13 may 13:53gundem

Azərbaycanlı futbolçu Rusiya elitasında!

Azərbaycanlı futbolçu Rusiya elitasında!
Gənc yarımmüdafiəçini yığmaya qazandırmaq lazımdı
Artıq Avropada əksər çempionatlar başa çatmaqdadı. Təbii, istənilən birincilikdə əsas məsələ qalibin kimliyidi. Ancaq elita ilə vidalaşan, eləcə də onların yerini tutanların adları da maraq doğurur. Güclülər dəstəsində mövqeyini qoruya bilməyən komandaların azarkeşləri üzülür, aşağıdan gələnlərin tərəfdarları isə əksinə, uğuru bayram edir. Bu baxımdan Rusiya çempionatında da elitaya yüksələn iki klubun adı bəllidi. “Orenburq” və “Krılya Sovetov” artıq adını güclülər dəstəsinə yazdırıb. Əslində şimal qonuşlarımızdakı vəziyyətə toxunmağımız boşuna deyil.
“Krılya Sovetov”un Rusiya premyer-liqasına vəsiqə qazanması bizim üçün də müəyyən qədər önəm daşıyır. Çünki Samara təmsilçisinin heyətində azərbaycanlı futbolçu top qovur. Söhbət 23 yaşlı Azər İlqar oğlu Əliyevdən gedir. Öncə onunla bağlı bəzi məlumatları diqqətinizə çatdıraq. Hücumameyilli yarımmüdafiəçi sabah doğum gününü qeyd edəcək. 168 sm boya malik olan Azərin sol ayağı işləkdi. O, 2012-17-ci illər ərzində Rusiyanın sayca 2-ci liqası sayılan Milli Futbol Liqasında (MFL) çıxış edən “Yenisey”in şərəfini qoruyub. Daha doğrusu, 2013/14 mövsümünün ilk yarısı istisna olmaqla. Həmin vaxt daha aşağı divizion təmsilçisi “Saxalin”ə icarəyə verilib. Bu komandanın heyətində 10 çempionat matçında meydana çıxan Əliyev ümumilikdə 800 dəqiqə meydanda olub, 6 qol vurub. Lakin mövsümün ikinci yarısında yenidən “Yenisey”ə qayıdıb.
2015/16 mövsümünə qədər əsas heyət üzvü sayılmasa da, daha sonra vəziyyət dəyişib. Həm qeyd etdiyimiz “futbol ili”ndə, həm də 2016/17 mövsümündə müntəzəm baş məşqçinin güvəndiyi futbolçulardan biri olub. Düzdü, məhsuldarlıq baxımından bu iki ildə o qədər də parlaq nəticələr göstərməyib və cəmi 5 dəfə fərqlənib. Ötən yay isə “Krılya Sovetov”un diqqətini cəlb edib və Samara təmsilçisinə transfer olunub. Azər cari mövsüm MFL-də 37 matçda şans qazanıb ki, bu da 2725 dəqiqə edib. “Sibir”, “Avanqard”, “Şinnik” və “Tümen”lə qarşılaşmalarda rəqib qapısına yol tapıb. Onun fərqləndiyi oyunlardan üçündə “Krılya Sovetov” qalib gəlib, birində heç-heçə edib. “Orenburq” və “Spartak-2” ilə matçlarda isə “sarı”yla “mükafatalandırılıb”. İntizamı ilə də diqqəti çəkən soydaşımız peşəkar karyerası ərzində qırmızı vərəqəylə cəzalanmayıb. Ölkə kubokunda isə 2 matçda əvəzlənmədən oynayıb, “Rubin”lə görüşdə fərqlənib.
Təbii, belə bir futbolçunun yığmamızda oynaması müsbət hal olar. Azərbaycana bağlılığı olmayan birini “milliləşdirməkdənsə”, elə özümüzkünü razı salmaq daha yaxşıdı. Əslində AFFA da bu yöndə çox cəhd edib. Bizdə olan məlumata görə, onun menecerliyini atası İlqar Əliyev edir. Yığmanın seleksiyaçıları Azərin millimizi seçməsini bir neçə dəfə təklif ediblər. Özü də deyəsən, ailəsi bunun əleyhinə deyil. Hətta 2 il öncə yığmanı çalışdıran Robert Prosineçki köməkçisi Elxan Abdullayevi də “Yenisey”in oyununa, Azərin çıxışını izləməyə göndərmişdi. Lakin irəli xətt oyunçusunun bu günə qədər AFFA-dan gələn təklifə “hə” deməməsinin səbəbi başqadı. Belə ki, o yığmamızı seçərsə, Rusiyada legioner sayılacaq. Bu da əsas heyətdə yerini itirməsinə gətirib çıxara bilər. Hər halda, cəmi 23 yaşı olan futbolçu milli həyəcananı yaşamaq istəyirsə, AFFA-nın istəyinə müsbət cavab verməlidi. Baxmayaraq ki, “Krılya Sovetov”la elitaya yüksəlib, Rusiya yığmasına dəvət olunması real deyil. Yox, yığmamızı seçməkdənsə, elə klubunda daim şans qazanmağı üstün tutarsa, bu başqa məsələ. Ancaq bir məqam da var ki, onun millimizdə olması bizim üçün müsbət haldı. Onsuz da futbolçularımızın legioner həyatı yaşaya bilməməsi yığmada mənfi hal kimi əksini tapır. Bu üzdən Rusiya premyer-liqasında top qovan soydaşımızın millimizi seçməsində AFFA daha çox maraqlı olmalıdı.
Azərin yığma perspektivi haqda millinin baş inzibatçısı İslam Abbasovun fikirlərini öyrənmək istədik. O, "xaricdəyəm, gələndə danışarıq" söylədisə, yığmanın mətbuat katibi Elman Himayətoğlu məsələ ilə bağlı məlumatsız olduğunu dedi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar