12 in 00:14gundem

“Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb

“Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb
Şamil Mustafayev: “İradımızı Qurban Qurbanova da çatdırdıq”
Yığmanın Latviya ilə yoldaşlıq görüşünü “Milli dəstə”nin üzvləri də izləyirdi. Düzdü, Riqadakı oyunda 60-70 həmvətənimiz olsa da, cəmi 8-10 fəal azarkeş var idi. Bunu azarkeş qrupunun sosial şəbəkədəki səhifəsində yerləşdirilən fotolardan da görmək olur. Tərəfdarlarımızın “CBC Sport” vasitəsilə qulaqlarımıza qədər gəlib çatan sədasına gəlincə, belə anlaşılır ki, digərləri yalnız "Azərbaycan" qışqıranda axına qoşulublar. Bunu “Milli dəstə”nin həmtəsisçisi Şamil Mustafayev də təsdiqlədi. O, Latviyadan xoş təəssüratla ayrılsa da, narazı qaldığı məqamlar da var və gileyini baş məşqçi Qurban Qurbanova da çatdırıb.
Beləliklə, Şamil bəy səfər təəsüratlarını bizimlə bölüşdü: “Milli dəstə”nin əsas üzvlərindən Riqaya mən tək getmişdim. Latviyada yığdıq o qədər adamı. Amma həm də çox müsbət hal idi ki, artıq bizi çox adam tanıyırdı. Səhifədə 5 nəfər gəlmək istədiyini yazmışdı və onların məlumatı yaymasından sonra 32 nəfər olduq. Mən və Latviyada təhsil alan, işləyən 31 nəfər. Açığı, gec xəbər tutdum və bu üzdən hazırlığa gec başladıq. Cəmi bir həftə qalmış qərarlaşdırdım və dərhal da biletləri əldə etdik. Bizdən başqa, səfirlikdən gələnlər və neytral azarkeşlər də var idi. Ümumilikdə 70-ə yaxın tərəfdar var idi. 90 dəqiqə fəal azarkeşlik edənlərin sayı hardasa 10 nəfər idi, qalanları “Azərbaycan” qışqıranda bizə qoşulurdular. İstənilən halda, hər şey yaxşı keçdi, xoş nəticə və xoş təəssüratlarla ayrılırıq Latviyadan. Çox müsbət hadisələr də, kiçik xoşagəlməzliklər də oldu. Qazaxıstanla bərbad oyundan sonra uğurlu nəticə əldə olunması bizi çox sevindirdi. Düzdü, yoldaşlıq görüşü idi, nəticə önəmli görünməyə bilər. Ancaq istənilən halda, azarkeş millidən həmişə qələbə umur. Narazı qaldığım məqam bəzi futbolçuların azarkeşlərə laqeyd münasibətidi. Əvvəllər də belə halla qarşılaşmışıq. Futbolçular azarkeşi salamlamağı, oyundan sonra əl yelləyib təşəkkür bildirməyi özünə rəva görmür. Bu dəfə də oyun bitən kimi onları səsləməyimizə baxmayaraq, gənc oyunçular – Rahil, Mahir, Ramil birbaşa paltardəyişmə otağına yollandılar. Sanki tribunaya tərəf 5-6 addım gəlib əlllərini qaldırmağı əziyyət bilirlər. Düzdü, üç-dördü bizə təşəkkürünü çatdırdı. Ancaq istərdik ki, adını çəkdiklərimdən və digər oyunçulardan da eyni münasibəti görək. İradımızı Qurban Qurbanova da çatdırdıq. Həmişəki kimi komandanın avtobusunu yola salmağa gedəndə hardasa saatyarım gözlədik. Qurban müəllim çıxıb bizimlə bir-bir görüşdü, dəstəyə görə təşəkkürünü bildirdi. Elə orda onunla dialoqum oldu. İradımı qəbul etdi və dedi ki, bəzən oyunçular fikirli, əsəbi olur. Onları başa düşmək lazımdı. Bildirdim ki, bir neçə dəfə qol vurmaq şansı olmasına baxmayaraq, qapıya düşə bilməyən Ramili anlamaq olar, ancaq Rahil və Mahir niyə bikef olsun ki? Komanda qələbə qazanıbsa, futbolçular sevinməli deyil? Razılaşdı və dedi ki, gələcəkdə belə halların baş verməməsi üçün futbolçularla danışacaq. Elə o əsnada mənim üçün xoş o oldu ki, Maksim yaxınlaşıb formasını hədiyyə etdi. İndiyə qədər hansısa futbolçudan forma istəməmişəm. Maksimin bu hərəkətindən təəccübləndim. Axı, mən ondan forma istəməmişdim. Bunu özünə də dedim ki, mən forma istəməyə gəlməmişəm. Hiss etdim ki, bir qədər alındı və “sən həmişə bizim oyunlara gəlirsən, ona görə sənə verirəm. İstəmirsənsə, başqasına verərsən” dedi. Dərhal da təşəkkürümü bildirdim və onun bu jestindən təsirləndiyimi söylədim. O da bəzi oyundaşlarının tribunaya yaxınlaşmamasına və azarkeşlərlə salamlaşmamasına görə üzrxahlığını çatdırdı. Söz verdi ki, gələcəkdə belə hal yaşanmayacaq. Baş katib Elxan Məmmədov da gedərkən “Milli dəstə”nin üzvlərinə dəstəyə görə təşəkkürünü bildirdi”.
“Milli dəstə” yığmanın oyunundan da razı qalıb: “Nəticəyə görə çox sevindik. Futbolçular yaxşı mübarizə apardılar, əllərindən gələni etdilər. Qol imkanlarımızın sayı çox idi. Diqqətimi çəkən məqam ən fəallardan olan, qələbədə əməyi keçən və bir qolda yaxından iştirak edən Ramil Şeydayevin kədərli olması idi. Qol vura bilməməsinə çox əsəbləşmişdi. Əslində bu yaxşı keyfiyyətdi, futbolçunun özünə tənqidi yanaşmasının göstəricisidi. Qazaxıstanla bərbad oyundan sonra yığma üzvlərinin toparlanması və layiqli qələbə qazanması hamımızı sevindirdi”.
MİRAĞA
Народ кто хочет играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu 22-06-2018, 13:51 “Xəzər”in prezidenti ölkədən qaçıb 22-06-2018, 13:50 Yığma İranla qarşılaşacaq 22-06-2018, 13:48 Bordin bəyənmədi, “Səbail”də qaldı 22-06-2018, 13:46 Səmədova gəldi, Poznyak getdi 22-06-2018, 13:40 Federasiya prezidentindən sərt mesaj 22-06-2018, 13:39 Şəhriyar blitsdə də ümidləri doğrultmadı 22-06-2018, 13:33 İngiltərə vətəndaşı Bakıda klub açıb 22-06-2018, 13:30 Yığma üzvü Rumıniya klubunda 22-06-2018, 13:28 “Dalğa Arena” avrokubok mövsümünə hazırdı 22-06-2018, 13:27 Amil Yunanov “Keşlə”də 22-06-2018, 13:25 Mahmud Qurbanov hədəfləri açıqladı 22-06-2018, 13:24 Bordin Moldovada necə xatırlanır? 22-06-2018, 13:23 Əcnəbi mütəxəssislərin “Neftçi” sərgüzəştləri... 22-06-2018, 13:16 Qurban Qurbanov “Qarabağ”a görə narahatdı 22-06-2018, 13:13 Rahil Məmmədov “Milli Dəstə”nin iradını haqlı sayır 22-06-2018, 13:11 “Sabah”ın məşqçilər korpusu formalaşdı 22-06-2018, 13:08 Ölkənin ilk idman brendi - “İl’Azero” yaradılıb 22-06-2018, 13:07 “Qaradağ Lökbatan”da qeyri-müəyyənlikdi 22-06-2018, 13:06 Nəbiyev “Slaviya”ya qoşuldu 22-06-2018, 13:05 “Qarabağ” Aqollini saxladı 22-06-2018, 13:03 Bordin Rusiyaya azarkeşlik edir 22-06-2018, 13:01 Say artsa da, ümid artmır... 22-06-2018, 12:59 İran yığmasında iki soydaşımız oynayır 22-06-2018, 12:54 TRANSFER DOSYESİ 15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş Bütün xəbərlər
Ən çox oxunanlar