10 in 12:48gundem

Elvin Məmmədova pul “atan” şəxs həbs olunub

Elvin Məmmədova pul “atan” şəxs həbs olunub
“Qriqorçuk çox ikiüzlü, riyakar biri idi”
Son günlər idman mətbuatında, sosial şəbəkələrdə iki mövzu əsas müzakirə obyektidi. Yığmanın Qazaxıstana böyük hesabla uduzması və artıq “Qəbələ”dən ayrılan Elvin Məmmədovun Roman Qriqorçuk barədə dediyi sözlər. Xatırladaq ki, 30 yaşlı yarımmüdafiəçi müsahiblərinin birində ukraynalı məşqçini tənqid etməklə yanaşı, onun yerli futbolçulara qənim kəsildiyini bildirib. Hazırda yeni klub axtarışına çıxan (böyük ehtimalla “Sumqayıt”la anlaşacaq) Məmmədovla söhbətdə həm karyerasını harda davam etdirəcəyinə, həm də bizi maraqlandıran başqa suallara cavab tapmağa çalışdıq.
- Mövsüm başa çatandan sonra “Qəbələ” ilə vidalaşdın. Karyeranı hansı klubda davam etdirəcəksən?
- Hazırda iki-üç klubdan təklif var. İnşallah, yaxın üç gündə onlardan birini dəyərləndirib müqavilə bağlayacam.
- Bildiyim qədər adını çəkmədiyin klublar “Sabah”, “Sumqayıt” və “Keşlə”di. Debütantın baş məşqçisi Elşad Əhmədov da qəzetimizə müsahibəsində səndən cavab gözlədiklərini bildirib.
- Elşad müəllim düz qeyd edib, onunla, həmçinin klub rəhbərliyi ilə görüşümüz olub. Bəzi məsələlər barədə fikir mübadiləsi aparmışıq. Məni klubda görmək istədiklərinə görə təşəkkür edirəm. Ancaq tələsik qərar vermək istəmirəm. Dedyim kimi, yaxın günlərdə bu suala aydınlıq gələcək. ”Keşlə”yə gəlincə, bu klubdan mənə konkret təklif gəlməyib. Mətbuatda yazılanlar arada olan söhbətlərdi. Açıq deyim, iki klubdan real təklif almışam. Biri “Sabah”, o biri isə “Sumqayıt”dı.
- “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukla bağlı səsləndirdiyin fikirlər çox müzakirə olundu. Qriqorçuk doğrudan da sən dediyin kimi yerlilərə qənim kəsilmişdi?
- Müsahibədə dediyim sözlər mənim subyektiv fikrimdi. İki nəfərin, yəni mənim və baş məşqçinin arasında olan münasibətə toxunmuşam. Başqa heç kimin adını çəkməmişəm, kimisə “baltalamamışam”, üçüncü bir şəxsin ünvanına danışmamışam. Ukraynalı ilə mənim ulduzum barışmadı. Açıq danışıb, Qriqorçuk haqda səmimi fikirlərimi dilə gətirmişəm. Bəyənmirdim onu. Çox ikiüzlü, riyakar biri idi. Sizə bir nümunə deyim. Mənə deyir ki, “hazır ol, meydana çıxacaqsan”. Ancaq gedib arxada başqa cür davranırdı. Təkbətək söhbətdə də ona sözlərimi demişəm. Üzbəüz gələndə məndən razı qaldığını, heç bir iradının olmadığını söyləyən məşqçi nədənsə meydana çıxmağıma imkan vermirdi. Xahiş edirəm, heç kim dediklərimi başqa yerə yozub, söylədiklərimə müxtəlif don geydirməsin. Bu haqda bir daha danışmayacam. Ukraynalı məşqçi barədə dediklərimin üstündə dururam.
- Həmin müsahibədən sonra “Qəbələ”nin bəzi rəsmiləri, daha dəqiq desəm, Səbuhi Səfiyarlı və Səməd Nəsibov rəsmi olmasa da, sosial şəbəkələrdə səni qınadılar, oynamağının günahını baş məşqçidə yox, səndə gördülər.
- Sosial şəbəkələrdə yazılanlar mənim üçün o qədər önəmli deyil. Orda ağıllı şərhlər də olur, axmaq, heç bir məntiqə sığmayanlar da. Çox xahiş edirəm, mənim Qrqiqorçuk barədə dediklərimi hərə öz qabına çəkməsin. “Qəbələ”də oynadığım müddətdə klub rəhbərliyi ilə heç bir problemim olmayıb. Fariz Nəcəfov, Zaur Əzizov və Səbuhi Səfiyarlı ilə daha xoş münasibətimiz olub. İnanın, çox səmimi insanlardı və klubda rəhbərlik səviyyəsində çox gözəl ab-hava var. İstəməzdim ki, səsləndirdiyim fikirlər rəhbərliyə başqa formada çatdırılsın. İki il ardıcıl Avropa Liqasının qrupuna düşməyimiz Qriqorçuku dəyişdirdi. O rəhbərliyin ona verdiyi imtiyazlardan sui-istifadə etməyə başladı. Uduzmuşuq, rəhbərlik paltardəyişmə otağına gəlib “futbolda udmaq da var, uduzmaq da” deyib, bizə ürək-dirək veriblər. ”Qəbələ”nin prezidenti Tale Heydərovu cəmi iki dəfə görmüşəm. Ən çətin durumda olanda belə futbolçularla görüşüb “vəziyyətiniz necədi, biz başqa nə edə bilərik ki, çətin vəziyyətdən çıxaq” söyləyib, yanımızda olduğunu deyib. Başqası olsaydı, “bu qədər pul verirəm sizə, bu nə futboldu oynayırsız?” deyərdi. Belə rəhbərlik haqda mən necə pis danışa bilərəm? Bu gün də “Qəbələ” rəsmiləri ilə isti münasibətim var. İstəmirəm ki, sabiq çalışdırıcı haqda dediklərimi kimlərsə rəhbərliyə də aid etsin. Fikirlərim konteksdən çıxarılmasın.
- Ukraynalı məşqçinin yerli oyunçularla yol getməməsi mətbuatda çox işıqlandırılıb. Ancaq səndən başqa “Qəbələ”nin şərəfini qoruyan və ya qorumuş heç bir yerli futbolçu belə açıq danışmayıb...
- Heç kimin adından danışa bilmərəm. Hərənin öz fikri var. Ancaq mən yenə deyirəm, söylədiklərimin üstündə dururam və Qriqorçuk barədə xoş fikirlər səsləndirə bilmərəm. Bu günə kimi Valentin Xodukin, Kaxaber Tsxadadze, Berti Foqts, Robert Prosineçki kimi əcnəbi mütəxəssislərin rəhbərliyi altında futbol oynamışam. Hansısa barədə mənfi fikir söyləmişəm? Olmayıb belə şey. Adını çəkdiklərimdən eləsi olub ki, məni oynatmayıb. Uzağa getmədən Qurban müəllimi də deyə bilərəm. O “Qarabağ”da mənə o qədər də güvənmədi. Bunu anlayışla qarşılayram. Ola bilsin, həmin an üçün baş məşqçinin etimadını doğrultmamışam və buna görə də kənarda qalmışam. Buna baxmayaraq, heç vaxt ağzımı açıb danışmamışam. Mən Qruqorçukun işini yox, insani keyfiyyətlərini bəyənmirəm. Çoxları işin içini bilmədən məni qınayır, sosial şəbəkələrdə fikilərini bölüşürlər.
- “Qəbələ”də heyətdən kənarda qalmağın yığma karyerana da təsir göstərib. Artıq yığmaya dəvət olunmursan.
- Klubunda daim oyun təcrübəsi qazanmayan futbolçunun yığmaya dəvət olunmaması təbii qarşılanmalıdı. Başqa səbəb görümürəm. Qurban Qurbanov daim meydana çıxan, özünü yaxşı tərəfdən göstərən oyunçuları diqqətdən kənarda saxlamır. Bəziləri deyir ki, Elvinin yaşı çox olduğuna görə artıq yığmanın qapısı üzünə bağlanıb. Belə düşüncə sahiblərini başa düşə bilmirəm. Avropada 30 yaşlı futbolçu müdrik oyunçu kimi qəbul olunur. Onlara daha çox ehtiyac duyulur. Bizdə isə 30 yaşlıya artıq qocalmış damğası vurulur. Bilirsiz, bu nədən qaynaqlanır? 17 yaşından futbol oynayıram. İnsanlar da fikirləşir ki, neçə illərdi futboldadısa, artıq yaşı ötüb. Qurban müəllim isə Asif Məmmədovu, İlqar Qurbanovu ölkənin əsas komandasına çağırmaqla göstərdi ki, onun üçün pasport önəm daşımır. Əsas oyunçunun formada olub-olmamasıdı. Mən isə özümə inanıram. Bilirəm ki, bundan sonra ən azı 3-5 il yüksək səviyyədə oynaya bilərəm. Özümü heç kimdən zəif saymıram. Əksi olsaydı, kənara çəkilib deyərəm ki, artıq meydan cavanlarındı. Mənimlə bir komandada olanlar görür ki, mən necə məşq edirəm, nəyə qadirəm.
- Qriqorçukla bağlı açıqlamandan öncə mətbuatda işbirliyi qurmaq istədiyin şəxsin sənə külli miqdarda ziyan vurması məsələsi ilə gündəm oldun. Bununla bağlı da fikirlərini bilmək istərdim.
- Burda qeyri-adi heç nə yoxdu. Gələcəyi nəzərə alaraq, fikrim var idi ki, hansısa sahəyə yatırım edim. Alındı-alınmadı, bu artıq başqa mövzudu. Həmin şəxs indi başqa işlə bağlı “içəridədi”. İndi bu haqda danışmağın da yeri yoxdu. Nə deyim? Allah qapısını açsın.
- “Qəbələ”də qalmamağının səbəbini deyərdin.
- Açıq deyirəm, təklif olunan yeni müqavilə şərtləri məni qane etmədi. Bu üzdən də yeni anlaşmaya imza atmadım. Həmin məbləğə başqa klubda oynamağı daha münasib bildim.”Qəbələ”yə avrokuboklarda uğurlar arzulayıram. Qitəmiqyaslı turnirdə ölkəmizi təmsil edəcəklər. İnanırsız, bunu da başqa yerə yozmağa çalışdılar. Ancaq futbol həyatında bu normal, adi qəbul olunmalıdı. Əvvəlki müqavilədə göstərilənlər məni qane etdiyindən razılaşdım. Bu dəfə qane etmir, ayrılıram. Burda nə var ki?
- Bəlkə yeni baş məşqçi Sənan Qurbanovun “izdivac”ın baş tutmamasında xidməti var?
- Onunla münasibətlərim ideal vəziyyətdədi. Sənanla neçə illərdi qardaş kimiyik. Qurbanov barədə necə mənfi fikir bildirə bilərəm? Heç şübhəsiz, baş məşqçi ilə köməkçi-məşqçi arasında fərq var. O ikinci məşqçi kimi çalışanda bir-birimizlə zarafatlaşırdıq da. Lap Qurbanov mənə “Elvin, mənim oyun fəlsəfəmə uyğun gəlmirsən deyə səninlə yolları ayrımaq istəyirik” söyləsəydi belə, ondan inciməzdim. Əksinə, mənimlə səmimi davrandığına görə təşəkkür də edərdim. Ancaq “Qəbələ”dən getməyimin onun baş məşqçi təyin olunması ilə heç əlaqəsi yoxdu. Sabah başqa klubda yenidən yüksək səviyyədə oyun nümayiş etdirib “Qəbələ”dən daha sərfəli təklif ala bilərəm. Ortada Cavid İmamverdiyev nümunəsi var. Onu artıq hamı unutmuşdu. Deyirdilər ki, futbolu “qutarıb”. Ancaq Cavid bir mövsüm “Sumqayıt”da parlamaqla bu gün bütün aparıcı klubların transfer siyahısında birinci pillədədi. Mənim nə Qurbanovdan, nə də rəhbərlikdən narazılığım var. Pulumu vaxtında almışam, ağır söz eşitməmişəm. İstəməzdim ki, Qriqorçukla bağlı söylədiklərimə görə insanlar, futbol camiəsi haqqımda pis fikridə olsunlar. Ukraynalının insani keyfiyyətləri çox aşağı idi ki, mən də müsahibədə bunu nəzərdə tutmuşam.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu 22-06-2018, 13:51 “Xəzər”in prezidenti ölkədən qaçıb 22-06-2018, 13:50 Yığma İranla qarşılaşacaq 22-06-2018, 13:48 Bordin bəyənmədi, “Səbail”də qaldı 22-06-2018, 13:46 Səmədova gəldi, Poznyak getdi 22-06-2018, 13:40 Federasiya prezidentindən sərt mesaj 22-06-2018, 13:39 Şəhriyar blitsdə də ümidləri doğrultmadı 22-06-2018, 13:33 İngiltərə vətəndaşı Bakıda klub açıb 22-06-2018, 13:30 Yığma üzvü Rumıniya klubunda 22-06-2018, 13:28 “Dalğa Arena” avrokubok mövsümünə hazırdı 22-06-2018, 13:27 Amil Yunanov “Keşlə”də 22-06-2018, 13:25 Mahmud Qurbanov hədəfləri açıqladı 22-06-2018, 13:24 Bordin Moldovada necə xatırlanır? 22-06-2018, 13:23 Əcnəbi mütəxəssislərin “Neftçi” sərgüzəştləri... 22-06-2018, 13:16 Qurban Qurbanov “Qarabağ”a görə narahatdı 22-06-2018, 13:13 Rahil Məmmədov “Milli Dəstə”nin iradını haqlı sayır 22-06-2018, 13:11 “Sabah”ın məşqçilər korpusu formalaşdı 22-06-2018, 13:08 Ölkənin ilk idman brendi - “İl’Azero” yaradılıb 22-06-2018, 13:07 “Qaradağ Lökbatan”da qeyri-müəyyənlikdi 22-06-2018, 13:06 Nəbiyev “Slaviya”ya qoşuldu 22-06-2018, 13:05 “Qarabağ” Aqollini saxladı 22-06-2018, 13:03 Bordin Rusiyaya azarkeşlik edir 22-06-2018, 13:01 Say artsa da, ümid artmır... 22-06-2018, 12:59 İran yığmasında iki soydaşımız oynayır 22-06-2018, 12:54 TRANSFER DOSYESİ 15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş Bütün xəbərlər
Ən çox oxunanlar