04 iy 19:45gundem

“Qarabağ” Suriya yığmasına uduzdu

“Qarabağ” Suriya yığmasına uduzdu
Əvvəlki 4 yayın göstəricisi: 14 oyun, 10 məğlubiyyət
Avstriya toplanışını davam etdirən “Qarabağ” yoldaşlıq görüşlərinə ara vermir. Buna qədər “Ludoqorets” (1:1) və “Vakker İnsburk”la (0:0) heç-heçə oynayan ağdamlılar üçüncü sınaq matçında meydanı məğlub tərk edib. Şənbə günü baş tutan qarşılaşmada rəqib, öncədən xəbər verdiyimiz kimi, Suriya yığması olub. DÇ-2018-in pley-offunda çıxış edən suriyalılar 1:0 hesabı ilə qələbə qazanıb.
Qurban Qurbanov bu dəfə əsas heyətdə bəzi dəyişikliklərə əl atıb ki, maraqlı məqam Rəşad Sadıqovla yeni transfer Abdulla Zubirin start heyətində yer alması olub. Mahir Mədətov isə bu dəfə də hücumun sivri ucunda oynayıb: Şahruddin Məhəmmədəliyev, Ansi Aqolli, Rəşad Sadıqov, Yakub Jezniçak, Abbas Hüseynov, Coşqun Diniyev, Qara Qarayev, Vild-Donald Gerye, Abdulla Zubir, Filip Ozobiç, Mahir Mədətov.
Ağdamlıların oyunboyu bir neçə dəfə fərqlənmək imkanı olsa da, epizodlar boşa verilib. Nəticədə rəqib əlinə düşən azsaylı imkanlardan birini qola çevirib. 41-ci dəqiqədə Şahruddin Məhəmmədəliyevlə müdafiəçilərin anlaşılmazlığından sonra qapı qarşısına havalandırılan topu suriyalı futbolçu heç kimin mane olmadığı epizodda başla tora qovuşdurub.
“Köhlən atlar”ın yoldaşlıq görüşlərində qələbə qazana bilməməsini İbrahim Şehiç, Riçard Almeyda və Pedro Enrikenin gedişi ilə əlaqələndirənlərin sayı az deyil. Onların fikrincə, “Qarabağ” xeyli zəifləyib və bu gedişlə avrokuboklarda ciddi nəticəyə imza ata bilməyəcək. Halbuki Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin təlim-məşq toplanışlarında rəqiblərinə boyun əyməsi ənənə halını alıb. Hətta qələbə qazananda belə, bu, möcüzə kimi görünür. Çünki rəqibin adından, hansı liqada çıxış etməsindən asılı olmayaraq, “Qarabağ” sınaq matçlarının 70-80 faizində meydanı başıaşağı tərk edib.
Uzağa getməyib komandanın bundan öncə xaricdə keçirdiyi dörd yay toplanışında qeydə alınan nəticələrə nəzər saldıq. Həmin mövsümlər ki, “Qarabağ” 3 dəfə Avroliqanın, 1 dəfə isə Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb.
2014
Şaxtyor (Donetsk) – Qarabağ 2:0
Krasnodar – Qarabağ 1:0
Vakker Burqhausen – Qarabağ 0:2
Viktoriya (Plzen) – Qarabağ 1:3
2015
Qarabağ – SV Horn 3:4
Qarabağ – Styaua – 2:3
Qarabağ – Lokomotiv (Moskva) 2:2
2016
Vakker İnsburk – Qarabağ 1:0
Zenit – Qarabağ 0:1
Şkenderbü – Qarabağ 1:0
2017
Axmat – Qarabağ 1:0
ÇSKA (Sofiya) – Qarabağ 5:2
Dinamo (Moskva) – Qarabağ 1:0
Bröndbü – Qarabağ 5:1
Təxminən eyni göstərici qış toplanışlarında baş tutan oyunlarda da mövcuddu. Nəticələrdən də göründüyü kimi, ağdamlılar son 4 ilin yayında Avstriyada 14 yoldaşlıq matçına çıxıb. Və bunlardan yalnız 3-də qələbə qazana bilib. 1 oyun heç-heçə başa çatıbsa, “köhlən atlar” qalan 10 qarşılaşmada uduzub. Təkcə ötən yaya nəzər salmaq bəs edir. “Bröndbü”dən 5 top buraxan təmsilçimiz Çempionlar Liqasının pley-offunda bu ölkənin digər təmsilçisi “Kopenhagen”i mübarizədən kənarlaşdırmışdı. Yaxud “Axmat”la “Dinamo”ya boyun əyən kollektiv 2 oyunda Madrid “Atletiko”suna boyun əyməmişdi.
Eyni hala transfer çalışmalarında da rast gəlirik. Heyəti gücləndirməyi qarşısına hədəf qoyan son 5 ilin çempionu hələ ki Filip Ozobiç və Abdulla Zubir kimi əcnəbilərin keçidini rəsmiləşdirib. Qapı və hücum xəttindəki boşluqlar isə hələ də qalmaqdadı. Bu məsələyə görə də narahat olmağa dəyməz. Qurban Qurbanov tələsik addım atmaq istəmədiyindən, qərarı gecikir. Təcrübəli mütəxəssis daha samballı oyunçuların keçidində maraqlıdı ki, onlar da ilk cəhddə Azərbaycanda oynamağa razılıq vermir. Oyunlar hansı hesabla bitir, bitsin, transferlər nə vaxt gerçəkləşir- gerçəkləşsin, təki sonda ölkə futbol ictimaiyyətinin üzü gülsün. “Qarabağ” ac azarkeşlərə növbəti dəfə qrup həyəcanı yaşatsın!
Sonda qeyd edək ki, “Qarabağ” ailəsinə ciddi itki üz verib. Belə ki, uzun illərdi klubda çalışan İzzət Mahmudovun həyat yoldaşı dünyasını dəyişib. “Qarabağ” camiəsi mərhuməyə Allahdan rəhmət, yaxınlarına səbr diləyir.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar