25 may 01:02gundem

Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu

Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu
“İlk illərdə AFFA-nın istəyi nəzərə alınırdı, ancaq sonradan...”
Region Liqasının final qarşılaşması başa çatandan sonra AFFA-nın baş katibi Elxan Məmmədova yaxınlaşıb həm oyunla bağlı fikirlərini öyrəndik, həm də bizi maraqlandıran başqa suallara cavab tapmağa çalışdıq.
- Öncə oyunla bağlı fikirlərinizi bilmək istərdik.
- Yeni liqa İcraiyyə Komitəsinin təşəbbüsü idi. Ötən ilin sonlarında start götürməsinə baxmayaraq, deyərdim ki, qısa vaxtda çox populyarlaşdı. Komandaların sayının çoxluğu da Region Liqasına olan marağın göstəricisidi. Məncə, uğurlu layihə oldu. Təbii ki, ilk dəfə təşkil olunduğuna görə bəzi nüanslar, çatışmazlıqlar var idi. Biz də bundan nəticə çıxarıb növbəti mövsümdə onları nəzərə alacağıq. Artıq bu yöndə işlər başlayıb. Bəzi yeni komandalarla danışıqlar gedir. Ümid edirəm ki, növbəti mövsümdə daha da yaxşı təşkil olunmuş liqaya tamaşa edəcəyik. Fürsətdən istifadə edib bütün həvəskar futbolçulara “çox sağ ol” demək istərdim. Bölgələrdə futbola dəstək verən təşkilatlara, İcra Hakimiyyətlərinə, Regional Futbol Federasiyalarına də minnətdarlıq edirəm. Çünki onların da Region Liqasının baş tutmasında danılmaz xidməti oldu.
- Region Liqasının Əsasnaməsində qalib komandanın birinci dəstəyə yüksələcəyi ilə bağlı bənd var. “Uğur”u növbəti mövsüm birinci divizionda görə biləcəyik?
- Təbii, biz istərdik ki, qalib kimi onlar yeni “futbol ili”ndə birinci dəstədə mübarizə aparsın. Ancaq onların da istəyindən çox şey asılıdı. “Uğur” bu gün qalib gələrək peşəkar liqaya yüksəlmək yönündə addım atdı. Bildiyiniz kimi, İcraiyyə Komitəsinin son toplantısında aşağı dəstə üçün yeni konsepsiyanın hazırlanması ilə bağlı qərar qəbul olundu. Hazırda biz bu işlə məşğuluq. “Uğur”un məsələsi də müzakirə olunacaq.
- “Kəpəz”in elitadan düşdüyü rəsmi şəkildə elan olunsa da, hələ də kuluarlarda Gəncə təmsilçisinin premyer-liqada qalacağı, növbəti çempionatda 10 komandanın iştirak edəcəyi ilə bağlı söz-söhbət dolaşır. Bu məsələyə də münasibət bildirərdiz.
- İcraiyyə Komitəsinin də, Lisenziya Komissiyasının da qərarları məlumdu. Bundan sonra heç bir dəyişiklik gözlənilmir. Qəbul olunmuş qərarlardan narazı qalanlara apellyasiya şikayəti vermək üçün vaxt verilmişdi. Bu gün (srağagün) vədə tamam olsa da, heç bir klub müraciət etməyib.
- Sözlərinizdən belə başa düşmək olar ki, 2018/19 mövsümü üçün qərar qətidi və 8 komandalı çempionat izləyəcəyik.
- Bəli. Növbəti “futbol ili”ndə də çempionatda 8 komanda çıxış edəcək.
- Söylənilənlərə inansaq, Avropa Liqasına vəsiqə qazana bilməyən “Sumqayıt”ın büdcəsi azaldılacaq. Düşərgədə yaşanan “yarpaq tökümü” də bununla bağlıdı. Artıq ilk siqnallar da var. Baş məşqçi və bir neçə oyunçu yeni müqavilə imzalamaqdan imtina ediblər.
- Məndə belə məlumat yoxdu. “Sumqayıt”ın öz sponsoru var. Bildiyiniz kimi, klubu “Azərikimya” maliyyələşdirir. Samir Abasovun komandadan ayrılmasına gəlincə, klub hələ rəsmi qaydada açıqlama verməyib ki, baş məşqçi ilə yolları ayırdıq. Abasov özü son oyundan sonra müəyyən fikirlər səsləndirib. Ancaq orda da konkret fikir yoxdu. Bir qədər strategiyadan narazılıq edib.
- Strategiyadan söz düşmüşkən, “Sumqayıt”ın heyətə legioner cəlb etməsinə qoyulan qadağa da narazılıq doğurur. Hamını bir sual düşündürür. Nəyə görə AFFA-nın nəzarəti altında olan digər klublara əcnəbi futbolçuların xidmətindən yararlanmaq imkanı verlir, “Sumqayıt”a isə yox? Bəlkə bu suala siz cavab verəsiz.
- Bu sual birbaşa klub rəhbərliyinə ünvanlanmalıdı. Bu “Sumqayıt”ın daxili işidi. İlk illərdə hardasa ola bilsin, AFFA-nın istəyi nəzərə alınırdı, ancaq sonradan artıq rəhbərlik özü hər şeyə cavabdehlik daşımağa başlayıb.
- Ancaq bu məsələdə birbaşa sizin adınız hallanır. Hamı bu fikirdədi ki, “Sumqayıt”ın strategiyasını Elxan Məmmədov müəyyənləşdirir...
- Açıq danışaq. Bildiyiniz kimi, “Sumqayıt” AFFA-nın təşəbbüsü ilə yaradılıb. İlk vaxtlar qərara alınmışdı ki, bu klubda ancaq yerli futbolçular oynasın. Həmin vaxt atdığımız addımlar özünü doğrultdu. Bu gün millinin şərəfini qoruyan əksər oyunçular – Bədavi Hüseynov, Ruslan Qurbanov, Səlahət Ağayev, Ağabala Ramazanov “Sumqayıt”da sərgilədikləri parlaq oyunla aparıcı klubların diqqətini cəlb etdilər, yığmaya qədər yüksəldilər. Belə deyək, böyük futbola Sumqayıtda başalayan futbolçu ötən il artıq “Qarabağ”ın heyətində Çempionlar Liqasının qrup mərhələsində oynadı. Bu şəhər sovet dönəmində Azərbaycana necə futbolçu veribsə, indi bir qədər formatı dəyişərək eyni yolu gedir. 17, 18, 19 yaşlı oyunçuları heyətə cəlb edib, onu bir qədər də püxtələşdirib başqa klublara satırlar. Geridə qalan mövsümdə Cavid İmamverdiyev “Sumqayıt”da sərgilədiyi parlaq oyunla hamının diqqətini yenidən özünə cəlb etdi, milliyə döndü. İndiki heyətdən yığmalara dəvət alanlar var. Bunları nəzərə alsaq, yeritdiyimiz siyasətdən ölkə futbolu üçün çox fayda götürdüyümüzü vurğulaya bilərəm. Bütün bunlar əvvəlki illər üçün idi. İndi isə strategiyanı müəyyənləşdirmək klub rəhbərliyinin öz işidi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar