16 may 12:01gundem

“Sumqayıt”ın oyunçuları azarkeşlərə qələbə sözü verdi

“Sumqayıt”ın oyunçuları azarkeşlərə qələbə sözü verdi
“Zirə” ilə görüşdə elə ab-hava yaratmaq lazımdı ki, rəqib meydana çıxanda hesabda geri düşdüyünü hiss etsin”
Son günlər ən çox müzakirə olunan komandalardan biri "Sumqayıt"dı. Xüsusən qış fasiləsindən sonrakı inamlı çıxışı ilə Avroliqa şansını xeyli artıran "kimyaçılar" birdən-birə eniş yaşamağa başladı. Samir Abasovun yetirmələri artıq 4 turdu qələbəyə həsrətdi və hazırda 5-ci yerə yuvarlanıb. Təbii, bu uğursuzluğun səbəbini hərə bir yerə yozur. Lakin hər şey bitməyib. "Gənclik şəhəri"nin təmsilçisinin taleyi öz əlindədi. Son turda "Zirə" ilə oyunda qələbə qazanılsa, hər şey müsbət sonluqla bitəcək. Ancaq son matçlarda inamlı təsir bağışlayan "qartallar"la oyunda 3 xalı qazanmaq "Sumqayıt" üçün elə də asan olmayacaq. Bir sözlə, "kimyaçılar" tarixi anla üz-üzədi və hər şey "Zirə" ilə matçdan asılıdı.
Bəs görəsən, “kimyaçılar”ın aparıcı futbolçuları qarşıdakı həlledici oyun haqda nə düşünürlər? Düşərgədə ab-hava necədi? Bu məqsədlə “ağ-göylər”in liderlərinin fikirlərini öyrənməyi lazım bildik. Öncə “Qarabağ”ın heyətində dəfələrlə avrokubok həyəcanı yaşayan, millinin sabiq qapıçısı Fərhad Vəliyevi aradıq: “Çempionatın sonuna 3 tur qalana qədər turnir cədvəlindəki mövqeyimiz elə idi ki, çox rahat avrokuboklara vəsiqəni əldə edə bilərdik. Futbol ictimaiyyətinin də böyük hissəsi bu yay qitəmiqyaslı turnirdə Azərbaycanı təmsil edəcək 4 komandadan birinin “Sumqayıt” olacağını düşünürdü. Çünki sərgilədiyimiz oyun, qazanılan nəticə belə fikir formalaşdırmışdı. Ancaq “Keşlə” ilə kubok görüşlərindən sonra sanki kollektivdə inamsızlıq yarandı. Özünüz də gördüz ki, həm “Səbail”, həm “Kəpəz”, həm də “Qəbələ” ilə oyunlarda nə qədər real qol şansını əldən verdik. Futbolda da bir məqam var. Bu qədər qol şansından yararlanmayan komandada inamsızlıq yaranır, futbolçuların hər birinin daxilində təşviş yaşanır. Bu isə istər-istəməz oyunun axarına təsir edir. “Zirə” ilə matç bizim üçün “ölüm-qalım” məsələsidi. O klubda da dotlarımız var, onlara da uğurlar arzulayıram. Lakin qələbə qazamaq və şəhərin tarixində ilk dəfə Avroliqaya yollanmaq bizim borcumuzdu. Açıq danışsaq, mövsümboyu sərgilədiyimiz oyunla bunu haqq etmişik. Mən və kollektivdə yer alan başqa təcrübəli futbolçular gənc komanda yoldaşlarımızla bu haqda danışmışıq. Yenə də lazımi məsləhətləri veririk. Ümid edirəm ki, mövsümün əsas oyunundan qalib ayrılmağı bacaracağıq. Mayın 20-də var qüvvəmizlə mübarizə aparıb 3 xalı qazanmağı hədəfləmişik. Ürəyimdən gələnləri deyirəm: bir sumqayıtlı kimi tarixə düşmək istəyirəm. Karyeram ərzində dəfələrlə avrokubok həyəcanı yaşayıb, millinin heyətində dünyanın bir çox aparıcı yığmaları ilə görüşlərdə meydanda olmuşam. Doğma şəhərimin təmsilçisinin heyətində bu həyəcanı yenidən yaşamaq arzusundayam”.
“Kimyaçılar”ın kapitanı Vurğun Hüseynov isə bunları söylədi: “Sumqayıt”ın avrokuboklara vəsiqə qazanması tək klubun yox, bütün Azərbaycan futbolunun adına müsbət məqam olacaq. Siz soruşmadan səbəbini deyim. “Sumqayıt” premyer-liqada yeganə komandadı ki, heyətində bir nəfər də legioner yoxdu. Komandamız qarşıya qoyulan məqsədə çatsa, ictimaiyyətə azərbaycanlı futbolçuların futbol oynamağı bacardığını sübut etmiş olacağıq. Bunun özü bizə əlavə motivasiyadı. O başqa məsələdi ki, bu missiyanın öhdəsindən gələ bilsək, inşallah ki, gələcəyik, həm klubun, həm də şəhərin futbol tarixinə adımızı yazdırmış olacağıq. Bir neçə turdu qələbəyə həsrətik. “Sumqayıt”ın 3 xala həsrət qalması bizi qınaq obyektinə çevirib. Biz futbolçular buna artıq öyrəşmişik. Baş məşqçimiz Samir Abasov demişkən, mövsümün əvvəlində heç kim bizdən bu nəticəni gözləmirdi və 3-cü pillədə olanda az qala milli qəhrəman kimi qəbul olunurduq. 5-ci yerə enən kimi media az qala “Sumqayıt”ı vətən xaini kimi qələmə verməyə başladı. Ancaq heç nə itirilməyib, şansımız öz əlimizdədi və çalışacağıq “Zirə” ilə matçda maksimum nəticə qazanaq. Çalışacağıq bəlkə də bir qədər şablon səsləndi, bacardığımızdan artığını edəcəyik ki, 3 xal qazanaq. Bilirsiz, mənə ən çox yer edən nədi? Bir var oyunumuzda eniş olsun, bərbad çıxış fonunda qələbə qazana bilməyək, bir də var hər 3 görüşdə rəqiblərdən dəfələrlə artıq qol vəziyyəti yaradaq, ancaq bundan istifadə edə bilməyək. Fikrimcə, qol imkanları yaxalaya biliriksə, deməli, düzgün yoldayıq, düz oynayırıq. Sadəcə, bəxt bizdən üz döndərib. Mövsümün son matçında idman xoşbəxtliyinin də tərəfimizdə olmasını arzulamalıyıq. Fürsətdən istifadə edib ilboyu komandanı tək buraxmayan azarkeşlərə səslənmək istəyirəm. “Zirə” ilə görüşdə “Kapital Bank Arena”da elə ab-hava yaratmaq lazım dı ki, rəqib meydana çıxanda hesabda geri düşdüyünü hiss etsin”.
“Sumqayıt”ın lideri Cavid İmamverdiyev qələbə qazanacaqlarına inandığını bildirməklə yanaşı, kubokun finalının nəticəsindən də çox şeyin asılı olduğunu söylədi: “Cari mövsümdə “Sumqayıt” bir çox çətinliklərlə baş-başa qaldı. Lakin bütün bunların öhdəsindən gələrək, yüksək pillələrdə yer almağı bacardıq. Açıq deyirəm, özümüz özümüzün işini çətinə saldıq. Mükafatçılar sırasına düşməyə şansımız olduğu halda bu gün 4-cü kimi Avropa Liqasına vəsiqə qazanacağımıza ümid bəsləyirik. “Zirə” ilə matçın önəmi haqda danışmaq artıqdı. Bunu klubda çalışan texniki heyətdən tutmuş, meydana çıxan hər kəs yaxşı dərk edir. Onu da bilirik ki, “Zirə”ni udmaqdan başqa yolumuz yoxdu. Hamı bir nəfər kimi bu oyunda maksimum güc qoyub qələbə qazanmağı fikirləşir. Artıq düşərgədəki ab-havadan, motivasiyadan, stimuldan danışmağın yeri yoxdu. 9 ay bunun üçün çalışmışıq, bunun üçün meydana çıxmışıq. İstəyimizi reallaşdırmaq, məqsədə çatmaq üçün oyundan 3 xalla ayrılmaq lazımdı. Məhz bundan sonra kubokun finalının nəticəsini gözləməliyik. İnanıram ki, sonda hər şey məhz “Sumqayıt” üçün uğurlu olacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar