Yazarlar
Nurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
22 in 14:55gundem
“Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb

İlk transfer alban oldu, klub Arazı saxlamaq istəyir
Təlim-məşq toplanışının ilk mərhələsini doğma məkanda keçən “Qəbələ” hazırlığa yoldaşlıq oyunu ilə son qoyub. Belə ki, Sənan Qurbanovun baş məşqçisi olduğu “qırmızı-qaralar” paytxtda MOİK-lə qarşılaşıb. Mövsümləarası fasilədə “sükan arxasına” keçən Qurbanov “hərbçilər”lə görüşdə ilk dəqiqələrdən meydana bu heyəti buraxıb: Dmitri Bezotosnı, Amin Seydiyev, Voislav Stankoviç, Bəhlul Mustafazadə, Rasim Ramaldanov, Elvin Camalov, Qismət Alıyev, Asif Məmmədov, Stiven Jozef-Monroz, Rauf Əliyev, Roman Hüseynov. İkinci hissədə Abbas Ağazadə, Xəyal Əmirli və Aqil Məmmədov da meydana çıxıb.
“Bakı”nın Biləcəridəki bazasında baş tutan görüşdə hesabı birinci divizion təmsilçisi açıb. MOİK-in heyətində Elmir Tağıyev fərqlənib. “Qəbələ”nin bərabərlik qoluna isə Rauf Əliyev imza atıb. Hücumçu penaltini dəqiq yerinə yetirib – 1:1.
Xatırladaq ki, mövsümlərarası hazırlığa iyunun 12-də Qəbələdə başlayan “qırmızı-qaralar” birgünlük istirahətin ardından dünən Sloveniyada təlim-məşq toplanışına start verib. Ölkə xaricində keçiriləcək hazırlıq dönəmində “Qəbələ”nin yoldaşlıq görüşlərində üz-üzə gələcəyi rəqiblərdən ikisinin adına aydınlıq gəlib. Qurbanovun komandası iyunun 23-də Albaniya “Kukesi”si, 28-də isə Zaqreb “Dinamo”su ilə qüvvəsini sınayacaq.
MOİK-lə oyunda meydana çıxan heyətdən də göründüyü kimi, şimallıların “vuran ayağı”, ötən mövsüm 13 qolla premyer-liqanın ən sərrast futbolçusu adını qazanan Baqali Dabo “Qəbələ”nin düşərgəsində yoxdu. Bir neçə gün öncə karyerasını “qırmızı-qaralar”ın heyətində davam etdirəcəyi söylənilən fransız forvard son anda fikrini dəyişərək “Neftçi”yə üz tutmağı lazım bilib. Avropa Liqası ərəfəsində onun bu addımı klub rəhbərliyini pis vəziyyətdə qoyub.
“Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı futbolçunun addımına belə münasibət bildirdi: “Futbolçu müqaviləyə qol çəkənə qədər dəqiq nəsə demək olmaz. Biz hər hansı məsələ haqda “bilinmir” deyəndə, media nümayəndələri bizdən inciyir. Dabonun məsələsi bir daha sübut etdi ki, ortada rəsmi anlaşma olmayınca, nəsə demək olmur. Dabo gəlmişdi ki, “Qəbələ” ilə başa çatan müqaviləsinin müddətini artırsın. Özü “instaqram”da da gələcəyi ilə bağlı paylaşım etmişdi. Bizə də yazmışdı ki, axşam saat 6-də məşqə gələcəm. Yazışmalarımız hələ də qalır. Amma “Neftçi” də yaxşı futbolçunu əldə etmək istəyirdi. Bu haqda bizdə məlumat var idi. Görünür, onların təklif etdiyi müqavilə şərtləri daha cəlbedici olduğundan Dabo fikrini dəyişdi. Burda qeyri-adi bir hadisə baş verməyib. Başverənlərə görə heç kimdən inciyə bilmərik. Sadəcə, Dabo belə bir fikrinin olduğunu bizə daha tez deməli idi. Avroliqanın startına az qalmış bizi çətin vəziyyətdə qoydu. Onun mövqeyinə yeni hücumçu alınmalıdı”.
Səbuhi bəylə söhbətdə Araz Abdullayevin də məsələsinə toxunduq. Söylənilənlərə inansaq, millinin də şərəfini qoruyan yarımmüdafiçiyə “Qarabağ” “elçi düşüb”. Səfiyarlı bunları dedi: “Arazın məsələsi açıq qalır. Onunla bağlı təkliflər var. Biz komandada saxlamaq istəyirik. Özü isə hələ dəqiq qərar verməyib. İstənilən işdə hər şey gələn təklifdən asılıdı. Hansı daha sərfəlidisə, futbolçu da istər-istəməz ora yönəlir”.
Bu arada “Qəbələ”dən ayrılan Vitali Vernidubun özünə yeni klub tapdığını bildirək. Bölgə təmsilçisinin yola saldığı Vernidub ölkəsi Ukraynada özünə yeni komanda tapıb. Müdafiəçi atasının çalışdırdığı Zarya” ilə ortaq məxrəcə gəlib: Luqansk təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.
İki aparıcı oyunçusunu itirən şimallılar mövsümlərarası fasilədə heyətə yeni legioner cəlb edib. “Qırmızı-qaralar” Albaniya millisinin futbolçusu Sabien Lilayı rənglərinə bağlayıb. 29 yaşlı yarımmüdafiəçi ilə “1+1” şərti ilə müqavilə imzalanıb.
Peşəkar karyerasına “Tirana”da başlayan Lilay 2008-11-ci illər aralığında bu komandada çıxış edib. 2011-12-ci illərdə Xorvatiyada legioner həyatı yaşayan Sabien “Lokomotiva”nın formasını geyib. 2012-də yenidən vətəninə dönən yarımmüdafiəçi 6 mövsüm “Şkenderbü”də oynayıb. Sabien Albaniya klublarının heyətində 6 dəfə ölkə çempionu, 2 dəfə kubokun, 2 dəfə Superkubokun qalibi olub, 2015 və 2017-ci illərdə ölkəsində “ilin futbolçusu” seçilib. Albaniyanın U-20 və U-21 yığmalarının şərəfini qorumuş Lilay 2011-də ölkəsinin əsas millisində debüt edib. Yarımmüdafiəçi Albaniyanın əsas komandasında 16 oyun keçirib. “Qəbələ”nin mövsümlərarası fasilədə həyata keçirdiyi ilk transfer klub telekanalına bunları söyləyib: “Futbola Albaniyada, “Tirana”nın akademiyasında başlamışam. Bu klubun heyətində çempion olmaqla yanaşı, ökə kubokunu və Superkuboku əldə etmişəm. Daha sonra Zaqreb “Lokomotiva”sına yollanmışam. Birillik legioner həyatının ardından yenidən vətənə dönüb “Şkenderbü”də top qovduğum 6 il ərzində 5 çempionluq, ölkə kuboku və iki Superkuboku bayram etmişik. Hazırda “Qəbələ”nin düşərgəsindəyəm və bundan çox xoşbəxtəm. Ölkəniz haqda o qədər də çox məlumatım yox idi. “Qarabağ”da çıxış edən Ansi Aqollini tanıyırdım və təklif gələndə ondan informasiya əldə etdim. “Qəbələ”nin iki dəfə Avropa Liqasının qrupunda çıxış etməsi seçimimə təsir etdi. Bu transfer karyeramda irəli addımdı və ümid edirəm ki, yenidən Avroliqanın qrupunda mübarizə aparacağıq. Bu mənim üçün fantastik nəticə olar. Bundan başqa, niyə də çempionluğa oynamayaq?! Bilirəm, bu o qədər də asan deyil. Ancaq gücümüzü maksimim sərf etsək, istəyimiz reallaşa bilər. Öncə azarkeşlərə təşəkkür edirəm. Transfer xəbəri yayılandan sonra onlar mənə çox yazıblar. Onlara əlimdən gələnin ən yaxşısını etməyə söz verirəm. Ümid edirəm ki, burda qələbələr qazanıb titullar əldə edəcəyik”.
Təlim-məşq toplanışının ilk mərhələsində Cavid Hüseynovun zədələnərək məşqlərdən kənar qaldığını qeyd edək. Əvvəlcə kapitanın zədəsinin ciddi olduğu və təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilsə də, sonradan həkimlər məşqçilər korpusuna şad xəbər deyiblər. Təkrar müayinə Cavidin 10 gündən sonra məşqlərə başlaya biləcəyini göstərib.
RƏŞAD
Şərh yaz