14 may 01:07gundem

Qurban Qurbanov Riçardın gedəcəyini açıqladı

Qurban Qurbanov Riçardın gedəcəyini açıqladı
“Azər Əliyev nəzarətimizdədi, oyunlarına baxılır”
İcraiyyə Komitəsinin dünənki iclasından sonra qurumun üzvü Qurban Qurbanov jurnalistlərin əhatəsinə düşdü. Yığmanın və “Qarabağ”ın baş məşqçisi həm toplantıda müzakirə olunan məsələlər haqda fikirlərini dilə gətirdi, həm də milli və klubla bağlı media nümayəndələrini maraqlandıran sualları cavabladı.
- Əvvəlcə İK-nın bugünkü iclasında müzakirə olunan məsələlər haqda düşüncələrinizi öyrənmək istərdik. Çempionatımızda növbəti mövsüm də 8 komandanın mübarizə aparması nə dərəcədə doğru qərardı?
- Yəqin bütün qərarlardan xəbəriniz var, odu ki, ayrı-ayrılıqda toxunmağa ehtiyac yoxdu. Əlbəttə, hərənin öz fikri var. Dəfələrlə demişəm ki, komandaların sayının çox olmasının tərəfdarıyam. Bu gün də fikrimi bildirdim, təkliflərimi dedim. Təəssüf ki, bəzən bizdən asılı olmayan nüanslar ortaya çıxır. Açıq danışsaq, bu gün 5 komandanı AFFA maliyyələşdirir. Hətta əvvəlki illəri – “Bakı”nı, “Xəzər Lənkəran”ı yada saldıq. Mübariz Mənsimovu, Hafiz Məmmədovu xatırladıq, Beynəlxalq Bankın adı çəkildi. Klubların maliyyə durumunu, proseslərin axarını müzakirə etdik. Lakin dediyim kimi, 5 komandanın bir sponsoru var. o da AFFA-dı. Hamı başa düşür ki, komanda sayı çoxaldılmalıdı. Amma bu gün həmin güc yoxdu. Bütün bunlar müzakirə olundu və 8 iştirakçılı çempionatın davam etdirilməsinə qərar verildi. Yenə təkrar edirəm ki, mən mütləq şəkildə komanda sayının artmasının tərəfdarıyam. Həmçinin keyfiyyətin yüksəldilməsi də müzakirə olundu. Hətta komanda sayı az olsa belə, keyfiyyət baxımından artım vacibdi. Bunun üçün daha güclü komandalar olmalı, səviyyəli legionerlər gəlməlidi. Bundan başqa, meydan məsələsi çox ciddi müzakirə olundu. "Keşlə"nin, "Zirə"nin, "Sumqayıt"ın stadionlarının qazonunun dəyişdirilməsi haqda danışıldı. Ötən dəfə də fikirlərimizi bildirmişdik, indi də onun üzərində dayandıq. Maliyyənin bir hissəsi bunun üçün ayrılacaq. Çünki futbolçuların təbii örtükdə oynaması çox vacibdi. Ən azı zədələrin azalması və futbolçunun ustalıq səviyyəsini nümayiş etdirməsi üçün buna ehtiyac var.
- Qazonları dəyişəcək şirkətin adı bəllidi?
- Yox, o deyilmədi. Ancaq Rövnəq müəllim özü də qeyd etdi ki, qazonlar dəyişdirilməlidi.
- İldən-ilə bölgə təmsilçilərinin sayı azalır. İndi də deyildi ki, “Kəpəz” gedir, “Sabah” gəlir. Bakıda nə qədər futbolçu var ki, sabah onların arasından seçim edə biləsiz?
- Çox düzgün qeyd etdiz. Bu məsələ də müzakirə olundu. Ancaq dəfələrlə söhbətimizdə deyilmişdi ki, elitanı tərk edən komanda yoxdu. Hamımız bilirik ki, Gəncə ən çox futbolçu yetişdirən bölgələrdən biridi. Lakin idman prinsipləri nəzər alındı. Yəni “Kəpəz”in sonuncu pilləni tutduğuna görə elitadan getməsi, onun əvəzinə aşağıdan komandanın gəlməsi əsas götürüldü. Biz bir şeyi tələb edəndə qarşımızda sənəd varsa, üzərinə gedə bilmərik. Ötən il də demişdim ki, elitada son yeri tutan komanda getsin, aşağı dəstədə ilk yeri tutan gəlsin. Həmin vaxt birinci divizionda “Turan Tovuz” qalib olmuşdu, lakin o da SOCAR-dan maliyyələşirdi. Deyildi ki, gələcəkdə bu məsələ nəzərə alınacaq. Bu gün də həmin müzakirələr getdi. Onu deyim ki, “Kəpəz”ə yenə də diqqət ayrılacaq. Elitadan düşmək o demək deyil ki, artıq bu komandaya baxılmayacaq. Mənim üçün gedib orda oynamaq həmişə xoşdu. Çünki stadionda 10-15 min azarkeş olurdu. Meydan da düzəlmişdi, normal futbol oynayırdıq. Lakin sənədləşmə məsələsi bəzən problemlər yaradır.
- “Xəzər”in hansı tələblərə cavab vermədiyi açıqlanmadı.
- Bu komanda bank təminatı verməyib, sponsoru da göstərilməyib. Bunlar olmayandan sonra ciddi bir fikir bildirə bilmərəm. Mənim prinsipim budu ki, reqlament varsa, ona uyğun hərəkət edək. Ötən il də bu məsələni qaldırmışdım. Hamının marağı olmalıdı. Hətta mən milliyə bəzi oyunçuları çağırmayanda, onlara öz fikrimi bildirmişdim. Yəni hansısa futbolçu rahatdı və düşünür ki, onsuz da mən yığmaya dəvət alıram. Oynasam da, oynamasam da. Klublarda da belədi. Düşür aşağı və fikirlərşir ki, onsuz da elitada qalıram. Neçə illər bu davam edəndə hansısa addım atılmalıydı.
- Deyək ki, bu gün komanda sayı 12-yə çatdırıldı. Bizdə premyer-liqa səviyyəsində bu qədər futbolçu var?
- Biz də onların sayını artırmalıyıq. Tutaq ki, bizim 15 futbolçumuz var. Niyə 16, 17 və ya 18-ci futbolçunu axtarmayaq? Mən Qara Qarayevə ilk vaxtlar şans verəndə limit yox idi. Ona birbaşa əsas heyətdə imkan yaratmamışdım. Əfran İsmayılovu göndərdim müəyyən müddət “Tovuz”da oynadı. Aydın məsələdi ki, 10-12 komandanın hamısının səviyyəsi eyni olmayacaq. İstər-istəməz biri digərindən güclü olacaq. Futbolçu aşağıda oynaya-oynaya “artıracaq”. Məsələn, “Sumqayıt” 4-5 ildi yerli futbolçularla oynayır, sistem formalaşıb. İndi o komandadan 4-5 futbolçunu milliyə çağırıram. Dəvət etdim, ən azı məsuliyyətləri daha da artdı. Potensialları var idi ki, çağırdım. Halbuki əvvəl belə bir fikir yox idi. Ola bilər, 12 komandadan bir neçəsi daha çox uduzsun, nəticələri zəif olsun. Amma ildən-ilə irəliləyiş olacaq, futbolçuların səviyyəsi yüksələcək.
- Ancaq birinci divizionda “at oynadan” futbolçulara da maraq yoxdu...
- Bir şey də var ki, komanda sayı 12 olarsa, həmin futbolçulara ehtiyac yaranacaq. Orda yüksək yer tutan klub özü də elitada iştirak edə bilər. Bəzi nüanslar var və onları nəzərə almalıyıq.
- İdman prinsiplərindən söz düşmüşkən, bir məsələ haqda da fikirinizi bilmək istərdik. “Kəpəz”in sonuncu olacağı finişə 3 tur qalmış rəsmiləşmişdi. Ancaq bilinmirdi ki, komanda elitadan gedəcək, ya yox. Bu üzdən gəncəlilər “Sumqayıt”la oyuna motivasiya ilə çıxmışdı. Çünki qalacağına ümidi var idi. Lakin indi bəlli oldu ki, “Kəpəz” birinci diviziona düşür. Artıq qarşıdakı “Zirə” və “Neftçi” ilə oyunlara qərb təmsilçisi köklənə bilməyəcək. Bu nə qədər ədalətlidi? Olmazdı ki, qərar çempionat başa çatdıqdan sonra açıqlansın?
- Hansısa bir komandanın digərinə güzəşt etməsinə inanmıram. Belə bir şey olmadı. Ola bilər, psixoloji təsir olsun. Lakin o da mümkündü ki, futbolçu özünü yaxşı tərəfdən göstərib hansısa klubun diqqətini cəlb etmək üçün döyüşəcək.
- Premyer-liqa klublarının rəhbərləri Klublar Komitəsinin iclasında bəzi məsələləri müzakirə etdi. Klublara pulsuz top paylanacaq, “İnStat” təhlilləri havayı çatdıracaq. Bunlar nə dərəcədə ciddi məsələlərdi? Klubların tələbləri bu qədər aşağı düşüb? Top, “İnStat” nə qədər böyük jestdi?
- Top elə bir şeydi ki, bu günə kimi heç kim hansısa kluba yardım etməyib. Hərənin öz büdcəsi var, alıb, oynayıb. “Nike” sponsorluq edir, top da verir. Bu baxımdan ciddi mənada nə pulumuz azalacaq, nə də artacaq. Ancaq verirlərsə, sağ olsunlar. Kimsə sponsorluq edirsə, nəsə jest eləməlidi. Ola bilər, qurumun iclasında qeydlərdən biri bu olub. “İnStat”a gəlincə, onun tərəfdarıyam, çox faydalıdı. Buna qədər də danışmışdıq ki, yığma üzvlərinin hər birinin ayrı-ayrılıqda göstəricilərini mənə göndərsinlər. Bunu hər turdan sonra alırdıq. Baxırdım ki, futbolçulardan kim sabit formadadı, kimdə göstəricilər dəyişir. Elə oldu ki, AFFA “İnStat”la ümumi əməkdaşlığa girdi. Əksər klublar bu şirkətlə işləmirdi. Bu əməkdaşlıq pis şey deyil. Belə bir şey yazılmışdı ki, tutaq ki, mənim “Neftçi”nin bütün statistikasını görməyim nə qədər düzgün olar? Amma orda hər şey tam verilmir. Heç özüm də razı olmaram ki, komandamın bütün göstəriciləri rəqibdə olsun. Lakin bu şirkətlə əməkdaşlığın faydalı olduğunu düşünürəm. Nə ziyanı var?!
- Keçək klub və yığma ilə bağlı suallara. Son günlər Riçard Almeydanın “Qarabağ”da qalmayacağı deyilir. Hazırda onunla danışıqlar nə yerdədi? Siz onu saxlamaq istəyirsiz? Riçard klubdan nə tələb edir? Gedir, yoxsa qalır?
- Mövsümün sonunda Almeydanın müqaviləsinin müddəti bitir. Onunla yeni müqavilə bağlamamışıq. Belə deyim, razılaşmamışıq. Təklifləri var. Qalmaq ehtimalı azdı.
- “Qarabağ”dan daha çox pul tələb edir?
- Tələb edir deyəndə ki... Daha yaxşı, hətta deyim ki, çox yaxşı təklifləri var.
- Başqa müqavilə müddəti bitən futbolçuların qalıb-qalmamaq məsələsi nə yerdədi?
- Pedro Enrikenin icarə müddəti başa çatdı, o gedəcək. Dani Kintana ilə də müqaviləni hələ uzatmamışıq, ancaq danışıqlar gedir. Ansi Aqolli ilə də hələ yeni müqavilə imzalamamışıq.
- Bəs yerlilər?
- Yerlilərdən də gedənlər olacaq. Ancaq indidən ad açıqlaya bilmərəm. Eləcə də müqavilə müddəti artırılanlar olacaq.
- Sanki 2 illik müqaviləsi olan Yakub Jezniçak da getmək istəyir...
- Onun müqaviləsi davam edir. Ayağında çox ciddi zədəsi oldu. İndi ölkəsindədi, müalicəsini davam etdirir.
- Qarşıda yığmanın təlim-məşq toplanışı var. Heyətdə yeni adlar görəcəyik? Rusiya elitasına yüksələn “Krılya Sovetov”un heyətində azərbaycanlı futbolçu var – Azər Əliyev. Onu milliyə cəlb etmək fikriniz var? Təbii, belə bir futbolçunun yığmamızı seçməsi müsbət hal olar.
- Belə deyim, bütün futbolçular nəzarətimizdədi. Hamısının oyunlarını izləyirik. Yeni ad həmişə ola bilər. Yaxud da müntəzəm dəvət alan hansısa futbolçunun kənarda qalması mümkündü. Daim axtarışdayıq. Kimisə dəvət etmək istəsək, bunun da vaxtı var. Bu gün desəm ki, mütləq Azər Əliyevi çağıracam, bu düzgün olmaz. Ancaq o da nəzarətimizdədi, oyunlarına baxılır.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar