27 may 12:06gundem

Kubokun finalının biletləri satışa çıxarıldı

Kubokun finalının biletləri satışa çıxarıldı
PFL hər komandaya 100 bilet ayırıb
“Keşlə" və "Qəbələ"nin iştirakı ilə keçiriləcək ölkə kubokunun final oyunu üçün biletlərin satışa çıxarılacağı tarix açıqlanıb. Bu haqda PFL-in saytında xəbər yerləşdirilib. Mövsümün son oyununa bilet əldə etmək istəyənlər mayın 26-dan Qəbələ şəhər stadionunun kassalarına üz tuta bilərlər. Qəbələnin müxtəlif nöqtələrində də final qarşılaşmasının biletləri satılacaq. Bileti Bakıda əldə etmək istəyənlər dünən və bu gün PFL-ə müraciət edə bilərlər. Biletlərin qiyməti 2, 3, 5 və 30 manatdı.
Bilet satışı ilə bağlı daha ətraflı bilgi əldə etmək üçün PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq: “Bəziləri deyir ki, final qarşılaşmasının biletlərinin oyuna 3 gün qalmış satışa çıxarılması yanlışdı. Bunu daha tez etmək olardı. Ancaq 10 illik təcrübəmizə əsaslanaraq deyə bilərəm ki, bizdə azarkeşlər matçın startına saatlar qalmış bilet almaq istəyirlər. Əvvəlki illərdə bəzən elə olub ki, bilet satışına ən azı 10 gün öncədən başlamışıq. Ancaq heç kim həmin vaxt ərzində kassalara yaxınlaşıb, bilet almayıb. Dediyim kimi, ən yaxşı halda final görüşünə 3 gün qalmış bilet üçün müraciət olunub. Bütün bunları nəzərə alıb belə addım atmağı lazım bildik. Hər iki komandanın azarkeşlərinə 100 bilet ayrılıb. Bundan başqa klub rəhbərliyinə və üzvlərinə VİP lojada və “skay-box”da yerlər ayrılacaq. Qalan biletlər isə açıq satışa çıxarılacaq. Artıq sabahdan PFL-in iki qrupu final matçının anonsu ilə bağlı müxtəlif istiqamətlərdə yola çıxacaq. Birinci qrup əsasən Aran bölgələrinə, ikincisi isə Zaqatala, Şəki, Qax, Oğuz istiqamətində afişalar yerləşdirəcək. Həmin afişalarda bilet satışı ilə məşğul olacaq şəxsin nömrəsi də qeyd olunacaq. Bilet əldə etmək istəyənlər həmin nömrəyə zəng vurub sifariş verə bilərlər. Hətta lazım olsa, bilet ünvana da çatdırılacaq. Ötən dəfə sizə bildirdiyim kimi, Qəbələyə yaxın bölgələrdə olan otellərə də afişa vurmaq fikrimiz var. Final qarşılaşmasında stadionda anşlaq olacağını gözləyirik”.
Aslan bəy bizimlə söhbətdə finalı izləmək istəyənlərin artıq bilet üçün quruma müraciət etdiyini də bildirdi: “Bir neçə gündü ki, PFL-in “feysbuk” səhifəsinə yazıb bileti necə və hardan əldə etməyin yolunu soruşurlar. Bundan başqa, xeyli sayda zəng vuran da var. Ancaq milli-mənəvi dəyərlərimizə sadiq qalıb (bunu ironiya ilə deyir) mövsümün son qarşılaşmasına pulsuz bilet əldə etmək istəyənlərin də sayı çoxdu. Buna görə isə heç təəccüblənmirəm. Çünki Çempionlar Liqası kimi mötəbər turnirin qrup oyununa 1 manat (50 sent) verib bilet almayan, havayı bilet istəyənləri çox görmüşük. Paytaxtda bilet satışının təşkilinə gəlincə, bu məsələdə də təcrübəyə əsaslanmışıq. Bir neçə gün öncədən əlavə satış nöqtələri yaradıb bilet satışını təşkil etsəydik belə, heç kim ora yaxınlaşmayacaqdı. Bunu bilə-bilə nəyə görə əlavə pul itkisinə yol verib, izafi xərc etməliydik? Bakıda kim bilet istəsə, bizdən əldə edə bilər. Müəyyən səbəblərdən PFL-ə gəlmək imkanı olmayanlara isə bileti özümüz çatdıra bilərik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar