04 in 13:32gundem

“Neftçi” rəhbərliyi dörd məşqçidən cavab gözləyir

“Neftçi” rəhbərliyi dörd məşqçidən cavab gözləyir
Tərlan Əhmədovun köməkçiləri də yola salındı
“Neftçi” rəhbərliyinin baş məşqçi postunda görmək istədiyi namizədlərdən biri olan Marius Şumuditsa son günlərdə çox qəribə davranış sərgiləyir. İki gün öncə Azərbaycan mətbuatına verdiyi açıqlamada “ağ-qaralar”ın təklif etdiyi məbləğə çalışmaq istəmədiyini və buna görə də imicini xərcləmək fikrində olmadığını deyən rumıniyalı mütəxəssis mövqeyini dəyişib. Hər halda, rumın həmkarlarımızın yazdıqlarına əsasən belə qənaətə gəlmək olar. Şumuditsanı dinləyək: “Neftçi”nin təklifini hələ rədd etməmişəm. Şənbə günü Buxarestə yollanıb, onlarla bunu müzakirə edəcəyik. Mənim istəklərim yox, onların tələbləri önəmlidi. Azərbaycanda böhran hökm sürür. Bakı sensasiyalı şəhərdi. Texniki heyətimdən ayrılmaq mənim üçün çox çətindi. Korpusumda iki nəfər deyil. Ancaq onların da büdcəsi yoxdu. Korpusumda 4 peşəkar məşqçi var və onları tərk edə bilmərəm”.
Sonuncu dəfə “Kayserispor”u çalışdıran 47 yaşlı mütəxəssis yenidən Türkiyədə işləmək istəyini gizlətməyib: “Səmimi olmaq lazımdısa, Türkiyəyə qayıtmaq istəyirəm. Lakin görürəm ki, orda həm yüksək, həm də aşağı liqadakı məşqçilər maliyyə ilə bağlı problem yaşayırlar. Üstəlik, ordakı klublarda bir çox siyasi təzyiqlər var”.
Qeyd edək ki, Rumıniya mətbuatı “Neftçi”nin Marius Şumuditsaya texniki heyətlə birlikdə ümumilikdə 450 min avro (900 min manat) maaş təklif etdiyini yazmışdı. Bizdə olan bilgiyə görə, Şumuditsanın tez-tez fikrini dəyişməsi “Neftçi” ilə yanaşı, başqa klubla da danışıq aparmasıyla bağlıdı. Yəni qəsdən qazancını artırmaq istəyir. Onu da dəqiq bilirik ki, “Neftçi” rəhbərliyindən heç kim bu gün Maruisla görüşməyəcək. Sadəcə, bakılıların ona son qərarını bildirmək üçün qoyduqları vaxt bu gün bitəcəyindən, belə açıqlama verir. “Neftçi”nin rumınla yanaşı, ikisi italyan və biri Holland olmaqla daha iki mütəxəssislə danışıq apardığını da xatırladaq.
Yeri gəlmişkən, klub saytı Tərlan Əhmədovla yeni müqavilənin imzalanmaması haqda məlumat versə də, köməkçiləriylə bağlı bilgi yox idi. Dünən bu məsələyə də baxılıb və yeni qərar qəbul olunub. Belə ki, yanvarda Əhmədovun istəyi ilə komandaya cəlb olunan Mehman Babayevlə Dmitri Qolovko, həmçinin daha öncədən “ağ-qaralar”da çalışan İqor Getman, Novruz Əzimov və qapıçılarla çalışan Rauf Salamovla müqavilələrə xitam verilib. Klub rəhbərliyi mütəxəssislərin hər birinə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
HƏBİB
Salam! Bilirsiz, Neftçi yenə də naməlum bir durumdadır. Bu qeyri-müəyyənlik, elə Neftçinin rəhbərliyinin məşqçi məsələsi ilə bağlıdır.
Birinci: çünki, 2 ay bundan qabaq onlar əmin idilər ki, Tərlan Əhmədovla davam etməyəcəklər. Bu müddət ərzində sanballı bir məşqçi ilə artıq razılaşmalı idilər. Və, mövsüm başa çatan kimi, məşqçi ilə müqavilə bağlanmalı idi. Amma, deyilənlərə və KİV-də yayılan məlumatlara əsaslansaq, rəhbərlik indi 4-5 əcnəbi məşqçi ilə birdən danışıqlar aparır. Onlardan hər hansı biri, ilk olaraq Neftçidə işləməyə razılıq versə, onunla da müqavilə bağlayacaqlar. Rəhbərlikdə isə vaxt tamamilə yoxdur, bu isə, onlarda məşqçinin bacarığını və iş prinsipini, gücünü nəyə qadir olduğunu öyrənmək imkanının olmamasına dəlalət edir. Necə deyərlər, məşqçi gətirmək naminə, kim olur- olsun, onunla da tez müqavilə imzalanacaq. Belə seçim çox riskli seçim olacaq.
İkinci: Yerli və əcnəbi transferlər etmək bbaxımından da gecikirlər. Neftçinin öz yetirmələri olan, bir sıra yaxşı futbolçular da yavaş-yavaş özlərinə klub tapırlar.Ən azından E.Yunuszadə, C. İmamverdiyev, R. Qurbanov və R. Məmmədov Neftçiyə çox lazımlı futbolçular olardı. Çox əfsuslar olsun ki, onlar da əldən çıxdılar. Əcnəbi transferlərin də yaxşılarının artıq boş qalması inandırıcı deyil. Bu kimi səhvlər, bu Mövsüm Neftçiyə çox ciddi təsir edəcək. Yeni gələn məsşqçidən, nə isə bir uğur tələb etmək mümkün olmayacaq, çünkü öz istədiyi futbolçuları cəlb edə bilməyəcək və sonda da deyəcək ki, komandanı mən qurmamışam. Bir il də beləcə nağüman qalacağıq. Gələcək mösümdə isə uğur olmayandan sonra, məşqçi ilə yollar yenə ayrılacaq. Və sonra, və sonra, Neftçi yenə də, onsuz da zəif çempionatmızda, yenə hamı üçün qapazaltına çevriləcək. Mən, Neftçinin qocaman azarkeşiyəm, 50 ildən artıqdır ki, Neftçi-liyəm, və belə yanaşmalar rəhbərlik tərəfindən klubumuza qarşı az olmayıb. Və, hər belə halda Neftçi 4-5 ilini itirir, çox cərinliklə özünə qayıda bilir. Mən bunları görürəm, heç istəməzdim ki, bu vəziyyət yenidən təkrarlansın. Bunlar mənim istəyimdən asılı deyil, istək Neftçinin yeni rəhbərliyində olmalıdır. Amma, onlarda deyəsən, bu istək hələ oyanmayıb. Rəhbərliyin belə biganə yanaşması, aysberqin görünən tərəfidir, və, təşviş doğuran da, bu haldır...

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar