25 may 01:00gundem

Moskvadan gələn var...

Moskvadan gələn var...
Rusiyanın paytaxtı mundial ab-havasından uzaqdı
Keçmiş MDB ölkələrinə səfər etmək heç vaxt ürəyimcə olmayıb. Uşaqlıqdan eşitdiklərimə, düşüncə və həyat tərzinin aşağı-yuxarı eyni olmasına, rusların biz azərbaycanlılara yuxarıdan aşağı baxmasına görədi, yoxsa başqa hansısa səbəbi var, bilmirəm. Ona görə də nə Moskvanı, nə Kiyevi, nə də Sankt-Peterburqu gəzib-dolaşmaq haqda düşünmüşəm. Lakin budəfəki durum fərqli idi.
“Rusiya-2018” Təşkilat Komitəsi ilə əməkdaşlıq çəriçivəsində MDB dövlətlərinin humanitar əməkdaşlığı Beynəlxalq Dövlət fondunun dəstəyi ilə “Şimal-Cənub” Politologiya Mərkəzi tərəfindən təşkil olunan tədbirdə iştirak edən 7 azərbaycanlı jurnalistdən biri olduğuma görə Moskvaya yollanmalıydım. Bu dəfə həssas nöqtə üz tutduğum ölkənin cəmi 3 həftə sonra DÇ-2018-ə evsahibliyi etməsiydi. Adından göründüyü kimi, tədbirin mahiyyəti də elə bu idi.
Moskva turistlərdən ehtiyatlanır
Dünya çempionatı keçiriləcək ölkənin rəhbərliyinin bir ay əvvəldən təhlükəsizlik tədbirlərinə əl atması başadüşüləndi. Hələ “Vnukovo” hava limanında olarkən turistlərə necə nəzarət olunduğunu görəndə təəccüblənmədim. Deməli, pasport yoxlanışından sonra çıxış qapılarının yanında dayanmış mülki geyimli şəxslər səni ayaq saxlamağa məcbur edir, Rusiyaya hansı məqsədlə gəldiyini soruşur, cibindəki pulun məbləğini göstərməyi xahiş edir. Otelə çatırsan, qeydiyyat şöbəsində pasportunu alan mehmanxana işçisi sənədin təxminən bir sutka özlərində qalacağını soruşur. Niyə? Bəs pasportun səhifələri bir-bir yoxlannılmalı, indiyə qədər olduğun ölkələr qeydiyyata alınmalıdı. İndiyəqədərki səfərlər arasında ilk dəfə rastlaşdığım hal idi. Ticarət mərkəzlərinin girişində xüsusi aparatlar, hətta təlimatlandırılmış itlər də təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olmasına görədi. Şəhərdə sıravi vətəndaşlar arasında gəzən mülki geyimli orqan əməkdaşları isə hansısa iğtişaşın baş qaldırmaması üçün ətrafa “dörd gözlə” nəzarət edir.
11 ölkədən 41 jurnalist
Tədbirdə 11 ölkədən – Rusiya, Ukrayna, Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistandan ümumilikdə 41 jurnalist iştirak edirdi. Mayın 21-də, saat 19.00-da keçmiş futbolçu, SSRİ idman ustası, “Spartak” İdman-Sağlamlıq mərkəzinin rəhbəri, dünya çempionatının Soçidəki nümayəndə heyətinin rəhbəri Yevgeni Lovçevlə görüş təyin olundu. Əsas tədbir isə mayın 22-nə nəzərdə tutulmuşdu.
“Rusiya bu gün” Beynəlxalq Multimedia Mərkəzində saat 14.20-də başlayan görüşdə jurnalistlər önündə “Rusiya-2018” Təşkilat Komitəsinin KİV-lə iş üzrə rəhbəri Anton Lisin, FİFA-nın KİV-lə iş üzrə əlaqələndiricisi İrina Baranova, Rusiya Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Sergey Alekseyev, “EXO Moskva”nın idman jurnalisti Aleksey Osin, “MATÇ TV”nin idman şərhçisi, həmyerlimiz Elvin Kərimov, həmçinin “Spartak”ın azarkeşlərlə iz üzrə rəhbəri Timur Quçmazov əyləşmişdi. Təxminən 3 saat davam edən görüşdə rəsmilər dünya çempionatı haqda geniş bilgi verməklə yanaşı, jurnalistlərin suallarını cavabladılar. Kifayət qədər maraqlı alınan söhbət əsnasında məlum oldu ki, mundialın oyunları 11 şəhərdə və 12 fərqli stadionda keçiriləcək ki, arenalardan 10-nu yenidən qurulub. Yəni ölkə rəhbərliyi sırf DÇ-yə görə 10 yeni stadion inşa etdirib.
Amerikalılara çatan yoxdu
Məlum olduğu kimi, ABŞ yığması mundialda iştirak etməyəcək. Buna baxmayaraq, bilet sahiblərinin təxminən yarısı amerikalılardı. Gəzməyi və səyahət etməyi sevən, istirahətinə yaxşı pul ayırmağın tərəfdarı olan okeanın o tayından gələcək futbolsevərlərin sayı hədsiz çoxdu. Ümumilikdə satılan biletlərin təxminən 60 faizinə cənubi amerikalılar sahib çıxıb. Avropalılar arasında almanlar hamını qabaqlayır. İkinci sırada ingilislər qərarlaşıbsa, isveçlilərlə ispanların sayı da kifayət qədərdi. Panamalı azarkeşlərin sayı isə yox dərəcəsində azdı. Çıxış üçün söz alanların hər biri dünya çempionatının Rusiyada keçirilməsini ölkə adına tarixi hadisə kimi qələmə verib, biraylıq yarışdan üzüağ çıxacaqlarına ümid bəslədiklərini dilə gətirdilər. Elvin Kərimova ünvanlanan suallar da kifayət qədər idi ki, hansısa məqama aydınlıq gətirmək istəyənlər arasında erməni həmkarlarımız da vardı. Yeri gəlmişkən, növbəti sayımızda Elvin Kərimovun müsahibəsi ilə tanış olacaqsız.
Ermənilərə gözdağı, baş qaxıncı
Ermənilər demişkən, demək olar, iki sutka onlarla birgə olduq. Yeddi nəfər biz idik, aralarında ikisi xanım olmaqla yeddi nəfər də onlar. Təşkilatçıların hələ ilk gündən verdikləri tapşırığa əsasən iki ölkə arasındakı siyasi münasibətlərin məlum tədbirə sirayət etməməsinə çalışırdıq. Söz-söhbətdən uzaq olmalı, bir-birimizi qıcıqlandıracaq atmacalardan yan keçməliydik. Qətiyyən olmazdı! Təbii, təşkilatçıların göstərişi başadüşüləndi. Amma azərbaycanlı olasan, qaşınmayan yerdən qan çıxarmayasan?!
Ermənilərin adını çəkmirdik, yəni onları qıcıqlandıracaq, hansısa qalmaqala səbəb olacaq söz demirdik. Amma digər ölkələrdən olan həmkarlarımızla söhbətdə “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışından danışmamaq üçün ağzımıza kim qıfıl vura bilərdi? Hər imkanda “Qarabağ”ın Ağdam təmsilçisi olduğunu qabardır, bəh-bəhlə dünyaya səs salan nəticələrindən danışırdıq. Əlbəttə, rus dilində, onların başa düşəcəyi dildə. Nə deyə bilərdilər? Döymürük, söymürük, olanı deyirik. Üzə vurmasalar da, pərt olduqlarını duymaq çətin deyildi. Sadəcə, şikayət etməyə, təşkilatçılara narazılıq etməyə əllərində əsas yox idi. Əks halda, arsızlıqlarına salıb qarışqadan fil düzəldərdilər. Eh, hələ bu harasıdı?
Mayın 22-də məlum tədbirdən öncə jurnalistlər arasında futbol yarışı təşkil olunmuşdu. Müxtəlif dövlətlərdən olan həmkarların həmrəyliyini düşünən təşkilatçılar oyunları qarışıq heyətlə keçirməyi qərara almışdı. 41 nəfərdən təxminən yarısının top dalınca qaçmaqdan imtina etməsinə görə cəmi 4 komanda mübarizəyə qoşuldu. Komandaları elə bölmüşdülər ki, hər birində erməniylə azərbaycanlı çiyin-çiyinə mübarizə aparmalıydı. Ceyhun Əliyevlə Teymur Maqsudovun yer aldığı komandada erməni qızdan başqa bir qırğız və iki tacik vardı. “Qara atlar” ilk oyunda iki erməninin yer aldığı kollektivi 2:0 hesabı ilə məğlub edib finala yüksəldi. Digər cütün qalib komandasının heyətində də iki erməni yer almışdı ki, “5 nömrə”yə baxanda vaxtilə futbol oynadığını hiss etmək çətin deyildi. Solaxay ukraynalı isə özünün də dediyi kimi, gənc yaşlarında ölkəsinin aşağı dəstəsində peşəkar futbolçu olub, zədəyə görə karyerasını erkən başa vurub və jurnalistikaya gəlib.
Final qarşılaşması böyük həvəslə gözlənilirdi. Azərbaycanlılar və bizimlə münasibəti olanlar Ceyhunla Teymurun komandasına, ermənilər və onlarla “salam-sağ ol”u olanlar isə rəqib kollektivə azarkeşlik edirdilər. Olduqca gərgin keçən matçda bizimkilər 2 top fərqi ilə önə keçəndən sonra erməniəsilli ukraynalı hakimin tərəfkeşliyi özünü göstərməyə başladı. Əllə oyunu qeydə almadı, az sonra bizimkilərin qapısına penalti təyin etdi. Bunu görən Ceyhun inadkarlıq, bir az da xarakter göstərib həmin hakimin vaxtilə hakimlik etmiş Qzaxıstandan olan xanım həmkarımızla dəyişdirilməsinə nail oldu. Əsas vaxt 2:2 başa çatdı. Gərgin keçən penalti seriyasının tamamında isə gülən tərəf bizimkilər oldu. Yeri gəlmişkən, Ceyhunla Teymurun vurduğu dörd zərbənin hər biri hədəfə tuş gəldi. Oyundan sonra biz dünya çempionatının qalibi olmuş kimi sevinib, şəkillər çəkdirəndən sonra gözümüzü açdıq ki, ermənilər yoxdu, yoxa çıxıblar. Avtobusda stadiondan tədbirin keçiriləcəyi məkana yollananda isə səsləri çıxmırdı. Biri özünü yuxuya vurmuşdu, digəri yanındakı ilə pıçıldaşırdı. Halbuki həmin oyuna qədər səsləri qulaq batırırdı.
“Lujniki” – ucu-bucağı olmayan “şəhərcik”
Yeri gəlmişkən, qeyd etdiyim futbol yarışı “Lujniki”nin kiçik ölçülü süni örtüklü meydançalarının birində keçirildi. Bəli, məhz “Lujniki”də. Dünya çempionatının açılış mərasiminin və final qarşılaşmasının baş tutacağı Rusiyanın bir nömrəli arenası. Əslində arena deməyə də adamın dili gəlmir. Rəsmən şəhərcikdi. Çatışmayan təkcə yaşayış binalarıdı.
“Lujniki”yə daxil olmaq üçün də yoxlanışdan keçirsən. Həm yük, həm də sərnişin avtomobilləri əməlli-başlı yoxlanır. Stadionun ərazisi kranlar, yük maşınları və işçi heyəti ilə doludu. İşin əsas mərhələsi görülüb, qalıb tamamlama, belə deyək, “kosmetika”. Yaşıl ağacların arasında salınan “Lujniki” inanılmaz gözəlliyə malikdi. Burda nə yoxdu?! Müxtəlif idman növləri üçün manejlər, kafe və restoranlar, uşaqlar üçün əyləncə məkanları, rəhmətlik idmançıların heykəlləri və ən əsası sayı-hesabı olmayan futbol meydanları. Təkcə bir faktı – jurnalistlər arasındakı futbol yarışının keçirildiyi meydançanın 38 nömrəli olduğunu xatırlatmaq, fikrimcə, kifayətdi. Adamın qalmağa yeri ola, icazə verələr, ordan çıxmayasan. İdman et, ye-iç, elə orda qal. Yaxşı olar ki, səhradakı Bakı Olimpiya Stadionu ilə fəxr edənlər yolunu Moskvadan salıb, vaxtlarının çox yox, 4-5 saatını “Lujniki”ni gəzməyə həsr etsinlər. Sadəcə, möhtəşəm! Hətta bundan da artıq.
Paytaxt mundiala hazırdı
Moskvada hansı işlərin görülməsi hamı kimi sizin üçün də maraqlıdı, deyilmi? Şəhər öz “ampluasındadı”, qaynayır. Gecə-gündüz bilmədən insanlar evə yığışmır. Gündüzlər işləyib, axşamlar gəzirlər. Bu mənada xüsusilə Rusiyaya axın edən turistlərin fəallığı diqqəti çəkir. Təsəvvür edin, axşam saat 7-dən sonra şəhərin mərkəzi sayılan “Arbat”da restoranlarda boş yer tapmaq müşkül məsələdi. Qapının yanında dayanıb, hansısa masanın boşalmasını gözləməlisən. Avtomobil sıxlığı və maşın saxlamağa yerin olmaması isə Moskvanın köhnə “xəstəliyidi”. Pik saatlarda yox, adi vaxtda şəhərin bir başından o başına getmək üçün 16 kilometrlik məsafəni taksiylə hansı müddətə qət etsək yaxşıdı? 1 saat 20 dəqiqəyə.
Yol nişanları yeniləri ilə əvəzlənib, zolaqlar rənglənib, yol kənarlarında və parklarda ciddi abadlıq işləri aparılıb, mərkəzi küçələrdəki binaların fasadları müasir standartlara uyğun təzələnib. İlk baxışdan hiss olunur ki, şəhər mundiala hazırdı.
Hardasan, dünya çempionatı?
Təəssüf ki, eyni sözləri ab-hava haqda demək mümkün deyil. Dünya çempionatına üç həftə qalmasına baxmayaraq, Moskvada futbol bayramı müşahidə olunmur. Düzdü, bəzi yerlərdə reklam lövhələri yerləşdirilib. Sayları çox olmasa da, var. Lakin insanların çoxluq təşkil etdiyi hava limanında, restoranlarda hansısa təbliğat işlərinə rast gəlmədim. Məsələn, Bakıda “Avroviziya” yarışmasından, Avropa Oyunlarından, “Formula-1”dən əvvəlki atmosfer Moskvada yoxdu. Hətta deyərdim ki, rusların Yeni il bayramına hazırlığı bundan daha əzəmətli, daha cəlbedici görünür. Həmsöhbətim olan bir neçə yerli sakinin dediyinə görə, Yeni İlə hazırlıq artıq noyabrdan hiss olunursa, bu dəfə fərqlidi. Adam az qalır şəhərin mərkəzində dayanıb haray çəksin: hardasan, dünya çempionatı? Harda gizlənmisən? Verilən məlumata görə, ölkənin müxtəlif şəhərlərində DÇ-2018-in 30 rəsmi dükanı (atributlar satılan) azarkeşlərə xidmət göstərəcək ki, tam yarısı Moskvada olacaq. Hətta bir neçəsinin artıq futbolsevərlərin ixtiyarına verildiyini öyrəndik. Lakin şəhərdə gəzdiyimiz müddətdə belə bir dükana rast gəlmədik.
“Qanlı toqquşmalar ola bilər, belə şeylərdən çox qorxuram”
Otelin qeydiyyat şöbəsində çalışan Sergey əslən Samaradan olsa da, 17 ildi Moskvada yaşayır. Artıq özünü moskvalı hiss etdiyini deyir. Qatı futbol azarkeşi olmasa da, bu oyunun incəliklərindən xəbərdardı. Sergeyin dünya çempionatının Rusiyada keçirilməsinə münasibəti isə birmənalı deyil: “Əlbəttə, sevindirici haldı. Belə bir yarışın ölkəmizdə təşkil olunması hər bir rusiyalı üçün fəxrdi. Amma insanları narahat edən məqamlar yox deyil. Məsələn, mən daha çox hansısa iğtişaşın, terror hadisəsinin başvermə ehtimalından ehtiyatlanıram. Görün nə qədər ingilis, italyan, amerikalı gələcək. Onlar da bizimkilər kimi içki həvəskarıdı. Hansısa məğlubiyyətdən, yaxud fikir ayrılığından sonra iğtişaşın baş qaldırması qaçılmaz deyil. Qanlı toqquşmalar ola bilər. Belə şeylərdən çox qorxuram. Hə, bir də bir ay boyunca nəqliyyatda, şəhərin mərkəzində narahatlıq olacaq. Onsuz da Moskva adi vaxtlarda qarışıqdı. Görün azarkeşlər gələndən sonra nə olacaq. Düzünü desəm, mundialın Rusiyada keçirilməsinə daha çox Samarada, Kalininqradda, Kazanda yaşayanlar sevinir. Çünki dünya çempionatının sayəsində bir çox şəhərlərdə yeni stadionlar tikildi, yollar inşa olundu, restoranlara və köhnə binalara əl gəzdirildi. Özüm Samaradanam və yaxınlarımla söhbətdə hiss edirəm ki, hədsiz sevinclidilər. Hətta dayım zarafatla deyir ki, bu yarış 4 ildən bir Rusiyada keçirilsə, yaxşı olar”.
Çox yazmaq olar. Mövzu nə qədər istəsən. Sonda bir məqama toxunmasam olmur. Sovetin dövründən qalma, lakin rəngləndikdən sonra adam içinə çıxardılası vəziyyətə gətirilən tramvay və trolleybuslar adamı Bakının 80-90-cı illərinə aparır. Ruslar bizdən fərqli, ənənələrini qoruyub-saxlamağı bacarırlar....
HƏBİB, Bakı-Moskva-Bakı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 11:32 “Bu təcrübəni Foqtsun dövründəki Azərbaycan millisindən götürmüşdük” Bu gün, 11:30 Basketbol Federasiyası boykotçuları təxribatda suçladı Bu gün, 11:26 “Çelik” “Sumqayıt”la oyunda pul qazanmaq istəyirmiş Bu gün, 11:24 “CBC Sport” Antalyadan dörd yoxlama oyununu göstərəcək Bu gün, 11:22 “Qarabağ”ın hücumçusu “Neftçi”yə mesaj göndərdi Bu gün, 11:18 Bizimkilərin yoldaşlıq oyunları sərgüzəştləri Bu gün, 11:17 Nazarov üçüncü hissədə oynadı Bu gün, 11:16 "Səbail" ukraynalıları məğlub etdi Bu gün, 11:15 Beşgünlük tura təyinatlar açıqlandı Bu gün, 11:13 “Qəbələ” nigeriyalını baxışdan keçirəcək Bu gün, 11:12 İmaməliyevin əvəzinə çempion məşqçi Bu gün, 11:10 Stoylov yenidən Qazaxıstanda çalışmaq istəmir Bu gün, 11:08 AFFA millilərlə bağlı strategiyasını dəyişməyib Bu gün, 11:07 “Hövsan”ın sponsoru olsa... Bu gün, 11:05 BKFF şəhidləri andı, “Müşfiq” bir həftəyə 6 xal qazandı Bu gün, 11:04 "Liman" sahilə yan aldı, "kapitan"ı "ağ bayraq qaldırdı" Bu gün, 11:01 Qazandığını haqq edən legionerlər Bu gün, 10:59 Namiq Ələsgərov azarkeşlərin dəstəyinə ümid edir Bu gün, 10:57 “Forza Neftçi” bu gün önəmli qərar verəcək 21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ Bütün xəbərlər
Ən çox oxunanlar