27 in 16:19gundem

“Xəzər”in sahibi BMCMİ-də saxlanılır

“Xəzər”in sahibi BMCMİ-də saxlanılır
Zeynalov maaş və mükafatı verməyib
Ötən mövsüm birinci dəstədə çempionluğu bayram edən, ancaq AFFA tərəfindən premyer-liqaya buraxılmayan “Xəzər”in sahibi, “Günay Bank”ın keçmiş sədr müavini Emin Zeynalovun saxtakarlıqları barədə sizlərə məlumat vermişdik. Qısaca xatırladaq ki, külli miqdarda yeyintidə ittiham olunan Zeynalov hazırda gözaltına alınıb. Srağagün artıq fəaliyyətini dayandıran klubun prezidentinin saxlanılması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, bəzi mənbələrdə 100 milyon manat mənimsəməkdə günahlandırılan Zeynalovun əslində bankdan 3 milyon manat mənimsədiyi bildirilir. Emin bəy 3 milyonun “arxasına keçdiyi” üçün bir müddət əvvəl tutduğu vəzifədən kənarlaşdırılıb. Əldə olunan digər məlumatlara görə, Zeynalov əslində "qara bazar"da valyutadəyişmə əməliyyatlarında külli miqdarda vəsaitlə iştirak edib. O, həmçinin "qeyri-leqal pul dövriyəsi sxemi" qurub, bu yolla milyonlarla manat vəsaiti mənimsəyib. Onun vəsaitini mənimsədikləri arasında xeyli vəzifəli şəxsin də olduğu bildirilir.
Mətbuatda onun ölkədən qaçması və barəsində axtarış elan olunması ilə bağlı yayılan məlumatlar isə təsdiqini tapmayıb. Zeynalov tutduğu vəzifədən azad edildikdən az sonra mənimsədiyi pulu qaytarmadığı üçün onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Həmin müraciət əsasında artıq tarixin yaddaşına köçmüş klubun prezidenti Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən tutulub. Hazırda da BMCMİ-də saxlanıldığı bildirilən Zeynalovun tutulması ilə bağlı Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları tərəfindən heç bir açıqlama verilmir.
Bununla belə, Emin bəyin bankın külli miqdarda vəsaitini mənimsədiyi barədə informasiyalar həm “Günay Bank”, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təkzib olunur. Məsələ ilə bağlı “qafqazinfo”ya açıqlama verən “Günay Bank”ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov bildirib ki, iddialar əsassızdı və bankda heç bir oğurluq faktı qeydə alınmayıb. Məmmədov qeyd edib ki, Zeynalovun bankdan kənarda biznes tərəfdaşları ilə borc problemi olub: “Bu məsələdən xəbər tutan kimi onu çağırdım və işdən azad etdim. Lakin xaricə qaçması barədə məlumatlar əsassızdı”.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev "APA-Economics"ə bildirib ki, Zeynalovun “Günay Bank”dan 100 milyon manat məbləğində vəsaiti götürərək ölkədən qaçması barədə mətbuatda yayılmış xəbərlər əsassızdı: “Palatanın əməkdaşları qrafikə uyğun olaraq, 1 aydan çoxdu “Günay Bank”da yoxlamalar aparır və bankdan kütləvi şəkildə vəsait çıxarılması halı aşkar etməyiblər". Onu da bildirək ki, Zeynalov “Baku Languages and Business School” adlı kursun da icraçı direktorudu. O, “ZZ Group»un sahibi Zakir Zeynalovun oğludu. Atasının ona görə bir neçə daşınmaz əmlakını satışa çıxardığı söylənilir.
Zeynalovun həbsi “Xəzər”in keçmiş personalına ikiqat zərbə vurub. Kluba bağlı olanlar mayın maaşını hələ də almayıblar. Halbuki onlara Ramazan bayramından sonra əməkhaqqını alacaqları ilə bağlı söz verilmişdi. Maaşla yanaşı, çempionluğa görə prezidentin vəd etdiyi mükafat da verilməyib. Söylənilənlərə inansaq, Emin bəyin komandaya ümumilikdə 35 min manat borcu var. Bundan başqa, hazırda həbsdə olan bankirin “Xəzər”in ev oyunlarını keçirdiyi “İnter Arena”ya da 5000 manat borcunun qaldığı deyilir.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 10:06 Həftənin idman proqramı Bu gün, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Bu gün, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Bu gün, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Bu gün, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Bu gün, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Bu gün, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Bu gün, 09:43 Yığmanın heyəti açıqlandı Bu gün, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” 13-07-2019, 12:59 Ağabala “Səbail”i məğlubiyyətdən qurtara bilmədi 13-07-2019, 12:48 “Qarabağ” səhərəyaxın qayıtdı 13-07-2019, 12:44 “Qarabağ” biletləri satışa çıxardı 13-07-2019, 12:39 Aqolli heç-heçəni “Qarabağ” üçün uğurlu nəticə sayır 13-07-2019, 12:35 “Partizani” rəhbərliyi məmnundu 13-07-2019, 12:24 “Neftçi”ni məyus etmiş komandanın oyunçusu “Keşlə”də 13-07-2019, 12:18 Əsgər Abdullayev “Araz Naxçıvan”da! 13-07-2019, 12:15 Nazim Süleymanovun qalmaqallı müsahibəsinə sözardı 13-07-2019, 12:12 İki azərbaycanlı ulduzun avrokubok macəraları 12-07-2019, 12:36 Federasiya Fransa çempionu olan basketbolçuyla maraqlanmır 12-07-2019, 12:33 Yığmanın baş məşqçisi istefa verdi 12-07-2019, 12:30 Məğlubiyyətdən başqa istənilən nəticə Bordini qane edəcək 12-07-2019, 12:26 "Sperantsa" ilə oyunöncəsi 9 saatlıq yolculuq 12-07-2019, 12:22 “Forza Neftçi” gömrük məntəqəsində problemlə üzləşdi 12-07-2019, 12:20 "Neftçi" yayın hüququnu 5 min avroya aldı 12-07-2019, 12:11 “Zirə”nin prezidenti istefa verdi 12-07-2019, 12:01 Nazim Süleymanov “vulkan kimi püskürdü” 12-07-2019, 11:58 “Tofiq Bəhramov” avropalılar önünə sökük örtüklə çıxacaq 12-07-2019, 11:55 Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi 12-07-2019, 11:47 MOK və AFFA Vaqif Davudovu yubileyi münasibətilə təbrik etdi 12-07-2019, 11:45 “Qəbələ” Adeniyini 100 min avroya icarəyə verdi 12-07-2019, 11:44 “Sabah” transferlərdən “doymur” 12-07-2019, 11:42 Rəhim Həsənov Slovakiyaya gedir 11-07-2019, 18:36 Sakit Alıyevin xatirə turniri başa çatdı Bütün xəbərlər
Ən çox oxunanlar