13 may 12:42gundem

Alesio limitin tərəfdarıdı

Alesio limitin tərəfdarıdı
“Komandaların heyətində ən azı iki-üç gənc yerli futzalçı oynamalıdı”
Futzal üzrə yüksək liqanın başa çatmasına cəmi bir tur qalıb. Amma “Araz” 4 tur əvvəldən çempionluğu təmin edib və ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Qalan oyunlar komandası üçün formallığa çevrildiyinə görə baş məşqçi Joze Alesio da Silva erkən istirahətə yollanmağa üstünlük verdi. Braziliyalı mütəxəssis vətəninə yollanmazdan əvvəl Futzal Federasiyasının mətbuat xidmətinin əməkdaşı ilə söhbətləşib, həm yüksək liqa, həm də milli haqda danışıb.
- Mövsüm “Araz” üçün, demək olar, başa çatıb. Qeyd etmək istədiyiniz məqamlar varmı?
- Çempion olduq, amma istədiyimizin hamısını həyata keçirə bilmədik. Əsas odu ki, işə başlamışıq, komandanın özəyini qurmuşuq. İstəyirəm bu özəyi növbəti mövsüm üçün də qoruyaq. Çünki yenidən işə başlamaq, sıfırdan komanda qurmaq həm asan deyil, həm də tez vaxtda istədiyin effekti, nəticəni əldə edə bilmirsən. Bu gün bizim bazamız var. Deməli, yeni mövsümdə daha yaxşı işlər görməyimiz üçün zəmin yaranıb. İşləməli, inkişaf etməliyik.
- Həyata keçirə bilmədiyiniz məqamlar hansılardı?
- Heyəti tam qura bilmədik. Boşluqlarımız var. Amma özəyimiz hazırdı. Həyata keçirə bilmədiklərimizi yeni çempionata qədər reallaşdıracağıq.
- “Araz” yenə təkayaqla çempion oldu.
- Rəqiblərimizə hörmətsizlik etmək istəmirəm. Bizim üçün birinci dövrə çox çətin keçdi. Çünki komandanı yeni qurmuşduq, heyətə dəvət edilən futzalçıların uyğunlaşması və taktiki tapşırıqların mənimsənilməsi üçün zamana ehtiyac var idi. Üstəlik, “Araz”ı UEFA kubokunun oyunları gözləyirdi. Həmin vaxt çempionat oyunlarında çətinliklə üzləşirdik. Çempion olduqdan sonra isə komandanı qalan oyunlara motivasiya etmək çətinləşdi.
- Heyətlə bağlı danışdız, qan dəyişikliyinə ehtiyac duymursuz?
- Əlbəttə, yeni oyunçular mütləq lazımdı. Sadəcə, baza heyətin olduğunu vurğuladım. Hardasa 6-7 vacib futzalçımız var. Ancaq 5-6 oyunçuya da ehtiyac var. Bu dəfə üstünlüyümüz onda olacaq ki, komandanı sıfırdan qurmayacağıq. Son bir ildə gördüyümüz işləri davam etdirəcəyik.
- “Araz” mövsümün sonunda heç də xoş olmayan durumla qarşılaşdı. Söhbət "Marafon"la matçda 4 oyunçunun qırmızı vərəqə almasından gedir...
- Həmin oyunu derbi də adlandırmaq olardı. Bu cür qarşılaşmalar zamanı əsəblər tarıma çəkilir. İntizam qaydasındadı. Sadəcə, nə baş verdiyini anlamadıq. Açığı, 30 illik karyeramda ilk dəfə belə vəziyyətlə qarşılaşdım. Oyundan sonra paltardəyişmə otağında ciddi söhbətimiz oldu. Əlbəttə, səbəb nə olur-olsun, bu cür hallar yaşanmamalıdı. Həm də heyət üzvlərinə müəyyən qədər istirahət lazımdı. Çünki biz çempionat başladıqdan sonra, demək olar, dincəlmədik, Avropa çempionatına hazırlaşdıq. Ona görə də əsəblərin tarıma çəkilməsi normaldı. Digər tərəfdən, razıyam ki, bir komandanın 4 futzalçısının bir oyunda qırmızı vərəqə alması futzalda nadir hadisədi. Belə məsələlərdə hakimlər də diqqətli olmalıdı. Bəzən oyunçulara zarafatla söz deyirlər, qarşılığı gəlincə isə dərhal vərəqə göstərirlər. Halbuki intizamın qorunmasında hakimlər də kömək etməlidi.
- Yeni transferlər Braziliyadan olacaq, yoxsa başqa gözaltı etdiyiniz oyunçular var?
- Hazırda əlimdə konkret siyahı yoxdu. Vaxtımız var, axtarışlarımız davam edəcək. Oyunçunun Braziliyadan, İrandan və ya Rusiyadan olması vacib deyil. Əsas onların komandamıza köməyinin dəyməsidi.
- Milli komanda ilə bağlı planlar necədi? Çünki qarşıdakı 1 ildən artıq vaxtda yığma heç bir rəsmi oyunlarda iştirak etməyəcək. Yaranacaq boşluğu necə dolduracaqsız?
- Milli ilə bağlı planımı federasiya rəhbərinə təqdim etmişəm. Bəli, rəsmi oyunlar yoxdu. Buna görə də yeni mövsüm başlayandan sonra il ərzində 3-4 dəfə toplanış keçirəcəyik, mümkün qədər beynəlxalq turnirlərə qatılacağıq. Ötən ilin dekabrında İranda belə bir turnir təşkil olunmuşdu. Bildiyimə görə, bu dəfə Qazaxıstan həmin yarışa evsahibliyi edəcək. Alınsa, biz də gücümüzü sınamağa çalışacağıq.
- Yeni oyunçuların yığmaya da dəvət edilməsi nəzərdə tutulub?
- Buna mövsümün gedişində qərar verəcəyik. Vaxt gedir, bilirəm. Ancaq tələm-tələsik qərar vermək olmaz. Ehtiyac duyduğumuz təqdirdə millini də gücləndirəcəyik.
- Yeni mövsümlə bağlı hansısa təklifiniz varmı?
- Başa çatmaqda olan çempionat bir qədər maraqlı keçdi. Əvvəlki illərdə ancaq "Ekol" və “Neftçi”nin varlığını hiss edirdin. Bu dəfə onlardan başqa “Marafon”, FK.İD, “Yasamal” müqavimət göstərməyə çalışdılar. Məni narahat edən yerli gənc futzalçıların olmamasıdı. Komandaların heyətində ən azı iki-üç gənc yerli futzalçı oynamalıdı. Hətta bunu limit kimi də tətbiq etmək olar. Cari mövsümdə komandalar heyətlərinə kifayət qədər legioner cəlb etdi. Məsələn, “Yasamal” yaxşı komandadı, ancaq heyəti, demək olar, iranlı legionerlərdən qurulub. “Marafon”da da həmçinin. Bu gün yerli oyunçularla bağlı problem var ki, bunu aradan qaldırmağa çalışmalıyıq. Klublar ikinci komandalarını yaratmalı, orda gənclərə şans verməlidi. Bununla bağlı klub rəhbərliyi ilə söhbətimiz olub. Elə etməliyik ki, ehtiyat komandadan 2-3 gənc oyunçunu əsas heyətə qazandıraq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar