14 may 01:10gundem

Süni meydanlar təbii qazonla əvəzlənəcək

Süni meydanlar təbii qazonla əvəzlənəcək
Elxan Məmmədov: “Divizondan yalnız “Sabah” tələb olunan bütün sənədləri tam təqdim edib”
AFFA İcraiyyə Komitəsinin toplantısından sonra baş katib Elxan Məmmədov brifinq keçirdi.
- Gərgin keçən toplantıda nələr müzakirə olundu?
- Gərginlik yox idi. Sərbəst, demokratik müzakirələr aparıldı. Bir neçə il idi klublarımız əvəzedicilərin çempionatı ilə bağlı məsələni qaldırırdı. Klublar Komitəsinin son iclasında da bu məsələ gündəmə gəlmişdi, xahiş etdilər ki, müzakirə edək. Yekunda qərara aldıq ki, əvəzedicilərin çempionatı yeni mövsümdə də eyni sistemlə davam etsin. Əlavə olaraq yaş limiti ilə bağlı qərar növbəti mövsümdə də tətbiq olunacaq. Bildiyiniz kimi, hər komandada bir 1996/97 təvəllüdlü futbolçu oynamalı, həmçinin qeydiyyatda bir 1998/99 təvəllüdlü futbolçu olmalıdı. U-21 yığmamızın daha yaxşı nəticələr əldə etməsi üçün bu addımı atmışdıq. Nəticələr müsbət effekt verdi, ona görə daha bir mövsüm eyni formada davam etmək qərarına gəldik. Növbəti mövsümlərdə isə yeni yaş qruplarına uyğun qərarlar verilə bilər. Lisenziyalaşdırma qrupunun iclası sabah olacaq və yekun qərar qəbul ediləcək. Artıq hesabat verildi. Təəssüflər olsun ki, birinci divizonda cəmi bir klub – “Sabah” tələb olunan bütün sənədləri tam təqdim edib. Hətta idman prinsiplərini qorumaq üçün cədvəl də hazırlanmışdı. Bizim üçün sənədlər daha önəmlidi. Çünki biz bu gün komanda yox, klub görmək istəyirik. Söhbət peşəkar statuslu çempionatdan gedir. Məqsədimiz hər iki çempionatda peşəkarları görməkdi. Sabah iclas olacaq və müvafiq qərar qəbul olunacaq. İlk növbədə sənədlər AFFA-nın, lisenziyalaşdırmanın əsasnaməsinə uyğun olmalıdı.
- Çempionatda sonuncu yeri tutan komanda liqanı tərk edəcək?
- İdman prinsiplərinə və əsasnaməyə uyğun olaraq, təbii ki, belə olmalıdı.
- Yəni “Kəpəz” gedir, “Sabah” gəlir?
- Sonuncu yerdə gedən komanda liqanı tərk etməlidi və lisenziya alan gəlməlidi. Qalan şeyləri dəqiq deyə bilmərəm, çünki yekun qərar sabah veriləcək. Vəziyyəti şəffaf şəkildə sizə izah etdim.
- Digər klubların sənədlərində problemlər çoxdu?
- 10 klubdan 8-i bizə müraciət edib, onların demək olar ki, ikisi sənədlərin 50 faizini təqdim edib, digərləri heç sənəd verməyib. Ərizədən başqa heç nə yox idi.
- “Xəzər” çempion oldu, ancaq premyer-liqaya buraxılması sual altındadı. Əvvəlki illərdə “Səbail”, “Kəpəz” və “Zirə” kimi klubların sənədlərində də çatışmazlıq var idi. Bu klublarla “Xəzər “ arasında nə fərq var?
- Əslində adını qeyd etdiyiniz klublarla bağlı çatışmazlıq yox idi. Onların sənədləri qaydasında idi, istəsəz, aktivləri ictimaiyyətə aça da bilərik. Sənədlərin 90 faizi qaydasında olanda, İcraiyyə Komitəsi məsuliyyəti öz üzərinə götürüb, klubun çempionata buraxılmasına icazə verir. Ancaq sənədlərin 10-20 faizi təqdim olunubsa, bu artıq təhlükəlidi. Biz premyer-liqanın vəziyyətini sabitləşdiririk. Ola bilər, komandaların sayı azdı, 8-di. Ancaq onların hamısı sabitdi, təməlləri, uşaq komandaları, bazaları və infrastrukturları var. Sənədlərə diqqətlə yanaşmalıyıq ki, yeni gələnlər bu təməli pozmasın. Komanda yarandı, birinci oldu, dərhal sənədsiz premyer-liqaya buraxsaq, lisenziyalaşdırma və İK müəyyən istisna tətbiq etsə, bunun arxasında durmaq olmayacaq. Çempionatın 7 komanda ilə bitməsini istəmirik. Əvvəllər hətta çempionatın ortasında maaşları verə bilməyən klublar var idi. Bank zəmanətləri tələb etməsəydik, futbolçular maaşsız qalacaqdı. Futbolçuları elə vəziyyətdə meydana çıxmağa kim məcbur edə bilərdi? Lisenziyalaşdırma şərtlərini pozmamağa çalışırıq. Əvvəlki təcrübə göstərir ki, risk edə bilmərik. Premyer- liqada olan rəqabət, ədalətli oyun göstərir ki, artıq komandalar müstəqil şəkildə fəaliyyət göstərir. Həmin klubların uşaq komandalarına da nəzər sala bilərsiz. 8 klub müntəzəm bütün uşaq liqalarında təmsil olunur. Birinci divizionda isə belə deyil. Hərdən oyuna belə gəlmirlər. Ancaq premyer-liqadakılar çox məsuliyyətlidi. Əlavə olaraq Rövnəq Abdullayevin tapşırığına əsasən klubların infrastrukturu da yaxşılaşdırılır. Artıq ölkə olaraq süni ot örtüyündən təbii qazona keçirik. “Dalğa Arena”da və bir neçə stadionda ot örtüyü artıq dəyişdirilib. İyulda “Zirə”nin meydanı da AFFA tərəfindən yenilənəcək. “Keşlə”nin infrastruktur statusu təsdiqlənsin, orda da təbii qazon olacaq.
- “Kəpəz” gedir, “Sabah” gəlir. Onsuz da premyer-liqanı “Bakı çempionatı” adlandırırdılar, belədə vəziyyət daha da pisləşəcək. Bölgələrin futboldan uzaq qalması nə dərəcə düzgündü?
- Biz də bölgələrin inkişaf etməsini istəyərdik. İK maksimum buna cəhd edir. Birinci divizion buna sübutdu, ora maliyyə ayrılır. Bir də özünü maliyyələşdirən klublar var ki, onlar da Bakını təmsil edir. Məhz həmin klublara deyə bilmərik ki, gedin, bölgəni təmsil edin. Əsas odu ki, davamlı fəaliyyət göstərən klublar olsun, daha bir-iki mövsümlük yox. Birinci diviziona gəlincə, İK bizə, katibliyə, PFL-ə, Məşqçilər Komitəsinin sədrinə tapşırıq verdi, işçi qrupu yaradılacaq və divizionun yeni konsepsiyası hazırlanacaq. Orda şübhəli oyunların sayı artıb. Hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edirik. Hətta bu artıq həftəlik halını alıb. İdman prinsiplərini qorumaq üçün konsepsiya hazırlanacaq. Ordakı “xəstəliyi” məhv etməliyik.
- Birinci divizionda cəmi bir komanda lisenziya şərtlərini yerinə yetirirsə, AFFA niyə onda aşağı dəstə təmsilçilərinə bu qədər büdcə ayırır? Bir də “Sabah”ın sizə yaxın olduğu deyilir...
- Mənə yaxın? Anlamadım. “Sabah”ın təməli var. “Sabah” əslində “Vətən” klubudu. Onun təməli, sistemi, hüquqi bazası “Vətən” əsasında qurulub. İllərdi uşaq futboluna diqqət yetirirlər. U-19 liqasında, aşağı yaş qruplarında “Vətən”ə rast gələ bilərsiz. Təşkilat olaraq, öz yarışları da var. O ki qaldı klubun mənə yaxınlığına, mən Təhsil Nazirliyində yox, AFFA-da işləyirəm. Bütün klublara da peşəkar münasibətim var. Lisenziya şərtlərini klub təqdim edirsə, necə yalan danışım? Digər klublar bunu etməyib. Ediblərsə, gətirib göstərsinlər. Mən klublarla fərdi görüşmüşəm, maliyyə mənbələrini, uşaq komandalarını, infrastrukturlarını soruşmuşam. Nəinki yazılı, heç şifahi cavab ala bilmədim.
- Artıq neçənci ildi ki, divizionda birinci yeri tutan komanda çempionata buraxılmır. Hətta “Xəzər” bölgəyə - Qubaya köçməyə belə razı idi. Niyə “Xəzər”ə mane olduz? Bir də mütləq komandada AFFA-nın adamı olmalıdı deyə bir tələbinizin olduğu haqda iddialar var...
- Heç kim mane olmadı. Keçmiş həmkarınız, “CBC Sport”un sabiq işçisi həmin iclasda olub. Müşahidə Şurasında mütləq AFFA-nın nümayəndəsinin olması kimi bir tələbimiz yoxdu. Bu, sadəcə, tövsiyədi. Klubun maliyyə mənbəyi özüdüsə, belə bir şeyə heç ehtiyac yoxdu. Gördüyünüz kimi, fikirlər dramatik və sürətli şəkildə dəyişir: bir gün Bakı komandası, sonra bölgə... Strateji yanaşma olmalıdı, belə olmaz. Belə olan halda İcraiyyə Komitəsinə məsuliyyət haqqını verə bilmərik. “Xəzər” davam eləsin, iki-üç il daha oynasın, strateji planını hazırlasın. Heç bir kluba subyektiv yanaşmırıq. Buna görə də sənədləri İcraiyyə Komitəsinə təqdim edirik. Orda yer alanlar dövlətdə vəzifələri olan insanlardı. Sənədləşməni yaxşı bilirlər.
- Yaxşı olardı ki, ümumi iclas olsun və media nümayəndələri suallarını ünvanlaya bilsin. İcraiyyə Komitəsinin üzvlərinin fikirlərini bilmək istərdik. Niyə belə imkan yaradılmadı?
- Lisenziyalaşdırma qrupunun iclasından sonra saytda hər şey yerləşdiriləcək. Orda hər klubun nümayəndəsi olur. Sual vermək istəyirsizsə, jurnalist kimi İcraiyyə Komitəsinin üzvləri ilə əlaqə saxlaya bilərsiz. Dünyanın heç bir yerində bütün İK üzvləri brifinq təşkil etmir.
- Hakimlərlə bağlı maddi çatışmazlıqların yarandığı deyilir. Bu səbəbdən də yay toplanışının keçirilməmə ehtimalı yaranıb...
- Açığı, Xaqani Məmmədovdan toplanışla bağlı təklif olmayıb. Komitə sədri olaraq müraciət etməlidi, toplanışın müddəti və proqramı barədə bizi məlumatlandırmalıdı. Ondan sonra müraciətə cavab verə bilərik. Ancaq indiyə kimi müraciət olmayıb. Yəqin ki, çempionatın sonunu gözləyir. Ümumi olaraq toplanış üçün büdcəmiz var.
- Artıq 8 ildi hakimlərə yeni geyim dəsti verilmir. Bu haqda Xaqani Məmmədov mətbuata açıqlama verib. Pul varsa, niyə onları geyimlə təmin etmirsiz?
- Yəqin ki, Xaqani Məmmədov yanlış məlumat verib. Hakimlər üçün iki ildən bir forma alınır. Həftədə bir-iki oyuna çıxan hakim üçün bu yetərlidi. Hakimlərin forması gəlib, sadəcə, mövsümün sonunu gözləyirik.
- Klublar forma üçün “Nike” ilə əməkdaşlığa başlayacaq?
- Artıq federasiya olaraq “Nike” firması ilə əməkdaşlıq edirik. Əlavə olaraq “Nike” texniki sponsor kimi premyer-liqa klublarını topla təmin edəcək. Biz də öz növbəmizdə PFL-ə və klublara topların nümunələrini bu gün göndərdik. Pulsuz top istəyirlərsə, “Nike” hazırdı. Bir mövsüm üçün klubların hərəsinə 100 top verilə bilər. Məncə, bu normalda 40-50 top alan klublara artıqlaması ilə bəs edər. “Nike”ın toplarından İngiltərə premyer-liqası, İtaliya A seriyası və bir çox aparıcı ölkələrin çempionatlarında istifadə olunur.
- Bir ara Hakimlər və Hakim-inspektorlar Komitəsinin birləşəcəyi gündəmə gəlmişdi. Ancaq nədənsə bu məsələ arxa plana keçdi. Bu barədə nə deyə bilərsiz?
- Bəzi ölkələrdə belə bir təcrübə var. UEFA-dan bu yöndə tələb yoxdu, sadəcə, tövsiyə var. Bununla bağlı təhlil aparmamışıq. Növbəti iclaslarda bu məsələyə baxıla bilər.
- Mümkünsə, “Sabah”ın maliyyə mənbəyini açıqlayardız…
- Hazırda ictimai birlik kimi fəaliyyət göstərirlər. Müvəqqəti tranzit müddətində MMC-dilər, eynilə “Keşlə” kimi. Bank zəmanətləri də var.
- “Sabah” yeni təhsil nazirindən dəstək görürmü?
- Lisenziyalaşdırma prosesi nazir təyinatından daha öncə başlayıb. Ancaq yeni nazirdən də məsələ ilə bağlı heç bir mənfi rəy almamışıq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar