2018, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış Bütün xəbərlər
Ən çox oxunanlar