24 in 13:44gundem

“Keşlə”ni Nyonda “Neftçi” rəsmisi təmsil edib

“Keşlə”ni Nyonda “Neftçi” rəsmisi təmsil edib
“Qəbələ”nin meneceri “Proqres”in nümayəndəsinə Karapetyanla bağlı xəbərdarlıq edib
Məlum olduğu kimi, iyunun 19-20-də Çempionlar Liqasının və Avropa Liqasının püşkü atıldı. Klublarımızdan “Qarabağ” Sloveniya “Olimpiya”sına, “Qəbələ” Lüksemburq “Proqres”inə, “Neftçi” Macarıstan “Uypeşt”inə, “Keşlə isə Malta “Baltsan”ına rəqib oldu. Bəribaşdan qeyd edək ki, avrokuboklarda 4 təmsilçimiz olsa da, Nyona 3 nümayəndə gedib. “Keşlə” adəti üzrə İsveçrəyə öz adamını göndərməyib və bu səlahiyyəti “Neftçi”nin nümayəndəsinə verib. Beləliklə, “Qarabağ”la “Qəbələ” UEFA-nın tədbirinə menecerlər – uyğun olaraq, Asif Əsgərovla Səbuhi Səfiyarlının timsalında qatılıb. “Neftçi” və “Keşlə”ni isə “ağ-qaralar”ın baş meneceri Qədir Həsənov təmsil edib. Təmsilçilərimizlə əlaqə saxlayıb, tədbirlə bağlı təəssüratlarını öyrəndik.
Asif Əsgərov: “Əvvəlki illərlə müqayisədə istər-istəməz fərqlər var idi. Həm format dəyişmişdi, həm püşkatmanın gedişi. Yerli vaxtla saat 12.00-da ÇL-in təsnifat mərhələsinin püşkü atılırdı, saatyarım sonra da AL-in. Bu il tədbir iki günə sığdı. Ayın 19-da ÇL-dəki komandalar rəqiblərini tanıdı, ertəsi AL-in püşkü çəkildi. Bizim püşkatmada Avropa Liqasında iştirak edən klublar olmadığından, daha sakitçilik idi. Hər iki turnirdə iki təsnifat mərhələsinin püşkatması baş tutdu. Bununla belə, təşkilati işlərin görülməsi və komandaların rəqiblərini tanıması üçün xeyli vaxtı oldu. Arada hər kəs fürsətdən istifadə edib rəqibləri ilə təşkilati məsələlərlə bağlı müzakirələr apardılar, bir-birinə yardımlarını təklif etdilər. “Olimpiya” rəsmilərinin püşkün nəticəsinə reaksiyalarını görə bilmədim. Yəni sevindiklərini, yaxud üzüldüklərini deyə bilmərəm. Ümumiyyətlə, bu barədə nəsə deməyim düzgün çıxmaz. Rəqibə hörmət etmək lazımdı”.
Qədir Həsənov: “Açığı, UEFA-nın püşkatmasında ilk dəfə iştirak edirdim. Səkkiz ildi futboldayam və nəzəri məlumatım var idi. Amma qeyd etdiyim kimi, tədbirdə ilk dəfə oldum. Təəssüratım çox yaxşıdı. Təşkilatçılıq yüksək səviyyədə idi. Birinci mərhələdəki rəqibimiz məlum olandan sonra “Uypeşt”in nümayəndəsi ilə görüşdük, məlumat mübadiləsi apardıq. Klubların tarixi haqda danışdıq, broşür təqdim etdik. Otel, nəqliyyat, viza məsələləri ilə bağlı danışdıq. Eyni zamanda razılaşdıq ki, lazım olarsa, oyun ərəfəsində bir nümayəndəmizi səfərə göndərək. Təbii ki, texniki məsələləri yerində həll etmək üçün. “Uypeşt” nümayəndəsi ilə görüşümüz qısa, eyni zamanda məhsuldar alındı.
İkinci mərhələnin püşkatması 45 dəqiqə yubandı. Yerli vaxtla saat 14.00-da başlamalıydı, sonra dedilər 14.15-ə dəyişdirilib. 15 dəqiqə 30, 45 dəqiqə oldu və beləliklə, püşkatma 14.45-də başladı. Bildiyimə görə, UEFA tarixində belə yubanma olmamışdı. Bu da müəyyən narazılıqlara səbəb oldu. Ancaq UEFA nümayəndələri üzrxahlıq edərək, iştirakçıların “könlünü aldı”. Bildiyiniz kimi, ikinci mərhələdəki rəqibimiz Avropanın ən güclü, ən sanballı komandalarından olan “Sevilya”dı. İspaniya klubunun nümayəndələri ilə də görüşdüm. Hiss olunurdu ki, ürəklərincə deyil. İlk növbədə məsafə uzaqlığı onların kefini pozmuşdu. Mən də onlara çatdırdım ki, “Sevilya” da bizim üçün uyğun rəqib deyil, həm güc, həm də məsafə baxımından. Ancaq eyni zamanda, belə səviyyəli rəqiblə görüşdən çox şey qazanacağımızı bildirdim. Danışdıq, ünsiyyət qurduq. “Uypeşt”lə olduğu kimi, onlarla da texniki məsələlərdən danışdıq, bir-birimizə qarşılıqlı yardım təklif etdik. Təbii ki, mərhələ keçəcəyimiz halda onlarla daha sıx təmas quracağıq”.
Səbuhi Səfiyarlı: “Tədbir iki gün ərzində keçirildi ki, bu da ilk idi. Əvvəl həmişə birinci ÇL-in püşkü atılırdı, AL-dəkilər gözləyirdi. Püşkatma mərasimi elədi ki, orda əvvəlki illərdə qarşılaşdığın komandaların rəsmiləri, qonşu ölkə təmsilçilərindən olan tanışlarla görüşürsən. Belə maraqlı, yaddaqalan görüşlərimdən biri haqda sizə danışım. Bir dəfə bir erməni mənə yaxınlaşmışdı, özünü təqdim etmişdi. Yaşlı kişi idi, Qafan komandasının direktoru idi. Dedi ki, Azərbaycanla sərhədik, mənim azərbaycanlı dostlarım olub. Xoş xatirələrindən danışmışdı. Bir sözlə, maraqlı prosedurdu püşkatma. Rəqibini biləndən sonra yeni tanışlıqlar yaranır. “Proqres”in nümayəndəsi ilə “Fola”nın “Keşlə”, “Qarabağ”ın “Düdelanj”la qarşılaşmalarını xatırladıq. Təbii ki, onların heyətindəki erməni futbolçu ilə bağlı da danışdıq. Bildirdim ki, Ermənistanla müharibə şəraitindəyik, diplomatik münasibətlər yoxdu. Belədə rəqib tərəfin qanı qaraldı. Dedilər ki, Aleksandr Karapetyan bizim əsas futbolçumuzdu, onsuz oynaya bilmərik. 23 oyuna 29 qol vurduğunu qabartdılar. Hətta Karapetyanın Ermənistan vətəndaşı olmadığını, gürcü və alman pasportuna malik olduğunu bildirdilər. Çox güman, erməni futbolçu ilə bağlı əlavə müzakirə olacaq. Onlar öz federasiyalarına bu barədə məlumat çatdıracaqlar. Bizim federasiya da bu barədə məlumatlıdı. Yəqin ki, viza alınanda onun məsələsi araşdırılacaq. Daha yuxarı instansiyalarda baxılacaq. Mən qarşı tərəfə Mxitaryanın məsələsini də çatdırdım ki, Dortmund “Borussiya”sı onu Bakıya gətirə bilmədi. Bakıda problemlə üzləşməmək üçün iki dəfə düşünməli olduqlarını məsləhət gördüm.
Müzakirə zamanı qarşı tərəf ilk növbədə ev-səfər məsələsini irəli sürdü. Elə alınmışdı ki, onların 4 komandasının hamısı ilk oyunu evdə keçirməliydi. Bu üzdən bilirdik ki, UEFA sonradan dəyişiklik edəcək. Həm bizim, həm də Lüksemburqun çempionu həftənin 2-ci günü meydana çıxacağından, oyunu çərşənbə axşamına təyin etmək mümkün deyildi. Belədə UEFA özü proqramına, ölkələrin təmsilçilərinin oyun qrafikinə baxıb müəyyən varianta üstünlük verir. Eyni zamanda onlara ev oyunumuzu Qəbələdə keçirəcəyimizi xatırlatdıq. Bundan başqa, texniki məsələlərdən danışdıq. Düzdü, viza məsələsi ilə bağlı problemimiz olmayacaq. Lüksemburq Şengen ölkəsidi, bizim futbolçuların hamısının uzunmüddətli, multivizası var. Onları uçuş daha çox maraqlandırırdı. Çünki Lüksemburq sıx trafiki olan ölkə deyil. Bakıya uzun yol qət edəcəklər. Biləndə ki, Bakıdan da 2-3 saat avtobusla yol qət etməlidilər, narahat oldular. Ancaq onlara Qəbələdə beynəlxalq hava limanının olduğunu, ancaq Lüksemburqa birbaşa reys olmadığını başa saldım. Bu, onlar üçün göydəndüşmə oldu və dərhal bildirdilər ki, çarterlə gələrik. Vizanı da yəqin ki, Belçikadakı səfirliyimizdən əldə edəcəklər. Biz isə səfərə Bakıdan yola düşəcəyik. Otel, forma, məşq meydançası ilə bağlı detalları da müzakirə etdik, məlumat mübadiləsi apardıq”.
MİRAGA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar