06 iy 01:06gundem

“Qarabağ”dan transfer “bomba”sı

“Qarabağ”dan transfer “bomba”sı
Messinin qənimi “köhlən atlar”la anlaşdı
İbrahim Şehiçin ardından Anton Kanibolotski də “Qarabağ”la yolları ayırdı. “Olimpiya” ilə qarşılaşmaya qısa müddət qaldığı bir vaxtda “çərçivə” ilə bağlı prioblem “köhlən atlar”ın azarkeşlərini əməlli-başlı narahat etmişdi. Ancaq Ağdam klubunun da həmin məsələdə boş dayanmadığı məlum idi. Elə bir sıra qapıçıların adının “Qarabağ”la yanaşı hallanması da buna işarə idi. Nəhayət, srağagün bütün suallara aydınlıq gəldi. “Köhlən atlar” hazırkı transfer dönəmində ən səs-küylü keçidi rəsmiləşdirdi. Ağdamlılar İslandiya yığmasının qolkiperini heyətinə qatdı.
Maraqlıdı ki, “Qarabağ”ın “feysbuk” səhifəsi üstüörtülü şəkildə bu transferin anonsunu vermişdi. Belə ki, 4 şəkildən ibarət anons “yeni transferimizi videoyla təqdim etməyə ehtiyacımız yoxdu, çünki siz hər gün dünya çempionatını izləyirsiz” sözləri yazılmışdı. Həmin dörd şəkildə isə məyus Messi, dünya çempionatını əks etdirən top, kino studiyasını əks etdirən əşyalar və İslandiyaya məxsus ərazi var idi. Bu həm də “Neftçi”nin son vaxtlar yeni gələnlərlə bağlı videoanonsuna cavab kimi başa düşüldü. Həmin şəkilləri birləşdirəndə isə ağla gələn ad Hannes Tur Halldorsson idi.
“Qarabağ” İslandiya yığmasının üzvü ilə ikiillik müqavilə bağlayıb. Komandanın Avstriyadakı toplanışına yollanan qolkiper tibbi müayinədən keçdikdən sonra rəsmi anlaşmaya qol çəkib. “Çərçivə qoruyucusu” karyerasına 2009-cu ildə ölkəsində, “Fram”da başlayıb. Halldorsson daha sonra KR (İslandiya), "Brann" (Norveç), "Sandnes" (Norveç), NEK (Hollandiya), "Budo/Qlimt" (Norveç) kimi klublarda forma geyib. Qolkiper son olaraq Danimarka “Randers”ində çıxış edib və bu komandada 69 matçda meydana çıxıb. Hannes 2012-ci ildən milliyə dəvət alır və ölkəsinin əsas komandasının heyətində 52 oyunda şans qazanıb. AÇ-2016-nın final mərhələsində çıxış edib. Sözügedən yarışda İslandiyanın keçirdiyi 5 oyunun hamısında “çərçivə”ni qoruyub. Halldorsson DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 9 oyunda meydana çıxıb və komandası mundialın final mərhələsinə vəsiqə qazanıb. Dünya çempionatının qrup mərhələsində hər 3 oyunda meydanda olub və bu matçlar zamanı 1 penalti qurtarmaqla diqqət mərkəzinə düşüb. Hə, əsas məsələ də məhz həmin 11 metrlik cərimə zərbəsi ilə bağlıdı. Belə ki, D qrupunun ilk oyununda İslandiya Argentina ilə üz-üzə gəldi. Hesab 1:1 olarkən, 64-cü dəqiqədə Halldorsson hazırda dünyanın ən güclü iki futbolçusundan biri olan Lionel Messinin penaltisini dəf etdi. Bununla da o komandasının güclü rəqiblə oyundan 1 xalla ayrılmasında böyük pay sahibi oldu. Təbii, Hannesi təkcə penaltini, özü də Messinin zərbəsini zərərsizləşdirdiyinə görə “dağın başına qoymaq” düzgün olmaz. Doğrudu, bu da xüsusi bacarıq tələb edir. Lakin Halldorsson digər oyunlardakı performasnı ilə tərifi haqq edir. Ümid edək ki, “Qarabağ”da da yığmadakı uğurunu təkrarlaya biləcək. Yeri gəlmişkən, məsələnin maliyyə tərəfi də böyük maraq doğurur.
Hannes “Randers”dən ayrılması ilə bağlı Danimarka klubunun rəsmi saytına açıqlama verib. O, bunları deyib: “Randers”də gözəl vaxtlarım keçdi, xoşbəxt oldum. Komandada və şəhərdə özümü çox yaxşı hiss etdim. Randers möhtəşəm şəhərdi, buranı tərk etmək qərarı asan olmadı. Ancaq indi 34 yaşım var. Bu üzdən də yeni bir şey sınamaq, fərqli macəra yaşamaq istədim. Burda keçirdiyim iki ildə klubda mənə dəstək olan hər kəsə və azarkeşlərə minnətdarlığımı bildirirəm. Gələcəkdə kluba uğurlar arzulayıram”.
“Randers”in idman direktoru Soren Pedersenin isə qapıçının gedişi ilə bağlı fikirləri belə olub: “Hannesin dünya çempionatındakı çıxışı diqqətdən kənarda qalmadı. Onunla maraqlanan çox idi. Ancaq konkret təklif “Qarabağ”dan gəldi və onlarla razılaşdıq. Hannes bizim samballı oyunçularımızdan biri idi. Komandamız üçün həm meydanda, həm də ondan kənarda böyük əhəmiyyət kəsb edirdi. Biz Hannesə “Randers”dəki xidmətlərinə görə təşəkkür edirik. Gələcək karyerasında uğurlar arzulayırıq”.
Maraqlıdı ki, “Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçakın da qolkiperin “köhlən atlar”ı seçməsində rolu olub. Bu haqda Jezniçak özü ölkəsinin mətbuatına açıqlamasında deyib. O telefonla Halldorssonu razı salmağa çalışdığını bildirib. Ancaq deyəsən, islandiyalı qapıçı “Olimpiya” ilə ilk matçda meydana çıxa bilməyəcək. Onun DÇ-də Xorvatiya ilə oyundan öncə zədələndiyi, matçın gedişində problemin ciddiləşdiyi deyilir. Bu üzdən sloveniyalılarla ilk dueldə oynaması real görünmür.
Halldorssondan başqa daha bir futbolçunun adı “Qarabağ”la yanaşı hallanır. Belə ki, Bolqarıstan millisinin yarımmüdafiəçisi Simeon Slavçev karyerasını Ağdam klubunda davam etdirməyə yaxındı. Bu haqda Portuqaliya mətbuatı məlumat yayıb. Xəbərdə qeyd olunur ki, “Sportinq”in futbolçusu artıq klubun düşərgəsini tərk edib. 25 yaşlı oyunçu Lissabon təmsilçisində mövsümöncəsi tibbi müayinədən keçməsinə baxmayaraq, ondan bəri məşqlərdə görünmür. Slavçevin “Qarabağ”la anlaşdığı və Azərbaycan çempionu ilə müqavilə bağlayacağı vurğulanıb. 2014-cü ildən “Sportinq”ə məxsus olan “Liteks”in yetirməsi 2015-16-cı illərdə müvafiq olaraq “Bolton”, “Apollon” və “Lexiya” klublarında icarə əsasında çıxış edib. Lissabonlularla gələn ilin yayına qədər müqaviləsi olmasına baxmayaraq, onun bu dəfə klubu birdəfəlik tərk edəcəyi gözlənilir.
Bu arada “Olimpiya” – “Qarabağ” matçının hakimləri müəyyənləşib. Qarşılaşmanı Belçikadan olan referilər idarə edəcək. İyulun 11-də baş tutacaq görüşdə Lourens Visser fit çalacaq. Oyunun yan xətt hakimləri Karel de Roker və Co de Veyrdt olacaq. Matçın dördüncü hakimi funksiyasını Bram van Drieşe yerinə yetirəcək. Lyublyanada baş tutacaq qarşılaşmanın hakim-inspektoru litvalı Paulius Maljinskas olacaq.
“Olimpiya” isə təlim-məşq toplanışını davam etdirir. Sloveniya çempionu ağdamlılarla duel ərəfəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq. Bu komanda öncə “Ferentsvaroş”la üz-üzə gələcək. Bu məqsədlə lyublyanalılar Macarıstanın Zalaeqerseq şəhərinə yola düşüblər. Matçdan dərhal sonra Lyublyanaya dönəcək “Olimpiya” doğma arenada son sınaq matçına çıxacaq. İliya Stolitsanın yetirmələrinin budəfəki rəqibi Misir “Əl-Əhli”si olacaq.
“Olimpiya”nın yeni transferi Matiç Çrniç komandasının avrokubok şansını dəyərləndirib: “Olimpiya”ya keçdiyimə görə şadam. Bu klubla Çempionlar Liqasında oynamaq imkanı qazanacam. Bilirəm ki, burda futbolçudan çox şey gözləyirlər. Qısa müddətdə kollektivə uyğunlaşmağa çalışacam. Bir neçə gündən sonra ÇL-də mübarizəyə start verəcəyik. İlk matçda uğurlu nəticəyə ümid edirik. “Qarabağ”ı məğlub edəcəyimizə inanırıq. Qarşıdakı oyunlarda “Olimpiya”nın əsl üzünü göstərəcəyik”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:51 Yığmanın baş məşqçisi Avropa çempionatını şərh etdi Bu gün, 12:51 “Sinerji Qrup” velosiped idmanından da əlini çəkdi Bu gün, 12:49 Kintana Albaniyada oynaya bilməyəcək Bu gün, 12:39 “Məncə, Ramosla bağlı sual klub rəhbərliyinə ünvanlanmalıdı” Bu gün, 12:38 "Kukesi" mərhələləri keçmək təcrübəsi olan bir komandadı” Bu gün, 12:37 "İnter Arena"nın adı dəyişdi Bu gün, 12:35 Üç klubun iflası sosial “feysbuk”a çaxnaşma saldı Bu gün, 12:34 Kamran Quliyev arxayınlığın məğlubiyyətə səbəb olduğunu söylədi Bu gün, 12:27 Fiaskonun səbəbləri Bu gün, 12:23 “Qarabağ” kimi rəqiblə qarşılaşacağımıza hələ də inanmırıq” Bu gün, 12:19 Əcnəbi jurnalistlər komandalarımızı ələ salır Bu gün, 12:14 TRANSFER DOSYESİ Bu gün, 12:12 Türkiyə millisində çalışmış, 26 il vətəndən uzaq qalmış azərbaycanlı... Bu gün, 12:09 Araz karyerasını Avropada davam etdirəcək Bu gün, 12:08 Almeyda “Astana”da debüt etdi Bu gün, 12:06 Anar Salmanov rus hakimə 8,1 verdi Bu gün, 12:03 Zirə” Boluda ərəblərlə “sülh bağladı” Bu gün, 12:02 Hakimlərimiz qonaqları sevindirdi 21-07-2018, 13:42 Yalnız “Futbol+”də! 21-07-2018, 13:39 Voleybolçular Sloveniyaya yollandı 21-07-2018, 13:35 “İmarət”in şüarı “Maribor” azarkeşlərinin ürəyinə yağ kimi yayılıb 21-07-2018, 13:30 Heç kimə lazım olmayan qələbə... 21-07-2018, 13:24 Məcbur “azarkeşlər”, jurnalist biganəliyi, üzgün Vaqif... 21-07-2018, 13:21 Möcüzə baş vermədi 21-07-2018, 13:13 Qısa xəbərlər 21-07-2018, 12:34 “Sabah” AFFA-dan maliyyələşdiyini boynuna aldı 21-07-2018, 12:29 “Qarabağ”ın potensial 11 rəqibi 21-07-2018, 12:27 Başabəla albanlar: “Qarabağ” sindromu qırmalıdı 21-07-2018, 12:20 “Sumqayıt” “sülh”lə başladı 21-07-2018, 12:13 “Zirə”nin hazırlıq planı dəyişdi 21-07-2018, 12:11 "Səbail" "Sivasspor"la bacarmadı 21-07-2018, 12:08 “Reyncers”in futbolçusu “Traktorsazi”də 21-07-2018, 12:02 Fineo vətənə döndü 21-07-2018, 11:59 “Neftçi”ni Budapeştdə basdırdılar 21-07-2018, 11:46 “Uypeşt”in baş məşqçisi “Neftçi”yə təşəkkür etdi 20-07-2018, 13:58 Ramil Şeydayev qol vursa da... 20-07-2018, 13:51 AFFA idman jurnalistlərini çağırır 20-07-2018, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı 20-07-2018, 13:47 Futvolley turnirində böyük fırıldaq 20-07-2018, 13:44 Qolsuz, amma maraqlı gecə 20-07-2018, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! 20-07-2018, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi 20-07-2018, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı 20-07-2018, 13:03 “Zirə” də getdi 20-07-2018, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı 20-07-2018, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var 20-07-2018, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış Bütün xəbərlər
Ən çox oxunanlar