26 apr 01:08gundem

“Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi

“Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi
Mustivarın “Keşlə”yə qarşı oynaması sual altındadı
Ötən həftəiçi kubokun yarımfinalında “Qəbələ”yə uduzmaqla titul şansını əldən verən “Neftçi” hesabat turunda yenidən bu rəqiblə, həm də üç gün əvvəl uduzduğu “Bakcell Arena”da qarşılaşdı. Oyundan əvvəl fərqli mülahizələr irəli sürülürdü. Qonaqların qarşılaşmaya əsas heyət üzvləri olmadan çıxacaqlarını iddia edənlər də vardı, “ağ-qaralar”ın psixoloji zərbədən ayılmadığından növbəti dəfə uduzacağını deyənlər də. Lakin 90 dəqiqənin tamamında 3 xala sevinən “Neftçi” oldu.
63-cü dəqiqəni oyunun “qırılma anı” saya bilərik. Həmin dəqiqəyə kimi meydanda başabaş mübarizə gedirdi, hər iki komandanın ifasında qol vəziyyətlərini görürdük. Lakin İnqilab Məmmədovun Emin Mahmudova ikinci sarı vərəqəni göstərib, “8 nömrə”ni vaxtından əvvəl meydandan kənarlaşdırması meydan sahiblərinin bütün planlarını pozdu. Halbuki epizodun təkrarına baxanda, Eminin sarı vərəqəyə layiq kobudluq etmədiyini görürük. Dabonu saxlamaq üçün Kiril Petrovla birlikdə “korobka” yaratdılar ki, “Qəbələ”nin futbolçusu fürsətdən istifadə edib özünü yerə atdı. Yəni Mahmudovun rəqibin ayağına zərbə endirdiyini, yaxud aşkar qol imkanından məhrum etmək üçün badalaq vurduğunu iddia etmək mümkünsüzdü. Elə futbolçunun özündən çıxmasının səbəbi də bu idi. Fikir verdizsə, Emin kimi sakit təbiətli futbolçu qərarla barışa bilmir, İnqilab Məmmədova kəskin narazılığını bildirirdi.
Maraqlıdı, “Neftçi” rəsmiləri bu haqda nə düşünür? Növbəti turda “Keşlə” ilə səfər oyununu nəzərə alıb, futbolçunun ikinci “sarı”sının ləğvi üçün apellyasiya şikayəti vermək fikirləri var? Klubun Marketinq və Mətbuatla Əlaqələr Departamentinin rəhbəri Anar Şabanoğlu sualı eşidəndə, cavabı qısa oldu: “Bəli, klub olaraq apellyasiya şikayəti verib”.
Dərd Eminlə bitsəydi, nə vardı?! “Ağ-qaralar”ın yeni transferi Soni Mustivar “Qəbələ” ilə oyundan bir gün əvvəl məşqdə aldığı zədə üzündən srağagün meydana çıxa bilmədi. Həmin futbolçu ki, artıq “Neftçi”nin əsas üzvü sayılır. Son vaxtlar vurduğu 1 qol və verdiyi 2 məhsuldar ötürmə ilə nəyə qadir olduğunu göstərməkdədi. Komandası çətin dönəmə qədəm qoyduğu vaxtda Mustivarın yoxluğu özünü göstərəcək. Şabanoğlu ilə söhbətdə Soninin durumunu da soruşduq: “Mustivarın qasıq nahiyəsində zədə aşkarlanıb. Sizdən bir neçə dəqiqə əvvəl həkimlə danışdım. İndidən konkret fikir bildirmək çətindi. Müalicəsi uzun müddəti əhatə edəcək zədəyə oxşamır. Ona görə də qarşıdakı oyunda iştirak edib-etməyəcəyini indidən dəqiq söyləyə bilmərəm. Onu da nəzərə alaq ki, “İnter Arena”da süni örtükdə oynayacağıq. İstənilən halda, son qərar oyundan bir gün əvvəl veriləcək”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Dünən, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Dünən, 13:51 Turun statistikası Dünən, 13:43 Turun məşqçisi Dünən, 13:38 Turdan məqamlar Dünən, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Dünən, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Dünən, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Dünən, 13:32 DÇ-yə hazırlıq başladı Dünən, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Dünən, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Dünən, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Dünən, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Dünən, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Dünən, 01:00 Moskvadan gələn var... Dünən, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Dünən, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Dünən, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Dünən, 00:53 PFL medalçıların siyahısını açıqladı Dünən, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Dünən, 00:49 Turun oyunçusu Dünən, 00:48 Turun sitatı Dünən, 00:46 Hakimlərin mühakiməsi Dünən, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Dünən, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Dünən, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Dünən, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar