17 fev 13:49gundem

Şeydayev seçimini əsaslandırdı

Şeydayev seçimini əsaslandırdı
Mövsümün ilk yarısını “Trabzonspor”da keçirən, lakin “bordo-mavilər”in heyətində yetərincə oyun təcrübəsi qazana bilməyən Ramil Şeydayevin icarə əsasında “Jilina”ya keçdiyini xəbər vermişdik. Millinin də şərəfini qoruyan forvard bugünlərdə Rusiyanın sportsdaily.ru saytına müsahibə verib. Həmin müsahibəni müəyyən ixtisarla təqdim edirik.
- “Jilina”ya keçidiniz necə baş verdi?
- Slovakiya klubundan təklif aldım və ora yollanmaq qərarına gəldim. “Jilina” yaxşı komandadı və hazırda ölkə çempionatında liderdi. Çox güman, gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq. “Trabzonspor”dakı sabiq komanda yoldaşlarım Bero və Duritsa mənə dedilər ki, “Jilina” möhkəm komandadı. Burda baş məşqçi ilə görüşdüm. O, mənim keçidimdən məmnun qaldığını söylədi və “sən bizə, biz də sənə kömək edəcəyik” dedi. Təbii ki, start heyətində oynayacağıma təminat vermədi, çünki burda gərgin rəqabət var. Bilirəm ki, “Jilina” çox qol vuran komandadı. Bu üzdən də bura uyğunlaşmaq asan olacaq.
- “Jilina”nın hansısa futbolçusunu əvvəlcədən tanıyırdız?
- Xeyr, amma tədricən tanımağa başladım. İngilis dilində az da olsa, bilirəm. Üstəlik, burdakı futbolçuların da çoxu rus dilini başa düşür. Fiziki cəhətdən hazır olmağa çalışıram. Ümid edirəm ki, həftəsonuna qədər tam hazır olacam.
- Harda məskunlaşmısız?
- Hələlik oteldə. Yəqin ki, tezliklə kirayə ev tutacam. Hər şey yaxşıdı.
- Jilinada hava Trabzondakından daha sərt olur?
- Hələlik xeyr. Türkiyədə qış o qədər də isti olmur. Yalnız fevralın ortaları bir az isti keçir.
- “Trabzonspor”dan necə ayrıldız?
- Normal. Türkiyə klubu ilə uzunmüddətli müqaviləm var və “Jilina”da icarə əsasında çıxış edəcəm. Trabzonda mənə uğurlar arzuladılar.
- Türkiyə superliqasında bir matçda iştirak etdiz və ölkə kubokunda 1 qol vurduz. Yarımillik Türkiyə macəranızı necə dəyərləndirirsiz?
- Mənə orda çətin oldu. Futbolda belə hallar olur, alınmadı və oyun təcrübəmi artırmaq üçün icarəyə yollandım. Həyatda belə şeylər olur. Təslim olmamalı və özümü təsdiq etməliyəm. Hər şey özümdən asılıdı.
- Çox gənc yaşda Türkiyənin böyük klublarından birinə keçdiz. Düşünmürsüz ki, əsas heyətə düşə bilməməyinizin səbəbi məhz budu?
- Bu sualı “Trabzonspor”un baş məşqçisinə versəz, daha yaxşı olar. Fikrimcə, oynamağa tam hazır idim, amma niyə belə alındığını bilmirəm.
- Türkiyə çempionatı barədə nə deyə bilərsiz?
- Güclü, maraqlı çempionatdı. Gözlədiyim kimi oldu: yaxşı azarkeşləri, əla stadionları var. Mənim çox xoşuma gəldi. “Trabzonspor”da əla komanda formalaşdırılır, oyunçular arasında münasibət yüksək səviyyədədi.
- “Zenit”də çıxış etmiş “Trabzonspor”un əfsanəvi futbolçusu Fatih Təkkə ilə görüşdüz?
- Xeyr, onunla heç bir söhbətim olmayıb.
- “Trabzonspor” böyük klubdu?
- Bəli. Orda oynamamağımdan başqa hər şey ürəyimcə idi. Yerli azarkeşlər də məni çox isti qarşıladılar. Trabzonda futbolu sevirlər. Azarkeşlər bütün oyunçuları tanıyırlar və onları daim dəstəkləyirlər.
- Azərbaycan millisində “Trabzonspor”dan çox oyun keçirmisiz. Yığmaya dəvət sənin üçün ürək rahatlığı rolunu oynayırmı?
- Belə cavab verəcəm: Azərbaycan yığmasını seçməkdən məmnunam. Hiss edirəm ki, mənimlə maraqlanırlar, məndən yaxşı oyun və qollar gözləyirlər. Milliyə tez uyğunlaşdım. İlk oyundan komandama mümkün qədər çox xeyir verməyə çalışdım.
- “Zenit”in oyunlarını izləyirsiz?
- Əlbəttə. Oyunlara da baxıram, uşaqlarla əlaqə də saxlayıram.
- “Zenit” Avropa Liqasının 1/16 finalında “Anderlext” səddini keçə biləcək?
- Fikrimcə, keçəcək. Çünki “Zenit” rəqibdən daha güclüdü.
- Sankt-Peterburq klubunu tərk etdiyiniz və vətəndaşlığı dəyişdiyiniz üçün heç təəssüflənmisiz?
- Xeyr, bu qərarıma görə peşman deyiləm. Getməsəydim, peşman olardım.
- “Zenit”də oynamaq şansınız yox idi?
- Niyə yox idi? Şans hər zaman var. Sadəcə, gücümü başqa ölkədə və çempionatda sınamaq qərarına gəldim.
- Deyilənə görə, “Zenit” sizə yeni müqavilə təklif etmişdi…
- Bəli, təklif olunmuşdu. Ancaq mən öz seçimimi etdim.
- Qarşıdakı ilyarım müddət üçün hədəfləriniz nədi?
- “Jilina”da öz oyunumu göstərmək, əsas heyətin daimi üzvünə çevrilmək və avrokuboklarda iştirak etmək istəyirəm. Ümidlərimi daha çox Azərbaycan millisinə bağlayıram. DÇ-2018-in seçmə mərhələsində hazırda 3-cü pillədə qərarlaşırıq. Rusiyada keçiriləcək final mərhələsinə vəsiqə qazanmaq şansımız az deyil. Azərbaycandakı hər kəd kimi, bu mənim üçün də böyük hadisə olar.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:11 Mehdi AZAL-ı seçməyindən məmnundu Dünən, 13:09 Olimpiya çempionu “Kəpəz”dən danışdı Dünən, 13:07 “Traktorsazi” əzəli rəqibinə qalib gəldi Dünən, 13:05 Əvəzedicilərin çempionatında həlledici sonluq Dünən, 13:03 Şimallılar üçün mövsümün son oyunu Dünən, 13:02 Avstriya “Qarabağ”ı Bakıda futbolçu seçəcək Dünən, 13:00 İlümjinov Şəmkiri Linaresə bənzədir Dünən, 12:58 Teymur titulu Şəhriyardan almaq üçün əlindən gələni edəcək Dünən, 12:56 Şəmkirdə 100 min avro uğrunda mübarizə başlayır Dünən, 12:53 Finalın hakimi kim olacaq? Dünən, 12:51 MOİK islahatlara başladı: 8 futbolçu qovuldu Dünən, 12:50 Qətərdən səs çıxdı, diskdən yox Dünən, 12:45 “Sumqayıt” Kamerun yığması ilə qarşılaşacaq Dünən, 12:43 Premyer-liqanın üç klubu "Qarabağ"ı təbrik etməyib Dünən, 12:42 Oynadı və “sarı” aldı Dünən, 12:40 Çempion ola bilməməyin səbəbini dedilər... Dünən, 12:38 “Qarabağ” “qızıl”a “Azərsun Arena”da qovuşacaq Dünən, 12:36 “Mehdi Hüseynzadə”də işlər dayanıb Dünən, 12:35 Yaşar Vahabzadə İslamiadanın təqvimindən razıdı Dünən, 12:33 Eltac Səfərli İsveçrəni “fəth etdi” Dünən, 12:31 Sergey Karyakin Vüqarın məzarını ziyarət etdi Dünən, 12:30 İslamiada xəbərləri Dünən, 12:28 Simaitis ehtiyatda qalmasını normal qarşılayır 22-04-2017, 00:49 Qrupda qaldıq... 22-04-2017, 00:47 Tellur özündən razı deyil 22-04-2017, 00:45 Dreksa qayıdır, Petrov “Zirə”yə qarşı oynamayacaq 22-04-2017, 00:42 “Eurosport” Adamsın Azərbaycan gündəliyini vərəqlədi 22-04-2017, 00:40 Ölkə çempionları bəllidi 22-04-2017, 00:39 Qonaqlar xala da, qola da həsrət qaldı 22-04-2017, 00:37 İştirakçıların çoxluğu Neymarı təəccübləndirib 22-04-2017, 00:34 Avroliqaya sonuncu vəsiqə kimin olacaq? 22-04-2017, 00:33 "Yaz turniri" başlayıb 22-04-2017, 00:31 4000 manata başa gələn 1 xal 22-04-2017, 00:30 Nicat Muxtarov 3200 manat ziyana düşdü 22-04-2017, 00:28 Təbriz Həsənov Makedoniyanı AÇ-dəki hansı rəqibimizə oxşatdı? 22-04-2017, 00:27 PFL “gümüş”lə “bürünc”ü Qəbələyə aparır 22-04-2017, 00:25 “İnter” dağılır: Səlahət gedir, başqaları son iki turu gözləyir 22-04-2017, 00:24 Maşallah Əhmədovun məsələsi yenidən araşdırılacaq 22-04-2017, 00:23 “Qarabağ” nominal meydan sahibi oldu 22-04-2017, 00:22 Klublar Komitəsi mövsümün sonunu gözləyir 22-04-2017, 00:17 Alina Kabayeva gimnastikamızdan ağızdolusu danışdı 22-04-2017, 00:16 Jidkova yığmanın uğur qazanacağına inanır 22-04-2017, 00:14 İslamiada xəbərləri 22-04-2017, 00:12 Avropa çempionatına iki “bürünc”lə başladıq 22-04-2017, 00:11 Fətəliyevanın məğlubiyyətsizlik seriyası qırıldı 22-04-2017, 00:09 Jurnalistlər “Xəzər Lənkəran”ı qınayır 19-04-2017, 20:19 Mənsimovlar, Hadisənin ayaqları altına səpdiyiniz pulumuzu qaytarın! 19-04-2017, 20:17 AFFA və PFL-dən Əsgər Abdullayevi təbrik etməyiblər 19-04-2017, 20:15 “Qırmızı”sız tur və 3500 tovuzlu 19-04-2017, 20:13 HAKİMLƏRİN MÜHAKİMƏSİ 19-04-2017, 20:11 Avropa Liqasının təqvimi müəyyənləşdi 19-04-2017, 20:09 Yığma kluba uduzdu 19-04-2017, 20:08 “İnter”də maaş problemi davam edir 19-04-2017, 20:06 TURUN SİTATI 19-04-2017, 20:04 TURDAN MƏQAMLAR 19-04-2017, 20:01 Niyə “Qəbələ” yox, “Qarabağ”? 19-04-2017, 19:59 TURUN OYUNÇUSU Bütün xəbərlər
Ən çox oxunanlar