14 in 00:00gundem

Mütəxəssislər favoritlərini açıqladılar

Mütəxəssislər favoritlərini açıqladılar
Samir Abasov: “Rusiyanı istəməyən qüvvələr bundan istifadə edib şou yaradacaq”
Rusiyada keçiriləcək 21-cü dünya çempionatının startına artıq saatlar qaldı. Hər dəfə olduğu kimi, dördilliyin ən böyük futbol bayramı ərəfəsində dünya çapında tanınmış mütəxəssislər, veteran futbolçular, futbol funksionerləri turnirlə bağlı fikirlərini bölüşür, favorit qismində gördükləri yığmaların adlarını çəkirlər.
Bəs görəsən, bizim futbol adamları şimal qonşumuzda təşkil olunacaq mundial haqda nə düşünürlər, hansı millinin dünya çempionu olacağını proqnozlaşdırırlar? Bu suallara cavab tapmaq üçün onların bəziləri ilə danışmağı lazım bildik.
Mahmud Qurbanov: “Məncə, Rusiyada keçiriləcək dünya çempionatı mundial tarixində ən yaxşı təşkil olunmuş turnir kimi yadda qalacaq. Təxminən 3-4 ay öncə PRO kursları ilə bağlı Moskvada olmuşdum. Hələ onda görürdüm ki, Rusiya dünya çempionatına necə ciddi hazırlaşır. Oyunların keçiriləcəyi arenaların hamısı, demək olar ki, yenidən quruldu. Ümumiyyətlə, ruslar belə mötəbər yarışları keçirməkdə təcrübəlidilər. Bu günə kimi bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarına evsahibliyi ediblər. 2014-cü ildə Soçidə təşkil olunan Qış Olimpiya Oyunları da yüksək səviyyədə keçirilmişdi. Şanslara gəlincə, son yoldaşlıq oyunları da göstərdi ki, həmişəki kimi favoritlər Almaniya, Braziliya, Argentina, İspaniya, Fransa yığmalardı. Fikrimcə, kuboku başı üzərinə qaldırmağa ən real namizədlər Braziliya və İspaniyadı. Məncə, ispanlar dünya çempionu olacaqlar”.
Samir Abasov: “Rusiya bu günə kimi bir çox böyük turnirlərə evsahibliyi etsə də, futbol üzrə dünya çempionatı ilk dəfə bu ölkədə təşkil olunacaq. Onu da nəzərə almaq lazımdı ki, mundial ərəfəsində siyasi arenada az qala düşmən olan ABŞ və əksər Avropa ölkələri mundialı Rusiyadan almaq üçün nə qədər canfəşanlıq etdilər. Bütün bu çətinliklərə və siyasi söhbətlərə baxmayaraq, FİFA Rusiyaya güvəndi və dünya çempionatını onlardan almadı. Təsadüfi deyil ki, Canni İnfantino son 3 ayda, səhv etmirəmsə, azı 3 dəfə bu ölkəyə səfər edib, mundialın oyunlarının keçiriləcəyi şəhərlərə baş çəkdi, arenaları gözdən keçirdi. Təbii ki, Rusiya hökuməti, başda prezident olmaqla çalışacaq ki, etimadı doğrultsun və ABŞ-a və Avropaya sübut etsin ki, onlar çox şeyə qadirdilər. Bugünlərdə rus telekanallarında efirə gedən reportajlara baxıram. Ölkəyə gələn bütün turistlər qonaqpərvərlikdən, onlara olan münasibətdən ağızdolusu danışırlar. Daha Braziliyadakı kimi kiminsə nə telefonu oğurlanıb, nə də çantasını aparıblar. Sizi inandırım, bu günə kimi xırda bir xoşagəlməz olay yaşansaydı və ya çempionat vaxtı yaşansa, Rusiyanı istəməyən qüvvələr bundan istifadə edib şou yaradacaq, Putin hakimiyyətini yıxıb-sürüyəcək. Dövlət rəsmiləri, mundialın təşkilinə cavabdeh şəxslər də bunu yaxşı dərk edir. O ki qaldı favoritimə, mən daha çox Latın Amerikasından olan yığmalara azarkeşlik edirəm. Kolumbiya, Uruqvay kimi yığmaların oyununu izləməkdən zövq alıram. Ancaq düşünürəm ki, dünya çempionatının qalibi Fransa olacaq. Didye Deşam çox balanslaşmış, fərdi cəhətdən də yüksək səviyyəli oyunçuların yer aldığı komandaya malikdi. Rusiya isə meydan sahibi kimi ən yaxşı halda qrupdan çıxa bilər. Qrupdakı rəqibləri o qədər də güclü deyil. Bundan o yana getmələri isə möcüzə sayılacaq. Bu mənim subyektiv fikrimdi”.
Elxan Abdullayev: “Rusiya böyük ölkədi və belə böyük turnirlər keçirmək yönündə yetərincə təcrübəsi var. Məncə, təşkilatçılıqla bağlı heç bir problem olmayacaq. Ötən yay keçirilən və mundial ərəfəsində son imtahan sayılan Konfederasiyalar Kuboku göstərdi ki, ölkə turnirə hazırdı. Ruslar dünya çempionatı kimi çətin və mötəbər yarışı da istənilən səviyyədə keçirəcək, buna heç kimin şübhəsi olmasın. Mundiala qatılacaq 32 yığmanın hamısı ilə demək olar ki, tanışam. Panama, Peru kimi yığmalar istisna olmaqla. Özüm uşaqlıqdan Argentinaya azarkeşlik etdiyimdən həmişə onları qalib görmək istəmişəm. Ümid edirəm ki, Messinin lideri olduğu yığma bu dəfə kuboku qazanmaqla mənim kimi Argentina azarkeşlərini sevindirəcək. Ancaq İspaniyadan ehtiyat edirəm. Onlar da qalib olmağa real namizəddilər”.
Vidadi Rzayev: “İki gün öncə Rusiyada yaşayan dostlarımdan biri ilə danışırdım. Onun sözlərinə görə, böyükdən-kiçiyə bütün ruslar mundialın yüksək səviyyədə keçirilməsi üçün səfərbər olublar. Bu onu göstərir ki, bir ayda qonşu ölkə dünya çempionatı ilə yatıb-duracaq, hər şey edəcəklər ki, nə gələn turistlər, nə turnirə qatılan yığmalar evlərinə narazı qayıtsınlar. Braziliyaya azarkeşlik edəcəm. Çox şükür, bu dəfə heyətdə söz-söhbət, narazılıq yoxdu (gülür). Bütün aparıcı futbolçular da Rusiyaya gəlib. İnanıram ki, 6-cı dəfə dünya çempionu olmağı bacaracaqlar”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar