26 apr 23:37gundem

Avroliqaya iddialılar sual dənizində üzür

Avroliqaya iddialılar sual dənizində üzür
Klub rəhbərləri anlamır ki, Avroliqaya vəsiqə təmin olunandan sonra vaxt qalmayacaq
Ölkəmizi Çempionlar Liqasında növbəti dəfə “Qarabağ”ın təmsil edəcəyinə zərrə qədər də şübhə yox idi. Hadisələrin axarı buna doğru aparırdı, sadəcə, qalmışdı işin rəsmi tərəfi. “Sumqayıt”la səfər matçında hesabına növbəti 3 xalı yazdıran ağdamlılar ardıcıl 5-ci dəfə “qızıl” qazandı. Odu ki, Qurban Qurbanov artıq indidən yayın planlarını cıza bilər.
“Qarabağ” işini bilir
Belə baxanda “Qarabağ”da ciddi islahatların aparılmasına nə ehtiyac var, nə də bu gözləniləndi. Baş məşqçi kimlərlə müqavilə müddətinin uzadılmasını istəsə, rəhbərlik bu yöndə problem yaratmadan Qurbanovun tələblərini yerinə yetirəcək. Bir-iki futbolçuyla güclənmək vacibdi. Artıq bunun üçün qollar çoxdan çırmalanıb. Dünən necəydisə, bu gün də elə. Yəni zəngin avrokubok təcrübəsinə malik rəhbərlik və baş məşqçi üçün narahat olmağa dəyməz. Baş məşqçi “get” deyənə qədər kiminsə “köhlən atlar”dan ayrılması inandırıcı deyil.
Bu işin qaydası var
Avroliqa məsələsində isə qeyri-müəyyənlik hökm sürməkdədi. “Qəbələ”nin növbəti dəfə bu yarışda iştirak edəcəyinə şübhə yoxdu. İndiki durumda “Sumqayıt” da şanslı görünür. “Neftçi”ylə “Zirə”, eləcə də “Keşlə” növbəti vəsiqəni əldən etmək üçün dəridən-qabıqdan çıxacaq. Avropada, hətta deyərdim ki, dünyada mötəbər yarışlara qatılması real görünən komandalarda yayın tədarükü bir neçə ay əvvəldən görülür. Komandanı tərk edən futbolçuların üzünə deyilməsə də, müəyyən yollarla mesaj ötürülür. Həmin futbolçu da əvvəldən bilir ki, qalacaq, ya yox. Baş məşqçilərlə bağlı durum isə fərqlidi. Məsələn, klub rəhbəri komandanın oyunundan, daxildəki ab-havadan, çalışdırıcının işinə yanaşmasından, davranışlardan razıdısa, çempionatın finişinə bir neçə ay və ya həftə qalmış siqnal ötürür ki, bəs səninlə anlaşmanın müddəti uzadılacaq, indidən işini bil, hazırlıq gör. Və ya əksinə, çantanı yığ, qoy qapının yanına.
Amma bizdə durum fərqli, Azərbaycansayağıdı. Baş məşqçinin ilboyu gördüyü iş, oynatdığı futbol, gələcək adına verdiyi ümid qalıb bir tərəfdə, hamı gözünü dikib Avroliqaya vəsiqəyə. Yəni Avropaya bilet olsa, qalacaqsan. Olmasa, səni göndərib, başqasını gətirəcəyik. Yeni baş məşqçi 10 futbolçunu göndərib, 15-ni dəvət edəcək, yekunda nəyə nail olacağı isə bilinmir.
Bəli, Avroliqaya vəsiqə qazanacağı inandırıcı görünən 5 komandanın hər birinin hədəfə çatacağı halda güclənməyə ehtiyacı var. Az-çox “Qəbələ” hazırkı futbolçularla nəyəsə nail ola bilər. Amma başqaları mütləq və mütləq yeni nəfəsə ehtiyac duyur. Lakin daha vacib məqam var ki, kənardan ötəri görünsə də, yetərincə ciddi nöqtədi.
“Qəbələ” 2014-ün yayını unutmamalıdı
“Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Zirə” və “Keşlə” – bu komandaları çalışdıran baş məşqçilərin hər birinin klubla müqavilə müddəti mayda, deyək ki, iyunda başa çatır. Yəni onların komandalarında qalıb-qalmayacağı bəlli deyil. 2014-ün yayı yadınızdadı? Yuri Syomin klub tarixində “Qəbələ”ni ilk dəfə Avropaya daşımasına baxmayaraq, gözlənilmədən komandanı tərk etdi. Bu azmış kimi, Daniel Subotiç, Marat İzmaylov, Lorentso Ebesilyo, İbrahima Niasse kimi aparıcı futbolçular da bölgə təmsilçisindən ayrıldı. Tələsik yeni baş məşqçi və futbolçular gətirildi. Hadisələrin sonrakı axarı isə məlumdu. “Qəbələ” o qədər də güclü olmayan “Şiroki Briyeq” qarşısında aciz qaldı. Eyni ssenari idi. Həmin mövsüm də “Qəbələ” kubokun finalına vəsiqə qazanmışdı deyə, rəhbərlik yekunda nəyin necə olacağını gözləyirdi. Kubok əldən çıxsa da, komanda Avroliqaya vəsiqəni təmin etməyi bacardı. İndi də Roman Qriqorçukla yanaşı, Baqali Dabo, Filip Ozobiç, Dmitri Bezotosnı, Cavid Hüseynov kimi aparıcı fiqurların müqavilə müddəti başa çatır. Lakin ortada heç nə yoxdu. Nə yeni təklif var, nə də yeni müqavilə. Xatırlayırsızsa, ötən mövsüm Avroliqa mübarizəsini erkən dayandıran komandanın ukraynalı çalışdırıcı heyəti vaxtında hazır vəziyyətə gətirə bilməmələrindən gileylənirdi.
“Sumqayıt”ı gözləyən təhlükə
Təxminən eyni sözlər “Sumqayıt”a da aiddi. Mövsümün sürpriz komandası adını qazanmaqla heç kimin inanmadığı halda Avroliqada iştirak etməsi olduqca real görünən “kimyaçılar”ın baş məşqçisi Samir Abasov gündə bir açıqlama ilə diqqətləri üzərinə çəkir. Gah “Sumqayıt”da olmamaq ehtimalını dilinə gətirir, gah da komanda üçün böyük işlər görmək istəyindən bəhs edir. Adam başını itirib. Çünki nəyin necə olacağını bilmir, yayın planları bəlli deyil. Bu cür həssas məqamda sponsorlar baş məşqçini qəbul edib, düz-əməlli söz demir ki, binəva Abasov işini bilsin, planlarını ona uyğun qursun. Samir bəyin adı bir gün “Qəbələ”, o biri gün “Neftçi” ilə yanaşı çəkilir. Yəni sabah onun qəfil “Qəbələ”də peyda olması kimlər üçünsə komandaya arxa çevirməsi kimi görünsə də, əslində doğru addım atmış olacaq. Klub rəhbərliyi indidən xoş gələcək vəd edən məşqçisi ilə gələcək münasibətlərinə aydınlıq gətirməlidi. Eyni sözlər futbolçulara da aiddi. Yeni prezident Riad Rəfiyev komanda avrokuboklara vəsiqə qazanacağı təqdirdə rəhbərlklə klubun yeni siyasətini müzakirə edəcəklərini deyir. Cavid İmamverdiyev, Tural Axundov, Rəşad Eyyubov, Amil Yunanov başqa komandalara keçəndən sonra kimə lazımdı yeni strategiya, gələcək planlar? Cavid, yaxud Tural oturub gözləyəcək ki, görək rəhbərlik nə düşünür, nə vaxt bir cavab deyəcək? Sabah “Sumqayıt”dan daha sərfəli təklif irəli sürən olsa, dabanlarına tüpürüb qaçacaqlar.
“Neftçi” rəhbərliyi nə etmək istəyir?
81 yaşlı “Neftçi”də isə “uşaq baxçasıdı”. Cari mövsümdə inanılmaz sıçrayışla yadda qalan, çempionatın iki aparıcı komandasına – “Qarabağ”la “Qəbələ”yə meydan oxuyan, finalın biraddımlığında olan, qış fasiləsindən sonra çempionatda cəmi 1 oyunda uduzan, belə deyək, bütün bu nəticələrə imza atan komandanın baş məşqçisinin qalıb-qalmayacağı məlum deyil. Tərlan Əhmədovun “Avroliqaya vəsiqə qazanmasaq, istefa verəcəm” mesajının arxasında nələrin gizləndiyi sirr deyil. Adam hiss edir ki, rəhbərliyə komandanın oyunu, bir il əvvəllə indiki arasındakı fərq, növbəti mövsümlə bağlı planlar qətiyyən maraqlı deyil. Başqa bir məqam. Tərlan Əhmədovla müqavilə müddəti uzadılmayıbsa, idman direktoru Ceyhun Sultanov Portuqaliyada, Ukraynada nəyi, yaxud kimi axtarır? Avropada klub rəsmiləri baş məşqçinin tapşırığına əsasən başqa ölkələrə səfər edir, futbolçuları izləyir. Yox, Əhmədovun “Neftçi”dəki gələcəyi naməlumdusa, deməli, Sultanov xaricə yeni baş məşqçi axtarmağa gedib-gəlir. Ya da məşqçi tapıblar, onun göstərişinə uyğun “Neftçi”yə yeni futbolçular axtarılır. Bir neçə gün öncə məhz bu məsələ ilə bağlı həm klub prezidenti Kamran Quliyevlə, həm də Ceyhun Sultanovla danışmaq istəyirdim. Lakin hər ikisi söhbətdən boyun qaçırıb, mayın sonunu nişan verdi. Qatar gedəndən, başlar daşa dəyəndən sonra mayın sonu, iyunun əvvəli nəyimizə lazımdı?
Tələsin, sonra gec olacaq.
“Keşlə” və “Zirə”də də eyni durumdu. Yuri Maksimov bir gün “gedəcəm” deyir, ertəsi sözünü “yeyir”. Ayxan Abbasovun, dolayı yolla “Zirə”nin gələcəyi isə, ümumiyyətlə, məlum deyil.
Kəsəsi, klub rəhbərləri anlamır ki, Avroliqaya vəsiqə təmin olunandan sonra vaxt qalmayacaq. Qaçaqaçda bilməyəcəklər gedən məşqçinin yerinə yenisini tapsınlar, müqavilə müddəti bitənlərlə ortaq məxrəcə gəlsinlər, yoxsa yeni transferlərin keçidini həll etsinlər. Həmişəki kimi, aləm bir-birinə dəyəcək, bir-iki mərhələ adlayıb əlləri ətəklərindən uzun üstümüzə qayıdacaqlar. Bir də ki, məşqçinin gördüyü iş Avroliqaya vəsiqə ilə ölçülmür. Məgər sabah “Sumqayıt” avrokuboklara getməsə, bu, Samir Abasovun zəif, yaxud yararsız məşqçi olmasına işarə olacaq? Tələsin, sonra gec olacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar