29 apr 12:56gundem

“Biz və onlar” mövzusunda qara-qara düşüncələr…

“Biz və onlar” mövzusunda qara-qara düşüncələr…
Bildiyiniz kimi, artıq iki həftədi Ermənistan çalxalanır. Bir tərəfdən uzun illərdi hakimiyyətdə olan Qarabağ erməniləri mövqeyini qorumaq istəyirsə, digər tərəfdən qonşu-düşmən respublikada həm də ruspərəst qüvvələrlə Qərbə meyillilər arasında nüfuz savaşı gedir. Bir neçə gün əvvəl Xocalı qatili, əliqanlı Serj Sarkisyanın baş nazir postundan gedişi ilə proseslər yeni mərhələyə qədəm qoydu. Nikol Paşinyanın rəhbərlik etdiyi müxalif qüvvələr hakimiyyəti ələ keçirməyə çalışır. Bütün bunlar öz yerində. İşin bizim üçün maraqlı tərəfi ondan ibarətdi ki, Ermənistanın idman ictimaiyyəti də olaylara biganə qalmır, hər fürsətdə mövqeyini açıqlayır. Az qala kölgəsindən qorxan Azərbaycan idman ictimaiyyəti üçün bəzi məqamları xatırladırıq ki, vətəndaşlıq borcunun və məsuliyyətinin nə olduğunu anlasınlar, təkcə yarış meydanlarında yox, yeri gələndə həyatın bütün sahələrində mövqe açıqlamalı olduqlarını bilsinlər.
Məsələn, heyətində Levon Aronyan, Smbat Lputyan, Vladimir Akopyan, Qabriel Sarkisyan, Rafael Vahanyan kimi beynəlxalq qrossmeysterlər olan şahmat yığması aprelin 20-də Sarkisyana (o həm də Şahmat Federasiyasının prezidentidi) dəstək bəyanatı ilə çıxış etmişdisə, dünən Aronyan növbəti açıqlamasında proseslərin dinc məcrada inkişafına tərəfdar olduğunu bildirdi. İsveç “Yurqorden”inin formasını geyən Bakı ermənisi Yura Movsisyan isə “feysbuk” hesabına mitinqdən şəkil qoyaraq, bunları yazıb: “Bu foto xalqımızın yaxşı təsviridi. Xalq yekdildi, yaşından və cinsindən asılı olmayaraq, bütün adamlar çiyin-çiyinə dayanıb. Polislər, qardaş-bacılarınıza münasibətdə zorakılığa son qoyun. Bizim xalq bir komandadı, böyük millət olmaq üçün isə böyük komanda olmaq lazımdı”.
“Arsenal”ın və Ermənistan yığmasının ünlü yarımmüdafiəçisi Henrix Mxitaryan hadisələrin qızğın çağında xalqına belə müraciət ünvanlamışdı: “Xalqımın oğluyam və bununla qürur duyuram. Hər bir erməninin həyatı mənim üçün hər şeydən üstündü. Bu üzdən hər kəsdən xahiş edir və hamını problemi yalnız sülh yolu ilə həll etməyə çağırıram. Mən səninləyəm, erməni xalqım”. Olimpiadanın gümüş medalçısı, yunan-Roma güləşi yığmasının üzvü Miqran Arutyunyan da ürəyi və qəlbi ilə erməni xalqının yanında olduğunu bildirib.
Belə nümunələrin sayını artırıb, zəhlənizi tökmək istəmirik. Sadəcə, dediyimiz odu ki, idmançı, futbolçu xalqının, vətəninin həyatı ilə bağlı aktual məsələlərə biganə qalmamalı, millətinin dərd-səri ilə yaşamalıdı. “Biz və onlar” müqayisəsinə girişəndə adam istər-istəməz qara-qara düşüncələrə dalır. Belə yerdə şair yaxşı deyib: “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı...”
HUŞƏNG
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:30 “Qüvvələr nisbəti bərabər deyildi” Bu gün, 12:28 Basketbol Federasiyası bəyanat yaydı Bu gün, 12:26 Qadzenin transferi yaya qaldı Bu gün, 12:24 Mütəxəssislər Roberto Bordinin qərarına hörmət edir Bu gün, 12:22 Futbolçuları Bordinin həmyerlisi müayinə etdi Bu gün, 12:21 PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir Bu gün, 12:19 Tanış serblər Obradoviçi təriflədilər Bu gün, 12:17 Elbrus Məmmədov “Sumqayıt”dan ayrılmayacaq Bu gün, 12:15 "Qarabağ" qələbənin bəhrəsini gördü Bu gün, 12:11 “Qarabağ”ın oyunu sabah 18.00-da başlayacaq Bu gün, 12:07 “İnter”də ayrıldılar, “Sabah”da qovuşdular Bu gün, 11:06 Futzalın kubok mənzərəsi Bu gün, 11:04 “Ağsu” Şamaxıda meydana çıxacaq Bu gün, 11:03 Şeydayevlə Səmədov BƏƏ-yə yollandı Bu gün, 11:02 Klub rəhbərliyi Nasimovu əliboş yola salıb Bu gün, 11:00 “Qardaşlar” Region Liqasına hazırlaşır Bu gün, 10:58 Liderlər üçün “qara həftə” Bu gün, 10:57 Oxucu məktubu Bu gün, 10:55 "Zirə"nin bütün rəqibləri açıqlandı Bu gün, 10:53 Elvin Bədəlov “Sumqayıt”da baxışdadı Bu gün, 10:52 “Qəbələ” Adeniyisiz hazırlaşır Bu gün, 10:51 Karikari BƏƏ-yə yollandı Bu gün, 10:49 Əfqan Həmzəyev Beynəlxalq Tələbə Futbol İttifaqının baş katibi seçildi Bu gün, 10:46 “Kəpəz” Tovuzda uduzdu Bu gün, 10:45 Pedronun iki variantı var Dünən, 14:51 Tahir Süleymanov “Neftçi”nin tədbirinə dodaq büzdü Dünən, 14:49 Qış "transfer pəncərəsi" rəsmən açıldı Dünən, 14:46 Eddidən növbəti 90 dəqiqəlik oyun Dünən, 14:45 Almeyda Koreyadan gələn təklifi rədd edib Dünən, 14:42 Riçardın “Astana” karyerasına baxış... Dünən, 14:39 Oyun təxirə salındı, Almeyda Qurbanova qalib gəldi Dünən, 14:30 “Zirə” Antalyaya 8-ci səfərini gerçəkləşdirdi Dünən, 14:28 “Hücumçudan necə oynadığını yox, neçə qol vurduğunu soruşurlar” Dünən, 14:20 Komitə üzvləri Obradoviçi təriflədilər Dünən, 14:17 1/16 finalçılar müəyyənləşdi Dünən, 14:14 “Turan Tovuz” yoxlama görüşləri üçün Gürcüstana gedə bilər Dünən, 14:08 Elbrus Məmmədov Obradoviçin köməkçisi olacaq Dünən, 14:06 Coşqun Diniyev “Sabah”la anlaşdı Dünən, 14:02 Həftənin idman proqramı Dünən, 13:59 Klublar çempionatı boykot etdi Dünən, 13:57 “Keşlə” Antalyaya yollandı, Kərimi əməliyyat olundu Dünən, 13:55 Dario gəldi, “Neftçi” getdi Dünən, 13:54 “Araz”ın sabiq qapıçısı Alfa Liqada iki dəfə çox qazanır Dünən, 13:50 “Sabah” qələbəylə başladı Dünən, 13:49 “Qəbələ” qələbə ilə getdi Dünən, 13:46 Delarj gələcəyini “Qarabağ”da görür 13-01-2019, 18:41 “Şüvəlan” Tural Qürbətovla güclənib 13-01-2019, 18:38 Ayxan Abbasov baxışda olanları bəyənməyib 13-01-2019, 18:36 “Sumqayıt” ikinci yarıda coşdu 13-01-2019, 18:33 Vüqar Həşimov yad olundu 13-01-2019, 18:32 Dino 19 qol vursa da... 13-01-2019, 18:30 Kubok sürprizlərlə başladı 13-01-2019, 18:25 “Astana” Almeydanı icarəyə verir 13-01-2019, 18:24 Azər Məmmədov “Qarabağ”ın əvəzedicilərinin baş məşqçisi oldu 13-01-2019, 18:22 Hakimlərin Mingəçevir toplanışı başladı 13-01-2019, 18:14 Obradoviçin U-21-ə təyinatı rəsmiləşdi 13-01-2019, 18:11 Roberto Bordin hücumçu və yarımmüdafiəçi axtarır Bütün xəbərlər
Ən çox oxunanlar