18 apr 19:47gundem

“İdman Azərbaycan”ın kapitanı Moskva planlarını açıqladı

“İdman Azərbaycan”ın kapitanı Moskva planlarını açıqladı
Sərxan İbrahimoğlu: “Dünya çempionatında iştirak edəcək komandaların da heyətində tanınmış simalar var”
Ötən sayımızda Bakı Futbol Liqasının (BFL) təşkilatçılığı ilə həvəskar komandalar arasında keçirilən çempionatın başa çatdığını, “İdman Azərbaycan”ın turnirin qalibi olduğunu xəbər vermişdik. Onu da bildirmişdik ki, Azərbaycan çempionu adını qazanan komanda, yəni televiziyadan olan həmkarlarımız mayın 7-dən 15-dək Moskvada keçiriləcək analoji yarış üzrə dünya çempionatında ölkəmizi təmsil edəcək.
Dünən komandanın kapitanı, “Neftçi”nin və millinin üzvü Ruslan Abışovun böyük qardaşı, futbolçu kimi uğurlu karyera qurmasında danılmaz əməyi olan Sərxan İbrahimoğlu ilə əlaqə saxlayıb, turnirlə bağlı söhbətləşməyi lazım bildik.
- Öncə kapitan kimi sizi və həmkarlarımızı turnirin qalibi olduğunuza görə təbrik edirik.
- Təbrikə və diqqətinizə görə təşəkkür edirik.
- Azərbaycan çempionu kimi gələn ay ölkəmizi Moskvada keçiriləcək yarışda təmsil edəcəksiz. Turnirlə bağlı məlumat verməyinizi istərdik.
- Bu turnir bir ildən bir fərqli ölkələrdə təşkil olunur. Ötən il Moskvada keçirilmişdi. Sadəcə, bu il Rusiya tərəfi dünya çempionatının bu ölkədə təşkil olunacağını nəzərə alaraq, yenidən həvəskar komandalar arasında təşkil olunan mundiala da evsahibliyi etmək istəyində olduğunu bildirib. Təşkilatçılar da müraciətə müsbət cavab verib. Onu da bildirim ki, artıq indidən növbəti turnirin harda təşkil olunacağı da məlumdu. Xorvatiyanın paytaxtı Zaqreb yarışa evsahibliyi edəcək. Bu turniri təşkil edən Kontinental Futbol Liqasıdı və bütün dünyanı əhatə edir. Bu quruma daxil olan ölkələrin çempionları final mərhələsində iştirak edir. Çox məşhur klubların nəzdində belə həvəskar şəkildə fəaliyyət göstərən komandaların adlarını çəkmək mümkündü. Mayda keçiriləcək yarışda “Latsio”, “Betis”, “Astana”, “Anortosis”, Təl-Əviv “Makkabi”si, Afrika qitəsindən olan komandalar iştirak edəcək. Bu günə kimi 40 komandanın iştirakı təsdiqlənib ki, onlardan biri də “İdman Azərbaycan”dı. Qarşıdakı günlərdə dəqiq say müəyyənləşəcək.
- Bu gün komandanızın heyətində “İdman Azərbaycan”da çalışan həmkarlarımızdan başqa veteran futbolçular da yer alıb. Hüseyn Məhəmmədov, Mehman Yunusov, Füzuli Məmmədov, Xəyal Mustafayev, Yaşar Abuzərov, Samir Musayev, İlham Yadullayev, Ceyhun Sultanov, Xaqani Məmmədovun daxili yarışlarda “İdman Azərbaycan”ın çempion olmasında xidmətləri olub. Bizi bir məsələ maraqlandırır. Sizinlə birgə dünya çempionatına qatılacaq klublar veteran futbolçuların xidmətindən istifadə edir?
- Bu sualınıza bir qədər ətraflı cavab vermək istərdim. Çempionatın əvvəlində veteran futbolçu Füzuli Məmmədovla söhbətləşdik və fikrimizi ona dedik. O da sağ olsun, bizi dinlədikdən sonra bütün gücünü sərf edib güclü komanda formalaşdırmağımıza yardımçı oldu. Veteranların da köməyi sayəsində bu uğura imza atdıq. Bakı Futbol Liqasının keçirdiyi çempionatda mübarizə aparan başqa komandaların da heyətində yetərincə tanınmış, vaxtilə yığmanın şərəfini qoruyan futbolçular var idi. Bunlardan Fərrux İsmayılov, Alim Qurbanov, Samir Əbdürəhmanov, Xəyal Zeynalov və başqalarının adını çəkmək olar. Deməyim odu ki, veteran futbolçuların xidmətindən yararlanann yalnız “İdman Azərbaycan” olmayıb. Dünya çempionatında iştirak edəcək komandaların da heyətində tanınmış simalar var. Məsələn, Rusiyanı təmsil edən komandanın tərkibində ötənlərin məşhur futbolçuları Tixonov, Smertin, Aldonin, Şirokov kimi ulduzlar çıxış edəcək. İtaliya futbolunun məşhur isimlərindən biri olan Pyerluici Kaziraqi ötən mundilada top qovub. Turnirin reqlamentində peşəkar karyerasını 3 il əvvəl başa vurmuş futbolçuların yarışda iştirak edə biləcəyi qeyd olunub.
- Moskva səfərinizi kim maliyyələşdirəcək?
- Bütün xərclər Ramin Vəliyevin rəhbərlik etdiyi Bakı Futbol Liqası tərəfindən qarşılanacaq. Fürsətdən istifadə edib ona da “İdman Azərbaycan” adından təşəkkürümüzü bildiririk ki, belə gözəl turnir təşkil etdi və qalibin dünya səviyyəli yarışda iştirakına imkan yaratdı.
- Turnirə yollanmaq başqa, orda ölkəmizi layiqincə təmsil etmək tam başqa. Moskva səfərinin hazırlığına yəqin ki, indidən başlamısız?
- Bu gün Az.TV və “İdman Azərbaycan” telekenalının rəhbərliyi komandanı çempion olması münasibəti ilə qəbul edib, qazanılan uğura görə təbrik etdi. Görüşdə qarşıdakı turnirə daha yaxşı hazırlaşmaq üçün hər cür şəraitin yaradılacağı bildirildi. Buna görə rəhbərliyə komanda adından dərin təşəkkür edirəm. Çalışacağıq bizə göstərilən etimadı doğruldaq və belə məsul turnirdə ölkəmizi layiqincə təmsil edək. Artıq sabahdan (bu gündən) hazırlığa start verəcəyik.
- Məndə olan məlumata görə Rusiya telekanalları turniri canlı yayınlayacaq. Bəs Azərbaycanda necə? İnformasiya dəstəyi və yayın məsələsi necə tənzimlənəcək?
- Keçən il təşkil olunan dünya çempionatında bütün oyunlar canlı yayınlanıb. Bundan başqa, Kontinental Futbol Liqasının rəsmi saytı da canlı yayın təşkil edib. Matçları da Rusiyanın çox tanınmış şərhçiləri – Andronov, Çerdantsev şərh edib. Biz də çalışacağıq ki, canlı yayına qoşulaq və azərbaycanlı futbolsevərlər həmin oyunları canlı izləsinlər.
- Turnirin püşkü nə vaxt atılacaq? Komanda Rusiya paytaxtına nə vaxt yola düşür?
- Mayın 7-də Moskvaya yollanacağıq. Həmin gün axşam saatlarında püşkatma olacaq. Bir gün sonra isə artıq turnirə start veriləcək. Mayın 14-də yarışın həlledici qarşılaşması baş tutacaq.
- Hər gün bir oyun keçiriləcək?
- Ola bilər ki, bir gündə iki oyun keçirilsin. Komanda sayının çoxluğu təşkilatçıları belə addım atmağa məcbur edir.
- Qarşılaşmalar harda keçiriləcək?
- Bütün matçlar Rusiyanın böyük arenalarında təşkil olunacaq. Ən azı bizə belə deyilib. Çünki mundial ərəfəsində yarışa evsahibliyi edən Rusiya idman infrastrukturunu dünyaya nümayiş etdirmək niyyətindədi. Ancaq bununla bağlı bizə dəqiq məlumat verilməyib. Moskvada məskunlaşacağımız otel də məlumdu. BFL rəhbərliyi bunun da qayğısına qalıb. Reklam olmasın deyə ad çəkməık istəmirəm. Yalnız onu deyə bilərəm ki, şəhərin mərkəzi hissəsində qalacağıq. “Futbol+”ə də bizə diqqət ayırdığına, bu yarışı işıqlandırıb, qarşıdakı turnirlə bağlı bizi dəstəklədiyinə görə təşəkkür etmək istəyirəm. İnşallah, səfərdən uğurla dönüb xalqımızı sevindirməyi bacaracağıq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Bu gün, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Bu gün, 13:51 Turun statistikası Bu gün, 13:43 Turun məşqçisi Bu gün, 13:38 Turdan məqamlar Bu gün, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Bu gün, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Bu gün, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Bu gün, 13:32 DÇ-yə hazırlıq başladı Bu gün, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Bu gün, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Bu gün, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Bu gün, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Bu gün, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Bu gün, 01:00 Moskvadan gələn var... Bu gün, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Bu gün, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Bu gün, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Bu gün, 00:53 PFL medalçıların siyahısını açıqladı Bu gün, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Bu gün, 00:49 Turun oyunçusu Bu gün, 00:48 Turun sitatı Bu gün, 00:46 Hakimlərin mühakiməsi Bu gün, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Bu gün, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Bu gün, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Bu gün, 00:38 Transfer dövləri açıqlandı Dünən, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar