17 may 23:36gundem

Fərhad Həsənov yubiley oyununda qələbə qazandı

Fərhad Həsənov yubiley oyununda qələbə qazandı
Ən böyük hədiyyəni isə “Sumqayıt”dan gözləyir
Dünən Sumqayıtdakı “Kapital Bank Arena”da şəhərin eyniadlı klubunun futbol akademiyasının meneceri, futbol veteranı, uzun müddət Az.TV-də çalışmış, nəhayət, məşhur “Karvan” qrupunun yaradıcılarından olan Fərhad Həsənovun 60 illiyi şərəfinə yoldaşlıq oyunu keçirildi. Matçdan əvvəl Fərhad bəy yubiley təbriklərini qəbul etdi. Veteranlar İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov və qurum üzvü Asim Xudiyev, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev, “Neftçi”nin prezidenti Kamran Quliyev, Şimal Regional Futbol Federasiyasının rəhbəri Abdulla Məmmədov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əlniyaz Mirzəyev, şəhərin Gənclər və İdman İdarəsinin rəsmisi Vahid Abdullayev, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Firuz Abdulla, onun PFL-dən olan həmkarı Aslan Şahgəldiyev Həsənovu yubileyi münasibəti ilə təbik edib, ona hədiyyə və diplomlar təqdim etdilər.
Bundan sonra yubilyarın dəvət etdiyi qonaqlardan qurulan komandalar arasında hər hissəsi 25 dəqiqədən ibarət oyun başladı. SSRİ-nin əməkdar məşqçisi Telman Salahovun rəhbərlik etdiyi və yubilyarın da şərəfini qoruduğu komanda meydana bu heyətlə çıxmışdı: Rəşad Mustafayev, Əvəz Süleymanov, Mehman Yunusov, Pərviz Ömərov, Aqil Məmmədov, Ceyhun Sultanov, Fərhad Həsənov, Nazim Süleymanov, Səlim Abbasov, Ehtiram Rüstəmov, Riad Rəfiyev.
Ehtiyat oyunçu: Azad Mütəllimov.
Əməkdar məşqçi Sabir Əliyevin baş məşqçisi olduğu və media nümayəndələrindən qurulan kollektivin start “11-liyi”i isə belə idi: Rəşad Məmmədov, Aslan Şahgəldiyev, Sərxan İbrahimoğlu, Anar Xanlarov, Sənan Abdullayev, Mahir Rüstəmli, Ceyhun Rzayev, Gündüz Abbaszadə, Elnur Əşrəfoğlu, İsmayıl Abdullayev, Firuz Abdulla.
Ehtiyat oyuçu: Rəşad Qasımov.
Oyunun ilk dəqiqələri bərabər səviyyədə keçsə də, vaxt ötdükcə yubilyarın komandası üstünlüyə yiyələndi. Bunun da məntiqi nəticəsi kimi əməkdar artist, mahir skripka ifaçısı Səlim Abdullayev Fərhad bəyin komandasını hesabda önə çıxardı. Buna qədər yubilyarın şərəfini qoruduğu komanda bir neçə dəfə qol imkanı yaxalasa da, “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədov “çərçivə”də inamlı oyunla yadda qalmışdı. Çox çəkmədən səviyyə bir daha özünü göstərdi. Bu dəfə “göylər”in çoxgedişli kombinasiyanını, meyxana ustası Ehtiram dəqiq tamamladı. Fasiləyə iki qol üstünlüyü ilə yollanan Fərhad bəyin komandasının ikinci hissədə rəqibə güzəşt edəcəyi gözlənilsə də, hər şey əksinə oldu. Mehman Yunusovun müdafiədə inamlı oyunu, Rəşad Mustafayevin qapıda inanılmaz reaksiyaları, Nazim Süleymanovun yüksək texnikası, Ceyhun Sultanovla Aqil Məmmədovun meydanın mərkəzində virtuoz çıxışı 3-cü qolla nəticələndi. Bu dəfə artıq komanda yoldaşları Həsənovun toru silkələməsinə şərait yaratdı. Artıq hesabda 3 top irəlidə olan veteranlar bir qədər “yumşaldı” və qələm əhlinə oynamaq imkanı yaratdı. Müdafiədəki boşluqlardan yararlanan jurnalistlər artıq tez-tez rəqib qapısı önündə görüür, “çərçivə” istiqamətində zərbələr endirirdilər. Çox çəkmədən buraxılan qollardan birinin əvəzini çıxmağı bacardıq. Gündüz Abbaszadə meydan sahiblərini məyus etdi. Bu yerdə onu da qeyd edək ki, Ceyhun Rzayevin “mejdunoq kralı” Aqil Məmmədovu öz silahı ilə məyus etməsini hamı alqışla qarşıladı. Məmmədov üzləşdiyi durumdan bir qədər pərt olsa da, özünü sındırmadı və hamının eşidə biləcəyi tərzdə “növbəti belə oyunda Ceyhun mütələq mənə qarşı oynasın. Bunun əvəzini artıqlamasıyla çıxacam” dedi. Qalan dəqiqələrdə hər iki tərəf fərqlənməyi bacardı. Ancaq matçın yekununda Telman Salahovun komandası Sabir Əliyevin jurnalsit yığmasından üstün oldu. Yubilyarın 3 dəfə fərqləndiyi (onlardan birini öz qapısına penaltidən vurdu) matçda qalan qolların müəllifləri Elnur Əşrəfoğlu, Firuz Abdulla və Ehtiram (o dublla yadda qaldı) oldu – 5:4.
Onu da bildirək ki, matçı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov idarə edirdi, köməkçiləri isə Rufulla Kərimovla Munis Abdullayev idi. Matçdan sonra hər iki komandanın üzvləri və tədbirə dəvət olunan digər qonaqlar şirniyyat süfrəsinə dəvət olundu. Məclisi açıq edən “Sumqayıt”ın vitse-prezidenti Vaqif Ömərov bütün tədbir iştirakçılarını bir daha salamladıqdan sonra hər kəsə yubilyarla bağlı söz demək imkanı yaratdı. Ehtiramın şirin meyxanası isə gecəyə damğa vurdu.
Məclisdən sonra səbəbkara yaxınlaşıb, fikirlərini örəndik: “Bu gün mənim üçün çox sevincli gündü. Açığı, hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. 60 illiyimlə bağlı tədbirdə dostlarımın, media nümayəndələrinin və çalışdığım “Sumqayıt”ın rəhbərliyinin – Riad Rəfiyev, Vaqif Ömərov və Zamiq Hüseynovun - bu formada iştirakı mənə verilən ən böyük dəyərdi. Ölkənin ən köklü klubu olan “Neftçi”nin prezidenti Kamran Quliyevin və idman direktoru Ceyhun Sultanovun tədbirə qatılması da yubilyar kimi məndə qürur hissi doğurur. Burdakı bəzi çıxışlarda yaxşı qeyd etdilər. Mənə ən gözəl yubiley hədiyyəsi “Sumqayıt”ın bu stadionda Avroliqaya vəsiqə qazanması olar ki, komandamızın mayın 20-də bu işin öhdəsindən gələcəyinə ümid edirəm”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar