24 in 13:22gundem

VAR-ın müsbət və mənfi yönləri

VAR-ın müsbət və mənfi yönləri
Rusiyada davam edən dünya çempionatında az qala nəticələrdən çox, hakimlik müzakirə olunur. İnsafən, hansısa komandanın haqqının yeyildiyini iddia etmək gülünc olar. Səhvlər olsa belə, VAR sistemi vasitəsilə ədalət bərpa olunur. Ancaq hakimlərin tez-tez sistemə müraciət etməsi, bəzən isə ehtiyac olduğu halda hansısa komandanın tələbinə etinasız yanaşması birmənalı qarşılanmır. Bir sözlə, adamlar hələ də VAR-a tam uyğunlaşmayıblar. Maraqlıdı, peşəkarlar sistemlə bağlı nə düşünür? Texnologiya futbolun ruhuna xələl gətirmir ki? Bu suallarla veteran hakimlərdən Tahir Süleymanova və Ceyhun Haşımova, həmçinin karyerasını davam etdirənlərdən Orxan Məmmədova müraciət etdik.
VAR-ın müsbət və mənfi yönləri
Tahir Süleymanov: “Dünya çempionatı yeni start götürüb. Hələ qrup ounları yekunlaşmayıb. Vacib, prinsipial oyunlar qabaqdadı. Hakimlik və yeni sistemlə bağlı qəti fikir bildirmək üçün tezdi. İlkin təəssürat, baxış ola bilər...
Yaxşı, özünəinamlı idarəçilik də olub, çox zəif, dünya çempionatı səviyyəsinə uyğun gəlməyən hakimlik də. VAR sisteminin obyektivlik, psixoloji baxımdan müsbət təsiri var. Bununla yanaşı, operativlik çatışmır, "iclas”a çox yer verilir. Bu da ümumilikdə oyunun tempinə, dinamikliyinə, ruhuna, baxımlılığına mənfi təsir göstərir. Bu hallar meydanda usta hakimlər olmayanda daha qabarıq görünür. Belədə VAR sistemini idarə edənlər "kabinet"dən məsuliyyəti öz üzərinə götürməyə, oyuna müdaxilə etməyə məcbur olur. Əslində isə meydanda yüksək səviyyəli idarəçilik olmalı, çox cüzi hallarda VAR sisteminin köməyinə ehtiyac duyulmalıdı. İspaniya - İran oyununda qol qeydə alınmadı. Ofsayd idi. Çox uzun müzakirə oldu. Qoldan öncə isə hakimin yanlış cərimə qərarı var idi. İstənilən halda, qolun özü hakimin səhv qərarından sonra yarandı. Hər epizodda da VAR işə müdaxilə etsə və ya hakim bunu istəsə, artıq futbolun şiti çıxar. İstənilən halda, əsas hakim idarəçiliyi, bacarığı meydanda təmin olunmalıdı. İsveçin oyununda olduğu kimi, adi penalti epizodunu görməmək, bunun üçün uzun fasilədən sonra VAR sistemindən yararlanmaq, daha doğrusu, məcbur olub baş hakimə "sən nə edirsən?" demək, epizodu geri qaytarmaq heç də futbol, hakimlik adına yaxşı görüntülər deyil.
VAR sistemi hakimlərə psixoloji təsir də göstərir. Bacarıqlı hakimlər bunu büruzə verməməyə çalışır, səviyyəsi olmayanlar isə meydanda çaşıb qalır, inamlı olmur, futbolçular da bunu hiss edib hər dəfə VAR tələb edirlər. Uzun illərdi ekrandan müzakirə etdiyimiz, hakimlərin səhvlərini göstərdiyimiz epizodlar başbilənlər tərəfindən qəbul olunmurdu, "hakim də insandı", "top əli tapdı, əl topu tapdı" kimi cəfəngiyyatlarla millətin başı aldadılırdı. İndi isə elə meydanda dərhal hakimlərin səriştəsizlikləri üzə çıxır. Adi epizodlarda da VAR sisteminin köməyinə ehtiyac duyulur.
Meydanda şablon yox, lider, bacarıqlı hakimlərin sayı artmalıdı. VAR sistemi hansı hakimlərin səviyyəli, hansılarının həvəskar olduğunu dərhal müəyyənləşdirir, göstərir. İlk dəfədi deyə müəyyən vaxta ehtiyac var. Əlaqə, sistem daha da təkmilləşməlidi. Müsbət məqamlar yetərincədi. Ən azı oyunların hakim əli ilə "həlli" minimuma enəcək, azarkeşlərin, ictimaiyyətin obyektivliyə inamı artacaq. Qalır yeni sistemə uyğun daha bacarıqlı hakimlərin yetişdirilməsi, olması”.
VAR-ın müsbət və mənfi yönləri
Ceyhun Haşımov: “Mən əvvəllər VAR sisteminin tərəfdarı deyildim. Amma son zamanlar ÇL-də, Avropanın daxili çempionatlarında görürdük ki, hakimlər işin öhdəsindən gələ bilmirlər, bu və ya başqa komandanın haqqı tapdanır. Hakim də insandı, hansısa məqamda çatdırmır, görmür. VAR sisteminin tətbiqindən sonra həmin boşluqları, səhvləri görə bilirik. Texnologiya ədaləti bərpa etmək üçün köməyə gəlir. Sadəcə, proses yeni başlayanda kamera arxasında olan hakimlərlə meydandakılar arasında iş düzgün qurulmamışdı. Sistemin daha da təkmilləşdirilməsinə ehtiyac var. Elə edilməlidi ki, hakim hər dəqiqə ekranın qarşısına qaçmasın. Bunu mümkün qədər azaltmaq lazımdı. Ekran qarşısına daha təcrübəli hakimlər, bu sistemin mahir biliciləri əyləşməlidi. Onlar əksər hallarda məsuliyyəti üzərlərinə götürüb özləri qərar verməlidi. Necə ki, 4-cü olan hakimlər bunu edir, qulaqcıqla məlumat çatdırırlar. Məsələn, yan xətt hakiminin gözündən qaçan ofsaydla bağlı qərar üçün referini kameraya baxmağa dəvət etməyin nə mənası var? Ofsayddısa, bunu qulaqcıqla desinlər, vəssalam. Və ya top qapıdan keçibsə, hakim qol saymayıbsa, səhvini desinlər, anında düzəliş edilsin. Baş hakim hər dəfə meydanın kənarına dəvət olunanda temp düşür, oyunun ritmi pozulur. Buna nə ehtiyac var? Hər şübhəli epizoda görə fasilə verməyə gərək yoxdu. Hakim nə vaxt kameraya baxmalıdı? Qırmızı vərəqə verəndə, ayağa badalaq vurub xəsarət yetirəndə, penalti təyin edəndə, ayağı qurşaqdan yuxarı qaldırmaqla təhlükəli oynayanda və s. Hansılar ki, sırf hakim qərar verməlidi. Ancaq texniki səhvi, deyək ki, qayda pozuntusunun cərimə meydançasının xəttindən çöldə və ya içəridə baş verməsini kamera vasitəsilə də müəyyənləşdirmək, tərəddüd qarşısında olan referiyə qulaqcıq vasitəsilə çatdırmaq olar. Bu dünya çempionatında diqqətimi çəkən bir məqama da toxunmaq istəyirəm. Hakimlərə tapşırıq verilib ki, ofsaydla bağlı şübhələr olanda oyunu davam etdirsinlər. Hətta qol vurulsa da, oyunu saxlamasınlar. Qol vurulacaqsa, oyun bərpa olunana qədər olan müddətdə VAR sistemi ilə epizoda baxmaq, hakimin yanlışını düzəltmək olur. Ancaq gəlin təsəvvür edək: hakim ofsaydı saxlayır, VAR-da isə məlum olur ki, oyundankənar vəziyyət yoxdu. Belədə pauza çox olur, oyunun ritmi pozulur”.
VAR-ın müsbət və mənfi yönləri
Orxan Məmmədov: “Heç də bütün oyunlarda VAR sistemindən istifadə olunmur. Amma hansı matçlarda ki istifadə edilib, proqram özünü doğruldub. Nəticədə kobud səhvlərdən qaçmaq mümkün oldu. Topun qapı xəttini keçməsi, hakimin təyin etdiyi cərimə zərbəsinin penaltiyə dəyişdirilməsi kimi qayda pozuntularına müdaxilələr oldu və ədalət bərpa olundu. Bəzən adama elə gəlir ki, hakim hansısa epizoda etinasız yanaşdı. Amma biz “pərdə arxasında” başverənlərdən xəbərsizik. Çox vaxt hakimlər qulaqcıq vasitəsilə öz aralarında danışır, videotəkrara ehtiyac duymadan vəziyyəti yoluna qoyurlar. Fikrimcə, sistem işləyir. Amma bəzi səhvlərin futbolu gözəlləşdirdiyini də unutmamalıyıq. Hansısa epizodla bağlı hakimin qərarı bəzən ilboyu, hətta növbəti mundiala kimi müzakirə olunur ki, bu da özlüyündə yaxşı haldı. O yerdə ki insan amili var, orda səhv olub, olacaq. Tətbiq olunan texnologiyanı idarə edən də hakimdi, insandı. Quraşdırılan 8 kamera epizoda şərh vermir, ona baxan, bir an içində dəyərləndirən hakim həmkarına yardım edir. Yəni hara fırlatsan, istənilən halda, qərar çıxaran insandı.
Proqramın hakimlərin işinə yarayan daha bir yaxşı cəhəti nədi? Klassik idarəçilikdə bir şübhəli qərar olanda, hakim hətta doğru qərar versə də, sonrakı dəqiqələrdə təzyiq altında olur. Azarkeşlər fitə basır, futbolçular yeri gəldi-gəlmədi irad bildirir, aqressivlik artır, sarı-qırmızı vərəqələr çoxalır. Ancaq VAR sistemi bu baxımdan işə yarayır. Mübahisəli vəziyyətə anında aydınlıq gəldiyindən, hakim qalan dəqiqələrdə rahat olur, idarəçiliyini təzyiqsiz davam etdirir. VAR-ın bizdə də tətbiqini istərdim. Ancaq bahalı sistem olduğuna görə çətindi”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar