10 iy 17:43gundem

Cavid Qarayev klubların BOS-a müraciət etməməsindən təəssüflənir

Cavid Qarayev klubların BOS-a müraciət etməməsindən təəssüflənir
Stadionda əlavə qapılar açılacaq, kameralar quraşdırılacaq
Bildiyiniz kimi, bir müddət öncə UEFA-nın "Avropa Liqası-2019 layihəsi"nin nümayəndələri Bakıda səfərdə idi. Məqsəd sözügedən turnirin gələn il Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək final oyununa hazırlıq prosesi ilə tanış olmaq idi. BOS-da AFFA-nın əməkdaşları, yerli əməliyyat qrupunun üzvləri və UEFA-nın müvafiq layihəsinin nümayəndələri arasında görüş keçirildi, final qarşılaşmasına hazırlıq işləri haqda ətraflı məlumat verildi, geniş fikir mübadiləsi aparıldı. 18 nəfərdən ibarət nümayəndə heyətinin səfəri iyulun 5-dək davam etdi.
Təbii, qitə futbol qurumunun AL-in finalına ciddi fikir verməsi normaldı. Təkcə nümayəndə heyətinin tərkibinin bu qədər geniş olması sözlərimizi təsdiqləyir. Digər tərəfdən isə onların Bakıdan hansı təəssüratla qayıtdığı maraq doğurur. Hər halda, bu elə bir prosesdi ki, pillə-pillə irəliləyiş tələb edir. Yəni bu gün AL-in finalına layiqincə evsahibliyi etsək, sabah ÇL-in də həlledici matçı ölkəmizin ən nəhəng arenasına həvalə oluna bilər. Əslində elə AFFA BOS-un namizədliyini hər iki turnirin finalı üçün irəli sürmüşdü. Lakin hələ UEFA-nın qərarı açıqlanmamış qitənin ən nüfuzlu klub turnirinin son matçının Bakıya veriləcəyi real görünmürdü. AFFA-nın addımı da "o olmasın, bu olsun" məqsədi daşıyırdı. Sonda belə də oldu və gələn il ÇL-in finalı “Atletiko”ya məxsus “Vanda Metropolitano” stadionunda reallaşacaq. AL-in həlledici oyunu isə BOS-a həvalə olundu.
Onu da qeyd edək ki, UEFA nümayəndələri hazırlıqla tanış olmaq üçün ilk dəfə Bakıya təşrif buyurmur. Onlar daha öncə Olimpiya stadionuna baş çəkmişdilər. Budəfəki səfərlə bağlı detalları öyrənmək üçün BOS-un direktoru Cavid Qarayevlə danışmaq qərarına gəldik: "Məlum olduğu kimi, bu, onların 3-cü səfəri idi. Ümumilikdə 5 səfər planlaşdırılıb. Stadionun şəraitinə baxdılar. Orda bəzi təkmilləşdirmə işləri olmalıdı, onu eləməliyik. Bəzi yerlərdə qapılar açılmalıdı. Hazırda turniketin quraşdırıması prosesi gedir. Belə deyim, hazırlaşırıq. Ancaq UEFA nümayəndələri təkcə stadiona görə gəlməmişdilər. Məlum olduğu kimi, bu, böyük bir layihədi. Bilirəm ki, səfər çərçivəsində hava limanının nümayəndələri ilə görüşüblər. Fan-zona ilə bağlı şəhərdə baxış keçiriblər. Yəni Təşkilat Komitəsinin işi ilə bağlı bütün məsələlər nəzərdən keçirildi. Elə geniş tərkibdə gəlmələrinin səbəbi də bu idi".
Qarayev stadionda bəzi dəyişikliklərin olacağını qeyd etdi: "Artıq stadionumuz qəbul olunub. Bu isə UEFA-nın haqqımızda müsbət fikirdə olmasının göstəricisidi. Sadəcə, xırda işlər görülməlidi ki, biz də onunla məşğuluq. Tutaq ki, müəyyən yerlərə əlavə kameralar quraşdırılmalıdı. Bilirsiz ki, BOS multifunksional stadiondu. Burda futbolla yanaşı, müxtəlif idman yarışları da keçirilə bilər. Buna uyğun da müəyyən yenilənmələr lazımdı. Ancaq qlobal dəyişikliklər olmayacaq".
Stadionun direktorundan qazonun durumunu da soruşduq: "Ot örtüyü yaxşı vəziyyətdədi. Təbii, bu cür isti havalarda qazonu qorumaq bir qədər çətindi. Əlimizdən gələni edirik, çalışırıq. Daha öncə də sizə dediyim kimi, avadanlıqlarımız var. Böyük ventilyatorlar almışıq. O da stadionun daxilində istiliyi azaldır, havanı bir qədər sərinləşdirir. Bunun da qazona faydası dəyir. Problem yoxdu".
Cavid bəy yığmanın sentyabrdakı oyununa qədər əsas meydanda hansısa qarşılaşmanın planlaşdırılmadığını söylədi: "İyulun 10-da U-17-nin matçı var. Lakin həmin görüş BOS-un ikinci meydanında olacaq. Başqa hansısa matç planlaşdırılmayıb".
Məlum olduğu kimi, "Neftçi" "Uypeşt"i keçsə, "Sevilya" ilə qarşılaşacaq. Həmin oyunda anşlaq olacağını indidən proqnozlaşdırmaq mümkündü. Deyilənə görə, "ağ-qaralar" ispanlarla mümkün qarşılaşma üçün məhz BOS-u düşünür. Qarayevin bu haqda fikirlərini öyrəndik: "Açığı, bizə müraciət olmayıb. Ancaq biz hazırıq. Klublarımızdan kimsə müraciət etsə, bunu reallaşdırmaqda problem görmürəm. Artıq yetərincə təcrübəmiz var. Ona görə də hansısa çətinlik haqda düşünmürük. Təəssüf ki, hələ müraciət edən olmayıb".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:51 Yığmanın baş məşqçisi Avropa çempionatını şərh etdi Bu gün, 12:51 “Sinerji Qrup” velosiped idmanından da əlini çəkdi Bu gün, 12:49 Kintana Albaniyada oynaya bilməyəcək Bu gün, 12:39 “Məncə, Ramosla bağlı sual klub rəhbərliyinə ünvanlanmalıdı” Bu gün, 12:38 "Kukesi" mərhələləri keçmək təcrübəsi olan bir komandadı” Bu gün, 12:37 "İnter Arena"nın adı dəyişdi Bu gün, 12:35 Üç klubun iflası sosial “feysbuk”a çaxnaşma saldı Bu gün, 12:34 Kamran Quliyev arxayınlığın məğlubiyyətə səbəb olduğunu söylədi Bu gün, 12:27 Fiaskonun səbəbləri Bu gün, 12:23 “Qarabağ” kimi rəqiblə qarşılaşacağımıza hələ də inanmırıq” Bu gün, 12:19 Əcnəbi jurnalistlər komandalarımızı ələ salır Bu gün, 12:14 TRANSFER DOSYESİ Bu gün, 12:12 Türkiyə millisində çalışmış, 26 il vətəndən uzaq qalmış azərbaycanlı... Bu gün, 12:09 Araz karyerasını Avropada davam etdirəcək Bu gün, 12:08 Almeyda “Astana”da debüt etdi Bu gün, 12:06 Anar Salmanov rus hakimə 8,1 verdi Bu gün, 12:03 Zirə” Boluda ərəblərlə “sülh bağladı” Bu gün, 12:02 Hakimlərimiz qonaqları sevindirdi 21-07-2018, 13:42 Yalnız “Futbol+”də! 21-07-2018, 13:39 Voleybolçular Sloveniyaya yollandı 21-07-2018, 13:35 “İmarət”in şüarı “Maribor” azarkeşlərinin ürəyinə yağ kimi yayılıb 21-07-2018, 13:30 Heç kimə lazım olmayan qələbə... 21-07-2018, 13:24 Məcbur “azarkeşlər”, jurnalist biganəliyi, üzgün Vaqif... 21-07-2018, 13:21 Möcüzə baş vermədi 21-07-2018, 13:13 Qısa xəbərlər 21-07-2018, 12:34 “Sabah” AFFA-dan maliyyələşdiyini boynuna aldı 21-07-2018, 12:29 “Qarabağ”ın potensial 11 rəqibi 21-07-2018, 12:27 Başabəla albanlar: “Qarabağ” sindromu qırmalıdı 21-07-2018, 12:20 “Sumqayıt” “sülh”lə başladı 21-07-2018, 12:13 “Zirə”nin hazırlıq planı dəyişdi 21-07-2018, 12:11 "Səbail" "Sivasspor"la bacarmadı 21-07-2018, 12:08 “Reyncers”in futbolçusu “Traktorsazi”də 21-07-2018, 12:02 Fineo vətənə döndü 21-07-2018, 11:59 “Neftçi”ni Budapeştdə basdırdılar 21-07-2018, 11:46 “Uypeşt”in baş məşqçisi “Neftçi”yə təşəkkür etdi 20-07-2018, 13:58 Ramil Şeydayev qol vursa da... 20-07-2018, 13:51 AFFA idman jurnalistlərini çağırır 20-07-2018, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı 20-07-2018, 13:47 Futvolley turnirində böyük fırıldaq 20-07-2018, 13:44 Qolsuz, amma maraqlı gecə 20-07-2018, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! 20-07-2018, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi 20-07-2018, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı 20-07-2018, 13:03 “Zirə” də getdi 20-07-2018, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı 20-07-2018, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var 20-07-2018, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış Bütün xəbərlər
Ən çox oxunanlar