04 may 23:15gundem

“Qəbələ” Rəşad Sadıqova titul qazanmağa imkan vermədi

 “Qəbələ” Rəşad Sadıqova titul qazanmağa imkan vermədi
Dünən AFFA Gənclər Liqasında cari mövsümə yekun vuruldu. Çempionun adına da məhz son turda aydınlıq gəldi. Sumqayıtdakı “Kapital Bank Arena”da “Qəbələ” və “Qarabağ” münasibətləri aydınlaşdırdı. Son tur ərəfəsində hər iki komanda 23 oyundan sonra 59 xalla turnir cədvəlində şərikli lider idi. “Qırmızı-qaralar” "köhlən atlar”dan 1 qələbə az qazansa da, turnir cədvəlinə başçılıq edir ki, bu da səbəbsiz deyildi. Məsələ ondadı ki, bu liqanın reqlamentinə əsasən xallar bərabər olacağı təqdirdə, komandalar arasındakı oyunların nəticələri əsas götürülür. Bu göstəricidə isə şimallılar ağdamlılardan üstün idi. Belə ki, ilk iki dövrədə gerçəkləşən qarşılaşmalarda "Qəbələ" evdə "Qarabağ"a 1:0 qalib gəlib, səfərdə 2:2 hesablı heç-heçə etməyi bacarmışdı. Bu isə o demək idi ki, mövsümün son qarşılaşmasında qəbələlilərə çempion olmaq üçün heç-heçə də kifayət edirdi. "Qarabağ"ın isə 3 xal qazanmaqdan başqa çarəsi qalmamışdı. Onu da qeyd edək ki, matçın rəqiblərin heç birinin meydanında keçirilməməsi də təsadüfi deyildi. Çünki final mərhələsi sayılan 3-cü dövrədə ədalət prinsiplərinin qorunması nəzərə alınaraq, liderlərin qarşılaşmasının neytral meydanda keçirilməsinə qərar verilmişdi.
Yeri gəlmişkən, oyuna maraq yetərincə böyük idi. Hər iki klubun azarkeşləri öz yerində, qarşılaşmanı izləyənlər arasında hər iki klubun rəsmiləri ilə yanaşı, millinin baş məşqçisi Qurban Qurbanov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov, assosiasiyanın Texniki Departamentinin direktoru Bernard Lippert və başqa tanınmış qonaqlar var idi.
Tribunaya toplaşan azarkeşlər ilk hissədə daha çox meydanın mərkəzində gedən mübarizəyə şahidlik etdilər. Səhv etməkdən çəkinən komandalar ehtiyatlı oyuna üstünlük verir, topa daha çox nəzarət etmək istəyirdilər. Həm “Qəbələ”nin, həm də “Qarabağ”ın qolkiperləri ilk 45 dəqiqədə, demək olar ki, ciddi şəkildə oyuna qoşulmadı. Birinci yarıda ən yaddaqalan təhlükəli vəziyyət şimallıların qapısı önündə yaşandı. Son dəqiqələrdə Deda sürətlə cərimə meydançasına daxil olmaq istəsə də, “qırmızı-qaralar”ın müdafiəçisi ona qarşı kobud oynadı ki, laysmanın işarəsi ilə İnqilab Məmmədov fitini səsləndirdi. Cərimə meydançasının yaxınlığında təyin olunan cərimə zərbəsindən sonra qapı önünə asmanı zərərçəkən özü başla qapadı. Ancaq top cüzi fərqlə “çərçivə”dən yan keçdi.
Heç-heçənin sərf etmədiyini yaxşı başa düşən Rəşad Sadıqovun yetirmələri fasilədən sonra daha fəal təsir bağışlayırdılar. Onlar daha çox irəli atılır, böyük qüvvə ilə rəqibin üstünə gedirdi. Famil Xəlilovun komandası isə müdafiədə etibarlı oynayıb, rəqibi əks-hücumda yaxalamağa çalışırdı. 78-ci dəqiqədə şimallılar az qala hesabı açacaqdı. Əli Sadıqov sağ cinahda topu rəqibdən “oğurlayıb”, sürətlə cərimə meydançasına daxil olaraq qapıya zərbə endirsə də, qolkiper inamlı oynayaraq topun tora daxil olmasına imkan vermədi. Son 10 dəqiqə daha gərgin məcrada keçdi. Artıq hər iki komanda meydanda futbol oynamaq əvəzinə “vuruşurdu” desək, yanılmarıq. Gücü tükənən yeniyetmələr ayaqüstə zorla durmalarına baxmayaraq, sona qədər mübarizə aparır, top itkisinə yol vermək istəmirdi. Hakimin əsas vaxta əlavə etdiyi 5 dəqiqə isə Sadıqovun komandasının basqısı altında keçdi. Buna baxmayaraq, onların cəhdləri səmərəsiz qaldı və oyun qolsuz “sülh”lə bitdi. Bu isə “Qəbələ”nin çempion olması demək idi. Hakimin final fitindən sonra ağdamlılar üzgün halda meydana yıxılıb göz yaşlarını axıtsalar da, “qırmızı-qaralar” çempionluğu böyük coşqu ilə bayram etdilər.
Oyun başa çatandan sonra AFFA rəhbərliyi Gənclər Liqasının mükafatçılarının təltif etmə mərasimini keçirdi. Mükafatları AFFA İcraiyyə Komitəsinin üzvləri - "Qarabağ"ın və millinin baş məşqçisi Qurban Qurbanov, veteran futbolçular İsgəndər Cavadovla Vaqif Sadıqov, həmçinin AFFA-nın Texniki Departamentinin direktoru Bernard Lippert təqdim etdi. Əvvəlcə fərdi mükafatlar sahiblərini tapdı. Həsən Əliquliyev (Səbail) ən yaxşı qapıçı, Tural Vəlizadə (Qarabağ) ən yaxşı oyunçu, Kamran Quliyev (Qəbələ) isə ən məhsuldar oyunçu kimi xatirə hədiyyələri aldı.
Daha sonra "Səbail"ə bürünc, "Qarabağ"a gümüş, "Qəbələ"yə isə qızıl medal və Gənclər Liqasının kuboku təqdim olundu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar