02 may 12:46gundem

“Xəzər” premyer-liqadan kənarda qala bilər

“Xəzər” premyer-liqadan kənarda qala bilər
Çempionatı “payız-yaz” sistemi ilə keçirilən ölkələrdə mövsüm sona yaxınlaşdıqca mükafatçıların, avrokuboklara vəsiqə qazanan klubların adı tədricən bəlli olur. Bununla yanaşı, elitanı tərk edənlərin və onların əvəzinə aşağı dəstədən yuxarı çıxan komandaların da kimliyi aydınlaşır. Ancaq təəssüf ki, sivil Avropanın getdiyi yol Azərbaycanda məqbul sayılmır. Artıq neçə ildi bizim məmləkətdə nə elitanı tərk edən var, nə də birinci diviziondan ora yüksələn. Uzağı hansısa klub maliyyə problemləri üzündən dağılarsa, onu başqası əvəzləyə bilər (AZAL-ı “Səbail” əvəzlədiyi kimi). Bu üzdən azərbaycanlı azarkeşlər artıq 2 mövsümdü ki, eyni aktyorların ifasında 9 ay çəkən serial izləməyə məcburdu. Baş rollarda “Qarabağ” və “Qəbələ” çəkilir, “premyer-liqa” adlı serialda ikinci dərəcəli rollar isə 6 komanda arasında bölüşdürülüb.
Futbol ictimaiyyəti, azarkeşlər, idman mediası elə zənn edirdi ki, nəhayət, 2017/18 mövsümünün sonunda belə xoşagəlməz tendensiyaya son qoyulacaq. AFFA rəhbərliyi növbəti “futbol ili”ndə elita təmsilçilərinin sayını artırmaq üçün aşağı dəstədə çıxış edənlərdən ikisinin premyer-liqaya yolunu açacaq. Hətta bu yöndə müəyyən mülahizələr də irəli sürülürdü. Söylənilənlərin isə 50 faizi özünü doğrultdu desək, yanılmarıq. Ötən tur səfərdə “Qaradağ Lökbatan”ı yenərək sona 2 tur qalmış liderliyə yüksələn “Xəzər”in rəhbərliyi 2018/19 mövsümündə premyer-liqada çıxış etmək niyyətində olduğunu açıq-aşkar ortaya qoydu. Rəsmilər hətta bunun üçün klubun qeydiyyat ünvanını, daha dəqiq desək, Bakını Qubaya dəyişmək istədiyini də bildirdi. Bir sözlə, “Xəzər” rəhbərliyi hər şey etməyə hazırdı ki, təki komanda növbəti mövsüm elitada olsun.
Ancaq “Xəzər”dən fərqli, premyer-liqaya digər real namizəd kimi göstərilən “Sabah”dan səs-soraq yoxdu. Vergilər naziri Mikayıl Cabbarovun komandası sayılan “tələbələr”in də bir ay öncəyə qədər bir ayağı premyer-liqada idi. Ancaq son günlər durum dəyişib. Söylənilənlərə inansaq, “Sabah”ın başbilənləri komandanın daha bir mövsüm aşağı dəstədə mübarizə aparmasına qərar verib. Halbuki divizion təmsilçiləri arasında cari mövsümdə ən çox pul xərcləyən klub məhz “Sabah” olub. Onların bu addımı isə “Xəzər”i çətin vəziyyətə salıb. Hamıya bəllidi ki, AFFA rəhbərliyi elitada 9 komandanın çıxış etməsinə heç vaxt razılıq verməz. Odu ki, indi hamını bir sual düşündürür: “Xəzər”ə kim yoldaşlıq edəcək? Belə biri tapılmasa, “Xəzər”in aqibəti necə olacaq?
Hazırkı çətin iqtisadi durumda 10-cu komadanın tapılacağına ümid azdı. Heç bir iş adamı əlini cibinə salıb futbola sərmayə qoymaq istəmir. Ölkə futbolunu maliyyələşdirən SOCAR-in isə himayəsində artıq yetərincə klub var və rəhbərlik əlavə xərcə düşmək istəmir. Bəlkə də buna görə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev sözügedən məsələyə ehtiyatla yanaşır. Bunu onun mətbuata açıqlamalarından da hiss etmək mümkündü: “Hər il olduğu kimi, premyer-liqanın başa çatmasına yaxın lisenziya alan klublar açıqlanacaq. Mövcud reqlamentə əsasən, elitanı 1 klub tərk edəcək və onu birinci divizion təmsilçisi əvəzləyəcək. Premyer-liqa klublarının sayının 8-dən 10-a artırılmasına gəlincə, buna AFFA-nın İcraiyyə Komitəsi qərar verir. Bu yöndə qərar verilərsə, 10 klub da elitada çıxış edə bilər”.
Bu yerdə aşağı dəstədə çıxış edən klublar arasında elitada çıxış etmək iqtidarında olanları incələmək istərdik. Görəsən, beləsi varmı?
MOİK. “Hərbçilər”in arxasında milyardlıq büdcəyə malik Müdafiə Nazirliyi dursa da, kluba o qədər də vəsait ayrılmır. MOİK-in birinci dəstədə büdcəsi heç 300 min manata çatmır. Klubun öz stadionunun olmaması da “hərbçilər”in elitaya çıxmaq şansını minimuma endirir.
“Şüvəlan”. AZAL-ın bazasında yaradılan qəsəbə təmsilçisində qeyri-müəyyənlikdi. Kluba pulu “Silk Way” ayırsa da, söylənilənlərə inansaq, idarəçilik “Zirə” rəhbərliyindədi. Bütün qərarlar onlar tərəfindən verilir. Zaur Axundov formal olaraq klub prezidentliyində saxlanılıb. Etibarlı mənbədən əldə etdiyimiz bilgiə görə, Zaur bəyin şirkətdəki işləri son vaxtlar yaxşı getmir. Hətta şayiələr gəzirdi ki, daha yaxşı vəzifəyə təyinat alacaq. Bu gün isə, ümumiyyətlə, işini itirəcəyi haqda məlumatlar yayılır. Şirkətdə audit yoxlaması aparılır, əməkdaşlar aylardı əməkhaqqı almır. Odu ki, “Şüvəlan”ın da premyer-liqada görünmək ehtimalı yoxdu.
“Binə”. Birinci divizionda cari mövsümdə debüt edən qəsəbə təmsilçisinin də geniş büdcəyə sahib olduğunu söyləmək olmaz. “Binə”nin prezidenti Teymur Həsənli bir müddət əvvəl mətbuata açıqlamasında açıq-aydın etiraf etmişdi ki, ən yaxşı halda il ərzində kluba 500 min manat xərcləyə bilər. Bu isə o deməkdi ki, kənardan kömək olmasa (AFFA nəzərdə tutulur), “Binə”nin elitada görünməsi qeyri-mümkündü.
Turan Tovuz. Ötən il divizionda çempion olmasına baxmayaraq, maliyyə çətinlikləri səbəbindən premyer-liqaya buraxılmayan tovuzluların düşərgəsində bu yöndə heç bir irəliləyiş yoxdu. Qərb təmsilçisi əvvəlkitək AFFA-nın ayırdığı vəsait hesabına ayaqüstədi. Əsgər Abdullayevin çalışdırdığı komandanın yuxarıda adını çəkdiyimiz klublardan yeganə üstünlüyü bölgəni təmsil etməsi və pis-yaxşı müəyyən infrastruktura malik olmasıdı. Tovuzlular yeni sponsor tapsalar, premyer-liqaya yüksəlmək yolunda “Xəzər”ə yoldaşlıq edə bilərlər.
Qaradağ Lökbatan. Paytaxtın Qaradağ rayonunun klubu artıq uzun illərdi elitaya yüksəlmək üçün cənfəşanlıq edir. Daim iddialılar arasında olan “qırmızı-qaralar”ın stadionu və bazası olsa da, həmişə qarşıda “qırmızı işıq” görürlər. Onu da qeyd edək ki, bu klub da SOCAR-dan ayrılan pulun hesabına fəaliyyət göstərir. Ola bilsin, məhz bu səbəbdən lökbatanlıların premyer-liqaya yolu bağlanıb. “Qırmızı-qaralar”ın bu il də elitaya yüksələcəyi inandırıcı görünmür.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar