03 may 23:12gundem

AFFA klubları “İnStat” məlumatları və topla təmin edəcək

AFFA klubları “İnStat” məlumatları və topla təmin edəcək
“Qəbələ”nin vitse-prezidenti iclasa 40 dəqiqə gecikdi
Çərşənbə axşamı “Bulvar otel”də Klublar Komitəsinin növbəti iclası keçirildi. Səhər saat 10-a təyin olunan toplantıya deyilən vaxtda AFFA-nın baş katibi Elxan Məmmədov və premyer-liqanın 8 klubundan 7-nin nümayəndəsi özünü yetirsə də, 15 dəqiqə gecikmə ilə başladı. Bu da “Qəbələ” təmsilçisinin yubanması ilə bağlı idi. Klub nümayəndəsi ilə əlaqə saxlanıldı, yubandığı aydınlaşdı. Beləliklə, AFFA-nın baş katibinin, Klublar Komitəsinin sədri Kamran Quliyevin, həmçinin Rəmiş Malıyev (Keşlə), Riad Rəfiyev (Sumqayıt), Elnur Camalxanov (Kəpəz), Ramin Həsənov (Səbail), Asif Əsgərov (Qarabağ) və Natiq İsmayılovun (Zirə) iştirakı ilə müzakirələrə start verildi. “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov isə təxminən 40 dəqiqə sonra gəlib çıxdı. O, tədbirə qatılmamış jurnalistlərlə salamlaşdı və gecikməsinin üzürlü səbəbinin olduğunu, eyni zamanda ilk dəfə belə halın yaşandığını bildirdi, zarafatla bunu yazmamağımızı istədi...
KK-nın iclas gündəliyi zəngin idi:
1. Baş katib Elxan Məmmədovun çıxışı;
2. Əvəzedici komandaların birinci divizionda iştiraklarının mümkünlüyünün müzakirəsi;
3. Uşaq liqalarında (U-10 – U-14) pley-off mərhələsində uduzan oyunçuların komandalarını dəyişmələrinin müzakirəsi;
4. U-15 və yuxarı liqa oyunlarının birləşməsi (məqsəd xərclərin azaldılmasıdı);
5. U-10 – U-14 liqalarının final mərhələsinin keçirilmə sistemlərinin dəyişdirilmə ehtimalının müzakirəsi;
6. Digər məsələlər.
Toplantı təxminən iki saat davam etdi. Klublar Komitəsinin sədri Kamran Quliyev brifinq keçirərək, iclasın gündəliyindəki, eləcə də əlavə təkliflər əsasında müzakirə olunan məsələlərlə bağlı danışdı. İclası “əvvəlkilərdən daha məhsuldar” sayan komitə sədri arabir qeyd apardığı vərəqəyə nəzər yetirə-yetirə “bağlı qapılar arxasındakı” görüşün təfərrüatını açıqladı:
* Avropada belə bir təcrübə var ki, böyük şirkətlə müqavilə bağlanılır və həmin şirkət çempionatı toplarla təmin edir. Bir neçə iclas əvvəl AFFA-ya müraciət etmişdik. Assosiasiya bu gün məlumat verdi ki, gələn mövsümdən AFFA-nın “Nike” şirkəti ilə əməkdaşlığı olacaq və bütün komandalara bu şirkətin topları pulsuz paylanılacaq.
* AFFA dünya nəhəngi olan “İnStat” şirkəti ilə müqavilə imzalayıb. Hər kluba ehtiyacı olan statistik məlumatlar veriləcək. Assosiasiyanın dəstəyi sayəsində kublar hər il 13-14 min avro pula qənaət edəcək.
* Yayınla bağlı məsələ qaldırılmışdı ki, həftəiçi keçirilən matçlar erkən saatda oynanılmasın. Gərək azarkeşlərin marağına uyğun qərar verək. Oyunlar həftəiçi, saat 3-4-də keçirilə bilməz. Çünki azarkeşlərin stadiona axını bizim üçün vacibdi. Bu məsələ mövsümün sonunda bir daha müzakirə olunacaq.
* Aşağı yaş qruplarında bir neçə liqanı eyni gündə keçirmək məsələsi müzakirə olundu. Bu da klubların vəsaitinə qənaət yoludu. AFFA-ya müraciət etdik ki, U-15 və U-17 liqalarında həftəiçi keçirilən oyunların günləri eyni olsun. Bununla bağlı eksperiment olacaq. Uğurlu olsa, gələn mövsümdən qalan liqalar da birləşə bilər. Texniki məsələlərə baxılacaq və təqvim şəklində klublara göndəriləcək.
* Bu gün U-19 liqasının gücləndirilməsi məsələsi də səsləndirildi. Bildiyiniz kimi, Gənclər Liqasının qalibi Avropada ölkəmizi təmsil edir. Yaşca böyük olan bir neçə futbolçunun iştirak ərizəsinə salınması təklif olundu. Premyer-liqada hazırda yaş limiti var. Təklif olundu ki, Gənclər Liqasının formatında da dəyişiklik olunsun. Bu da əvəzedicilər arasında çempionatın keçirilməsini bir qədər sual altına salır. Amma bu barədə hələ müzakirələr gedir. Klublar arasında yazışmalar gedəcək. Məqsəd U-19 liqasını gücləndirməkdi. Çünki bu liqanın çempionu ölkəmizi Avropada təmsil edir. Klublar bununla bağlı narahatdı. Bu yaş qrupunda rəqabət, çempionatın səviyyəsi güclü deyil. Avropa arenasındakı nəticələr də buna sübutdu.
* Gələn mövsüm premyer-liqanın hazırkı limitlə davam etməsini təklif edəcəyik. Bu, sadəcə, klubların fikridi. 1998-99 təvəllüdlü oyunçuların limitə düşməsi fikri səsləndirildi. Qərarı isə AFFA İcraiyyə Komitəsi verəcək.
* Gündəlikdəki məsələlərdən biri aşağı yaş qruplarında final mərhələsinə vəsiqə qazana bilməyən komandaların futbolçularının digər klublara icarəyə verilməsi idi. Hansısa yeniyetmə perspektivli futbolçudusa və komandası mübarizəni dayandırıbsa, 6 ay futbolsuz qalmaq ehtimalı yaranacaq. Amma o uşağın qarşısını almaq doğru olmaz. Həmin istedadlı uşağın final mərhələsində başqa klubun formasını geyməsi daha yaxşı olardı. Çünki aşağı yaş qruplarında nəticə bizim üçün önəmli deyil. Həmin istedadlı yeniyetmənin nə vaxtsa milliyə yüksəlməsi bizim üçün əsas nəticə olar. Bu məsələni dəyişilməz olaraq saxlamaq qərarına gəldik.
* Birinci divizionla əvəzedicilərin birləşməsi məsələsində konkret fikir yoxdu. Bəzi klublar bunun əleyhinədi. Müxtəlif fikirlər səsləndirildi. “Neftçi” olaraq, bizim etirazımız yoxdu. Halbuki belə qərarlar səs çoxluğu ilə qəbul olunur. Bir məqam var ki, divizionda problemlər çoxdu. Söhbətin nədən getdiyini yaxşı bilirsiz. Böyük tarixi olan klubun həmin problemlərin tərkib hissəsi olması yaxşı hal deyil. Bu, bizim üçün də risklidi. Digər tərəfdən, idman prizmasından yanaşsaq, yeniyetmə və gənclərin özlərindən nisbətən böyük yaşda futbolçulara qarşı oynaması yaxşıdı. Klubların çoxu bunu dəstəkləmədiyi üçün hələlik bu məsələ donduruldu. Qarşıdakı iclaslarda buna qayıdacağımıza inanmıram.
* Avrokuboka vəsiqə qazanan komandalar püşkatmadan sonra yeni transferlərdə viza problemi ilə üzləşirlər. Bununla bağlı AFFA-ya müraciət olunub. AFFA bu işdə bizə dəstək verəcək. Vizanın alınmasında hər hansı problem yaransa, klublar AFFA-ya müraciət edəcək və qurum da əməkdaşlıq etdiyi səfirliklərlə işi sürətləndirmək üçün təmasa keçəcək.
Kamran Quliyev sonda “Neftçi”də baş məşqçi dəyişikliyinin olub-olmayacağı ilə bağlı suala da cavab verdi: “Xahiş edirəm, müzakirələri sonraya saxlayaq. Çünki bu söz-söhbət həm ona, həm də komandaya mənfi təsir edir. Tərlan Əhmədovla müqaviləmiz var və baş məşqçimizin arxasındayıq. Olduqca təcrübəli və komandanı yaxşı tanıyan çalışdırıcımız var. Digər klubda çalışanda da baş məşqçiyə sona qədər dəstək vermişəm. Mövsüm başa çatandan sonra həm Tərlan Əhmədovla, həm də sponsorumuzla məsələni müzakirə edə bilərik. Hər şey ola bilər, yolumuzu davam etdirə də bilərik, ayrıla da. Mövsümün sonudu, il ərzində görülən işlərin bəhrəsinin olub-olmayacağı son turlardan asılıdı. İndi baş məşqçi məsələsini müzakirə etmək dəstək olmaq yox, söz-söhbət yaratmaqdı”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:31 Balayevli “Tobol”dan ardıcıl ikinci qələbə 14-03-2019, 23:12 "Ağsu" paytaxtda sürpriz gerçəkləşdirdi 14-03-2019, 23:10 Klublar Komitəsi PFL-ə məktub göndərəcək 14-03-2019, 23:08 Yurçeviç sürprizlərlə zəngin siyahı açıqladı 14-03-2019, 23:07 “CBC Sport”un iclasında günahkarlara irad bildirilib 14-03-2019, 23:06 “Bürünc “Neftçi”nin daha bir üzvü yubileyini qeyd etdi 14-03-2019, 23:04 Stuxlik özü müəyyənləşdirdiyi tələbləri pozdu 14-03-2019, 23:01 Elxan Məmmədov və PFL rəsmiləri KK-nın iclasına qatıldı 14-03-2019, 22:56 İntizam Komitəsi “Sumqayıt”ı baş məşqçisiz və qapıçısız qoydu 14-03-2019, 22:55 Koçuk Fransa və Türkiyə ilə oyunlara dəvət aldı 14-03-2019, 22:53 “Bakcell Arena”da yalnız qələbə üçün döyüşəcəklər 14-03-2019, 22:50 Elnurla Nazim “Dauqavpils”ə lazım olmadı 14-03-2019, 22:49 Litva 23 futbolçu ilə gəlir 14-03-2019, 22:47 EFA azərbaycanlı uşaqları Avropa üçün hazırlayır 14-03-2019, 22:41 “Sumqayıt” Zakir Mahmudovu işlə təmin etdi 14-03-2019, 22:40 “Qəbələ” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək 14-03-2019, 22:38 Tur sabah başlayıb 10 gün sonra bitəcək 14-03-2019, 22:37 U-19 ADBTİA ilə bacarmadı 14-03-2019, 22:36 Ağatahir Əzimov hamıdan narazıdı 14-03-2019, 22:34 Mustivar Kuba ilə oyuna çağırıldı 14-03-2019, 22:32 Aqolli vida müsahibəsini verib, bəndənizdən şübhələndi 13-03-2019, 12:58 Turun statistikası 13-03-2019, 12:55 Turun məşqçisi 13-03-2019, 12:55 Turdan məqamlar 13-03-2019, 12:52 Yığmanın heyəti açıqlandı 13-03-2019, 12:50 İlham Əliyev Avroliqanın finalı ilə bağlı sərəncam imzaladı 13-03-2019, 12:48 Nikola Yurçevçin siyahısında kimlər yer alacaq? 13-03-2019, 12:46 “Zirə” – “Keşlə” matçını PFL yayınlayacaq 13-03-2019, 12:45 “Atromitos” Əliyarın idarəçiliyindən narazı qaldı 13-03-2019, 12:41 Rövşən Əhmədov oğlunun idarə etdiyi oyunu izləməyib 13-03-2019, 12:40 “Qəbələ”nin məşqçisinə “Tərəqqi” medalı verildi 13-03-2019, 12:39 İlk “3-lük”də dəyişiklik 13-03-2019, 12:37 AÇ üçün 14 nəfərlik heyət 13-03-2019, 12:36 Medvedev Hüseynov qardaşlarını qabaqladı 13-03-2019, 12:34 Turnirdə ikinci məğlubiyyət 13-03-2019, 12:32 “Sabah”lıların hərəsi uğursuzluğa bir səbəb göstərdi Bütün xəbərlər
Ən çox oxunanlar