28 in 13:40gundem

Araz Abdullayev “Panionios”a qayıdır

Araz Abdullayev “Panionios”a qayıdır
“Qəbələ” nigeriyalı forvardla anlaşmaq üzrədi
Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” “Kukesi” (1:1) ilə oyundan sonra bir məşqə çıxıb. Toplanışının 5-ci günündə futbolçular əsasən bərpaedici, fiziki çalışmaları yerinə yetirib. Albaniya təmsilçisi ilə keçirilən yoxlama oyununda meydana qarşılaşmanın sonlarında daxil olanlar isə fiziki hazırlığın ardından topla məşq ediblər.
“Qırmızı-qaralar”ın təcrübəli futbolçusu Asif Məmmədov ilk yoxlama oyunu və ümumi hazırlıq barədə danışıb: “Hazırlıq prosesi yaxşı keçir. Qəbələdə baş tutan ilk mərhələdə fiziki hazırlıq üzərində çalışmışdıq. Sloveniyada isə daha çox toplu məşqləri gerçəkləşdiririk. Vaxt azlığını və heyətdəki dəyişiklikləri nəzərə alsaq, üzərimizdə çox işləməliyik. İlk yoxlama oyununda “Kukesi” ilə qarşılaşdıq. Düzdü, hər şey tam istədiyimiz kimi alınmadı. Çünki biz daha yaxşı oynamalıyıq. Lakin Albaniya təmsilçisi ilə matç ilk görüşümüz olduğundan qarşılaşmanı müsbət dəyərləndirərdim”.
Məmmədov baş məşqçi dəyişikliyi barədə fikirlərini də açıqlayıb. O bildirib ki, uzun müddət komandada çalışan Sənan Qurbanovun baş məşqçi kimi uğurlar qazanmasında bütün komanda pay sahibi olacaq: “Qurbanovla neçə müddətdi birlikdə çalışırıq. Necə mütəxəssis olduğuna bələdik. Daim öz üzərində işləyir. Gənc olmasına baxmayaraq, təcrübəli mütəxəssislərlə çalışmaqla böyük təcrübə qazanıb. Bütün “Qəbələ” camiəsinin ona böyük ümidləri var. Biz futbolçular da uğur qazanmaqda ona yardım etməliyik. Nəticədə bu, komandanın uğuru olacaq”.
Yarımmüdafiəçi Avropa Liqasının püşkatmasını belə dəyərləndirib: “Əslində mümkün 5 rəqib arasında ciddi fərq yox idi. Çünki Avropa Liqasında zəif rəqib olmur. Həm “Qəbələ”, həm də “Proqres” yay fasiləsindən sonra ilk rəsmi matçına çıxacaq. Buna görə də rəqiblərin ikisinə də çətin olacaq. Hazırda şanslar 50-nin 50-yədi. Lakin bizim Avropa təcrübəmiz daha çoxdu. Çalışacağıq ki, Lüksemburq təmsilçisini mübarizədən kənarlaşdıraq”.
Bu arada “Proqres”in baş məşqçisi Paolo Amadio Lüksemburq mətbuatına açıqlama verib. Baş məşqçi Avroliqadakı ötən mövsümü xatırlayaraq, “Qəbələ”yə də “Reyncers”in aqibətini yaşatmaq istədiklərini bildirib: “İstirahətdən yeni qayıtmışam. Bu çox vacib idi. İki həftə dincəldikdən sonra avrokubokların hazırlığına başlamaq yaxşı haldı. Çox gözləməyə ehtiyac yox idi. Önümüzdə bir hədəf var və vaxt sürətlə gedir. İnternetdə bizimlə bağlı məlumat toplamaq istəyən “Proqres” yazsa, “Reyncers”lə oyunlarımızı görəcək. Bunun rəqib üçün vəziyyəti çətinləşdirib-çətinləşdirməyəcəyini bilmirəm. Ancaq fakt budu. Bizim məqsədimiz bütün sahələrdə inkişaf etməkdi. Ötən mövsüm zədəli futbolçularımızın çoxluğuna baxmayaraq, cavab görüşünü daha yaxşı keçirmişdik. Bu o demək deyil ki, daha yaxşısını etməliyik. Amma bu cür davam etmək lazımdı”.
Yeri gəlmişkən, “Qəbələ”nin “Proqres”lə cavab qarşılaşmasının vaxtı və yeri müəyyənləşib. İyulun 19-da keçiriləcək görüş “Munisipal de Differdanj” arenasında keçiriləcək və Bakı vaxti ilə saat 23.30-da start götürəcək.
Mövsümlərarası fasilədə ən sərrast oyunçusu Dabonu itirən şimallılar hücumda yaşanan boşluğu aradan qaldırmaq üçün qollarını çırmalayıb. Və deyəsən, axtardığını Albaniyada tapıb. Albaniya mediası “qırmızı-qaralar”ın “Şkenderbü”nün forvardı Ceyms Adeniyi ilə ortaq məxrəcə gəldiyini xəbər verib. Danışıqların sona çatdığı, 26 yaşlı nigeriyalı hücumçunun tezliklə “Qəbələ” ilə ikiillik müqaviləyə qol çəkəcəyi bildirilir. Onu da qeyd edək ki, Albaniya təmsilçisinin heyətində 107 oyuna çıxan Adeniyi 33 qola imza atıb.
Alban həmkarlarımızın paylaşdığı xəbərin nə dərəcədə düz olub-olmadığını dəqiqləşdirmək üçün şimallıların meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq: “Ceymslə danışıq apardığımız düz məlumatdı. Klubu ilə artıq razılığa gəlmişik. Futbolçunun özü ilə də müqavilə şərtlərini müzakirə etmişik. Bəzi detallar qalıb ki, ona görə transfer bir qədər ləngiyir. Açıq desəm, forvarda başqa klubdan da təklif var. Buna görə son qərarını açıqlamaq üçün bizdən iki gün vaxt istəyib. Böyük ehtimalla, qarşıdakı günlərdə bu məsələyə nöqtə qoyulacaq”.
Ötən saylarımızın birində Araz Abdullayevin Yunanıstan klublarının birinin maraq dairəsinə düşdüyünü xəbər vermişdik. Yunanların millinin də şərəfini qoruyan yarımmüdafiəçini icarəyə götürmək istədiyini bildirmişdik. Səbuhi bəylə söhbətdə Abdullayevin taleyinə də aydınlıq gətirməsini istədik: “Danışıqlar hələ ki davam edir. Elə şərtlər var ki, Arazı qane etmir, bəziləri isə klub olaraq bizə sərfəli deyil. Yəqin ki, yaxın günlərdə qarşı tərəflə ortaq məxrəcə gələcəyik. Futbolçumuzu icarəyə götürmək istəyən isə “Panionios”du”.
Bu yerdə onu da xatırladaq ki, “Panionios” Araz üçün heç də yad klub sayılmır. Belə ki, Abdullayev 2012-ci ildə icarə əsasında 8 oyunda “mavi-qırmızılar”ın şərəfini qoruyub. Afina yaxınlığındakı Nea Smirna şəhərciyinin təmsilçisi ötən mövsüm superliqada 7-ci yeri tutub.
Sonda onu da bildirək ki, Sloveniya toplanışı çərçivəsində “Qəbələ”nin yoldaşlıq oyunu keçirəcəyi daha bir rəqibin adı məlum olub. İyulun 4-də Sənan Qurbanovun komandası Polşa “Krakovye”si ilə üz-üzə gələcək. Ona qədər isə, daha dəqiq desək, iyunun 28-də şimallılar Zaqreb “Dinamo”su ilə münasibətləri aydınlaşdıracaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar