12 fev 16:09gundem

8 yaşlı “Forza Neftçi” “Xəzər Lənkəran”ın qayıtmasını arzulayır

8 yaşlı “Forza Neftçi” “Xəzər Lənkəran”ın qayıtmasını arzulayır
Sübhan Əliyev: “Bu illər ərzində üzvlərimizdən həbsə düşənlər də, işdən qovulanlar da, universitetdən uzaqlaşdırılanlar da oldu”

“Forza Neftçi”! Yəqin ki, bu ad sizə çox yaxşı tanışdı. Ölkənin ən köklü və ən titullu klubunun azad azarkeş qrupudu. “Forza” italyan dilində "güc" mənasını verir. Hər dəfə “ağ-qaralar”ın oyunlarına kəskin şüarları və kreativ pankartları ilə rəng qatan, komandanı heç vaxt tək qoymayan “Forza Neftçi” dünən 8 yaşını qeyd edib. 8 az yaş deyil. Hətta bir igidin ömrüdü deyərdik. Amma “Forza Neftçi” bu illər ərzində həm tribunada, həm də tribunadan kənarda azad olmağı bacarıb. 2009-cu il fevralın 9-da Sübhan və Zamin qardaşlarının yaratdığı azarkeş qrupunun “Neftçi”nin matçlarına azarkeşlərin cəlb edilməsində əməyi danılmazdı. “Forza Neftçi” 2009-cu ildən fəaliyyətdə olsa da, ilk dəfə diqqəti 2013-də cəlb edə bildi. Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Bakcell Arena”da keçirilən “Neftçi” - “Şkenderbü” görüşündə azarkeş qrupu milli qəhrəman Mübariz İbrahimovu tərənnüm edən "Mübariz ol" banneri açmışdı. Elə həmin vaxtdan “Forza Neftçi” hamı tərəfindən hörmətlə qəbul olunmağa başladı. “Forza Neftçi” həm də bir oyun ərzində ən çox – 8 banner açan azarkeş qrupudu. “Forza”lılar hər zaman obyektiv olub, haqlarını tələb edib, ölkənin başqa klublarının azarkeşlərinə hörmətlə yanaşıblar. “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Leroy Corcun irqçiliyə məruz qalmasına qarşı banner bunu bir daha sübut edir. Həmin bannerdə "Biz hamımız zənciyik, biz hamımız Leroy Corcuq" yazılmışdı. Azarkeş qrupunun ən çox səsləndirdiyi isə "ilklər alın yazımızdı" şüarıdı.
Dünən əlamətdar gün münasibətiylə “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevlə əlaqə saxladıq. O, 8 ili belə xatırladı: “Öncə ad günümüz münasibətilə bütün uşaqlarımızı təbrik edirəm. Bu 8 il ildırım sürəti ilə keçdi. 2009 elə bil dünən idi. Biz hər zaman “Neftçi”nin yanında olmuşuq, bundan sonra da olacağıq. Bu illər ərzində üzvlərimizdən həbsə düşənlər də, işdən qovulanlar da, universitetdən uzaqlaşdırılanlar da oldu. Şəxsən mən özüm dəfələrlə həbs olunmuşam. Amma heç vaxt “Neftçi” sevgisi ürəyimizdən çıxmadı. “Forza Neftçi” yaradılanda özümüzə söz vermişdik ki, bizim ideologiyamız yalnız “Neftçi”di, siyasətə və başqa məsələlərə baş qoşmayacağıq. Biz bunu davam etdirdik, get-gedə bir ailə olduq. İndi bizdə bir çörəyi 10 yerə bölən qardaşlar var. Biri əsgər gedəndə əlimizdə, cibimizdə nə var, yığıb onun yanına gedirik”.
Əliyev “8 ildə ağrılı günlər çox oldu, yoxsa sevincli” sualımıza belə cavab verdi: “Biz “Neftçi”nin yaxşı günlərində azarkeş qrupu yaratmışıq. Komanda ardcıl 3 dəfə çempion oldu. Bunlar bizim sevincli günlərimiz idi. Sonra isə klubda rəhbər dəyişikliyi baş verdi. Bizim üçün ağrılı günlər də çox olub. Amma pis gündə də “Neftçi”nin yanında olmuşuq. Heç vaxt komandadan üz döndərməmişik”.
Azarkeş qrupunun rəhbəri arzularını da açıqladı: “Ən böyük arzumuz “Neftçi”nin əvvəlki əzəmətini bərpa etməsidi. Ümid edirik ki, komanda ölkə kubokunu qazanar və Avroliqaya gedər. Ən böyük arzularımızdan biri də üzvlərimizin sayının daim çoxalmasıdı. İstəyirik qapıarxası tribunanı tam dolduraq. Bir də onu deyim ki, təki Azərbaycanda bütün azarkeş qrupları azad olmağı bacarsın. Hazırda ölkədə 3-4 azad azarkeş qrupu var. Təki hamı belə olsun. Çünki bu həm də klublara xeyirdi. Həm də arzulayırıq ki, “Xəzər Lənkəran” yenidən premyer-liqaya qayıtsın. Çünki o klubun “Neftçi” ilə oyunu ölkənin şah görüşüdü. Həm də əla azarkeşləri var. Biz onlarla oyuna tam fərqli motivasiya ilə hazırlaşırdıq”. Sübhan bəy ad gününü qeyd edəcəklərini dedi: “Bu gün (dünən) oyun var. “Neftçi” səfərdə “İnter”lə oynayır. Ümid edək ki, qələbə qazanıb bizə ad günü hədiyyəsi edərlər. Amma biz ad gününu sabah (bu gün) qeyd edəcəyik. Uşaqlarla hardasa toplaşıb, yeyib-içəcəyik”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar