13 may 16:51gundem

Almeyda “Qarabağ”ın yeni müqavilə təklifini qəbul etmir

Almeyda “Qarabağ”ın yeni müqavilə təklifini qəbul etmir
Çəlikəl: “Hər şey Qurban müəllimin istəyindən asılı olacaq”
Mövsüm sona yaxınlaşdıqca transfer xəbərlərinin gündəmə gəlməsinə alışmışıq. Ancaq budəfəki məlumat daha çox “Qarabağ” azarkeşlərini üzəcək. Söhbət Riçard Almeydanın Ağdam klubunu tərk etmək ehtimalından gedir. 2012-ci ilin yayında “köhlən atlar”la anlaşan 29 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda müqaviləsinin müddəti bitir. Lakin Almeyda ilə klub arasında yeni müqavilə imzalanmayıb, həmçinin şifahi razılıq da əldə olunmayıb. Yadınızdadısa, hələ qış fasiləsində bir neçə komandanın Riçardla maraqlandığı deyilmişdi. Bununla belə, yığma üzvü “Qarabağ”da qaldı. Amma mövsümün bitməsinə çox az vaxt qaldığı anda yeni anlaşmanın əldə olunmaması məsələnin ciddiliyindən xəbər verir. Çox güman, Almeydaya yenə də təkliflər var. Özü də “Qarabağ”da hazırda qazandığından daha sərfəli təkliflər. Ola bilər, Riçard maaşının artırılması qarşılığında Ağdam təmsilçisində qalmaq fikrindədi. Klub isə həmin məbləği ya vermək istəmir, ya da özünə uyğun həddə gətirmək niyyətindədi. Fakt isə budu ki, danışıqlarda irəliləyiş yoxdu və belə davam edərsə, Riçard gedəcək. Bu isə Çempionlar Liqasında mübarizə aparacaq komanda üçün heç də xoş ayrılıq olmayacaq.
Görəsən, klub Almeyda ilə yeni müqavilə haqda düşünür? Yoxsa “Qarabağ” ən uğurlu legionerlərindən olan Riçardla artıq sağollaşmaq fikrindədi? Sualları “köhlən atlar”ın direktoru Əmrah Çəlikələ ünvanladıq: “Nə qədər ki, çempionat bitməyib, bizim bu haqda danışmağımız düzgün olmaz. Yüz faiz nəsə olsa, açıqlayacağıq. Əlbəttə, hər şey Qurban müəllimin istəyindən asılı olacaq. Ancaq mövsüm bitmədiyi və konkret heç nə olmadığı üçün bu haqda danışmağımız faydasızdı. Müqaviləsinin müddəti başa çatan digər futbolçularla bağlı da eyni sözləri deyə bilərəm”.
Yeri gəlmişkən, “Qarabağ"da icarə əsasında çıxış edən Pedro Enrike Yunanıstan mətbuatına müsahibə verib. Braziliyalı Ağdam təmsilçisində qalıb-qalmayacağı ilə bağlı yekun qərarı tətildən sonra verəcəyini deyib: “İmkanım olsa, Yunanıstan kubokunun finalını izləmək istəyərdim. “Qarabağ”la hələ daha bir neçə matça çıxmalıyam, sonra isə ailəmlə birlikdə tətil üçün Braziliyaya getməyi planlaşdırıram. Həm PAOK-u, həm də azarkeşlərini çox sevirəm. Onların qəlbimdəki yeri başqadı. Tətildən sonra geri dönüb-dönməyəcəyimi dəqiq biləcəm. PAOK-la müqaviləm var, odu ki, yenidən bu komanda üçün oynamaq şansı əldə etmək gözəl olardı. Ancaq “Qarabağ”la ölkə çempionu olduğuma görə də çox xoşbəxtəm. Bu, mənim üçün çox önəmli idi. Çempionlar Liqasında oynamaq və təbii ki, titul qazanmaq üçün “Qarabağ”a keçmişdim. Komandam və komanda yoldaşlarım adına da çox sevinirəm. “Qarabağ” növbəti mövsümdə də Avropada – ÇL və ya AL olsun, fərq etmir - uğurlu çıxış etməyi hədəfləyir. “Qarabağ”ı seçməyim? Bu, səhv-düz məsələsi deyil. Bacarığıma, oynadığım futbola yaxşı bələdəm. PAOK-da qalsaydım da, ən yaxşı oyunumu ortaya qoyardım. PAOK Avroliqa ilə erkən vidalaşdı və “transfer pəncərəsi”nin son həftəsində “Qarabağ”dan təklif aldım. PAOK-da mənim vəziyyətimdə olan çoxlu oyunçu var idi. Hamısı üçün çətin idi. Nəticədə “Qarabağ”a keçmək qərarına gəldim. Hazırda bu iki klub arasında danışıqların gedib-getməməsi mənim işim deyil. Məsələ “Qarabağ”la PAOK arasındadı. Tətildən sonra Salonikiyə gedəcəm və PAOK-la birlikdə gələcəyimə dair nələr edə biləcəyimizi müzakirə edəcəyik. “Qarabağ”a hörmətim böyükdü, ancaq PAOK-la müqaviləm var”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Bu gün, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb Bütün xəbərlər
Ən çox oxunanlar