03 may 22:16gundem

Mütəxəssislər peşəkarlığı önə çəkdi

Mütəxəssislər peşəkarlığı önə çəkdi
Mehman Allahverdiyev: “AFFA-nın tələbləri sərt olsa da, təqdirəlayiqdi”
“Növbəti mövsüm premyer-liqada neçə komanda olacaq” sualı son günlərin ən aktual mövzusudu. Artıq neçənci bahardı ki, futbol ictimaiyyəti, idman mediası və azarkeşlər premyer-liqanın finişi ərəfəsində bu mövzu ətrafında baş sındırır, növbəti “futbol ili” ilə bağlı proqnozlar verir. 2017/18 mövsümü də istisna olmadı.
Bir neçə gün öncəyə qədər 2018/19 mövsümündə elitada mübarizə aparacaq komandaların sayında artım olacağına inananların sayı yetərincə çox idi ki, bu da əbəs deyildi. Çünki hələ cari mövsümün əvvəlində ölkənin futbol təsərrüfatına rəhbərlik edən şəxslər hər fürsətdə növbəti çempionatda çıxış edən klubların sayının artırılmasından ağızdolusu danışır, ölkədə futbolun coğrafiyasının genişlənəcəyinə eyham vururdular. Ancaq Klublar Komitəsinin mayın 1-də keçirilən toplantısına qatılan AFFA-nın baş katibi Elxan Məmmədov mətbuata açıqlamasında bu yöndə heç də ümidverici fikirlər səsləndirmədi. Baş katibin dediklərinə əsasən birinci divizionda mübarizə aparanların və premyer-liqa iddiasında olanların əksəriyyəti Lisenziyalaşdırma Komissiyasının tələblərinə cavab vermir. Premyer-liqada çıxış etmək istəyənlər ilk növbədə klub kimi formalaşmalı, infrastrukturu günün tələbinə cavab verməlidi. Bundan başqa, iddialılar idarəçilik sistemində tələb olunan kadr problemini həll etməli, aşağı yaş qrupları ilə bağlı çatışmazlıqları aradan qaldırmalıdı. Bir sözlə, AFFA rəhbərliyi bu tələbləri yerinə yetirənlər qarşısında “yaşıl işıq yandırmaq” fikrindədi. Əks halda 2018/19 “futbol ili”ndə də premyer-liqada 8 klub mükafatlar uğrunda mübarizə aparacaq.
Bəs görəsən, futbol ictimaiyyəti bu məsələ ilə bağlı hansı fikridədi? Elita təmsilçilərinin sayının artırılmamasının ölkə futboluna ziyanı olamayacaq ki? Ölkənin ən titullu məşqçilərindən biri olan, “Kəpəz”in sabiq çalışdırıcısı Mehman Allahverdiyevin fikrincə, bunun mənfi və müsbət tərəfləri var: “2020-ci ildə Azərbaycan Avropa çempionatına evsahibliyi edəcək ölkələrdən biridi. Ona görə də AFFA rəhbərliyi çalışır ki, daxili çempionatda çıxış edən klublarda heç bir problem olmasın. Sabah hansısa klub premyer-liqada çıxışını yarımçıq saxlasa, bu Azərbaycanın adına xələl gətirəcək. Bu üzdən də rəsmilər klublar qarşısına ciddi tələblər qoyurlar və heç kimə güzəşt etmək niyyətləri yoxdu. Sabitlik baxımından bu çox yaxşıdı. Kimin, hansı klubun sabit maliyyə dayağı varsa, ona “yaşıl işıqdı”. Ancaq digər tərəfdən premyer-liqa klublarının sayının azlığı yerli futbolçuların inkişafına mane olur. Komanda sayı çox olanda onlar da özlərini göstərmək üçün imkan qazanırlar. Belə də əsas millinin və müxtəlif yaş qrupları üzrə yığmaların məşqçilər korpusuna futbolçu tapmaq da asanlaşır. Fikrimcə, belə nüanslara baxmayaraq, ilk növbədə peşəkarlaşma yolunda addım atılmalıdı. Ona görə də AFFA-nın tələbləri sərt olsa da, təqdirəlayiqdi”.
“Sumqayıt”ın sabiq baş məşqçisi, hazırda “kimyaçılar”ın U-19 komandasını çalışdıran Aqil Məmmədovun isə məsələyə reaksiyası belə oldu: “Hamı kimi mən də istəyərdim ki, premyer-liqada komanda sayı daha çox olsun. Belədə yerli futbolçular özünü göstərmək imkanı qazana bilər. Bundan başqa, çempionatda klublar daha çox oyun keçirmiş olar, həm də müəyyən intriqa yaşanar. Ancaq xətir üstə xəstə yatmaq da düzgün deyil. “Araz Naxçıvan”nın bir neçə turdan sonra çıxışını dayandırması hələ yaddaşlardan silinməyib. Odu ki, tələblər sərt olsa da, elitada çıxış etmək istəyən klublar onu yerinə yetirməlidi. Aşağı yaş qrupları, normal şəraiti olmayan klubların premyer-liqaya buraxılması bizə heç nə verməyəcək. Onlar birgünlük şirkətlər kimidi. Qarşısına ciddi hədəflər qoyan klublar ilk növbədə bütün tələbləri yerinə yetirməli, sonradan elita haqda düşünməlidi. Belə komandaların olması heç futbolçulara da sərf etmir. Yaxın keçmişi unutmayaq. Vaxtilə hansısa klubun və ya klubların futbolçularının aylarla maaş üzünə həsrət qalması, oyunçuların buna etiraz olaraq meydana çıxmayacaqları ilə bağlı rəhbərliyə hədə-qorxu gəlməsi hamının yadındadı. Ancaq son illərdə, AFFA lisenziyalaşdırma ilə bağlı tələbləri sərtləşdirəndən sonra belə problemlər yaşanmır. Tək-tük halları çıxmaq şərti ilə indi bütün klublar vaxtında oyunçulara maaş verir. Ona görə də AFFA-nın bu addımını anlayışla qarşılayıram”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:30 “Qüvvələr nisbəti bərabər deyildi” Bu gün, 12:28 Basketbol Federasiyası bəyanat yaydı Bu gün, 12:26 Qadzenin transferi yaya qaldı Bu gün, 12:24 Mütəxəssislər Roberto Bordinin qərarına hörmət edir Bu gün, 12:22 Futbolçuları Bordinin həmyerlisi müayinə etdi Bu gün, 12:21 PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir Bu gün, 12:19 Tanış serblər Obradoviçi təriflədilər Bu gün, 12:17 Elbrus Məmmədov “Sumqayıt”dan ayrılmayacaq Bu gün, 12:15 "Qarabağ" qələbənin bəhrəsini gördü Bu gün, 12:11 “Qarabağ”ın oyunu sabah 18.00-da başlayacaq Bu gün, 12:07 “İnter”də ayrıldılar, “Sabah”da qovuşdular Bu gün, 11:06 Futzalın kubok mənzərəsi Bu gün, 11:04 “Ağsu” Şamaxıda meydana çıxacaq Bu gün, 11:03 Şeydayevlə Səmədov BƏƏ-yə yollandı Bu gün, 11:02 Klub rəhbərliyi Nasimovu əliboş yola salıb Bu gün, 11:00 “Qardaşlar” Region Liqasına hazırlaşır Bu gün, 10:58 Liderlər üçün “qara həftə” Bu gün, 10:57 Oxucu məktubu Bu gün, 10:55 "Zirə"nin bütün rəqibləri açıqlandı Bu gün, 10:53 Elvin Bədəlov “Sumqayıt”da baxışdadı Bu gün, 10:52 “Qəbələ” Adeniyisiz hazırlaşır Bu gün, 10:51 Karikari BƏƏ-yə yollandı Bu gün, 10:49 Əfqan Həmzəyev Beynəlxalq Tələbə Futbol İttifaqının baş katibi seçildi Bu gün, 10:46 “Kəpəz” Tovuzda uduzdu Bu gün, 10:45 Pedronun iki variantı var Dünən, 14:51 Tahir Süleymanov “Neftçi”nin tədbirinə dodaq büzdü Dünən, 14:49 Qış "transfer pəncərəsi" rəsmən açıldı Dünən, 14:46 Eddidən növbəti 90 dəqiqəlik oyun Dünən, 14:45 Almeyda Koreyadan gələn təklifi rədd edib Dünən, 14:42 Riçardın “Astana” karyerasına baxış... Dünən, 14:39 Oyun təxirə salındı, Almeyda Qurbanova qalib gəldi Dünən, 14:30 “Zirə” Antalyaya 8-ci səfərini gerçəkləşdirdi Dünən, 14:28 “Hücumçudan necə oynadığını yox, neçə qol vurduğunu soruşurlar” Dünən, 14:20 Komitə üzvləri Obradoviçi təriflədilər Dünən, 14:17 1/16 finalçılar müəyyənləşdi Dünən, 14:14 “Turan Tovuz” yoxlama görüşləri üçün Gürcüstana gedə bilər Dünən, 14:08 Elbrus Məmmədov Obradoviçin köməkçisi olacaq Dünən, 14:06 Coşqun Diniyev “Sabah”la anlaşdı Dünən, 14:02 Həftənin idman proqramı Dünən, 13:59 Klublar çempionatı boykot etdi Dünən, 13:57 “Keşlə” Antalyaya yollandı, Kərimi əməliyyat olundu Dünən, 13:55 Dario gəldi, “Neftçi” getdi Dünən, 13:54 “Araz”ın sabiq qapıçısı Alfa Liqada iki dəfə çox qazanır Dünən, 13:50 “Sabah” qələbəylə başladı Dünən, 13:49 “Qəbələ” qələbə ilə getdi Dünən, 13:46 Delarj gələcəyini “Qarabağ”da görür 13-01-2019, 18:41 “Şüvəlan” Tural Qürbətovla güclənib 13-01-2019, 18:38 Ayxan Abbasov baxışda olanları bəyənməyib 13-01-2019, 18:36 “Sumqayıt” ikinci yarıda coşdu 13-01-2019, 18:33 Vüqar Həşimov yad olundu 13-01-2019, 18:32 Dino 19 qol vursa da... 13-01-2019, 18:30 Kubok sürprizlərlə başladı 13-01-2019, 18:25 “Astana” Almeydanı icarəyə verir 13-01-2019, 18:24 Azər Məmmədov “Qarabağ”ın əvəzedicilərinin baş məşqçisi oldu 13-01-2019, 18:22 Hakimlərin Mingəçevir toplanışı başladı 13-01-2019, 18:14 Obradoviçin U-21-ə təyinatı rəsmiləşdi 13-01-2019, 18:11 Roberto Bordin hücumçu və yarımmüdafiəçi axtarır Bütün xəbərlər
Ən çox oxunanlar