17 may 23:41gundem

“Sabah” Arif Əsədovu Elşad Əhmədovla əvəzlədi

“Sabah” Arif Əsədovu Elşad Əhmədovla əvəzlədi
“Onunla fikirlərimiz üst-üstə düşmədiyi üçün müqavilənin uzadılmaması qərara alındı”
Növbəti mövsüm premyer-liqada iştirak edəcəyi dəqiqləşən “Sabah”da baş məşqçi dəyişikliyi olub. Klub rəhbərliyi birinci divizionda komandanın “sükanı arxasında” olan Arif Əsədovla yolları ayırıb.
Bəziləri bu ayrılığı gözlənilməz adlandırsa da, Əsədovun “Sabah”dan gedəcəyi gözlənilən idi. Hələ qışda klub rəhbərliyi uğursuz nəticələrə görə baş məşqçi ilə vidalaşmaq istəyirdi. Ancaq son anda rəsmilər Arif bəyə daha 5 ay şans verməyi lazım bildi. Bununla yanaşı, baş məşqçinin istəyinə uyğun heyətə yeni futbolçular dəvət olundu. “Sabah” birinci divizionda ən çox vəsait xərcləyən komanda olmasına baxmayaraq, mövsümü ilk “üçlük”də bitirə bilmədi ki, bu da Əsədovun kreslosunu laxlatdı.
Bəs görəsən, 47 yaşlı mütəxəssis yaşananlara necə reaksiya verir? Bunu bilmək üçün onunla əlaqə saxladıq. “Neftçi” ilə ölkə çempionluğunun sevincini yaşamış çalışdırıcı çox danışmayacağını bildirdi: “Çərşənbə axaşamı klub rəhbərliyinin nümayəndəsi ilə görüşdüm. Onunla fikirlərimiz üst-üstə düşmədiyi üçün müqavilə müddətinin uzadılmaması qərara alındı. Detallara varmaq istəmirəm. İkinci dövrədə klubda bəzi kadr dəyişiklikləri oldu. Bu baxımdan ortaq məxrəcə gələ bilmədik”.
Arif Əsədovla vidalaşan “Sabah” rəsmilərinin baş məşqçi axtarışı o qədər çox çəkməyib. Cari mövsümdə “Xəzər”i birinci divizionun çempionu edən Elşad Əhmədov bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. Xatırladaq ki, “Xəzər” Lisenziya Komissiyasının tələblərini yerinə yetirə bilmədiyindən elitaya buraxılmayıb. Bu üzdən Əhmədov artıq düşərgədən ayrılıb. “Tələbələr”in yeni çalışdırıcısının elita ilə bağlı hansı planlarının olduğunu öyrənməyi lazım bildik: “Sabah”ın rəhbərliyi ilə görüşüb ilkin razılığa gəlmişik. Komanda mənim rəhbərliyim altında çıxış edəcək. Lakin hələ rəsmi müqavilə imzalanmayıb. Bu üzdən komandada hansı dəyişikliyin olacağını, kimlərin qalıb, kimlərin gedəcəyini indi deyə bilmərəm. Açığı, bununla bağlı heç klub rəsmiləriylə də söhbətimiz olmadı. Yəqin ki, yaxın günlərdə yenidən bir araya gəlib bütün detallarla bağlı müzakirə aparacağıq. Köməkçilərimin kim olacağına gəlincə, hələ bu barədə də yekun qərar verilməyib. Emin Abbasovla Gündüz Abbaszadənin “Sabah”da çalışmaq perspektivinin olduğunu mən də mətbuatdan oxuyuram. Hələ ki belə söhbət yoxdu. Ancaq gələcəkdə hər şey ola bilər”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar