01 iy 17:36gundem

Fanklub üzvlərinin avrokubok planları və gözləntiləri...

Fanklub üzvlərinin avrokubok planları və gözləntiləri...
Sübhan Əliyev: “İçimizdə bir inam var ki, “Neftçi” 2013-dən bu yana ən yaxşı heyətə sahib olacaq”
Hazırda Rusiyada keçirilən dünya çempionatı davam etsə də, azərbaycanlı futbolsevərlərin bir gözü xaricdə təlim-məşq toplanışında olan avrokubok iştirakçılarınındadı. Gələcəyə ümidlər böyük, vaxt isə azdı. “Yarpaq tökümü”nə məruz qalan “Qarabağ” Sloveniya çempionu “Olimpiya” ilə qarşılaşacaqsa, “sökülüb” yenidən yığılan “Neftçi” Macarıstanın ən köklü klublarından sayılan “Uypeşt” səddini keçməyə çalışacaq. Heyəti kifayət qədər zəifləyən “Qəbələ”nin ötən il “Reyncers”i sıradan çıxaran “Proqres”lə duellərdən necə ayrılacağı da sual doğurur. Hələ də lazımi səviyyədə güclənməyən “Keşlə”nin “Baltsan”la mübarizədən qalib ayrılacağı da böyük sual altındadı.
Qısası, PFL prezidenti Ramin Musayevin sözü olmasın, komandalarımızın hazırlıq səviyyəsinə baxanda, hansısa birinin qrup mərhələsinə qədər irəliləyəcəyi real görünmür. Yəni indiki durumda elə bir komanda yoxdu ki, adam gələcəyə nikbin baxsın. Yalnız “Neftçi”nin heyət baxımından güclənməsi az-çox nədənsə xəbər verir ki, “ağ-qaralar”ı qarşıda “Sevilya”nın gözləməsi məsələyə nöqtə qoyur.
Bu oyunlarda əsas yük həm də azarkeşlərin üzərinə düşəcək. Xüsusilə ev matçlarında sevimli komandalarının yanında olub, onları qələbəyə səsləmələri vacibdi. Bunun üçün isə tribunalar dolmalı, tərəfdarlar öz dəstəyi ilə stadionu silkələməlidi. Bəs onlar buna hazırdımı? Ümumiyyətlə, komandalarının bu günü və sabahı haqda nə düşünürlər? Qitəmiqyaslı qarşılaşmalarla bağlı proqnozları necədi? Hər komandanın bir azarkeş qrupunun nümayəndəsi ilə danışdıq.
“Nə qədər az adam olsa, bizə xeyirdi”
Elvin İbrahimli, “İmarət”in fəalı: “Komandadan gedənlərə görə narahatlığımız yoxdu. Çünki göndərilən oyunçuların hamısı göndərilməliydi. Ona görə də bunun “yarpaq tökümü” adlandırılması ilə razı deyiləm. Dünənə görə çox sağ ol, amma bu gün də etməli olduğun nələrsə olmalıdı. Orda elə futbolçular vardı ki, ümumiyyətlə, komandaya xeyri dəyməmişdi, ya da vaxtilə adından söz etdirib son zamanlar müxtəlif səbəblərdən özünə bənzəmirdi. Pedro Enrike yaxşı futbolçu idi, bəyənirdik, amma hiss olunurdu ki, Çempionlar Liqası çərçivəsində baş tutan oyunlardan sonra fikri “Qarabağ”da deyil. Elə oyunçunun qalmasındansa, getməsi yaxşıdı. 2006-cı ildən “Qarabağ” üçün tribunalardayam. Səmimi deyirəm, geridə qalan zaman ərzində klub rəhbərliyinin bu cür doğru qərarını görməmişdim. Əsas narahatlığımız heyətin gücləndirilməməsinə görədi. Düzdü, Filip Ozobiçlə Abdulla Zubir cəlb olunub. Lakin hücum xəttində və qapıda boşluqlar qalmaqdadı. Bilirəm, yeni futbolçular alınacaq. Amma vaxt azdı. Onların gəlişi, uyğunlaşması zaman tələb edəcək. “Olimpiya”nı həm komanda kimi tanıyırıq, həm də azarkeşlərinin nəyə qadir olduğuna bələdik. Deyərdim ki, olduqca güclü azarkeş ordusuna malikdilər. Ona görə də biz özümüz də əsasən oyuna yox, tribunada görəcəyimiz işlərə hazırlaşırıq. “Qarabağ”dan istənilən halda qələbə gözləyirik. Azarkeş sayına gəlincə, nə qədər az adam olsa, bizə xeyirdi. Çünki azarkeş çox olanda istədiyimiz dəstəyi verə bilmirik. Digər tribunadakılar onsuz da bizə qoşulmur, bəstələr oxumur, şüarlar səsləndirmir. Sadəcə, yer tuturlar və lazımsız şüarlarla işimizə mane olurlar”.
“6000 azarkeşin gəlməsində problem görmürəm”
Sübhan Əliyev, “Forza Neftçi”nin rəhbəri: ”Düzü, komandada baş verən dəyişikliklər, yəni əcnəbi baş məşqçinin gətirilməsi və çox sayda legionerin cəlb olunması adamda ümid yaradır. Amma konkret yaxşı mənada nəyəsə ümid etmək üçün hələ tezdi. Baqali Dabo ilə Dario Federikonun transferini alqışlayırıq. Hər ikisi bizə tanış simalardı və öz komandalarının lider futbolçuları sayılırdılar. Lakin digər əcnəbiləri tanımırıq. Bununla belə, onların karyerasını vərəqləyəndə görürük ki, vaxtilə çıxış etdiyi komandalarda adlarından söz etdirən futbolçular olmayıblar. Belə deyim, ortabab hesab olunublar. Məsələn, hazırda qanalı hücumçu ilə maraqlanırlar. Cəmi 25 yaşı var və indiyə qədər 11 fərqli komandada çıxış edib. Bunun özü ciddi həyəcan siqnalıdı. Futbolçu tez-tez komanda dəyişirsə, onun hansısa problemi var. Ya xarakteri normal deyil, ya da zədəyə meyillidi. Əsas narahatlığımız həmin hücumçu ilə bağlıdı. Amma içimizdə bir inam var ki, “Neftçi” 2013-dən bu yana ən yaxşı heyətə sahib olacaq. Təki ümidlərimiz doğrulsun. “Uypeşt”lə oyunlara gəlincə, bu mərhələ keçilməlidi. Başqa cür ola da bilməz. Bu dəqiqə bizi baxımlı futbolla yanaşı, nəticə də maraqlandırır. Nəticə olmayandan sonra baxımlı oyun nəyimizə lazımdı? Amma növbəti mərhələdə “Neftçi”ni elə bir rəqib gözləyir ki, başqa komandalar “Sevilya” ilə qrupda qarşılaşır, biz isə təsnifat mərhələsində oynaya bilərik. Gördüyünüz kimi, bəxt də yaxşı şeydi. Azarkeşik, işimiz komandadan nəticə tələb etməkdi. Ona görə də “Neftçi”dən hər zaman qələbə gözləyirik... O ki qaldı dəstək məsələsinə, əlbəttə, qarşılaşmalar “Bakcell Arena”da keçirilsəydi, çox yaxşı olardı. Bildiyiniz kimi, ordakı ev oyunlarında tribunalar demək olar, dolur. Lakin “Dalğa Arena” nisbətən uzaqdı, yolu da əlverişli deyil. Amma yenə də oyunun harda keçirilməsinin bizim üçün fərqi yoxdu. Azarkeşiksə, Azərbaycanın o biri başına da getməliyik. Məncə, stadion dolacaq. 6000 azarkeşin gəlməsində problem görmürəm. “Neftçi” yenilənib, hamı üçün “sirli qutu”du. Ona görə də maraq xatirinə hamı gələcək. İnşallah, azarkeş sayında problem olmayacaq”.
“Proqres”lə oyuna 3500 tərəfdarın gələcəyinə şübhə etmirəm”
Cavad Şərifli, “Red Black Army”: “Razıyam, son başverənlərdən sonra insanlarda müəyyən inamsızlıq yaranıb. Özünüz də görürsüz ki, bundan sonrakı əsas hədəf akademiyada yetişən gənclərə şans vermək, onların inkişafına çalışmaqdı. Baqali Dabo və Filip Ozobiç kimi aparıcı futbolçular komandanı tərk etdi. Onların yerinə gələnlərin isə nəyə qadir olduğunu bilmirik. Üstəlik, komandaya, yeni mühitə uyğunlaşmaları üçün vaxt lazımdı. Düzü, mən o qədər də narahat deyiləm. Əvvəla ona görə ki, Roman Qriqorçukun yerinə hansısa başqa məşqçi yox, Sənan Qurbanov gətirilib. Bu həmin məşqçidi ki, uzun illər Qriqorçukun yanında çalışıb, onun oyun fəlsəfəsini mənimsəyib. Yəni oyun planında ciddi dəyişikliklərə əl atmayacaq. Və bu da futbolçuların işini asanlaşdırır. Başqa mütəxəssis gəlsəydi, dəyişikliklər edəcəkdi, ortaya yeni nələrsə qoyacaqdı və bu da ciddi zaman tələb edir. Şəxsən mən Voislav Stankoviçlə Dmitri Bezotosnıya görə daha çox narahat idim. Bu legionerlər daim sabit oyun nümayiş etdirib, arxa xəttin, qapının dirəyi sayılıblar. Şükürlər olsun ki, onlar qaldılar. Üstəgəl, beynəlxalq oyun təcrübəsi zəngin olan İlqar Qurbanov, Cavid Hüseynov, Asif Məmmədov kimi yerlilər də var. Desəm ki, “Qəbələ”ni Avroliqanın qrupunda görürəm, yalan olar. Real danışsaq, azı iki mərhələ adlayacaqlarına ümid edirəm. Çətini sürət yığmaqdı. Ona görə də “Proqres”lə matçlarda ehtiyatlı olmaq lazımdı. Bu rəqibi keçsələr, əminəm ki, ikinci mərhələni də inamla adlayacaqlar. Üçüncü mərhələdəki rəqibin adından isə çox şey asılıdı. Azarkeş dəstəyinə gəlincə, sizinlə razıyam, kubokun finalındakı yenilgi hər birimizə pis təsir etdi, kimlərsə küsüb-incidi. Amma olanlar keçmişdə qalıb. Hər bir komandanın başına gələ biləcək işdi. Söhbət Avroliqadan gedirsə, bu həm Qəbələnin, həm də Azərbaycanın adı deməkdi. Bildiyiniz kimi, beynəlxalq oyunlara görə mərkəzi sektorla üzbəüz quraşdırılmış tribunalar yığışdırılacaq. Belədə tribunaların tutumu 4500-dən təxminən 3500-ə qədər enəcək. “Proqres”lə qarşılaşmaya bu qədər tərəfdarın gələcəyinə isə qətiyyən şübhə etmirəm. Özümüz də təbliğat işləri aparıb, lazım olanı edəcəyik”.
“Keşlə” bu heyətlə iki mərhələdən o tərəfə gedə bilməyəcək”
Elnur Yusifov, “Keşlə” fanklubunun bölmə rəhbəri: “Komanda “İnter Arena”da toplaşanda olarkən dərhal düşərgəyə baş çəkib, iki məşqinə baxdıq. Deyərdim ki, ab-hava çox yaxşıdı. Kuboku əldə edəndən sonra futbolçularda ruh yüksəkliyi bir az da artıb. Öz adımdan deyim, Yuri Maksimovun qalması ürəyimə yağ kimi yayıldı. Olduqca doğru qərar idi. Başqa mütəxəssis gəlsəydi, Allah bilir, nə olacaqdı. “Keşlə”də 5 ay çalışmasına baxmayaraq, “əl işi”nin şahidi olduq. Sadəcə, narahatlıq doğuran məqam komandanın lazımi səviyyədə güclənməməsidi. Çempionatda da görünürdü ki, ehtiyat oyunçular skamyası boşdu, oyunu gücləndirə biləcək oyunçular yoxdu. Düzdü, baş məşqçinin bildiyi məsləhətdi, amma Pərdis Fərcad-Azadın gedişinə çox üzüldüm. Ləng və intizamsız olsa da, komandaya çox kömək edirdi. Çalışqan idi, rəqib müdafiəsini təzyiq altında saxlayırdı, gözlənilməz anlarda səhnəyə çıxırdı. Təki yerinə ondan da yaxşısını gətirsinlər. O ki qaldı proqnozuma, məncə, “Keşlə” bu heyətlə iki mərhələdən o tərəfə gedə bilməyəcək. Bu, sırf mənim ehtimalımdı. Təki gümanımda yanılım... Ev oyununa qədər üç həftə vaxtımız var. İyulun 10-na qədər fanklubun rəhbəri Ruslan Muradovla bir araya gəlib, müzakirələr edəcəyik. Əsas yük biz bölmə rəhbərlərinin üzərinə düşəcək. Burda bir məsələ də var, digər komandaların fanklubları “Keşlə”yə dəstək verəcək, ya yox. Çünki bu vaxta qədər biz özümüz də avrokubok matçlarında Azərbaycan təmsilçilərinə az dəstək olmamışıq. Klubun rəhbəri Zaur Axundovun da köməyi dəyə bilər. Müxtəlif zavod və fabriklərdən, idarə və müəssisələrdən futbolsevərlər cəlb oluna bilər. Məncə, “Dalğa Arena”da azarkeş baxımından problem olmayacaq. Tam dolacağını demirəm, hər halda, lazımi effektin olacağına ümid edirəm”.
HƏBİB
8 Best Legal Anabolic Steroids For Sale
Buy Anabolic Steroids Onlines

https://buysteroidsss.com/#

Anabolic Steroids For Sale
How To Buy Legal Steroids

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar