25 apr 13:07gundem

Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək

Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək
“İzlədiyimiz azərbaycanlı oyunçular var”
Şənbə günü Azərbaycan Beşiktaşlılar Dərnəyinin (ABD) təşkilatçılığıyla Bakı Tennis Akademiyasının əsas arenasında “Beşiktaş”ın prezidenti Fikrət Ormanın şərəfinə turnir keçirildi. Əslində yarışın əksər oyunları bir gün əvvəl yekunlaşmışdı. Yalnız finalda “Beşiktaş”ın ölkəmizdəki məktəbinin yetirmələrinin “Keşlə”nin azyaşlı yeniyetmələrdən ibarət komandası ilə qarşılaşması aprelin 21-də baş tutmalıydı. Ancaq əsas məsələ bunda yox, İstanbul klubunun başqanının ölkəmizə gəlməsindəydi. Bu üzdən günorta saatlarında Bakı Tennis Akademiyasında heç vaxt olmadığı qədər qələbəlik yaşanırdı. Mətbuat nümayəndələri və fəxri qonaqlar istisna olmaqla, arenaya daxil olmaq üçün mütləq bilet alınmalıydı. Tribunada yerini tutmamış “ağ-qaralar”a məxsus xatirə medalı, köynək və futbolka hədiyyə olunurdu. Azarkeşlər arasında futzal yığmamızın kapitanı Rizvan Fərzəliyevi gördük. Ancaq bu bizi o qədər də təəccübləndirmədi. Ən təəccüblüsü Roman Qriqorçukun həyat yoldaşı və oğluyla birgə ABD-nin tədbirində iştirak etməsiydi. “Qəbələ”nin baş məşqçisinin oğlunun əynində “Beşiktaş”ın formasını gördük. Ukraynalı mütəxəssis “Çarşı Bakı”nın durmadan şüarlar səsləndirməsini böyük heyrətlə izləyirdi.
Bir qədər sonra VİP-lojada Fikrət Orman göründü. “Ən böyük başqan bizim başqan”, “başqan, takımı Bakıya gətir” və sair şüarların səslənməsindən məmnun qalan “Beşiktaş”ın prezidenti PFL-in rəhbəri Ramin Musayev və millət vəkili, Kikboksinq Federasiyasının başqanı Adil Əliyevə xatirə forması hədiyyə etdi. Final oyunundan əvvəl meydanda quraşdırılmış tribunada danışan Orman bunları dedi: “Dəyərli azərbaycanlılar, hamınızı salamlayıram. Biz bunu öyrəndik: Azərbaycan və Türkiyə iki ölkə, bir millətdi. Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə “Beşiktaş”ı bura gətirəcəyik. İnşallah, sentyabrda “Qartal yuvası”nı (klub atributlarının satıldığı dükan) da burda açacağıq. Gözəl Azərbaycan atalar sözü var: birlik olmayan yerdə dirilik olmaz, dostsuz insan qanadsız quşa bənzər. Hər gün “Beşiktaş” azarkeşinin sayını artırmaq istəyirik. Burda olmaqdan çox məmnunam”.
Final oyunundan sonra Orman yerli mətbuat nümayəndələrinə qısa açıqlama verdi: “Sentyabrda komandamızı bura gətirməyi düşünürük. Elə vaxt seçəcəyik ki, yerli futbolçularla yoldaşlıq oyunu keçirmək üçün əlverişli olsun. İzlədiyimiz azərbaycanlı oyunçular var. Baş məşqçimiz Şenol Günəş də bir müddət öncə bura gəlmişdi. İnşallah, transfer məsələsini zaman göstərəcək”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar