15 in 14:51gundem

Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq

Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq
Mahmud Qurbanov əvəzediciləri çalışdıracaq
Növbəti mövsüm “Neftçi”nin çempionluq uğrunda mübarizə aparacağı gözləniləndi. Komanda italiyalı Roberto Bordinə həvalə olundu, ardınca klubun büdcəsinin artırılması ilə bağlı xəbərlər yayıldı. Paytaxt klubu daha bir sponsorla ortaq məxrəcə gəlib. Belə ki, Türk Hava Yolları “ağ-qaralar”la işbirliyinə qərar verib.
Artıq tərəflər arasında gələcək əməkdaşlıqla bağlı ilkin razılıq protokolu da imzalanıb. Yaxın günlərdə 1 illik rəsmi müqavilənin imzalanma mərasimi keçiriləcək. Türk Hava Yollarının “Neftçi”yə nə qədər vəsait ayıracağı isə hələ ki bəlli deyil. Əvəzində futbolçuların formasında və stadionda şirkətin reklamları yer alacaq. Bütün bunlarla bağlı rəsmi müqavilə imzalananda məlumat veriləcək.
Onu da bildirək ki, 110 ölkənin 277 nöqtəsinə uçuşlar təşkil edən Türk Hava Yolları Avropanın ən yaxşı hava yolları şirkəti mükafatını qazanıb. İspaniyanın "Barselona”, İngiltərənin "Mançester Yunayted”, Almaniyanın "Borussiya” (Dortmund), Ukraynanın "Şaxtyor” kimi məşhur klublarına sponsorluq etmiş şirkət Türkiyənin 4 böyük klubu – "Qalatasaray”, "Beşiktaş”, "Fənərbaxça” və "Trabzonspor”la da əməkdaşlıq edir.
Roberto Bordinin isə daha bir köməkçisinin adına aydınlıq gəlib. Ötən mövsüm də bu vəzifəni yerinə yetirən İqor Getmanla müqavilə 1 il müddətinə artırılıb. Getman 1991-92, 1998-2007-ci illər ərzində "Neftçi”də çıxış edib, 236 oyun keçirib, 7 qol vurub. "Neftçi”nin heyətində ölkə çempionatının (1992, 2004, 2005), ölkə kubokunun (1999, 2004) qalibi olan Getman müstəqillik dönəmində paytaxt klubunda ən çox oyun keçirən futbolçudu. O, 1995-2001-ci illər ərzində yığmanın heyətində 24 oyunda meydana çıxıb. Bunadək də əsas komandada məşqçi, əvəzedici heyətdə isə baş məşqçi vəzifələrində çalışan 47 yaşlı mütəxəssis A kateqoriyasına sahibdi. Qeyd edək ki, İqor Getmanla yanaşı, Füzuli Məmmədov, Etibar Tarıverdiyev (qapıçılar üzrə) və Andrea Vezzu (fiziki hazırlıq üzrə) da Roberto Bordinə kömək edəcək.
“Neftçi” ilə bağlı digər informasiyaları da diqqətinizə çatdıraq. Klubun əvəzedicilərinə baş məşqçi təyinatı gerçəkləşib. Bu vəzifəni Mahmud Qurbanov yerinə yetirəcək. 1996-1997, 2004-2005-ci illərdə "Neftçi”də çıxış edən Qurbanov "Kəpəz”, "Şəmkir”, "Fulad” (İran), "Tavriya” (Ukrayna), "Xəzər Lənkəran”, "İnter” və "Bakı”da oynayıb. "Professor” ləqəbli futbolçu rekord sayda - 11 dəfə ölkə çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Yığmanın heyətində 76 oyunda meydana çıxıb, 1 qol vurub. Mahmud bəy futbolçu karyerasını başa vurandan sonra "Kəpəz”in baş məşqçisi olub, yığmada köməkçi vəzifəsində çalışıb. A kateqoriyalı məşqçidi.
Heyətə gəlincə, Tural Axundov və Dario Federikonun ardından paytaxt klubu daha bir transfer edib. Rəşad Eyyubovla birillik müqavilə imzalanıb. 25 yaşlı yarımmüdafiəçi "ağ-qaralar”ın heyətində “4” nömrəli formanı geyəcək. Rəşad ötən mövsümü "Sumqayıt”ın heyətində keçirib və 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın "Çernomorets” və "Metallurq” klubları ilə yanaşı, ölkəmizdə "Simurq”, "Xəzər Lənkəran”, "Kəpəz” və "Qəbələ”də də çıxış edib. Eyyubov flaqmana keçidi ilə bağlı bunları deyib: “Uzun illərdi “Neftçi”nin Azərbaycan futbolunun flaqmanı olması heç kimə sirr deyil. Əlbəttə, böyük tarixə, çoxsaylı titullara malik olan bu kluba keçdiyim üçün qürur duyuram. Ümid edirəm ki, uğurların davamını birlikdə gətirəcəyik. Rəqabətdən qorxmaq qeyri-peşəkarlıqdı. Ona görə də bundan qorxmuram. Əksinə, daha yaxşı futbolçu olmaq üçün rəqabətin olmasını istəyirəm. Bunun yalnız faydası var. Hamı bilir ki, “Neftçi”nin necə yaxşı azarkeş ordusu var. Əvvəl çıxış etdiyim klublarda “Neftçi”yə qarşı oynayanda onların doğma komandalarını oyunboyu necə çılğınlıqla dəstəklədiklərini fərqləndirirdim. Azarkeşlərdən istəyim budu ki, bu mövsüm də dəstəklərini əsirgəməsinlər. Biz bir ailə olub, yüksək hədəflərə çatmalıyıq. Əminəm ki, çempionatda qarşıya ən yüksək hədəf qoyulacaq və biz çempionluq uğrunda mübarizə aparacağıq ”.
Onu da qeyd edək ki, mövsüm bitəndən sonra Rəşad Sadiqov, İqnasio Errera, Derlis Meza Kolli və Elnur Cəfərov ilə müqavilələr yenilənməmiş, İlkin Qırtımovla anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilmişdi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar