08 in 23:28gundem

Əfqan Həmzəyev aktyor rolunda

Əfqan Həmzəyev aktyor rolunda
“Firudin Qurbanovun rəhbərlik etdiyi federasiyadan bu günə kimi bir cavab çıxmayıb”
Tanınmış idmançıların, idman funksionerlərinin müxtəlif filmlərdə, reklam çarxlarında, hansısa müğənninin klipində çəkilməsi bütün dünyada geniş yayılmış təcrübə olsa da, Azərbaycanda belə hallara az rast gəlinir. Sanki bizimkilər kamera qarşısına çıxmaqdan, rejissorun tapşırıqlarını yerinə yetirməkdən çəkinirlər və ya bunu özlərinə ayıb sayırlar. Ancaq aralarında “çərçivə”dən çıxan, aktyorluq qabiliyyətini nümayiş etdirənlər də var. Beynəlxalq dərəcəli hakim Əfqan Həmzəyev də məhz belələrindəndi. Bugünlərdə Həmzəyevin yolu çəkiliş meydanına düşüb. Bunu sosial şəbəkələrdə paylaşdığı şəkillərdən gördük. Əfqan bəy Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının həyat və yaradıcılığına həsr olunmuş bədii-publisistik filmdə dövlət rəsmilərindən birini canlandırıb. Kimi? Bu suala cavabı artıq özündən eşidin.
- Deyəsən, artıq aktyorluğa başlamısız?
- Buna aktyorluq demək olarsa, xırda bir rol tapşırıldı, mən də oynadım.
- Necə oldu ki, beynəlxalq dərəcəli referi kinoya çəkilmək təklifi aldı?
- Düzünü desəm, hər şey təsadüfən oldu. Nazirlər Kabinetinin və Mədəniyyət Nazirliyinin birgə layihəsi əsasında Azərbaycanda ilk özəl ali təhsil müəssisəsi olan Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının həyatı barədə bədii-publisistik film çəkilməli idi. Filmin rejissoru Aleksandr Mundu. Koreyalı rejissor kino aləmində yetərincə tanınmış simadı. Bildiyiniz kimi, həyat yoldaşım da aktrisadı. Onu kastinqə aparmışdım. Elə oldu ki, zahiri görünüşüm yaradıcı heyətin diqqətini cəlb etdi. Bir qədər söhbət etdikdən sonra danışıq qabilliyətimin də olduğunu görüb mənə filmdə çəkilməyi təklif etdilər.
- Şəkillərə diqqət yetirdikdə məmur obrazında çəkildiyinizi düşünmək olar.
- Desəm, inanmayacaqsız. Qəhrəmanım ötən əsrin 90-cı illərində Azərbaycanın baş naziri olmuş Həsən Həsənovdu. Ssenariyə görə Hamlet bəy cavan vaxtlarında respublikada ilk özəl universitet açmaq üçün Nazirlər Kabinetinə müraciət edir və Həsənovla görüşür. İlk görüşdə baş nazir, yəni mən İsaxanlıya çox ağır işin altına girdiyini, universitet açmağın məsuliyyətli iş olduğunu deyirəm. Ancaq Hamlet bəy fikrindən daşınmır və artıq 3-cü görüşdə qarşısında “yaşıl işıq yanır”.
- Filmdə ümumilikdə neçə dəqiqə görünürsüz?
- Təxminən 10 dəqiqəlik rolum var. Mənim iştirakımla olan kadrlar artıq çəkilib. Sabah (bu gün) xanımımın çəkilişi olacaq. O isə fransız qadını oynayacaq.
- Çəkiliş zamanı həyəcan keçirirdiz? Nə qədər olmasa da, bu sizin aktyor kimi ilk sınağınız idi.
- Yox idi desəm, yalan danışmış olaram. Ümumiyyətlə, məsuliyyətli insan hansı işi görməyindən asılı olmayaraq, həmişə bir qədər həyəcan keçirir. Bu o demək deyil ki, nədənsə qorxursan. Həyat yoldaşım teatrda çalışdığından kinonun, teatrın, səhnənin nə olduğunu çox yaxşı bilirəm. Son 5 ildə Bakıdakı bütün teatrlarda tamaşalar izləmişəm, premyeralarda olmuşam. Buna baxmayaraq, az da olsa, tərəddüd keçirirdim. 2-3 dubldan sonra artıq özünəinamım artdı və daha sərbəst oldum. Məncə, pis alınmayıb. Hər halda, bunu filmi izləyən tamaşaçı daha dəqiq deyəcək.
- Bundan sonra filmdə çəkilməklə bağlı yeni təklif alsaz, dəyərləndirə bilərsiz?
- Film, ssenari və ifa edəcəyim rol ürəyimcə olsa, bəlkə də çəkilərəm. Məni yaxından tanıyanlar bilir ki, idmanla yanaşı, mədəniyyət sahəsinə də biganə deyiləm. Qeyd etdiyim kimi tez-tez teatra, kinoya gedirəm, yeni kitabları oxuyuram. Ümumiyyətlə, mütaliəni çox sevirəm.
- Bu yaxınlarda Rusiyaya yollanmışdız. Smolenskə səfəriniz nə ilə bağlı idi?
- Bildiyiniz kimi, mən Dünya Mini Futbol Federasiyasının Hakimlər Komitəsinin sədr müaviniyəm. Eləcə də hakimlərin təlim-tədris məsələləri ilə məşğulam. Smolenskə çalışdığım federasiyanın prezidenti Filip Yuda ilə birgə getmişdik. Məqsəd Rusiya Tələbə Futbol Federasiyası (RTFF) ilə əməkdaşlıq etmək, gələcəkdə Beynəlxalq Tələbə Futbol Federasiyası ilə birgə layihələr həyata keçirməkdi. Səfər çərçivəsində RTFF-nin prezidenti, Rusiya ədliyyə nazirinin birinci müavini, Çeçenistanın sabiq prezidenti Alu Alxanovla görüşdük. Müzakirələr zamanı gələcək planlar barədə fikir mübadiləsi apardıq. Smolenskdə başqa tanınmış simalarla da görüşlər oldu. Böyük ehtimalla, növbəti ildən Dünya Mini Futbol Federasiyası tələbələr arasında da böyük turnir təşkil edəcək. Artıq bu yöndə müəyyən işlər görülür.
- Bəs həmin turnirdə Azərbaycan komandası olacaq?
- Məni də ən çox narahat edən bu məsələdi. Bakıya qayıtdıqdan sonra bizim Tələbə Futbol Federasiyasının rəhbərliyi ilə görüşmək istədim. Bununla bağlı müraciət də etmişəm. Təəssüf ki, Firudin Qurbanovun rəhbərlik etdiyi federasiyadan bu günə kimi bir cavab çıxmayıb. Sadəcə, Smolenskdə olan görüşlər və Beynəlxalq Tələbə Futbol Federasiyası ilə aramızda olan razılıq barədə onlara məlumat vermək istəyirəm. İştirak edib-etməyəcəkləri artıq öz işləridi. Bizim keçirəcəyimiz yarışa dünyanın bütün qitələrindən universitet komandaları qatılacaq. Necə olur ki, Tanzaniyadan, Braziliyadan, ABŞ-dan, Yaponiyadan, Çindən, Rusiyadan ali məktəb komandaları turnirə qatılır, hər cür şəraiti olan ölkəmiz yarışdan kənarda qalır. Yəni bu qədər imkansızıq? Sözügedən layihəyə qoşulmaqla universitetlərimizi, akademiyalarımızı dünyada tanıtmaq şansı əldə edirik. Bundan yararlanmaq lazımdı. Bizim federasiya daxili yarışlar keçirdiyi halda, nəyə görəsə beynalxaq arenaya çıxmağa həvəs göstərmir. İyunun 24-də yenidən Yuda ilə Rusiyaya yollanacağıq. Artıq bu dəfə əməkdaşlıqla bağlı rəsmi sənədlər imzalanacaq.
RƏŞAD
Народ кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar