20 may 22:19gundem

İranlıları futzalımıza İman Həsənov “calaq edir”?

İranlıları futzalımıza İman Həsənov “calaq edir”?
“Yasamal”a bir qapıçı gətirmişdim, ikisi də “Zenit”dədi”
Son mövsümdə futzal çempionatı legioner bolluğu ilə diqqəti çəkdi. Mənzərə birvaxtlar “Bakılı”nın vaqon-vaqon afrikalı gətirməsinə oxşayır. “Marafon” və “Neftçi” bir yana, hətta ciddi iddiası olmayan “Yasamal” da legionerlərin xidmətindən yararlanır. Demək olmaz ki, “ikinci sort” ölkədən gətirilir bu futzalçılar. İran futbolun “kiçik qardaş”ında sözünü demiş, reytinqi olan ölkədi. Asiyada daim at oynadır, dünya çapında da sanballı komandalardandı. Elə son mundialda Braziliyanı əzib keçmələri çox şeydən xəbər verir. Ancaq bizə ayaq açanlar zəiflərdi. Öz ölkəsində inkişaf etməyən, yığmada və iddialı klublarda oynamağın mümkünsüzlüyünü anlayan futzalçılar müəyyən məbləğə Bakıda oynamağa razılaşır. Hətta deyilənə görə, bəziləri hərbi xidmətdən yayınmaq üçün bura qaçıb gəlir. İranda legioner həyatı yaşayan idmançılara hərbi xidmətdən möhlət hüququnun verildiyi bildirilir. Bəs onları Azərbaycana kim gətirir?
Açığı, bir dəfə “İnter Arena”nın ehtiyat meydanlarından birində iranlı futzalçıların məşq keçdiyini, menecer İman Həsənovun da onların başında dayandığını görmüşdük. Onu aradıq və bizi maraqlandıran suala cavab almağa çalışdıq: “Bilirəm, futzal çempionatında, hətta aşağı liqalarda xeyli iranlı oynayır. Ancaq onlarla mənim əlaqəm yoxdu. Mən həvəskarlarda çıxış edən “Zenit”in rəhbəriyəm. Baş məşqçimiz də Kənan Kərimovdu. Komandamızda iki iranlı var, ancaq onlar hərbi xidmətdən yayınmaq üçün bura üz tutan həvəskar futzalçılar deyil. Peşəkar səviyyədə top qovublar, bizdən tramplin kimi istifadə edib divizion klublarına keçmək istəyirlər. Onlardan başqa, “Yasamal”a Məhəmməd adında bir qapıçı gətirmişdim. Bir müddət sonra ölkəsinə qayıtdı və sonra öyrəndim ki, “Yasamal” rəsmiləri öz əlaqələrini işə salıb yenidən onu komandaya qaytarıblar. Beləliklə, menecer xidmətindən yayındılar. Vəssalam, başqa iranlının bura gəlməsində vasitəçi olmamışam. Amma mən də eşitmişəm ki, onlarda legioner həyatı yaşayanlara əsgərlikdən möhlət hüququ verilir. Səmimi deyirəm, xırdalığına qədər bilmirəm, maraqlanmamışam. Sizin kimi ordan-burdan eşitmişəm. Həm də “Zenit”də oynayanların hərbi xidmətlə bağlı problemi yoxdu. Onlar peşəkarlardı. Düzdü, ola bilər, məni “İnter Arena”da görmüsüz. “Zenit” oyunlarını orda keçirir. Bəzən oyunöncəsi məşqləri də ora salırıq. Mən də orda oluram, məşqə nəzarət edirəm. Amma gördüyünüz uşaqların heç də hamısı iranlı deyil, özümüzkülər də var”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar