28 apr 12:58gundem

Kramarenko qızının yığma seçiminə qarışmaq istəmir

Kramarenko qızının yığma seçiminə qarışmaq istəmir
“Laləyə baxıram, rəhmətlik atam yadıma düşür”
Kramarenko soyadı xüsusilə postsovet məkanında yetərincə populyardı. Vaxtilə Sergey Kramarenko ad-soyadlı qapıçı “Neftçi”nin şərəfini qoruyurdu. Daha sonra oğlu Dmitri Kramarenko atasının yolunu layiqincə davam etdirdi. Azərbaycanda müxtəlif komandalarda oynadı, Rusiyada “Dinamo”, ÇSKA, “Alaniya”, “Torpedo” kimi premyer-liqa təmsilçilərinin şərəfini qorudu və uzun illər yığmanın formasını geydi. Dimanın oğlu olmadığından, qapıçı nəslinin kəsildiyinə təəssüfləndiyimiz anda səhnəyə Lalə Kramarenko çıxdı.
Düzdü, Lalə futbolla məşğul olmur, Azərbaycanın şərəfini qorumur. Bir neçə gün əvvəl ölkəmizdə təşkil olunan bədii gimnastika üzrə “AGF Junior Trophy” turnirində iştirak edənlər arasında Kramarenko soyadlı qız da vardı. Həmin qız ki, Rusiya yığması üçün iki “qızıl” qazandı. Halbuki Lalə gimnastikanın sirlərinə Bakıda yiyələnməyə başlamışdı və gələcəkdə məhz yığmamızın şərəfini qoruyacağı gözlənilirdi. Lakin sonradan nə baş verdisə, qızcığaz doğulduğu Rusiyaya qayıtmalı oldu. İndi də həmin ölkənin ən perspektivli gimnastlarından sayılır.
Bunlar ümumi məlumatlardı. Yəni ordan-burdan eşitdiklərimiz, belə deyək, çoxlarının bildikləridi. Lakin bilmədiyimiz bir çox qaranlıq məqamlar da var ki, onlara aydınlıq gətirmək üçün hazırda futbol üzrə yığmada qapıçılarla çalışan məşqçi funksiyasını daşıyan Dmitri Kramarenko ilə əlaqə saxladıq.
- Övladın uğur qazanması bir başqa hissdi. Xüsusilə bunu qız övladı bacarırsa...
- Demə-demə, sevincdən adamın gözünə yuxu da getmir. Nə edək, onlar üçün yaşayırıq da.
- Həm Laləni, həm də sizi təbrik edirəm. Səsi daha mötəbər yarışlardan gəlsin.
- Çox sağ ol, qardaş. Allah sizdən razı olsun. Daim diqqət göstərirsiz, maraqlanırsız. İnanın, adama xoş gəlir.
- Qızınızın çıxışını canlı izləmək imkanınız olurdu?
- Özünüz də bilirsiz ki, bu dəqiqə işlərim çoxdu. Məşqlərə gedirəm, oyunlara baxıram. Boş vaxtım az olur. İmkan daxilində hamısına olmasa da, bəzi çıxışlarına baxa bildim. Yalnız turnirin ikinci günündə arenaya baş çəkə bildim. Həm də Lalə çıxış edəndə çox həyəcanlanıram, baxa bilmirəm. Ona görə də çox vaxt arenaya getmirəm.
- İki “qızıl”... Gözləyirdiz?
- Necə deyim? Lalə, maşallah, neçə illərdi beynəlxalq yarışlara qatılır, uğurlar qazanır. Üçqat Rusiya çempionudu, Bolqarıstanda və Sloveniyada keçirilən beynəlxalq yarışlarda “qızıl” qazanmışdı. İndiyə qədər bütün növlərdə dörd “qızıl” əldə edib. Əlbəttə, sevinirik, daha artığını gözləyirik. Allah rəhmət eləsin, xarakteri eynilə atamın xarakteridi. Döyüşkəndi, əzmkardı.
- Etiraf edək ki, sizdə Sergey Sergeyeviçin idmançı xarakteri yox idi...
- Bunu özüm də bilirəm. Mən anam tərəfə çəkdim. İndi Laləyə baxıram, rəhmətlik atam yadıma düşür. Elə bil bir almanı iki yerə bölmüsən.
- Səhv etmirəmsə, iki qızınız var.
- Bəli, o biri Dianadı. Əkizdilər, aralarında bir neçə dəqiqə fərq var. 2004-cü ildə anadan olublar. Buna baxmayaraq, Lalə özündən bir-iki yaş böyüklərlə çıxış edir.
- Diana gimnastika ilə məşğul olmur?
- Hər ikisi mən “İnter”də oynayanda gimnastikaya başladılar. O vaxt mənimlə birgə Bakıda yaşayırdılar. Dəqiq xatırlamıram, ya 2010 idi, ya da 2011, gimnastikaya yazdırdım. Görürdüm ki, həvəsləri var. Qısası, Laləylə Diana gimnastikanın sirlərinə Azərbaycanda yiyələniblər. Və hər yerdə bunu böyük fəxrlə deyirəm. “Spartak”da Nurlana Əlizadənin, Natalya Nərimanova və Kristina Əliyevanın rəhbərliyi altında məşq edirdilər. Bu üç mütəxəssis qızlarımın ilk məşqçiləri olub. Allah hər birindən razı olsun. Uşaqlarımda həvəs yaradıb, düzgün yol göstərə bildilər.
- Bəs niyə Azərbaycanda qalıb, yığmanın şərəfini qorumadılar?
- Əslində mənim belə bir istəyim vardı. Təsadüfən millinin baş məşqçisi Mariana Vasilyeva ilə görüşdüm və uşaqlarla bağlı söhbət etdim. Onda 8 yaşları var idi. Vasilyeva millidə çıxış etmək üçün tez olduğunu bildirdi. Sonradan Lalə hansısa “Qran-pri”də iştirak etmişdi və rus mütəxəssislər onu orda görüb bəyənmişdilər. Bizimlə əlaqə saxlayıb, baxışa dəvət etmək istədiklərini dedilər. Baxdılar, bəyəndilər, məlumat topladılar, mənimlə söhbət etdilər və beləcə Lalə yenidən Rusiyaya qayıtmalı oldu. Həm də Nurlananı, Kristinanı, Natalyanı tanıyırdılar, onlardan da məlumat almışdılar. Hər bir valideyn övladı üçün daha yaxşısının olmasını istəyir.
- İndi elə bir yaşdadı ki, fikrini dəyişib Azərbaycan yığmasında çıxış edə bilər. Mümkündü?
- Bu suala mənim cavab verməyim çətindi. Çünki Lalənin artıq 8-9 yox, 14 yaşı var. Yəni nələrisə özü dərk edə, qərar verə bilir. Görün 2013-dən bu yana neçə il keçib. Və bu müddətdə onunla rusiyalı məşqçilər çalışıb. Həmin məşqçilər ki, Lalə onların məşqləri əsasında yığmaya qədər yükələ bilib. O mütəxəssislərin qızımın üzərində danılmaz əməyi var... Siz mənə fikir verməyin, dünyanın harasında olsam da, Azərbaycanın adını eşidən kimi qaça-qaça gələrəm. Çünki burda doğulmuşam, böyümüşəm, oynamışam, əslim-köküm azərbaycanlıdı. Amma Lalənin durumu fərqlidi. Bakıda yaşadıqları 3 ili çıxsaq, qalan 11 ildə Rusiyanı görüblər. Orda anadan olublar, yaşayıblar, böyüyüblər. Ona görə də onları nəyəsə məcbur edə bilmərəm. Hərçənd özüm də uşağı məcbur etməyin tərəfdarı deyiləm.
- Belə çıxır ki, qatar gedib...
- Yəqin ki, elədi. 5-6 ildi Rusiyadakı məşqçilərin rəhbərliyi altında çıxış edir. İndi durub desəm ki, bilirsiz, qızımı Azərbaycan yığmasına aparmaq istəyirəm, razılaşın ki, düzgün olmaz. Həm də bu neçə ildə Azərbaycandan heç bir təklif olmamışdı. Nə bilim, qismət. Sabah necə olacağını heç kim bilmir.
- Bəs indi necədi, maraqlanırlar?
- Mənə zəng edən olmayıb. Sizi inandırım, Lalə neçə vaxt idi Bakıdakı hansısa yarışda iştirak etmək istəyirdi. Bir çox ölkələrdə olsa da, Azərbaycana gəlməyi səbirsizliklə gözləyirdi. Baxma da, ilk dəfə əlindən tutan məşqçiləri burdadı, uşaqlıq rəfiqələri var.
- Bir ata kimi sizin içinizdəki səs nə deyir?
- Azərbaycan mənim vətənimdi, bunu hər yerdə fəxrlə deyirəm. Mən azərbaycanlı balasıyam. Əlbəttə, çox istərdim ki, o da mənim kimi Azərbaycanın şərəfini qorusun. Amma mən balalarımı o qədər çox istəyirəm ki, onları heç nəyə məcbur etmərəm, hədələmərəm. Seçim etməyi öz öhdələrinə buraxıram. Bu gün varam, sabah yoxam. İstəmirəm ki, nə vaxtsa arxamca narazılıq etsinlər, pis söz desinlər. O vaxt mənim Rusiya yığmasında çıxış etmək imkanım da vardı. Söhbətlər gəzirdi, xəbər göndərirdilər. Amma bir an belə düşünmədən Azərbaycan millisini seçdim. Çünki anam azərbaycanlı idi, atam azərbaycanlıdan da betər azərbaycanlıydı. Gözümü açıb Bakının küçələrini görmüşdüm. Ona görə də ağlımdan başqa heç nə keçmirdi. Lalənin durumu isə bir az başqadı. Özünüz başa düşürsüz.
- Həyat yoldaşınız rusdu?
- Müsəlmandı, əslən tatardı.
- İstənilən halda, qızlarınıza Rusiya, Moskva daha doğmadı...
- Orda doğulublar, orda böyüyüblər. Vaxtilə gimnastikaya Bakıda başlayanda xüsusi diqqət olsaydı, məncə, Azərbaycanı seçərdi.
- Diana nə edir?
- Diana bacımoğlu Xəlillə birgə tennislə məşğul olur. Düzdü, peşəkar səviyyədə deyil, sadəcə, öz sağlamlığı üçün. Dianada daha çox elmə maraq var, ədəbiyyat düşkünüdü, xarici dilləri öyrənir. Bunlarla yanaşı, idmandan da qalmır.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar