03 in 12:09gundem

Romanın ölkəmizdəki romanından səhifələr

Romanın ölkəmizdəki romanından səhifələr
Onu unutdurmaq üçün rekordlarını yeniləmək lazımdı
O “bizi 5:0 hesablı qələbə qane edir” deyəndə, çoxları buna səthi yanaşmışdı. Axı, əksəriyyətdə gələcəyi görmək bacarığı yox idi. Düzdü, belə bir qələbəyə şahidlik etmədik. Sadəcə, Tiflis “Dinamo”su ilə oyundan öncə mətbuat konfransdında Roman Qriqorçuk məhz 5:0 hesablı darmadağın arzulamışdı. Ukraynalının arzusu çin olmadı. Lakin azərbaycanlı futbolsevərlər, xüsusən “Qəbələ” azarkeşləri üçün daha yaxşısı baş verdi. “Dinamo” səddinin aşılması ilə bünövrəsi qoyulan uğur qrupa kimi davam etdi. Bununla da ölkə futbolunda ilk yaşandı. Ancaq hər şey “biratımlıq barıt” məsəli kimi tezliklə yekunlaşmadı. Növbəti mövsüm yenə də Qriqorçuklu “qırmızı-qaralar” eyni ssenarini təkrarladı. Yenə də ilk təsnifat mərələsindən qrupa qədər olan maneələr ard-arda dəf edildi və bunu iki il ardıcıl olaraq bacaran komanda kimi “Qəbələ” Avropada tarix yazdı. Qriqorçuk isə ənənəsinə sadiq qalaraq bir çox oyundan öncə 5 cavabsız qolla əldə olunan qələbə arzulayırdı. Sanki bu istək totemə çevrilmişdi və komandaya uğur gətirirdi. Onun gəlişi, gördüyü işlər nəticəsində futbolumuzda yeni ROMAN yazıldı...
Avroliqa
Ukraynalının “Qəbələ”dəki karyerasını vərəqləyərkən, məhz beynəlxalq arenadakı nəticələrdən başlamağımız boşuna deyil. Çünki Qriqorçuku ən çox Avropada qazanılan uğur sevdirdi azərbaycanlı futbolsevərlərə. Onun rəhbərliyi altında “qırmızı-qaralar” AL-də ümumilikdə 32 oyun keçirdi. Bunlardan 9-da qalib gələn bölgə təmsilçisi 7 heç-heçə etdi, 16 dəfə məğlub oldu. Həmin görüşlərdə 35 dəfə rəqib qapılarına yol tapan təmsilçimiz 43 dəfə topu öz qapısından çıxarmalı oldu.
Ölkəsində 4 illik “Çernomorets” karyerasından sonra “Qəbələ”nin “sükanı arxasına” keçən Qriqorçuk komandasına 2014/15 mövsümündə “bürünc” qazandırır. Bununla da Avroliqada mübarizə şansı qazanan “qırmızı-qaralar” ilk uğurlu trayketoriyasını cızır. İlk mərhələdə Tiflis “Dinamo”suna səfərdə uduzan (1:2) təmsilçimiz evdə məğlubiyyətin vəəzini çıxır (2:0) və növbəti mərhələyə adlayır. Maraqlıdı ki, “Qəbələ” növbəti mərhələdə “Çukariçki”ni (Serbiya) də bənzər şəkildə yolundan kənarlaşdırdı. Səfərdə uduzdular (0:1), evdə uddular (2:0). Artıq bundan sonra ukraynalı çalışdırıcının güclü taktik olduğu, ilk oyunda rəqibi öyrəndiyi, cavab oyununda isə zərbəni endirdiyini anladıq. AL-in 3-cü təsnifat mərhələsində “Apollon”u (Cənubi Kipr) yolundan kənarlaşdıran (1:1, 1:0) “qırmızı-qaralar” pley-offda başqa bir yunan klubu ilə üz-üzə gəldi. Budəfəki rəqib daha güclü Yunanıstan “Panatinaikos”u idi. “Qəbələ” evdə bu rəqiblə qolsuz heç-heçəyə razılaşdısa, səfərdə təmsilçisimiz Dodonun qolları ilə sərfəli “sülh”ə (2:2) imza atdı. Beləliklə, “Qəbələ” 10 illik tarixi ərzində ilk dəfə AL-in qrupuna vəsiqə qazandı. C qrupunda Rusiya “Krasnodar”ı (1:2, 0:3), Dortmund “Borussiya”sı (1:3, 0:4) və Yunanıstan PAOK-u (0:0, 0:0) ilə mübarizədə komanda 2 xalla qrup sonuncusu oldu. Təbii, həmin mövsüm “Qəbələ”nin yunanlara uduzmaması maraqlı məqamdı.
Bəlkə də çoxları onun növbəti mövsüm eyni uğuru təkrarlayacağını gözləmirdi. Özü də hər dəfə mövsüm bitəndən sonra çalışdırıcı heyətdə əməlli-başlı dəyişikliklərə əl atırdı. Bununla da o, sabitliyin uğurun əsas açarı olması fikrinin əksini sübut edirdi. Bu dəfə də ilk mərhələdə Gürcüstan klubunun sıradan çıxarılması komandaya düşərli oldu. “Samtredia”nı yolundan kənarlaşdıran (5:1, 1:2) “Qəbələ” 2-ci təsnifat mərhələsində Macarıstan MTK-sını həm səfərdə (2:1), həm də evdə (2:0) məğlub etdi. Lakin növbəti rəqib heç də əvvəliklərlə müqayisə olunmaz idi. Təkcə “Lill”in “böyük beşlik” ölkəsinin təmsilçisi olması hər şeyi deyirdi. Lakin “Qəbələ” fransızları mübarizədən kənarlaşdırmaqla (1:1, 1:0) daha bir tarix yazdı. İlk dəfə “böyük beşlik”dən olan hansısa komandanı təsnifat mərhələsində adlaya, eyni zamanda məğlub edə bilmişdik. Təbii, bunun da memarı Qriqorçuk idi. Pley-offda bu dəfə Sloveniya “Maribor”u sıradan çıxarıldı (3:1, 0:1) və arıdıcıl ikinci dəfə Avroliqanın qrupu! Təəssüf ki, qrupda xal qazanmaq mümkün olmadı. “Anderlext” (Belçika, 1:3, 1:3), “Maynts-05” (Almaniya, 2:3, 0:2) və “Sent-Etyen”lə (Fransa, 0:1, 1:2) matçlarda Qriqorçukun ehtiyatlı oyuna üstünlük verməməsi, hesabda öndə olduğu anlarda belə komandasına müdafiənin qeydinə qalmağı tapşırmamasından irəli gəlirdi yenilgilər...
Ötən yayda isə komanda Avroliqanın 2-ci təsnifat mərhələsindən mübarizəyə start verdi. Bəlkə də ənənəvi ssenari pozulduğu üçün bu dəfə uğur qazanılmadı. Bu mərhələdə Polşa “Yagelloniya”sı mübarizədən kənarlaşdırıldı (1:1, 2:0). Lakin 3-cü mərhələdə yenidən “Panatinaikos”la üz-üzə gələn “Qəbələ” bu dəfə mərhələni adlaya bilmədi (0:1, 1:2). Xüsusən “Qarabağ”ın ÇL-in qrupuna düşdüyü ildə “qırmızı-qaralar”ın pley-offa belə yüksələ bilməməsi artıq Qriqorçukla bağlı müzakirələrin başlamasına səbəb oldu.
Premyer-liqa və kubok
“Qəbələ” Qriqorçukun rəhbərliyi altında premyer-liqada 108 oyun keçirdi. Bu oyunlardan 55-də qələbə qazanan “qırmızı-qaralar” 30 heç-heçə etdi, 23 dəfə məğlub oldu. Top fərqində də nəticə müsbətdi – 162-86. Ölkə kubokundakı göstəricilər isə belədi: 19 oyun, 11 qələbə, 4 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 43-19. Avroliqadakı nəticələrdən fərqli, Qriqorçuk ölkədaxili yarışlarda uğurlu ola bilmədi. Çempionluq mübarizəsində “Qarabağ”a uduzan “qırmızı-qaralar” iki dəfə “gümüş”, iki dəfə isə “bürünc” qazandı. Ancaq yaradılan şərait, gerçəkləşdirilən transferlər çempionluq üçün yetərli idi. Artıq nələrsə çatışmadısa, bu baş məşqçinin məsuliyyətində olan məqamlardı. Qriqorçukun komandası iki dəfə kubokda final oynasa da, hər ikisində məğlub oldu. Bir sözlə, 53 yaşlı mütəxəssis Azərbaycandan titul qazanmadan getdi.
Bəs biz onu necə xatırlayacağıq? Əlbəttə, xoş xatirələrlə. Düzdü, ölkədaxili yarışlarda titul qazanmadı. Bundan başqa, hansısa uğursuzluq zamanı “sırf mənim günahımdı” sözünü onun dilindən eşitmədik. Lakin Avroliqadakı nəticə nəyə desən, dəyərdi. Bu mənada Qriqorçuku nəinki “Qəbələ”yə, hətta ölkəmizə gəlib-getmiş ən yaxşı əcnəbi mütəxəssis kimi yada salacağıq. Mətbuata həmişə açıq olması da öz yerində. Fakt budu ki, ukraynalı ölkə futbolunda tarix yazdı, ilklərə imza atdı. Hə, bir də onun mətbuat konfransına başında aerodrom kepka və əlində təsbehlə gəldiyi anı da, çətin ki, unudaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar