10 may 19:24gundem

“Sumqayıt”ın “relsdən çıxmasının” real səbəbləri

“Sumqayıt”ın “relsdən çıxmasının” real səbəbləri
Samir Abasova ikiillik müqavilə təklif olunub
Mövsümü uğurlu keçirən komandalardan biri, heç şübhəsiz, “Sumqayıt”dı. Çempionatın əvvəlində hamının 3 xal mənbəyi kimi baxdığı “kimyaçılar” sürprizə imza ataraq, çoxlarının gözləmədiyi halda avrokuboklara iddiaçılar arasında yer almağı bacardı. Samir Abasovun rəhbərlik etdiyi kollektiv ölkə kubokunun 1/4 final mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırmaqla hər kəsi təəccübləndirdi. Ancaq bu son deyildi. “Gənclik şəhəri”nin təmsilçisi eyni uğuru premyer-liqada da davam etdirdi. Belə ki, sumqayıtlılar klub tarixində ilk dəfə 11 oyunluq məğlubiyyətsiz seriya yaxaladı ki, bu da xüsusi qeyd olunmalıdı. Ancaq 25-ci turdan etibarən “ağ-göylər” qələbəyə həsrət qalıb. Bu da istər-istəməz “Sumqayıt”ın mövsümün sonunda Avropa Liqasına vəsiqə qazanacağını sual altına salıb. Çempionatın belə həssas məqamında, Avropaya vəsiqənin taleyi həll olunan ərəfədə sumqayıtlıların “axsamasının” səbəbləri hamıya maraqlıdı. Bəzi “mütəxəssislər” sosial şəbəkələrdə Abasovun komandasının uğursuzluğuna “müxtəlif don geydirir”, “əfsanələr” uydururlar. Bu yazıda “Sumqayıt”ın son turlarda qələbəyə həsrət qalmasını şərtləndirən səbəbləri tapmağa çalışacam.
Şəhərinə bağlı mütəxəssis
Bəribaşdan qeyd edim ki, “Sumqayıt”ın bu gün Avropa Liqasına iddialılar arasında yer almasının başlıca səbəbi baş məşqçi amilidi. Məhz Samir Abasovun işgüzarlığı və əməyi sayəsində “kimyaçılar” ancaq yerli futbolçularla mövsümə damğa vurmağı bacarıb. Abasovla həmyaşıd olduğumdan uşaqlıqdan, futbolda ilk addımlarını atdığı vaxtlardan tanıyıram. Futbolçu olduğu illərdə də uduzmağı xoşlamayıb, sumqayıtlı kimi doğma şəhərini hər yerdə hər zaman hər şeydən üstün tutub. Bu gün də Abasov Sumqayıtı (komandanı nəzərdə tutmuram) sevir və hər fürsətdəcə bunu büruzə verir. Bunu sübut edəcək yetərincə fakt var. Onun “kimyaçılar”ın sabiq prezidenti Kamran Quliyevin “Neftçi”yə prezident təyin olunmasından sonra mətbuata verdiyi açıqlama, elitada çalışan mütəxəssislər arasında ən az maaş alan məşqçi məsələsinə münasibət bildirərkən səsləndirdiyi fikirlər söylədiklərimə bir daha sübutdu. Onu qayğılandıran əsas məsələ “Sumqayıt”ın gələcək taleyidi. Ona görə də 40 yaşlı mütəxəssis hər dəfə açıqlamasında postunda qalmasını klub rəhbərliyinin “Sumqayıt”ın gələcəklə bağlı siyasətindən asılı olduğunu bildirir. Ancaq kimlərsə bunu manipulyasiya kimi dəyərləndirir və Abasovun növbəti mövsümdə “Neftçi”nin “sükanı arxasına” keçəcəyi ilə əlaqələndirir. Bu yerdə onu da bildirim ki, klub rəhbərliyi bugünlərdə, daha dəqiq desəm, “Sumqayıt”ın Gəncə səfəri ərəfəsində baş məşqçiyə 2 illik müqavilə təklif edib. Böyük ehtimalla, mövsümün sonunda Samir bəy yeni anlaşmaya imza atacaq. Odu ki, onunla bağlı söylənilən “Abasov yeni iş yerini nəzərə alıb, artıq “Sumqayıt”ın taleyinə biganədi” sözləri boşuna səslənmiş fikirlərdən başqa bir şey deyil.
Psixoloji problem və kasad heyət
“Sumqayıt”ın son turlarda qələbəyə həsrət qalmasına gəlincə, bu baş məşqçinin də dedyi kimi, psixoloji problemdən qaynaqlanır. Yuxarıda qeyd etdiyim kimi, yerli futbolçulardan qurulan komandanın əksər üzvləri karyerası ərzində heç vaxt belə - medallar uğrunda mübarizə aparan komandanın heyətində - məsul oyunlara çıxmayıblar. Fərhad Vəliyev, Cavid İmamverdiyev və Rail Məlikovu çıxmaq şərti ilə düşərgədə yer alanların heç biri basqı altında mübarizə aparmayıb. Komandanın kapitanı Vurğun Hüseynov, yarımmüdafiənin aparıcı simalarından sayılan Vüqar Bəybalayev, Rəşad Eyyubov (“Qəbələ”də oynasa da, aparıcı sima olmayıb), Amil Yunanov premyer-liqada top qovduqları illər ərzində belə həyəcan yaşamayıblar. Bunları nəzərə alanda, təcrübəsizliyi də üstünə gələndə “Sumqayıt”ın son turlarda uğursuzluğa düçar olmasını başa düşmək olar. Bunlardan əlavə “kimyaçılar”ın ən böyük çatışmazlığı ehtiyat oyunçular skamyasının kasad olmasıdı. “Kəpəz”lə oyunda, eləcə də ondan əvvəlki turlarda Samir bəy oyunda dönüş yaratmaq üçün kimlərə güvənə bilərdi? Əminəm ki, Süleyman Süleymanov, Ülvi İsgəndərov, Xəyal Nəcəfov adları geniş azarkeş auditoriyasına o qədər tanış deyil. Uzağı Xəyal və Ülvini futbolla yaxından maraqlanan futbolsevərlər tanıya bilər. İsgəndərov “Qəbələ”nin əvəzedici heyətində top qovarkən bombardirlik keyfiyyətini nümayiş etdiribsə, Nəcəfov intizamsız futbolçu kimi ad çıxarıb. Odu ki, Avropa Liqasına iddialı olan “Neftçi” və ”Zirə”dən fərqli “kimyaçılar”ın heyətinin kasad olması da son turlarda sözünü deyir.
Azarkeşin borcunu qaytarmaq lazımdı
Bütün bunlara baxmayaraq, çempionatın sonuna iki tur qalmış “Sumqayıt”ın taleyi öz əlindədi. Samir Abasovun yetirmələri 25-26-cı turlarda “döğma divarlar” arasında keçirəcəyi iki oyundan üzüağ ayrıla bilsə, sumqayıtlı azarkeşlər müstəqillik illərində ilk dəfə avrokubok həyəcanı yaşaya bilərlər. Bunun üçün isə baş məşqçinin kollektivi düzgün motivasiya etməsi və rəhbərliyin lazımi addım atması lazımdı. Düzdü, cari mövsümdə uğurlu və baxımlı oyuna görə “Sumqayıt”ın əksər futbolçularına “elçi düşən” klublar da var. Hətta aralarında (adlar bəllidi, sadəcə, etika xatirinə yazmıram) ilkin razılaşmaya qol çəkib özünə daha bahalı maşın alanlar da var. Ancaq heç kim unutmasın ki, Sumqayıtın, ilboyu komandanın yanında olan azarkeşin borcunu qaytarmaq lazımdı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar