02 may 13:26gundem

Azərbaycana səs salan italyan uşağın atası “Futbol+”ə danışdı

Azərbaycana səs salan italyan uşağın atası “Futbol+”ə danışdı
Serxio Mezzotero: “Ata məsləhəti istəsə, mən ona Azərbaycan yığmasını seçməyi tövsiyə edərəm”
Lorentso Mezzotero... Bu ad-soyad son vaxtlar çox məşhurlaşıb. Azərbaycanın uşaq futbolunda fırtına kimi əsən bu oğlanın avqustda 10 yaşı olacaq. Futbolçu olmasına hələ çox var. Buna baxmayaraq, oyunu, xüsusilə də vurduğu saysız-hesabsız qollar ilə diqqəti özünə çəkməyi bacarıb.
“Qarabağ”ın aşağı yaş qruplarından ibarət komandalarında yetişən, daha sonra “Neftçi”də İslam Kərimovdan futbol dərsi alan, əslən italyan olan uşağın gələcəkdə ölkəmizi tərk etmək ehtimalı artıq indidən bir çoxlarının narahatlığına səbəb olub. Atası müqavilə şərtləri əsasında Bakıda çalışır deyə, sabah başqa ölkəyə yollansa, təbii ki, oğlunu da özüylə aparacaq. Və beləcə, futbolumuz xoş gələcək vəd edən Mezzoteronu itirmiş olacaq. O vaxta hələ çox var. “Həyatın gərdişini bilmək olmaz” deyib, Lorentsonun atası Serxio Mezzotero ilə danışdıq, övladı ilə bağlı suallar ətrafında söhbətləşdik.
- Vaxtınız və həvəsiniz varsa, oğlunuzla bağlı danışardıq.
- Suallarınız futbolla bağlı olacaqsa, ən yaxşısı Lorentso yanımda olanda zəng vurun. Çünki o futbolu məndən daha yaxşı bilir (gülür). Amma başqa mövzular ətrafında nə qədər istəsəz, danışaq, problem yoxdu.
- Ümumi suallardı, narahat olmağza dəyməz.
- Onda başladıq (gülür).
- Neçə ildi Azərbaycandasız?
- 2014-ün iyunundan.
- Bura gəlməzdən əvvəl hansı ölkələrdə işləmisiz?
- Kanadada və Norveçdə.
- Lorentso harda anadan olub?
- Yaddaşım məni yanıtmırsa, İtaliyada, Montsa şəhərində (gülür).
- Lorentso tək uşaqdı, yoxsa bacı-qardaşı var?
- Özündən böyük qardaşı var – Françesko. Onun 11 yaşı var.
- O da futbolla məşğul olur?
- Yox-yox, o gələcəyin cüdoçusudu. Bakıda cüdo ilə məşğul olur.
- Futbola maraq hardandı belə?
- Mən futbolu sevmirəm. Sizi inandırım, Lorentso futbolla məşğul olmasa, heç baxmaram da. Amma son vaxtlar içimdə gizli sevgi yaranıb. Özümdən asılı olmadan futbola həvəs göstərməyə başlamışam. Lorentso futbola təzə başlayanda belə deyildim. İnanın, bu oyunun qaydalarından xəbərim yox idi. Videolara baxırdım, xəbərləri oxuyurdum ki, nələrisə öyrənim. Sanki böyüdükcə marağım daha da çoxalır. Siz bilərsiz, nədəndi? (gülür)
- Xoş gələcəyinə inam artır. Hiss etməyə başlayırsız ki, bu uşağın gələcəyi futbolçudu.
- Bəlkə də siz deyən kimidi. Amma mən belə fərziyələrə inanmıram. Heç 10 yaşı tamam olmayıb. Futbolçu olmasına 7-8 il vaxt var. Bilmək olmaz, gələcəyi necə olacaq.
- Lorentso futbolla neçə yaşından məşğul olur?
- 4 yaşından. O vaxt Kanadada yaşayırdıq. Hədsiz həvəsini görüb, akademiyaya yazdırdım.
- Anasının həvəsi var?
- Sizə deyim ki, ilk vaxtlar anası buna qarşıydı. Qətiyyən futbolçu olmasını istəmirdi. Söz deyəndə də cavab verirdi ki, dünyadakı uşaqların 70-80 faizi futbolla məşğul olursa, mən nə bilim, gələcəkdə necə olacaq. Ən yaxşısı diqqətini təhsilinə ayırsın. Ötən il Lorentso “Neftçi”nin heyətində Tiflisə turnirə getmişdi. Oyunlar başa çatandan sonra oğlumu təriflədilər, hətta Tiflis “Dinamo”su onu müəyyən məbləğ qarşılığında almaq istəyirdi. Bir müddət əvvəl isə İtaliyada və Türkiyədə oldular. “İzmir Cup”da “Fənərbaxça”nın, Bilbao “Atletik”inin qapısına yol tapandan sonra yenə xoş fikirlər səsləndirdilər, uşağın xoş gələcəyindən danışdılar. Anası bütün bunları eşidəndən sonra həvəsləndi, başqa fikirlər ağlından çıxdı.
- Bəs onda Lorentsoda futbola maraq hardandı?
- Deməli, Lorentsonun 4 yaşı olanda yaxınlıqdakı parkda gəzirdik. Orda çox uşaq vardı, hamısı bir topun dalınca düşürdü. Bilmək olmurdu, nə etmək istəyirlər. Sonra Lorentso da onlara qoşuldu və qaçmağa başladı. Topla elə qaçır, elə hərəkətlər edirdi ki, futboldan başım çıxmasa da, diqqətimi çəkirdi. Hamıdan fərqli olduğunu görürdüm. Kənardan izləyənlər dedilər ki, bu uşaq yaxşı futbolçu olacaq, onu futbola yazdırın. Nədənsə bu söz ağlıma batdı. Aparıb akademiyaya yazdırdım. .. Lorentsoda bu oyuna inanılmaz həvəs var. Məsələn, o biri oğlum Françesko bəlkə də 15 idman növü ilə məşğul olandan sonra cüdonu seçdi. Amma Lorentsoda güləşə, boksa, tennisə maraq olmayıb. Bu uşaq futbolla yaşayır.
- Dərslərini necə oxuyur?
- Əlaçıdı, hamı ondan danışır.
- Hansı məktəbdə oxuyur?
- Baku İnternational School (Bakı Beynəlxalq Məktəbi), “Gənclik”dədi.
- Futbolla məşğul olan uşaqların böyük əksəriyyəti dərs oxumağı sevmir. Gecə-gündüz top haqda düşünürlər.
- Əsla elə şey ola bilməz. Özünə də demişəm, futbola davam etmək istəyirsənsə, qiymətlərin məni və ananı razı salmalıdı. Hər bir insan çalışdığı sahədən asılı olmayaraq, ilk növbədə şəxsiyyət olmalıdı. Bunun üçün isə savad, dünyagörüşü lazım gəlir. Görsək ki qiymətləri kafidi, dərhal futboldan ayıracağıq. Ona görə də dərslərin nə dərəcədə vacib olduğunu bilir.
- Məktəbə gedib-gəlirsiz?
- Məktəb və təhsil həssas yerimdi. Futboldan anlayışsız olduğuma baxmayın. Mən müəllim ailəsində böyümüşəm, anam da, atam da müəllim olub. Kasıb ailədə böyümüşəm, bir tikə çörək tapanda şükür etmişik. Ona görə də təhsilə böyük önəm vermişik. Oğullarıma da bunu başa salıram ki, oxuduqların, öyrəndiklərin daim başında qalır, hər zaman səninlədi. Amma futbola, yaxud cüdoya sabah “əlvida” deyə bilərsən.
- Səmimi deyin, Lorentsonu təhsilli polis, prokuror, tərcüməçi, həkim, səfir kimi görmək istərdiz, yoxsa futbolçu?
- Oxuduğum təcrübələr əsasında deyə bilərəm ki, bir futbolçunun 9-10 yaşında fitri istedada malik olması gələcəkdə futbolçu olması anlamına gəlmir. Belə istedadların çoxu 16-17 yaşına qədər məhv olur, ya da futboldan uzaqlaşır. Hazırda onların içdən gələn hissin, istəyin dalınca düşən vaxtıdı. Amma kişiləşəndə, belə deyim, 17-18 yaşına çatanda artıq gələcəyi üçün qərar verməyi bacaracaq. O yaşda biz ondan nəsə tələb edə bilmərik. Çünki qərarı özü verməlidi. Görsək ki indiki bacarığı gələcəkdə də olacaq, niyə də futbolçu olmasın?!
- Özü kim olmaq istəyir?
- İndi ancaq futbolçu olmaqdan bəhs edir, ağlına başqa heç nə gəlmir (gülür).
- Evdə salamat şüşə, güzgü, pəncərə, qab-qacaq qalıb?
- Nə mənada?
- Yəni topun zərbələrinə tuş gəlməyiblər?
- (uca səslə gülür) Mənim uşaqlarım ağıllıdı. Dərk edirlər ki, ev yaşamaq, yemək yemək, yatmaq, dincəlmək, dərs oxumaq üçündü. Futbolu isə həyətdəki meydançada oynayırlar. Ola bilsin, evdə topla hansısa hərəkəti etmək həvəsinə düşər, 5-10 dəqiqə məşğul olar. Amma ora-bura qaçmaq, vurub şüşələri sındırmaq - bunlar qəbulolunmazdı. “Rose Ville”də qalırıq, uşaqların rahatlığı üçün hər cür şərait var.
- Məşqlər, oyunlar, dərslər - uşaq yorulmur? İnanılmaz fiziki və psixoloji gücə sahib olmalıdı.
- Heç bir yorğunluq yoxdu. Fiziki güc anasından keçib ona. Xanımım uzun müddət qaçışla məşğul olub, indinin özündə də bəzən idman edir. O ki qaldı yorulmaq məsələsinə, həftədə 4 dəfə məşqə gedir, bir dəfə də oyun olur. Qalan vaxtları isə dərslərinə sərf edir. Onun indi qaçıb-tutan vaxtıdı. Futbolçu olmaq istəyirsə, əziyyətə qatlaşmalıdı. Bir də həmyaşıdları da onun kimidi də. Həm dərslərini oxuyurlar, həm də futbolla məşğul olurlar. Futbolu özü seçib, biz onu məcbur etməmişik ki (gülür).
- Neçə vaxtdı “Neftçi”dədi. Bu müddət ərzində xarici klublardan təklif almısız?
- Bir müddət əvvəl “İnter”lə “Milan”dan müraciət olmuşdu. Lorentsonu baxışa çağırmaq istəyirdilər.
- Nə oldu?
- Razılıq vermədim. Çünki hazırda Azərbaycanda yaşayıram. Oğlumu bəyənsəydilər, onu İtaliyaya tək buraxmazdım. Özümüzün ora qayıtmağımız isə bu gün mümkün deyil.
- Bildiyimə görə, SOCAR-ın tərkibindəki şirkətlərin birində çalışırsız.
- Elədi.
- Bundan sonra neçə illik müqaviləniz var?
- Müqavilə hər il yenilənir. İstəsəm, anlaşmanın müddətini uzada bilərəm. İstəməsəm də, gedərəm. Amma bu haqda qətiyyən düşünmürəm. Ailəm özünü Bakıda çox rahat hiss edir. Alınarsa, Azərbaycanda daha çox yaşamaq istəyərəm. Hər şey şirkətdən və “Neftçi”dən asılıdı. Amma öz xoşumla heç yerə getmək fikrim yoxdu (gülür).
- Deyək ki, Lorentso böyüdü, adından söz etdirən futbolçu oldu. Ona həm Azərbaycan, həm də İtaliya yığmasından təkif var. Sizin bir valideyn kimi məsləhətiniz nə olar?
- İtaliya yığması, sadəcə, mümkünsüzdü. Çünki ora dəvət olunan futbolçuların 90 faizi məşçqçilərin uzun illər tanıdığı, ölkənin aparıcı klublarında oynamış oyunçulardı. Çox nadir hallarda ortabab klublardan futbolçu dəvət edirlər.
- Tutaq ki, dəvət etdilər...
- (fikirləşir) Əlbəttə, seçimi öz öhdəsinə buraxaram. Amma ata məsləhəti istəsə, mən ona Azərbaycan yığmasını seçməyi tövsiyə edərəm.
- Niyə?
- Lorentso Bakıya gələndə 5-6 yaşı vardı. Futbolun sirlərini burda öyrənib, burda yeyib-içib, böyüyüb. O vaxta qədər burda qalsaq, dost-tanışının çoxu azərbaycanlı olacaq. Məhz buna görə də gələcəkdə Azərbaycan millisinin şərəfini qorumasını istəyərdim. Təbii ki, yığmadan əvvəl “Neftçi”də oynamalıdı (gülür). Bu haqda danışmaq hələ tezdi. 10 yaşı tamam olmayıb heç.
- Bakıda yaşamaq xoşunuza gəlir?
- Açığı, elə bilirəm İtaliyadayam. Bakının Milandan, Ottavadan fərqi yoxdu. Həm də burdakı insanlar İtaliyanı və italyanları sevirlər. Biz də sizi sevirik. Ona görə də qardaşıq. Heç yerə getmək fikrimiz yoxdu, burda qalacağıq (gülür).
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Bu gün, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Bu gün, 13:51 Turun statistikası Bu gün, 13:43 Turun məşqçisi Bu gün, 13:38 Turdan məqamlar Bu gün, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Bu gün, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Bu gün, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Bu gün, 13:32 DÇ-yə hazırlıq başladı Bu gün, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Bu gün, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Bu gün, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Bu gün, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Bu gün, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Bu gün, 01:00 Moskvadan gələn var... Bu gün, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Bu gün, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Bu gün, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Bu gün, 00:53 PFL medalçıların siyahısını açıqladı Bu gün, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Bu gün, 00:49 Turun oyunçusu Bu gün, 00:48 Turun sitatı Bu gün, 00:46 Hakimlərin mühakiməsi Bu gün, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Bu gün, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Bu gün, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Bu gün, 00:38 Transfer dövləri açıqlandı Dünən, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar