22 in 13:54gundem

“Xan Lənkəran” ictimaiyyətə təqdim olundu

“Xan Lənkəran” ictimaiyyətə təqdim olundu
Klub AFFA və PFL-ə müraciət edib
İyunun 18-də "Azərkitab"ın konfrans zalında "Xan Lənkəran"ın İdarə Heyətinin mətbuat konfransı keçirildi. Saat 14.00-da başlayan tədbirdə klubun İdarə Heyətinin sədri Rəsul Şükürsoy, üzvləri Cəmil Şirvanov, Ülvi Hüseynli və Nail Zeynalov iştirak edirdi. Öncə “Xan Lənkəran”ın məqsədini, hədəfini özündə əks etdirən videoçarx nümayiş etdirildi.
Ardınca Rəsul bəy bunları dedi: “Bu günə qədər sosial şəbəkələr və mətbuat orqanları vasitəsilə klubumuzun fəaliyyət planı haqda məlumatlar vermişik. İlk olaraq klubun missiyası haqda bəzi bilgiləri diqqətinizə çatdırım. Daha öncə də bu mövzuda yazılarımız olmuşdu. Bu, sırf ictimai təşəbbüslə ortaya çıxmış məsələdi. Nəzərdə tutduğumuz modeldə klub yaratmaq üçün bizə sosial resurslar vacib idi. Həmin resursların mövcud olduğu bölgə kimi Lənkəran uyğun sayıldı. Həmin şəhərin camaatının böyük futboldan uzaq qalmasını aradan qaldırmaq düşüncəsi ilə təşəbbüs qrupunu yaratdıq. Mayın 23-də Lənkərana səfər etdik. Orda İcra Hakimiyyətinin, idman idarəsinin nümayəndələri ilə görüşdük. Cənub Futbol Federasiyasının rəhbəri Sakin Məmmədzadə ilə söhbətlər apardıq. Bundan sonra mayın 27-də Bakıda keçirilən toplantıda Təşkilat Komitəsini yaratdıq. Bu komitənin qarşısında duran əsas məsələ klubun idarə heyəti tam formalaşana qədər işləri aparmaq idi. Burda iştirak edən Kamran Zeynalov da daxil olmaqla Təşkilat Komitəsinin üzvlərinə təşəkkürümü bildirirəm. Onlar bizimlə birgə yükün altına əllərini qoydular. İyunun 1-də qeydiyyatdan keçdik. Həmin tarixdən etibarən “Xan Lənkəran” fəaliyyət göstərir. Layihədə də qeyd olunduğu kimi, biz klubu qurarkən 50 paylıq bir tranzit MMC formasında qurduq. Məqsədimiz o idi ki, açıq tipli səhmdar cəmiyyətə keçirək. İyunun 8-də Lənkəranda yenidən futbol ictimaiyyətinin nümayəndələri, yerli ziyalılar ilə görüşlərimiz oldu. Hər şeyi ətraflı şəkildə müzakirə etdik, plan-proqramı yenidən gözdən keçirdik. Bu gündən isə layihənin əsas strateji mərhələsinə keçid alırıq. “Xan Lənkəran” kollektiv mülkiyyət formasını əsas götürdüyündən hissələrimizi satışa çıxarmışıq. Hissə satışı məsələsini ianələr formasında düşündük. Başqa bir format məqsədəuyğun sayılmadı. Artıq ianə fondu açıq elan edilib. Qarşıdakı 15 gün ərzində hissədarlarımızı müəyyənləşdirəcəyik. Eyni zamanda maarifləndirmə tədbirlərini də davam etdirəcəyik. Bildiyiniz kimi, bu yeni modeldi. Hazırda klublarımızda olan sistem ərəb və postsovet ölkələrində qalıb. Etibarsızlığı sponsordan – bir şəxsdən asılı olmasıdı. İstəyirik ki, klub bütün dünyada olduğu kimi, kollektivin mülkiyyətində olsun. Bu onun üçündü ki, sabah sponsorlar dəyişə bilər. Ancaq həmin dəyişiklik klubun taleyinə təsir etmir. Məqsədimiz klubun aliliyi prinsipidi. İdarə Heyəti seçki ilə müəyyənləşə bilər. Bu artıq ictimaiyyətin ixtiyarına verilən məsələ olacaq. Sadəcə, şəffaf şəkildə, demokratik prinsiplərə söykənən futbol klubunun var olmasını istəyirik. Hesab edirik ki, təkcə Lənkəran üçün yox, ölkə futbolu üçün də bu müsbət bir layihə ola bilər. Kiminsə bu modeldən istifadə etməsi mümkündü. AFFA üçün də bu yeni bir layihədi. Hazırda klublarda məxaric var, mədaxil isə çox azdı. Bu cür davam edə bilməz. Sponsorlar, himayədarlar reklam maraqları güdmürlər. Ona görə də klublarına sadiqlikləri minimum öz həvəsləri, maksimum fiziki ömürləri qədər ola bilər. Bütün bunlar isə ölkə futbolu üçün təhlükə ifadə edən, önümüzü qapadan tendensiyalardı. Bura gələn media nümayəndələrinə təşəkkür edirəm. Mundialın davam etdiyi vaxtda bizə vaxt ayırmısız. Çox xahiş edirəm ki, bu cür modelləri araşdırasız, nəsə çatışmazlıqlar varsa, tənqid edəsiz”.
- Klubun fəaliyyəti ilə bağlı AFFA-ya hansısa məlumat verilib?
- Ötən həftə AFFA-ya iki müraciət ünvanlamışıq. Bunlardan biri qurumun prezidenti Rövnəq Abdullayevə göndərilib. Layihənin istiqamətləri haqda həmin məktubda məlumat verilib. Bundan başqa, PFL prezidenti Ramin Musayevə müraciət etmişik. Bilirsiz ki, birinci divizionda iştirak etmək istəyirik. Lakin həmin yarışda kimlərin çıxış edəcəyi hələ bilinmir. Heç bir klub sənəd verməyib. Vaxıtmız var. Sadəcə, sənədləri təqdim edəcəyimizlə bağlı PFL-ə ərizə göndərmişik. Danışıqlarımız davam edir. AFFA da bu layihəyə etiraz etmir. Orda olan dostlarımızla dialoqlardan belə başa düşdüm ki, onlar da Lənkəranda futbolun olmasını istəyirlər. Bununla bağlı üzərlərinə düşən dəstəyi verəcəklər.
- Birinci divizionda iştirak üçün ciddi maliyyə tələb olunur. Yəni 3-5 minlə həll olunası məsələ deyil. Bu yöndə hansı addmları atmaq fikrindəsiz?
- Bu klub ianə əsasında fəaliyyət göstərməyəcək. Bizim hazırda danışıq apardığımız sponsor şirkətlər var. Sadəcə, etibarlılığımızı göstərmək üçün nizamnamə kapitalımız olmalıdı. Bəlkə də araşdırsaq, klublarımızda bu yoxdu. Onun olmaması isə etibarsızlıq deməkdi. Nizamnamə kapitalı klubun məsuliyyətini göstərir. Yəni biz tamaşaçısı, kütləsi olan bir klub olmaq istəyirik. Sponsor şirkətə filan qədər auditoriyamın olduğunu göstərmək üçün hissədarlarım, ianəçilərim olmalıdı. Tamaşaçısız teatr fiaskodu. Orda nə rejissor, nə də aktyor üçün stimul var. Futbol da belədi. Sponsorlar da tamaşaçısı olan kluba isti yanaşır. Bu gün açılan ianə fondunun nəticəsi əsasında həmin şirkətlərlə danışa biləcəm.
Sonra isə Nail Zeynalov komanda quruculuğu ilə bağlı planlardan danışdı. O, əsasən yerli uşaqlara günəcəklərini, azərbaycanlı futbolçuların inkişafına çalışacaqlarını söylədi. Bundan başqa, idarə heyətinin digər üzvləri də çıxış edərək azarkeş amilinə xüsusi diqqət yetirəcəklərini, tərəfdarların söz sahibi olacaqlarını dilə gətirdilər. Onu da qeyd edək ki, “Xan Lənkəran”ın “feysbuk” səhifəsində klub quruculuğuna ianə şəklində yardım etmək istəyənlər üçün detallar qeyd olunub.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:31 Balayevli “Tobol”dan ardıcıl ikinci qələbə 14-03-2019, 23:12 "Ağsu" paytaxtda sürpriz gerçəkləşdirdi 14-03-2019, 23:10 Klublar Komitəsi PFL-ə məktub göndərəcək 14-03-2019, 23:08 Yurçeviç sürprizlərlə zəngin siyahı açıqladı 14-03-2019, 23:07 “CBC Sport”un iclasında günahkarlara irad bildirilib 14-03-2019, 23:06 “Bürünc “Neftçi”nin daha bir üzvü yubileyini qeyd etdi 14-03-2019, 23:04 Stuxlik özü müəyyənləşdirdiyi tələbləri pozdu 14-03-2019, 23:01 Elxan Məmmədov və PFL rəsmiləri KK-nın iclasına qatıldı 14-03-2019, 22:56 İntizam Komitəsi “Sumqayıt”ı baş məşqçisiz və qapıçısız qoydu 14-03-2019, 22:55 Koçuk Fransa və Türkiyə ilə oyunlara dəvət aldı 14-03-2019, 22:53 “Bakcell Arena”da yalnız qələbə üçün döyüşəcəklər 14-03-2019, 22:50 Elnurla Nazim “Dauqavpils”ə lazım olmadı 14-03-2019, 22:49 Litva 23 futbolçu ilə gəlir 14-03-2019, 22:47 EFA azərbaycanlı uşaqları Avropa üçün hazırlayır 14-03-2019, 22:41 “Sumqayıt” Zakir Mahmudovu işlə təmin etdi 14-03-2019, 22:40 “Qəbələ” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək 14-03-2019, 22:38 Tur sabah başlayıb 10 gün sonra bitəcək 14-03-2019, 22:37 U-19 ADBTİA ilə bacarmadı 14-03-2019, 22:36 Ağatahir Əzimov hamıdan narazıdı 14-03-2019, 22:34 Mustivar Kuba ilə oyuna çağırıldı 14-03-2019, 22:32 Aqolli vida müsahibəsini verib, bəndənizdən şübhələndi 13-03-2019, 12:58 Turun statistikası 13-03-2019, 12:55 Turun məşqçisi 13-03-2019, 12:55 Turdan məqamlar 13-03-2019, 12:52 Yığmanın heyəti açıqlandı 13-03-2019, 12:50 İlham Əliyev Avroliqanın finalı ilə bağlı sərəncam imzaladı 13-03-2019, 12:48 Nikola Yurçevçin siyahısında kimlər yer alacaq? 13-03-2019, 12:46 “Zirə” – “Keşlə” matçını PFL yayınlayacaq 13-03-2019, 12:45 “Atromitos” Əliyarın idarəçiliyindən narazı qaldı 13-03-2019, 12:41 Rövşən Əhmədov oğlunun idarə etdiyi oyunu izləməyib 13-03-2019, 12:40 “Qəbələ”nin məşqçisinə “Tərəqqi” medalı verildi 13-03-2019, 12:39 İlk “3-lük”də dəyişiklik 13-03-2019, 12:37 AÇ üçün 14 nəfərlik heyət 13-03-2019, 12:36 Medvedev Hüseynov qardaşlarını qabaqladı 13-03-2019, 12:34 Turnirdə ikinci məğlubiyyət 13-03-2019, 12:32 “Sabah”lıların hərəsi uğursuzluğa bir səbəb göstərdi Bütün xəbərlər
Ən çox oxunanlar