01 iy 17:41gundem

"Uypeşt"lə səfər oyunu yunanlara tapşırıldı

"Uypeşt"lə səfər oyunu yunanlara tapşırıldı
“Neftçi” qanalı hücumçu transfer edir
"Neftçi"nin Avroliqanın 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 19-da keçirəcəyi "Uypeşt"lə səfər matçının hakimləri açıqlanıb. Macarıstan təmsilçisi ilə görüşü yunanıstanlı Anastasios Papapetru idarə edəcək. FİFA referisinə Vasilius Kampuris və Trifon Petropulos kömək edəcək. Dördüncü hakim funksiyasını isə Angelos Yevangelos yerinə yetirəcək. Onu da qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 12-də Bakıda keçiriləcək. Maraqlıdı ki, UEFA həmin qarşılaşmanın təyinatlarını hələ açıqlamayıb.
Anastasios Papapetrunun 33 yaşı var, indiyədək 19 beynəlxalq oyun idarə edib. Heç vaxt təmsilçilərimizlə yolu kəsişməyib. Əsasən aşağı yaş qruplarının oyunlarına təyinat alıb. Avroliqada isə 2-ci təsnifat mərhələsindən irəli getməyib. İdarə etdiyi matçlarda 51 sarı, 1 qırmızı vərəqə göstərib, 6 dəfə penalti təyin edib. 11 metrlik cərimə zərbələrini meydan sahibləri ilə qonaqlar arasında bərabər "bölüb". Vərəqələrdə isə səfərdə oynayan komandaya münasibətdə daha sərt davranıb.
Ötən sayımızda "Neftçi"nin daha bir transferi gerçəkləşdirmək üzrə olduğunu xəbər vermişdik. Klub saytı vasitəsilə üstüörtülü də olsa, bunu anons etmişdi. "Ağ-qaralar"ın heyətinə qatmaq istədiyi futbolçunun qanalı Kvame Amponsah Karikari olduğunu da bildirmişdik. Hücumçu bugünlərdə "ağ-qaralar"la münasibətlərini rəsmiləşdirəcək. Kvame haqda bəzi informasiyaları diqqətinizə çatdıraq. Son olaraq Qətərdə "Əl-Ərəbi"nin heyətində çıxış edib. 26 yaşlı forvard karyerası ərzində "İnternational Allies", AİK, "Deqerfors", "Balıkəsirspor", "Halmstad", "Hauqesunn", "İrtış", "Stal" və "Əl-Marxiya" kimi komandaların şərəfini qoruyub. Karikari Qananın U-20 millisinin heyətində 2 oyun keçirib.
Yeri gəlmişkən, Uypeşt"in baş məşqçisi Neboyşa Viqniyeviç mərhələ şanslarını dəyərləndirib. Klubun saytına danışan mütəxəssis 1-ci təsnifat mərhələsinin püşkü atılmazdan öncə Rumıniya "Viitorul"u ilə düşmək istədiklərini deyib: "Viitorul" bizim üçün daha münasib rəqib idi. Çünki çox gənc komandadı və təcrübəsiz futbolçulardan ibarətdi. "Neftçi" isə ən son arzuladığımız komanda idi. Onlar Avropa arenasında böyük təcrübəyə malikdi. İstedadlı futbolçuları var və futbola böyük məbləğdə vəsait ayırıblar. "Neftçi" həmçinin Avroliqanın qrup mərhələsində də iştirak edib. Biz mənim istəmədiyim komandaya rəqib olduq. Düşünürəm ki, belə görüşlərdə avrokuboklardakı təcrübə çox vacibdi. Bu amil oyunun nəticəsinə ciddi təsir göstərə bilər. Püşk bir o qədər də uğursuz deyil. Hər şey oyunun gedişindəki detallardan və müəyyən məqamlardan asılı olacaq. Biz ilk oyunu Bakıda keçirəcəyik və nə baş verdiyini görəcəyik. Daha sonra isə öz meydanımızda baş tutacaq qarşılaşmaya baxacağıq. Püşkdən sonra rəqibi təhlil etməyə başladım. Bir neçə oyunçusuna baxdım və vəziyyətlə tanış oldum. İlkin məlumat üçün bu mənə lazım idi. Görüdüklərimə əsasən onu deyə bilərəm ki, futbol oynamağı çox sevirlər. "Neftçi" texniki cəhətdən yaxşı komandadı. Rəqibimizdə kadr potensialı çox güclüdü. Bir sıra aparıcı futbolçuları var. Həmçinin bu komandada Azərbaycan millisinin üzvləri də çıxış edir. Onlar böyük səviyyə və təcrübə toplayıblar".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Bu gün, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Bu gün, 23:13 U-17 yenə darmadağın oldu Bu gün, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Bu gün, 23:07 Yenilgidə hakim izi olmadı Bu gün, 23:06 Üzücü başlanğıc Bu gün, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Bu gün, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Bu gün, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Bu gün, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Bu gün, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Bu gün, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Bu gün, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Bu gün, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Bu gün, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Bu gün, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Bu gün, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Bu gün, 22:23 İkinci tur 2 günə sığacaq Bu gün, 22:21 Mik Benet təqdim olundu Bu gün, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar